Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə148/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   144   145   146   147   148   149   150   151   ...   157

708 

 

“Tarixlərə nəzər sal”, - Sienna dedi. 



Lenqdon tarixlərə baxdı, bir də baxdı və gördüklərinə 

təəccübləndi.  Nədənsə  Lenqdon  bu  gecəki  konsertin 

açılış gecəsi olduğunu düşünürdü - insanları virusla dolu 

sisternə  gətirmək  üçün  nəzərdə  tutulan  birhəftəlik 

konsert. Lakin proqramda başqa cür yazılmışdı. 

“Bu  gecə  son  performans  imiş?”  -  Lenqdon  gözünü 

kağızdan  ayınb  soruşdu.  -  “Orkestr  bir  həftədir  konsert 

verirmiş?” 

Sienna  başını  tərpətdi.  “Mən  də  sənin  kimi 

təəccüblənmişdim”.  Yenə gözləri doldu. “Virus  yayılıb, 

Robert. Artıq bir həftədir”. 

“Bu,  ola  bilməz”,  -  Lenqdon  dedi.  -  “Həmin  gün 

sabahdır.  Zobrist  hətta  sabahkı  tarix  yazılmış  lövhə  də 

hazırlayıb”. 

“Hə, mən lövhəni suda gördüm”. 

“Onda sabahın seçilmiş tarix olduğundan xəbərin var 

imiş”. 

Sienna  ah  çəkdi.  “Robert,  mən  Bertrandı  yaxşı 



tanıdığımı  səndən  gizlətmişəm.  O,  alim  idi.  Mütləq 

nəticəyə nail olmaq istəyirdi. Mən indi başa düşürəm ki, 

lövhədəki tarix virusun 

yayılma tarixi deyilmiş. Tamam başqa bir şey imiş, onun 

məqsədi üçün vacib nəsə”. 

downloaded from KitabYurdu.org




709 

 

“Nə ola bilər ki?..” 



Siennanm  baxışları  tutqunlaşdı.  “Qlobal  hopdurma 

tarixidir  -  riyazi  hesablamaya  əsaslanan  bir  gün.  Bu 

tarixdən sonra virus bütün dünyaya yayılmış olacaqdır... 

və buna hamı - yoluxacaqdır”. 

Eşitdikləri Lenqdona şillə kimi dəysə də, o, Siennanm 

yalan  dediyinə  ümid  edirdi.  Onun  danışdıqları 

başdan-ayağa uydurma idi və Sienna Bruks hər addımda 

yalan dediyini artıq təsdiqləmişdi. 

“Bir  problem  var,  Sienna”,  -  o,  Siennaya  baxdı.  - 

“Əgər  bu  virus  bütün  dünyaya  yayılıbsa,  bəs  niyə 

adamlar indiyədək xəstələnməyiblər?” 

Sienna  onun  gözlərinə  baxa  bilməyib  nəzərlərini  - 

uzaqlaşdırdı. 

“Virus  bir  həftədir  havadadırsa”,  -  Lenqdon  təkrar 

etdi, 

- “niyə adamlar ölmür?” 



Sienna asta-asta ona san çevrildi. “Ona görə ki... “ o, 

danışsa da, sözlər boğazında düyünlənirdi. 

“Bertrand  vəba  yaratmayıb”.  Onun  gözləri  yenə 

doldu. “O, daha təhlükəli bir şey yaradıb”. 

98 

fəsil 


Əleyhqazm  oksigeni  yaxşı  ötürməsinə  baxmayaraq, 

Elizabet  Sinskeyin  başı  hərlənirdi.  Brüderin  PZR 

downloaded from KitabYurdu.org



710 

 

qurğularının  dəhşətli  həqiqəti  aşkar  etməsindən  beş 



dəqiqə ötmüşdü. 

Bizim  virus  üçün  açıq  olan  pəncərəmiz  çoxdan 

bağlanıbmış. 

Sən  demə,  solublon  torba,  təxminən,  bir  həftə  əvvəl 

əriyibmiş.  Çox  güman  ki,  konsertin  açılış  gecəsində. 

Sinskey  də  konsertin  yeddi  gün imiş  ki, davam  etdiyini 

təzəcə  öyrənmişdi.  Solublondan  qalan  xırda  hissələr 

toqqaya yapışdığından əriməyibmiş. 

Virus bir həftədir yayılıbmış. 

Patogeni  təcrid  etməyin  mümkünsüzlüyünü  anlayan 

MHD  agentləri  sistemdə  qurduqları  laboratoriya 

masasında nümunələri gözdən keçirirdilər: təhlil, təsnifat 

və  yaratdığı  təhlükənin  dairəsi.  Hələ  ki  PZR  qurğulan 

yalnız bir məlumatı təsdiqləmişdilər ki, bu da heç kimi 

təəccübləndirməmişdi. 

Virus hava ilə yayılandır. 

Solublon  torbanın  tərkibi  səthə  qalxaraq  viruslu 

hissəcikləri  aerozol  halında  havaya  buraxıb.  Heç  uzun 

zaman da lazım gəlməyib, Sinskey bilirdi. Xüsusilə də, 

belə qapalı məkanda. 

Virus - bakteriya və ya kimyəvi patogenlərdən fərqli 

olaraq  -  adamlar  arasında  inanılmaz  sürətlə  yayılır. 

Parazit  xassəli  viruslar  orqanizmə  daxil  olaraq,  insanın 

downloaded from KitabYurdu.org




711 

 

hüceyrələrinə  yapışır.  Bu  proses  adsorbsiya  adlanır. 



Sonra  onlar  öz  DNK  və  RNK-  larmı  həmin  hüceyrəyə 

yeridir  və  onu  artıma  hazırlayırlar.  Bundan  sonra  isə 

hüceyrə  virusun  çoxalması  üçün  işə  başlayır.  Kifayət 

qədər  artım  olduqdan  sonra  virusun  yeni  hissəcikləri 

hüceyrəni öldürür və hüceyrə divan boyu sürətlə artaraq 

yenilərini axtarmağa başlayır. Təbii ki, proses təkrarlanır. 

Yoluxmuş  şəxs  nəfəs  verib  və  ya  asqırdıca  tənəffüs 

orqanlan  vasitəsilə  bədənindən  damcılar  buraxır  ki,  bu 

damcılar  da  başqa  adam  tərəfindən  udulanadək  havada 

qalır və beləcə, proses yenidən başlayır. 

Əmsal artımı, Sinskey Zobristin insan artımı ilə bağlı 

göstərdiyi qrafikləri yadına salıb fikirləşdi. Zobrist insan 

artımının qarşısını virus artımı ilə almağa çalışır. 

Lakin ən dəhşətli sual hələ də cavabsız qalmaqda idi: 

virus özünü necə göstərəcəkdi? 

Başqa sözlə desək: orqanizmə necə hücum edəcəkdi? 

Ebola virusu qanın laxtalanma qabiliyyətini azaldır və 

nəticədə 

qarşısıalınmaz  qanaxmaya  səbəb  olur. 

Hantavirus 

ciyərlərin 

fəaliyyətini 

dayandırır. 

Onkoviruslar adlanan viruslar xərçənglə nəticələnir. HİV 

virusu immun sisteminə nüfuz edərək QİÇS yaradır. HİV 

virusu  hava  ilə  yoluxsaydı,  dəhşətli  bir  vəziyyət 

yaradardı. Bu, tibb aləmində olan hər kəsə bəlli idi. 

downloaded from KitabYurdu.org




712 

 

Yaxşı, bəs lənətəgəlmiş Zobristin virusu neyləyir? 



Neyləyəcəyindən  asılı  olmayaraq,  bu,  tezliklə  özünü 

göstərməyəcəkdi...  yaxınlıqdakı  xəstəxanalara  hələ  ki 

qeyri-adi simptomlarla müraciət edən olmamışdı. 

Səbirsizliklə  cavab  gözləyən  Sinskey  laboratoriyaya 

yaxınlaşdı.  Brüder  pilləkənin  aşağısında  dayanıb  mobil 

telefonda kiminləsə pıçıltı ilə danışırdı. 

O, tələsik Brüderə yaxınlaşdı, həmin an Brüder artıq 

danışığını yekunlaşdırırdı. 

“Yaxşı,  aydındır”,  -  Brüder  dedi.  Onun  simasına 

inamsızlıq  və  dəhşət  hakim  kəsilmişdi.  -  “Bir  daha 

təkrarlayıram:  son  dərəcə  məxfidir.  Bu  anda  başqa 

kiminsə  bilməyinə  qəti  ehtiyac  yoxdur.  Nəsə  öyrənə 

bilsəniz, mənə zəng vurun. Təşəkkür”. O, danışığı bitirdi. 

“Nə baş verir?” - Sinskey soruşdu. 

Brüder  dərindən  nəfəs  aldı.  “Köhnə  bir  dostumla 

danışdım.  XNM-in  Atlantada  bu  sahə  üzrə  ən  peşəkar 

kadrıdır”. 

Sinskey  əsəbiləşdi.  “Sən  mənim  icazəm  olmadan 

XNM-ə bildiriş vermisən?” 

“Məsuliyyəti öz boynuma götürürəm”, - Brüder cavab 

verdi.  “Ona  etibar  eləmək  olar.  Bizə  bu  məhdud 

laboratoriyanın  aşkar  edə  biləcəyindən  daha  ətraflı 

məlumat lazımdır”. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə