Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə152/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   149   150   151   152   153   154   155   156   157

726 

 

yeganə adam sənsən. Bəlkə də onu neytrallaşdırmaq üçün 



bir yol var... və ya onu qabaqlamaq üçün nəsə hazırlamaq 

mümkündür”.  Lenqdon  diqqətlə  ona  baxırdı.  “Sienna, 

dünya sənin bildiyini bilməlidir. Yoxa çıxa bilməzsən”. 

Siennanm  arıq  vücudu  getdikcə  artan  kədər  və 

qərarsızlıqdan  əsirdi.  “Robert,  mən...  mən  bilmirəm  nə 

edim. Artıq kim olduğumu da bilmirəm. Mənə bax”. O, 

əlini keçəl başına qoydu. “Mən qulyabanıya çevrilmişəm. 

İnsanların gözünə necə baxacağam...” 

Lenqdon  irəli  yeriyib  onu  qucaqladı.  O,  Siennanm 

titrəyən bədənini hiss edirdi. Astadan Siennanm qulağına 

pıçıldadı. “Sienna, bilirəm ki, qaçmaq istəyirsən, amma 

sənə imkan verməyəcəyəm. Gec və ya tez kiməsə etibar 

etməlisən”. 

“Bacarmıram...” - o hönkürürdü. - “Bunu necə eləmək 

olar, bilmirəm”. 

Lenqdon  onu  bir  az  da  möhkəm  qucaqladı.  “Sən  ən 

azdan başla. İlk addımını at. Mənə inan”. 

100 


fəsil 

Metalın  metala  toxunması  ilə  yaranan  səs  pəncərəsiz 

C-130  təyyarəsində  əks-səda  verdi  və  rəis  bundan 

diksindi.  Çöldə  kimsə  tapançasının  qundağını  qapıya 

çırpır və içəri keçməyə çalışırdı. 

“Hamı  yerində  qalsın”,  -  C-130  təyyarəsinin  pilotu 

downloaded from KitabYurdu.org



727 

 

əmr verdi. Özü isə qapıya yaxınlaşdı. - “Türk polisidir. 



Sadəcə, təyyarəni yoxlamağa gəliblər”. 

Rəislə Ferris baxışdılar. 

Təyyarədə  qalan  ÜST  əməkdaşlanna  gələn  telefon 

zənglərindən  rəis  missiyanın  baş  tutmadığını  hiss 

etmişdi.  Zobrist  öz  planını  həyata  keçirməyi  bacardı,  o 

fikirləşdi. Və mənim şirkətim də ona kömək etdi. 

Təyyarənin ətrafından türkcə danışıqlar eşidilirdi. 

Rəis ayağa qalxdı. - “Qapını açmayın!” - o, pilota əmr 

etdi. 

Pilot bir anlıq dayanıb rəisə baxdı. “Niyə?” 



“ÜST  beynəlxalq  yardım  təşkilatıdır”,  -  rəis  cavab 

verdi,  -  “və  bu  təyyarə  suveren  əraziyə  malikdir!”  Pilot 

başını  yellətdi.  -  “Cənab,  bu  təyyarı  türk  aeroportunda 

dayanıb  və  türk  səmasından  çıxmayanadək  dövlətin 

qanunları  qarşısında  cavabdehdir.”  Pilot  çıxışa 

yaxmlaşdıb qapını açdı. 

Formalı iki kişi içəri baxdı. Onların sərt baxışları buz 

kimi soyuq idi. “Təyyarənin kapitanı kimdir?” onlardan 

biri güclü ləhcə ilə dilləndi. 

“Mənəm”, - pilot cavab verdi. 

Zabit  pilota  iki  vərəq  uzatdı.  “Həbslə  bağlı  orderdir. 

Bu iki sərnişin bizimlə getməlidir”. 

Pilot orderi nəzərdən keçirdi və rəislə Ferrisə baxdı. 

downloaded from KitabYurdu.org




728 

 

“Dr.  Sinskeyə  zəng  vurun”,  -  rəis  ÜST-nin  pilotuna 



dedi.  -  “Biz  beynəlxalq  fövqəladə  əməliyyatın 

iştirakçılarıyıq”. 

Zabitlərdən  biri  rəisə  baxdı.  “Dr.  Elizabet  Sinskey? 

Ümumdünya  Səhiyyə  Təşkilatının  direktoru?  Sizin 

həbsinizə əmri elə o özü verib”. 

“Ola bilməz”, - rəis cavab verdi. - “Cənab Ferris və 

mən  Türkiyəyə  Dr.  Sinskeyə  kömək  etmək  üçün 

gəlmişik”. 

“Deməli,  yaxşı  kömək  edə  bilmirsiz”,  -  ikinci  zabit 

cavab verdi. - “Dr. Sinskey özü bizimlə əlaqə qurub sizin 

hər  ikinizin  Türkiyə  ərazisində  bioterror  törətdiyinizi 

deyib”. O, qandalları çıxardı. “Dindirilmək üçün bizimlə 

getməlisiniz”. 

“Mən vəkil tələb edirəm!”- rəis qışqırdı. 

Otuz  saniyə  sonra  Ferrislə  rəis  qandallı  halda  qara 

sedanm arxa oturacağında idilər. Sedan irəli gedib metal 

şəbəkədən  olan  hasarın  qarşısında  dayandı.  Hasar 

aralanıb  maşına  yol verdi.  Avtomobil  çəpərin  perimetri 

boyunca  gedib  köhnə  bir  binanın  qarşısında  dayandı. 

Formalı kişilər sedandan düşüb ərazini gözdən keçirdilər. 

İzlənmədiklərinə  əmin  olduqdan  sonra  kişilər  polis 

formalarını  çıxarıb  kənara  tulladılar.  Ferrislə  rəisi 

maşından çıxarıb qollarındakı qandalları açdılar. 

downloaded from KitabYurdu.org




729 

 

Rəis biləklərini ovuşdurdu. 



“Maşının  açarları  ayaqaltı  döşəkçənin  altındadır”,  - 

agentlərdən biri yaxınlıqdakı ağ furqona işarə ilə dedi. - 

“Arxa oturacaqda istədiyiniz şeylərlə dolu idman çantası 

var - səyahət sənədləri, nağd pul, öncədən pulu ödənilmiş 

telefonlar, geyim və ehtiyac duyacağınız başqa nələrsə”. 

“Təşəkkür edirəm”, - rəis dedi. - “Əhsən, uşaqlar!” 

“Biz peşəkarıq, ser”. 

Bunu deyib türklər qara sedana minib uzaqlaşdılar. 

Sinskey heç vaxt məni buraxmayacaqdı, rəis düşündü. 

İstanbula  uçarkən  bunu  hiss  edən  rəis  Konsorsiumun 

yerli  şöbəsinə  e-mail  yazaraq  Ferrislə  birgə  köməyə 

ehtiyacı olacaqlarını bildirmişdi. 

“Səncə, arxamızca gələcək?” Ferris soruşdu. 

“Sinskey?” Rəis başını tərpətdi. 

“Əlbəttə.  Hərçənd  başı  indi  başqa  problemlərə 

qarışıb”. 

İkisi  də  ağ  furqona  mindilər.  Rəis  çantanın 

içindəkiləri gözdən keçirib sənədləri qaydasına salmağa 

başladı.  Beysbol  kepkasını  çantadan  çıxardı.  Çantada 

“Highland Park” viskisi də var idi. 

Afərin uşaqlar. 

Rəis kəhrəba rəngli içkiyə baxıb sabahadək gözləməyi 

qərar  aldı.  Yenidən  Zobristin  solublon  torbasını 

downloaded from KitabYurdu.org




730 

 

xatırlayıb sabahın necə olacağını təsəvvür etməyə çalışdı. 



Mən  əsas  qanunumu  pozdum,  o  fikirləşdi.  Öz 

müştərimə xəyanət etdim. 

Rəis qəribə bir yüngüllük hiss edirdi. O bilirdi ki, bir 

neçə  gündən  sonra  bütün  dünya  bu  faciədən  danışacaq. 

Bu faciədə isə onun rolu şəksizdir. Mən olmasaydım, bu, 

baş verməyəcəkdi. 

Həyatında birinci dəfə idi ki, cahilliyinin onun mənəvi 

məsuliyyətinə 

haqq  qazandırdığını  hiss  etmirdi. 

Barmaqları sketç şüşəsinin qapağını açdı. 

Kef elə, öz-özünə dedi. İstənilən halda sayılı günlərin 

qalıb. 


Rəis şüşəni başına çəkdi, boğazına yayılan istiliyi hiss 

etdi. 


Birdən  qaranlığı  parlaq  və  mavi  rəngli  yanıb-sönən 

işıq  bürüdü,  polis  maşınları  onlan  hər  tərəfdən  əhatəyə 

aldı. 

Rəis  çaşqın  halda  ətrafa  baxdı...  və  daş  kimi  donub 



qaldı. 

Xilas yox idi. 

Silahlı türk polis zabitləri furqona yaxınlaşdıqca rəis 

Highland Park-dan son bir qurtum da içib sakitcə əllərini 

başına qoydu. 

Bu dəfə zabitlərin özününkülər olmadığına əmin idi. 

downloaded from KitabYurdu.org



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə