Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə140/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   136   137   138   139   140   141   142   143   ...   157

668 

 

Lenqdon qapıdan keçib sərt pilləkənlə içəri düşməyə 



başlayanda  sistemdən  əsən  mülayim  mehi  hiss  etdi. 

Rütubətli  yel  Lisztin  Dante  simfoniyası  ilə  qovuşduqca 

ətrafa tanış və 

eyni zamanda təsvirolunmaz qoxu yayırdı... qapalı yerdə 

xeyli adamın bir-birinə qarışmış ətri. 

Lenqdon  anidən  onu  nəyinsə  çulğaladığını  hiss  etdi. 

Sanki  görünməyən  bir  əli  yerin  altından  çıxıb  uzun 

barmaqları ilə onun bədənində gəzirdi. 

Musiqi. 

Simfoniyanın xoru - yüz güclü səs - Dantenin əsərinin 

ən məşhur hissəsini ifa edirdi. 

“Lasciate  ogne  speranza,”  onlar  oxuyurdu,  “voi 

ch’entrate”. 

Bu sözlər - Dantenin “Cəhənnəm”inin ən məşhur sətri 

- pilləkənlərin aşağısından yuxarıya ölüm gətirirdi sanki. 

Truba  və  şeypurlarla  müşayiət  olunan  xor  misranı 

yenidən 

təkrarladı. 

“Lasciateogne  speranza  voi 

ch’entrate!” 

“Buraya girən kəs, bütün ümidlərini arxada qoy! 

91 


fəsil 

Qırmızı rəngli yeraltı mağarada musiqi əks-səda verirdi - 

qarışan  səslər,  simlərin  ahəngsiz  küyü,  kontrabaslann 

vıyıltısı  -  mağarada  seysmik  titrəyişdən  doğan  uğultu 

downloaded from KitabYurdu.org



669 

 

təsiri yaradırdı. 



Lenqdon  gördüyü  qədərilə  bu  yeraltı  dünyanın 

döşəməsi bir qat su ilə örtülmüşdü - tünd, lal, küçə kimi 

hamar  -  Yeni  İngiltərədə  suyu  donmuş  gölməçənin  buz 

qatını xatırladırdı. 

Ulduzları əks etdirməyən gölməçə. 

Suyun  içindən  çıxıb  yuxarı  qalxan,  mağaranın  tağlı 

tavanına dəstək olan yüzlərlə qalın sütunlar göz baxdıqca 

uzanırdı. Sütunlar aşağıdan bir neçə qırmızı projektorla 

işıqlandırılmışdı.  Bu  mükəmməl  mənzərə  sürreal  meşə 

effekti yaratmışdı. Və ya güzgülərin köməyilə yaranmış 

bir illüziya. 

Lenqdon  və  Brüder  pilləkəndən  düşüb  dayandılar. 

Qarşılarında açılmış mənzərə onları təəccübləndirmişdi. 

Mağara  özü  qırmızı  işıq  əks  etdirirdi.  Lenqdon  ətrafı 

diqqətlə nəzərdən keçirdikcə hiss etdi ki, çətinliklə nəfəs 

alır. 


Hava onun zənn etdiyindən də ağır idi. 

Lenqdon  özündən  sol  tərəfdə  bir  dəstə  adam  gördü. 

Konsert  yerin  ən  dərin  hissəsində  gedirdi.  Səhnə  arxası 

divara qurulmuşdu. Tamaşaçılar isə geniş platformalarda 

əyləşmişdilər.  Yüzlərlə  izləyici  orkestrin  ətrafında 

qurulmuş  dairəvi  oturacaqlarda  əyləşmişdi.  Təxminən, 

yüz nəfərədək adam ayaq üstə idi. Digər ziyarətçilər isə 

downloaded from KitabYurdu.org




670 

 

piyada  platformalarının  sürahilərinə  söykənib  suya 



tamaşa  edir,  eyni  -  zamanda  musiqidən  zövq  alırdılar. 

Lenqdon  amorf  formalı  siluetlər  arasında  Siennanı 

axtarmağa  başladı.  O,  gözə  dəymirdi.  Smokinli,  donlu, 

çadralı  fiqurlar,  şort  və  sviterli  turistlər.  İnsanlığın  bu 

qəribə işıq ətrafında toplanması Lenqdonda elə təəssürat 

oyatdı  ki,  kütlə  sanki  hansısa  məxfi  ritualı  həyata 

keçirmək istəyir. 

Sienna  burdadırsa,  o  düşündü,  onu  tapmaq,  demək 

olar ki, mümkün olmayacaq. 

Həmin ən ağır çəkili bir kişi onların yanından keçdi, 

öskürə-öskürə  pilləkənlərə  tərəf  getdi.  Brüder  çevrilib 

diqqətlə 

adama baxdı. Lenqdon nitqinin quruduğunu hiss etsə də, 

özünü sakitləşdirməyi bacardı. 

Brüder qarşılarındakı platformaya keçdi. O, bir neçə 

seçimi  var  idi.  Bu  cığır  Minotavr  labirintinin  girişinə 

bənzəyirdi.  Bir  platforma  az  keçmədən  üçünə,  onlar  da 

özlüyündə  bir  neçəsinə  ayrılırdı.  Cığırlar  qaranlığın 

içində ilan kimi qıvrılıb sütunların başına dolanırdılar. 

Mən  girdim  zülmət  kimi  qaranlıq  bir  meşəyə. 

Lenqdonun  yadına  Dantenin  “Cəhənnəm”indəki  ilk 

nəğmədən misralar düşdü. İtirdim doğru yolu zülmət dərə 

içində. 

downloaded from KitabYurdu.org




671 

 

Lenqdon  sürahidən  tutub  suya  baxdı.  Təxminən,  iki 



metr dərinliyində olan su son dərəcə təmiz idi. Daş plitəli 

döşəmə lillə örtülsə də, dibi görünürdü. 

Brüder də tez aşağı baxdı. Sonra çevrilib otağı gözdən 

keçirdi. “Zobristin videosundakı yerə bənzəyən haranısa 

- görürsünüzmü?” 

“Burda hər yer ora bənzəyir”, - Lenqdon fikirləşdi. O 

da ətraflanndakı nəm divarlara baxmağa başladı. Sonra 

mağaranın  ən  uzaq  küncünə  -  orkestrin  yerləşdiyi 

platformanın sağma işarə etdi. 

“Zənnimcə, o tərəflərdir”. 

Brüder başı ilə təsdiq etdi. “Mənim instinktim də onu - 

deyir”. 


Onlar  sürətlə  keçidlərdən  adladılar,  yolayrıcına 

çatanda  sağa  döndülər.  Bu  platforma  batan  sarayın  ən 

uzaq küncünə gedirdi. 

Getdikcə  Lenqdon  burada  gizlənməyin  son  dərəcə 

asan  olduğunu  fikirləşirdi.  Çox  güman  ki,  Zobrist  də 

videosunu  hazırlamaq  üçün  bu  cür  etmişdi.  Amma  bir 

həftəlik  konsert  təşkil  etdirən  adam  sisterndə  tək  vaxt 

keçirməyi də bacarardı. Bir də ki bunun indi nə mənası 

vardı? 

Brüder  şüuraltı  olaraq  simfoniyanın  tempinə  uyğun 



addım atırdı. 

downloaded from KitabYurdu.org




672 

 

Dante ilə Virgilinin cəhənnəmə enişi. 



Lenqdon  özlərindən  sağdakı  dik  və  kifli  divarlara 

diqqətlə  baxır,  videoyazıdakı  divarla  tutuşdurmağa 

çalışırdı. Hər dəfə sağa döndükcə onlar adamlardan bir az 

da uzaqlaşır, 

mağaranın  ən  ucqar  küncünə  yaxınlaşırdılar.  Lenqdon 

arxaya baxanda qət etdikləri məsafəyə təəccübləndi. 

Onlar demək olar ki, qaçırdılar. Qarşılarına çıxan bir 

neçə  ziyarətçini  sürətlə  arxada  qoyduqca,  sistemin 

dərinliklərinə daldıqca adamların sayı azalırdı. 

Brüder və Lenqdon artıq tək idilər. 

“Hamısı  bir-birinə  bənzəyir”,  -  Brüder  dedi.  - 

“Haradan  başlayaq?”  Lenqdon  da  çaşqın  idi. 

Videodakıları  dəqiq  xatırlayırdı,  amma  burada  hələ  ki 

tanış heç nə görmürdü. 

Lenqdon  irəlilədikcə  azacıq  işıqlandırılmış  məlumat 

lövhələrini  nəzərdən  keçirirdi.  Lövhələrdən  birində 

otağın  21  milyon  qallonluq  tutumundan  bəhs  edilirdi. 

Digərində  konstruksiya  zamanı  yaxınlıqdakı  binadan 

oğurlanmış,  digərləri  ilə  uyğun  gəlməyən  sütundan 

danışılırdı.  Bir  başqasında  isə  artıq  gözə  dəyməyən 

qədim “ağlayan toyuğun gözü” - sistemin inşası zamanı 

həyatını  itirən  əsirlər  üçün  axıdılan  göz  yaşı  -  simvolu 

təsvir edilmişdi. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə