Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə141/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   137   138   139   140   141   142   143   144   ...   157

673 

 

Bu lövhədə isə bircə söz var idi. Lenqdon dayandı. 



Brüder də yavaşıyıb arxaya çevrildi. 

“Nə olub?” 

Lenqdon işarə etdi. 

Lövhədə istiqamət işarəsi ilə yanaşı qorxulu qorqon - 

qədim qadın qulyabanmm adı yazılmışdı. 

MEDUSA 


Brüder  yazını  oxuyub  çiyinlərini  çəkdi.  “Nə  olsun 

ki?” 


Lenqdonun  ürəyi  sürətlə  döyünürdü.  O  bilirdi  ki, 

Medusa  təkcə  ona  baxanları  daşa  döndərən  qorxulu, 

ilansaçlı  varlıq  deyil,  həm  də  yunan  mifologiyasında 

yerin altında yaşayan yırtıcılar ailəsinin üzvüdür... xtonik 

əjdaha kimi tanınan bədheybət. 

Batan sarayın dibinə en... 

burada, qaranlığın içində xtonik əjdaha gözləyir... 

Bu, yolu göstərir, Lenqdon qaçmağa başladı. Lenqdon 

Medusa  işarəsini  izləyərək  qaranlığın  içində  o  tərəf-bu 

tərəfə qaçdıqca Brüder ona çatmağa çalışırdı. Nəhayət o, 

sistemin  ən  sağdakı  divarının  dibindəki  platformaya 

çatdı. 


Qarşısında inanılmaz görüntü var idi. 

Suyun  içindən  çıxan  mərmər  heykəl  Medusanın 

ilanlarla  dolu  saçını  göstərirdi.  Görünüşü  daha  də 

downloaded from KitabYurdu.org




674 

 

vahiməli  etmək  üçün  başı  sinəsinə  tərs  bitişdirilmişdi. 



Lənətlənmişlər  kimi  tərs,  Lenqdon  Bottiçellinin  əsərini 

xatırladı.  Malebolge-də  lənətlənmiş  günahkarların  başı 

tərs çevrilmişdi. 

Brüder  təngnəfəs  halda  axır  ki  ona  çatdı,  çaşqınlıq 

içində Medusanın tərs başına baxmağa başladı. 

Lenqdon əmin idi ki, indi sütunlardan biri üçün özül 

kimi  istifadə  olunan  bu  başı  kimsə  bura  havayı  tikinti 

materialı kimi gətirib. Və yəqin düşünüblər ki, bununla 

da Medusa daha heç kimə pislik edə bilməyəcək. Amma 

Lenqdon  nədənsə  bədbin  fikirləri  beynindən  qova 

bilmirdi. 

Dantenin  “Cəhənnəm”i.  Sonluq.  Dünyanın  mərkəzi. 

Cazibə  qüvvəsinin  səmtinin  dəyişdiyi  yer.  Orda  yuxan 

aşağıya aşağıya çevrilir. 

Lenqdon başın ətrafım bürüyən qırmızı işığa baxdıqca 

düşünürdü. Medusanın saçının çox hissəsi suda olsa da, 

gözləri  yuxarıda  idi  və  sola  doğru  -  gölməçənin  digər 

tərəfinə baxırdı. 

Lenqdon  qorxu  içində  başını  çevirdi,  həmin 

istiqamətə baxdı. Batan sarayın tanış boş küncünü dərhal 

tanıdı. Zobristin seçdiyi yer bura idi. 

Budur o, episentr. 

92 

fəsil 


downloaded from KitabYurdu.org


675 

 

Agent  Brüder  iri  cüssəsini  aşağı  əyib  barmaqlıqların 



arasından aşağı düşdü. Su sinəsinədək qalxırdı. Sərin su 

əyninə  hopduqda  bir  az  üşüdü.  Sistemin  döşəməsi 

sürüşkən idi, amma ayaqlarına yaxşı dayaq dururdu. O, 

ehtiyatla  addımlayır,  hər  addımdan  sonra  dayanırdı.  Su 

konsentrik dairələr şəklində ləpələnib uzaqlaşırdı. 

Bir  anlıq  Brüder  nəfəsini  dərdi.  Asta  hərəkət  et, 

öz-özünə  dedi.  Burulğan  yaratma.  Ondan  yuxarıda 

dayanan Lenqdon ətrafa nəzarət edirdi. 

“Hər şey qaydasındadır”, - Lenqdon pıçıldadı. - “Səni 

heç kim görmür”. 

Brüder  çevriləndə  parlaq  qırmızı  projektorlarla 

işıqlandırılmış  Medusanın  iri  başı  ilə  üz-üzə  gəldi. 

Qulyabanı Brüderə yaxından daha nəhəng görünürdü. 

“Medusanın baxışını izlə”, - Lenqdon pıçıltı ilə dedi. - 

“Zobrist  simvologiya  və  dramatologiyaya  vaqif  adam 

imiş... 


onun  öz  əsərini  Medusanın  düz  gözlərilə  eyni  səmtdə 

yerləşdirməsinə heç təəccüblənmərəm”. 

“Dahilər  eyni  cür  düşünür”.  Brüder  amerikalı 

professora  onunla  gəlməkdə  təkid  etdiyinə  görə 

minnətdar  idi.  Lenqdonun  fəhmi  onları  vaxt  itirmədən 

sisterinin doğru hissəsinə yönləndirmişdi. 

Dante  simfoniyası  davam  edirdi,  uzaqdan  eşidilən 

downloaded from KitabYurdu.org




676 

 

səslərdən  bunu  başa  düşmək  çətin  deyildi.  Brüder 



suyadavamlı  Tovatec  qələm-fənərini  suyun  altına  saldı, 

işığını yandırdı. Parlaq halogen işıq sistemin döşəməsini 

aydın göstərdi. 

Asta, Brüder özünə xatırladırdı. Allah eləməsin nəyisə 

zədələyəsən.  Və  bir  kəlmə  də  demədən  o,  gölməçədə 

səyahətinə  başladı.  Ehtiyatla  hərəkət  edir,  minaaxtaran 

kimi fənərini irəli və arxaya hərəkət etdirirdi. 

Məhəccərin yanında dayanan Lenqdon hiss edirdi ki, 

boğazında  qəribə  bir  quruluq  yaranır.  Rütubətliliyinə 

baxmayaraq, sisterinin havası quru və oksigeni tükənmiş 

kimi idi. Brüder ehtiyatla irəlilədikcə professor özünü hər 

şeyin yaxşı olacağına inandırmağa çalışırdı. 

Vaxtında çatdıq. 

Kənara heç nə axmayıb. 

Brüderin dəstəsi təhlükəni dəf edəcəklər. 

Bununla  belə,  Lenqdon  əsəbləri  son  həddə  çatmışdı. 

Ömür  boyu  klaustrofobiyadan  əziyyət  çəkdiyinə  görə 

bilirdi  ki,  mümkün  deyil  burada  ürəyi  sıxılmasın.  Min 

tonlar  ağırlığında  dünya  başımızın  üstündədir...  onu 

getdikcə çürüyən sütunlardan başqa heç nə saxlamır. 

O  bu  fikri  özündən  uzaqlaşdırmaq  üçün  ətrafa  göz 

gəzdirməyə başladı. 

Heç nə. 

downloaded from KitabYurdu.org




677 

 

Ən yaxınlıqdakı adamlar ayn-ayn lövhələrin üzərində 



dayanmışdılar,  hamısının  da  üzü  orkestrə  sarı  idi. 

Görünür,  heç  kim  Brüderin  suya  enib  sistemin  uzaq 

küncünə  getməyini  görməmişdi.  Lenqdon  diqqətini 

MHD  dəstəsinin  başçısına  yönəltdi.  Onun  sualtı  fənəri 

qarşısına işıq salaraq yolu aydmladırdı. 

Lenqdon  baxdıqca  periferik  yaddaşı  sol  tərəfdə  bir 

hərəkət sezdi - Brüderin qarşısında dayanan qara kölgə. 

Lenqdon 


diqqətlə baxdı. O, yerin altından qalxan silueti görəcəyini 

zənn edirdi. 

Brüder də dayandı, yəqin ki, o da sezib. 

Uzaq küncdəki qara siluet divardan on metr yuxarıda 

idi. Ruhabənzər siluet eynilə Zobristin videosundakı vəba 

həkiminə bənzəyirdi. 

Kölgədir, Lenqdon başa düşdü. Brüderin öz kölgəsi. 

Brüder  hərəkət  etdikcə  kölgə  də  dəyişirdi.  Eynilə 

Zobristin kölgəsi video yazıda hərəkət etdiyi kimi. 

“Həmin nöqtə oradadır”, - Lenqdon Brüderə səsləndi. 

- “Çox yaxınsan”. 

Brüder  başını  tərpətdi  və  hərəkətini  davam  etdirdi. 

Lenqdon da platformada hərəkət edir, onunla eyni xətdə 

qalmağa çalışırdı. Agent bir az da irəli getdikcə Lenqdon 

tələsik  orkestr  tərəfə  nəzər  saldı.  O,  Brüderi  görən 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə