Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə149/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   145   146   147   148   149   150   151   152   ...   157

713 

 

Sinskey  çevrilib  sudan  nümunələr  götürən  bir  neçə 



MHD agentinə baxdı. O haqlıdır. 

“Mənim XNM-dəki tanışım”, - Brüder davam etdi, - 

“bu 

saat 


tam 

təchizatlı 

mikrobiologiya 

laboratoriyasındadır və heç 

vaxt  rastlaşmadığı  yüksək  yayılma  sürəti  olan 

virus-patogenin varlığını təsdiq etdi”. 

“Bir dəqiqə!” - Sinskey müdaxilə etdi. - “Nümunəni 

ona necə bu qədər tez çatdıra bildin?” 

“Mən heç nə etmədim”, - Brüder dedi. - “O öz qanını - 

yoxladı”. 

Sinskeyə  bir  neçə  saniyə  gərəkdi  ki,  deyilənləri 

qavraya bilsin. 

Virus artıq bütün dünyaya yayılıb. 

99 


fəsil 

Lenqdon  asta  gedirdi.  Sanki  həyatında  gördüyü  ən  pis 

yuxudan hələ ayılmamışdı. Axı vəbadan təhlükəli nə ola 

bilər? 


Artıq  Sienna  qayıqdan  çıxmışdı,  Lenqdona  işarə 

edərək,  onun  bərələrdən  kənara  -  adamlardan  uzağa 

gəlməsini - istəmişdi. 

Sienna  artıq  ağlamasa  da,  Lenqdon  onun  içində 

yığılan  emosiyanı  hiss  edirdi.  Uzaqdan  gələn  sirena 

səsləri,  deyəsən,  Siennanı  narahat  eləmirdi.  O,  ifadəsiz 

downloaded from KitabYurdu.org



714 

 

gözlərlə  yerə  baxırdı. Sanki  ayaqları altında xırçıldayan 



çınqıl onu hipnoz eləmişdi. 

Onlar sıx ağacla dolu - insanlardan gizlənə biləcəkləri 

kiçik  parka  girdilər.  Üzü  boğaza  olan  skamyada 

əyləşdilər.  Uzaqdan  bərq  vuran  Qalata  qalası  onlara 

baxırdı.  Şəhər  burdan  çox  rahat  görünürdü.  İstənilən 

halda sistemdə bu dəqiqə yaşananlardan çox rahat. 

Lenqdon bilirdi ki, Sinskey və MHD qrupu yəqin ki, 

virusun qarşısını almaq üçün çox gecikdiklərini bilirdilər. 

Sienna  dənizə  baxırdı.  “Mənim  vaxtım  çox  deyil, 

Robert”, 

- o dilləndi. - “Mühafizə orqanları mənim hara getdiyimi 

tezliklə  öyrənəcəklər.  Lakin  mən  sənin  həqiqəti 

eşitməyini istəyirəm... hər şeyi olduğu kimi”. 

Lenqdon sakitcə başını tərpətdi. 

Sienna gözlərini sildi, çevrilib onunla üzbəüz oturdu. 

“Bertrand Zobrsit...” Sienna sözə başladı. “O mənim ilk 

sevgim idi. Sonra da mənim müəllimim oldu”. 

“Bunları  artıq  mənə  deyiblər,  Sienna”,  -  Lenqdon 

dedi. 

Sienna təəccüblənsə də, vaxt itirməmək üçün davam 



etdi.  “Mən  onunla  elə  bir  vaxtda  tanış  oldum  ki,  onun 

fikirləri, zəkası məni ovsunladı. Bertran da mənim kimi 

nəslimizin kəsilmə faciəsi ilə üz-üzə olduğuna inanırdı... 

downloaded from KitabYurdu.org




715 

 

bizi dəhşətli bir sonun gözlədiyini düşünürdü. Və bu son 



elə sürətlə yaxınlaşırdı ki, bunu etiraf etməyə heç kimin 

cürəti çatmırdı. 

Lenqdon susub dinləyirdi. 

“Mənim bütün uşaqlığım”, - Sienna dedi, - “dünyanı 

xilas etməyə çalışmaqla keçib. İnsanlardan eşitdiyim isə 

bircə cümlə 

olurdu:  dünyanı  xilas  edə  bilməzsən,  cəhd  də  eləmə, 

həyatını  puç  etmə”.  O  dayandı.  Göz  yaşlarını  çətinliklə 

saxlayırdı. 

“Sonra  isə  mən  Bertrandla  tanış  oldum  -  gözəl  və 

mükəmməl kişi ilə. O mənə dünyanı xilas etməyin nəinki 

mümkün olduğunu, üstəlik, bunun mənəvi borc olduğunu 

öyrətdi. O məni eyni düşüncəli çevrə ilə tanış etdi - son 

dərəcə  yüksək  bacarıq  və  savada  malik  adamlar... 

həqiqətən  də,  gələcəyi  dəyişməyə  qadir  adamlar. 

Həyatımda  ilk  dəfə  tənha  olduğumu  unutmuşdum, 

Robert”. 

Lenqdon onun sözlərindəki acılığı anlayıb gülümsədi. 

“Həyatımda çox dəhşətli şeylər yaşamışam”, - Sienna 

tutqun  səslə  davam  etdi.  “Unutmağı  bacarmadığım 

şeylər... “Sienna dayandı və əlini keçəl başına çəkdi. Bir 

neçə saniyəyə özünün toparlayıb davam etdi. “Və bəlkə 

də  məni  hələ  də  yaşadan  göründüyümüzdən  daha  yaxşı 

downloaded from KitabYurdu.org




716 

 

ola biləcəyimizə inamımdır... faciəli sonluqdana çıxmaq 



bacarığımızın olmasına inamımdı”. 

“Buna Bertrand da inanırdı?” - Lenqdon soruşdu. 

“Əlbəttə.  Bertrandın  bəşəriyyətlə  bağlı  ümidləri 

sonsuz 


idi. 

O, 


transhumanist 

idi 


və 

bizim 


“insanlıqöncəsi”  dövrün  -  əsl  transformasiya  erasının 

astanasında yaşadığımıza inanırdı. Onun beyni gələcəyə 

köklənmişdi və ətrafındakılan başqalarının təsəvvür belə 

etmədiyindən 

fərqli 

görürdü. 



O, 

texnologiyanın 

ağlasığmaz gücünə inanırdı və əmin idi ki, bir neçə nəsil 

sonra insanlar bioloji varlıq kimi tamamilə fərqli olacaq - 

genetik  baxımdan  sağlam,  ağıllı,  güclü  və  daha  da 

şəfqətli.” O, sözünə ara verdi. “Amma buna mane olan 

bir  amil  vardı.  O,  bunu  həyata  keçirmək  üçün  çox 

vaxtımız olduğunu düşünmürdü”. 

“Artım səbəbindən...” - Lenqdon dedi. 

O,  başı  ilə  təsdiq  etdi.  “Maltuzian  fəlakəti  kimi. 

Bertrand mənə özünü xtonik əjdaha ilə mübarizə aparan 

Müqəddəs Corc kimi hiss etdiyini deyərdi”. 

Lenqdon başa düşmədi. “Medusa?” 

“Metaforik  anlamda,  hə.  Medusa  və  bütün  xtonik 

əjdahalar Ana Torpaqla birbaşa bağlı olduqlarından yerin 

altında yaşayırlar. Alleqoriyada xtoniklər”. 

“Artım  simvoludur”,  -  necə  olub  indiyədək  ağlına 

downloaded from KitabYurdu.org




717 

 

gəlməyib?  Lenqdon  buna  təəccübləndi.  Törəmək. 



Əhalinin artımı. 

“Hə, artım”, - Sienna cavab verdi. - “Bertrand xtonik 

əjdaha  termini  ilə  artım  qabiliyyətimizə  işarə  edirdi.  O 

bizim  artımımızı  üfüqdə  görünən  əjdaha  kimi  təsvir 

edirdi...  o,  əjdaha  ki  bizi  udmamış  biz  onu  ələ  keçirə 

bilək”. 


Bizim  seksual  istəklərimiz  özümüzə  qarşı  çevrilir, 

Lenqdonun yadına düşdü. Xtonik  əjdaha.  “Və Bertrand 

bu əjdaha ilə necə... mübarizə aparmaq fikrində idi?” 

“Xahiş  edirəm,  başa  düş”,  -  Sienna  dedi,  -  “bunlar 

asan həll olunası problemlər deyil. Çoxluğu xilas etmək 

üçün azlığı qurban verməlisən. Bu isə istənilən halda xoş 

deyil. Üç yaşlı uşağın ayağını kəsən adam cani sayılır... 

əlbəttə, əgər bunu uşağın ayağını çürüməkdən qurtarmaq 

üçün kəsən həkim eləmirsə. Bəzən yeganə çıxış yolu iki 

şərdən,  nisbətən,  az  olanını  seçməkdir”.  O,  yenə 

ağlamağa  başladı.  “Mən  Bertrandın  məqsədinin  nəcib 

olduğuna inanırdım... lakin seçdiyi üsullar... 

“ O, baxışlarını uzağa zillədi. 

“Sienna”,  -  Lenqdon  nəzakətlə  pıçıldadı.  -  “Mən 

bilmək  istəyirəm  ki,  nə  baş  verib.  Bertrand  neyləyib? 

Dünyaya buraxdığı nədir?” 

Sienna  yenə  üzünü  ona  çevirdi.  “O,  virus  yayıb”,  - 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə