Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə138/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   134   135   136   137   138   139   140   141   ...   157

658 

 

“Hə,  hə”,  -  Lenqdon  dedi,  -  “amma  Dandolonun 



qəbrindən 

axan  suyun  konkret  hara  axdığını 

bilirsinizmi?” 

“Əlbəttə”, - Mirsat dedi. - “O da Ayasofyadakı bütün 

sulann töküldüyü yerə axır. Şəhərin mərkəzinə”. 

“Yox”, - onlara yaxınlaşan Brüder dedi. - “Biz sistern 

axtarmırıq.  Biz  sütunlan  olan  geniş  yeraltı  məkanı 

axtarırıq”. 

“Hə”, - Mirsat dedi. - “Şəhərin qədim sisterni də elə 

sütunlu geniş yeraltı sahədir. Həqiqətən, çox maraqlıdır. 

O,  şəhəri  su  ilə  təmin  etmək  məqsədilə  VI  əsrdə  inşa 

edilib.  Hazırda  içində,  təxminən,  on  iki metrə  qədər  su 

var, amma...” “Hardadır?” Brüder ucadan dedi. Onun səsi 

boş otaqda əks-səda verdi. 

“Siz...  sisterni  soruşursuz?”  Mirsat  qorxmuş  halda 

soruşdu. “Bir məhəllə aralıdadır, bu binanın şərqində”. - 

O, çölə işarə etdi. - “Yerebatan saray adlanır”. 

Saray?  Lenqdon  heyrətləndi.  Topqapı  sarayı  kimi? 

Bura gəldikləri yolda Topqapı sarayının səmtini göstərən 

işarələr  var  idi.  “Axı...  saray  hamının  bildiyi  saray 

mənasında  deyil  ki?”  Mirsat  başı  ilə  təsdiq  etdi.  “Hə. 

Bizim qədimi sistemimizin adı Yerebatan saraydır. Batan 

saray deməkdir”. 

90 


fəsil 

downloaded from KitabYurdu.org




659 

 

Dr.  Elizabet  Sinskey  Lenqdon,  Brüder  və  çaşqın 



bələdçiləri  Mirsatla  birgə  Ayasofyanı  tərk  edən  zaman 

yağış leysan kimi tökürdü. 

Batan sarayın dibinə en, Sinskey fikirləşdi. 

Şəhər  sisterni  -  Yerebatan  Saray  -  Mavi  Məscid 

tərəfdən azacıq şimalda yerləşir. 

Mirsat qabaqda gedirdi. 

Sinskey Mirsata kim olduqlarını və insanların səhhəti 

üçün təhlükə  gizlədildiyi  zənn  edilən  yeri  axtardıqlarını 

demək  məcburiyyətində  qalmışdı.  “Bu  tərəfə!”  Mirsat 

onları  qaranlıq  parkla  apanrdı.  Ayasofya  dağı  artıq 

onlann arxasında qalmışdı. İrəlidə Mavi Məscidin sehrli 

milləri görünürdü. 

Sinskeylə  yanaşı  gedən  agent  Brüder  telefonda 

qışqıraraq  danışır  və  MHD  dəstəsinə  onlarla  sistemin 

girişində  görüşməyi  tapşırırdı.  “Görünür  ki,  Zobrist 

şəhərin su təminat nöqtəsini 

hədəfə alıbmış”, - Brüder təngnəfəs halda dedi. 

- “Mənə sistemdən çıxan və sisternə girən bütün bomlann 

sxemi də lazım olacaq. Biz tam izolyasiya və saxlanılma 

şərtləri  ilə  bağlı  protokol  hazırlamalıyıq.  Fiziki  və 

kimyəvi sədlərə də ehtiyacımız olacaqdır ki, vakuum...” 

“Bir dəqiqə”, - Mirsat onun sözünü kəsdi. - “Siz məni 

düz  başa  düşmədiniz.  Sistern  daha  şəhəri  su  ilə  təmin 

downloaded from KitabYurdu.org




660 

 

etmir!”  Brüder  telefonu  qulağından  ayırıb  gözlərini 



bələdçiyə zillədi. “Necə?” 

“Qədim  dövrlərdə  sistemdən  su  saxlamaq  üçün 

istifadə olunub”, - Mirsat izah etdi. - “Amma daha yox. 

Biz müasir dövrdə yaşayınq”. 

Brüder bir ağacın altında dayandı, digərləri də ona - 

yaxınlaşdılar. 

“Mirsat”,  -  Sinskey  dedi,  -  “siz  əminsiz  ki,  bu 

sisterndəki sudan heç kim istifadə etmir?” 

“Əlbəttə”,  -  Mirsat  dedi.  -  “Su  orda  yığılır...  sonra 

tədricən yerə sorulur”. 

Sinskey, Lenqdon və Brüder çaşqın halda bir-birlərinə 

baxdılar. Sinskey bilmirdi ki, sakitləşsin, yoxsa narahat 

olsun.  Bu  suya  heç  kim  toxunmursa,  niyə  Zobrist  onu 

çirkləndirməyi seçsin ki? 

“Biz  su  sistemini  illər  öncə  müasirləşdirərkən”,  - 

Mirsat  davam  etdi,  -  “sistern  daha  istifadəyə  yararlı 

deyildi,  buna  görə  də  yerin  altında  qalıb  böyük 

gölməçəyə  çevrildi”.  -  O,  çiyinlərini  çəkdi.  -  “İndi  isə 

yalnız turistlər üçün maraqlıdır”. - Sinskey üzünü Mirsata 

çevirdi. - “Turistlər üçün? Bir dəqiqə... turistlər ora düşə 

bilirlərmi? Sisterinin içinə?” 

“Əlbəttə,” - o cavab verdi. - “Hər gün minlərlə adam 

ora baş çəkir. Mağara hamıya maraqlı gəlir. Orada suyun 

downloaded from KitabYurdu.org




661 

 

üzərində körpü kimi keçidlər quraşdırılıb... hətta kafe də 



fəaliyyət  göstərir.  Ventilyasiya  sistemi  olmadığından 

hava  boğuq  və  rütubətlidir,  buna  baxmayaraq,  ora  çox 

məşhurdur.” 

Sinskeyin gözləri Brüderə tərəf çevrildi. O, təcrübəli 

MHD  agentinin  də  eyni  şeyi  düşündüyünü  hiss  edirdi. 

Patogenin  böyüdüyü  durğun  su  ilə  dolu  qaranlıq  və 

rütubətli mağara. Bu 

mənzərəni  gün  ərzində  su  üzərində  salınmış  keçidlərdə 

gəzişən turistlər tamamlayırdı. 

“O, bioaerozol yaradıb”, - Brüder dedi. 

Sinskey başı ilə təsdiqlədi. 

“Mənası?” - Lenqdon soruşdu. 

“Mənası”,  -  Brüder  cavab  verdi,  -  “hava  ilə  yayılan 

infeksiya deməkdir”. 

Lenqdon  susdu.  Sinskey  onun  təhlükənin  miqyasını 

başa düşmədiyini anladı. 

Hava  ilə  yayılan  patogen  ehtimalı  Sinskeyin  ağlına 

əvvəl də gəlmişdi, lakin o, sistemdən hələ də şəhərin su 

ehtiyatı  kimi  istifadə  olunduğunu  zənn  edirdi.  O, 

Zobristin yalnız suda yayılan biovarlıq yaratdığına ümid 

edirdi.  Suda  yaşayan  bakteriyalar  güclü  və  havaya 

dözümlü  olurlar,  lakin  onlar  çox  ləng  törəyirlər.  Lakin 

havada yaranan patogenlər sürətlə - artırlar. 

downloaded from KitabYurdu.org




662 

 

Çox sürətlə. 



“Əgər  havada  yayılandırsa”,  -  Brüder  dedi,  -  “çox 

güman ki, virusdur”. 

Virus,  Sinskey  razılaşdı.  Zobristin  seçə  biləcəyi  ən 

sürətlə yayılan patogen. 

Havada yaranan virusu suya buraxmaq qeyri-adi olsa 

da, suda yaranıb havada yaşayan çoxlu canlı mövcuddur - 

ağcaqanadlar,  kif  göbələkləri,  Leqionnari  xəstəliyi 

yaradan bakteriyalar, mantar toksinləri, hətta insanlar da. 

Sinskey  sistemin  gölməçəsində  yaranan  virusu  gözləri 

önündə  canlandırırdı...  infeksiyalı  mikrodamlalar  nəm 

havaya qarışırdı. 

Mirsat  narahat  halda  maşınla  dolu  küçənin  digər 

tərəfinə baxırdı. Sinskey də o tərəfə baxdı və qırmızı-ağ 

kərpicli alçaq binanı gördü. Binanın tək olan qapısı açıq 

idi  və  ona  bitişik  pilləkən  var  idi.  Zövqlə  geyinmiş  bir 

dəstə adam çətirin altında dayanıb qapıçını gözləyirdilər. 

İnsanlann içəri düşüb- qalxmasına qapıçı nəzarət edirdi. 

Yeraltı rəqs klubu? 

Sinskey  binanın  adı  yazılan  lövhəni  oxudu. 

Sinəsindən  asılan  daşın  ağırlığını  hiss  etdi.  Klub 

“Sistem” adlanırdı, 

eramızın  523-cü  ilində  tikilmişdi.  O,  Mirsatın 

narahatlığının səbəbini indi başa düşdü. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə