Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə150/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   146   147   148   149   150   151   152   153   ...   157

718 

 

Sienna pıçıldadı. - “Son dərəcə spesifik növ virus”. 



Lenqdon nəfəsini saxladı. “Hansı virusu?” 

“Bertrand  viruslu  vektor  kimi  tanınan  nəsə  yaradıb. 

Bu  virus  hücum  etdiyi  hüceyrəyə  genetik  informasiya 

yerləşdirmək qabiliyyətindədir”. Sienna sözünə ara verdi 

ki, o, anlaya bilsin. “Vektor virusu... hüceyrəni öldürmək 

əvəzinə... 

həmin 

hüceyrəyə 



əvvəlcədən 

müəyyənləşdirilmiş  DNT  qoyur  ki,  bu  da  hüceyrənin 

genini dəyişdirir”. 

Lenqdon  heç  cür  anlaya  bilmirdi.  Bizim  DNT-mizi 

dəyişən virus? 

“Bu  virusun  ən  pis  tərəfi,  Sienna,  onun  bizə  təsir 

etdiyini  bilməməyimizdir.  Heç  kim  xəstələnmir.  Bizim 

genetik  dəyişdiyimizi  göstərən  heç  bir  simptom 

müşahidə olunmur”. 

Lenqdon  bir  anlıq  damarlarında  qanın  qaynadığını 

hiss etdi. “Bəs hansı dəyişikliklər yaradır?” 

Sienna  bir  anlıq  gözlərini  yumdu.  “Robert,”  -  o 

pıçıldadı, 

-  “bu  virus  sistemdə  yayılan  kimi  zəncirvarı  reaksiya 

başlayır.  Mağaraya  düşən  hər  kəs  o  havanı  udub  və 

yoluxub. Onlar virus daşıyıcılarına çevriliblər... özləri də 

bundan  xəbərsiz  halda  virusu  digərlərinə  keçirib  və 

xəstəliyin bütün dünyaya meşə yanğını kimi yayılmasına 

downloaded from KitabYurdu.org



719 

 

bais  olublar.  Virus  artıq  bütün  dünyaya  yayılıb.  Sən, 



mən... hər kəsə”. 

Lenqdon  skamyadan  durub  onun  qarşısında  var-gəl 

etməyə başladı. “Axı bu virus bizə nə edir?” o təkrarladı. 

Sienna  bir  xeyli  dinmədi.  “Virus  insan  bədənini 

dəyişib...  onu  sonsuz  edir”.  Sienna  dayandı.  “Bertrand 

sonsuzluq virusu yaradıb”. 

Onun  sözləri  Lenqdonu  ildırımtək  vurmuşdu.  Bizi 

sonsuz  edən  virus?  Lenqdon  sonsuzluq  yaradan 

viruslardan  xəbərdar  idi.  Lakin  yüksən  yoluxucu  gücə 

malik havada artan patogenin bizi genetik olaraq dəyişə 

biləcəyini heç vaxt ağlına gətirməzdi. Sanki başqa dünya 

idi... gözəgörünməz bir gələcək. 

“Bertrand tez-tez bu növ virus haqqında danışardı”, 

-  Sienna sakitcə dedi, - “amma heç vaxt bunu yarada 

biləcəyinə inanmazdım. Onun məktubunu alıb nə etdiyini 

öyrəndikdə  ağlım  başımdan  çıxmışdı.  Dəli  kimi  onu 

tapmağa çalışırdım ki, yalvarıb yola gətirəm. Lakin mən 

çox - gecikmişdim”. 

“Bir dəqiqə”, - Lenqdon müdaxilə etdi. - “Əgər virus 

yer üzündəki hər kəsi sonsuz edirsə, deməli, yeni nəsillər 

yaranmayacaqdır və insan nəsli kəsilməyə başlayacaq”. 

“Doğrudur”,  -  Sienna  cavab  verdi.  -  “Bertrandm 

məqsədi  nəslin  kəsilməsi  olmadığından,  -  o,  təsadüfi 

downloaded from KitabYurdu.org




720 

 

aktivləşən virus yaradıb. Bu cəhənnəm bütün insanların 



DNT-sinə nüfuz etsə və bir nəsildən digərinə ötürülsə də, 

o,  yalnız  müəyyən  qisim  insanlarda  “aktivləşəcək”. 

Başqa sözlə desək, virusu dünyada hamı daşıyır, amma 

bu,  əhalinin  təsadüfi  seçilmiş  bir  hissəsində  özünü 

göstərəcək”. 

“Hansı... hissəsində?” Lenqdon belə bir sual verdiyinə 

özü də inana bilmirdi. 

“Özün  də  bilirsən  ki,  Bertrandm  beynində  həmişə 

Qara  ölüm  olub  -  Avropa  əhalisinin  üçdə  bir  hissəsini 

məhv edən vəba. O, inanırdı ki, təbiət öz işini gözəl bilir. 

Bertand 

sonsuzluqla  bağlı  riyazi  hesablamalar  apanr  və  aldığı 

nəticə  onu  məst  edir:  üçdəbir  -  insan  sayının  düşüncəli 

şəkildə azalmasını təmin edəcək rəqəm”. 

Dəhşət! - Lenqdon fikirləşdi. 

“Qara ölüm əhalinin sayını azaldaraq intibah üçün bir 

cığır  açmışdı”,  -  Sienna  dedi,  “Bertrand  cəhənnəmi 

yaratmaqla, bir növ, müasir dünyada qlobal yenilik etmiş 

olur - transhumanist qara ölüm - yəni heç kim ölməyəcək, 

sadəcə,  uşaqları  olmayacaq.  Bertrandın  virusunun 

imkanlarını nəzərə alsaq, dünya əhalisinin üçdəbir hissəsi 

artıq  sonsuzdur  və  həmin  üçdəbir  hissə  həmişə  bu  cür 

qalacaq.  Ressesiv  gen  kimidir...  yəni  bu,  nəsildən-nəslə 

downloaded from KitabYurdu.org




721 

 

keçir, amma bəzilərində özünü göstərir”. 



Sienna  danışdıqca  əlləri  əsirdi.  “Betrandm  mənə 

yazdığı  məktubda  onun  bu  işlə  qürur  duyduğu  hiss 

olunurdu. O, cəhənnəmin ən gözəl və humanist çıxış yolu 

olduğunu  düşündüyünü  yazmışdı”.  Onun  gözləri  yenə 

doldu, əliylə gözlərini sildi. “Qara ölümün yoluxuculuğu 

ilə müqayisə etsək, bu yanaşmada bir həqiqət olduğunu 

etiraf  edirəm.  Xəstə  və  ölüm  ayağında  olan  insanlarla 

dolu xəstəxanalar, küçələrdə 

gəbərən  canlılar...  Heç  kim  doğmalarının  ölümlə  necə 

mübarizə apardığının şahidi olmayacaq. İnsanlar sadəcə 

olaraq, 

dünyaya 


istədikləri 

qədər 


uşaq  gətirə 

bilməyəcəklər.  Planetimizin  doğuş  səviyyəsində  azalma 

olacaq.  Bu,  sayımızın  lazım  olan  həddə  qədər 

azalmasmadək belə davam edəcək”. O, sözünə ara verdi. 

“Nəticə  vəbadan  daha  güclü  olacaq,  insan  artımında 

müvəqqəti  eniş  yaradacaq.  Bertrandın  cəhənnəmi 

uzunmüddətli qərardır, əbədilik qərardır... transhumanist 

qərardır.  O,  genetika  mühəndisi  idi.  Buna  görə  də 

problemi kökündən həll edib”. 

“Bu,  genetika  terrorudur...”  -  Lenqdon  pıçıldadı.  - 

“Bu,  insan  təbiətinə  ziddir,  yaradılışımızı  fundamental 

şəkildə dəyişir”. 

“Bertrand  başqa  cür  fikirləşirdi.  İnsan  təkamülündə 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə