Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə137/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   133   134   135   136   137   138   139   140   ...   157

653 

 

“Bəs Dandolo aşağıda sərdabədə dəfn olunmayıb?” 



-  Lenqdon  məzan  xatırlasa  da,  onun  binadakı  dəqiq 

yerini  unutmuşdu.  Nədənsə  binanın  aşağısında  qaranlıq 

bir yerdə olduğunu zənn edirdi. 

Onun 


sualı 

Mirsatı, 

deyəsən, 

əməllicə 

təəccübləndirdi.  “Xeyr,  professor,  Enrico  Dandolonun 

məzan dəqiq deyə bilərəm ki, yuxarıdadır”. 

Görəsən, nə məsələdir axı? Mirsat fikirləşirdi. 

Lenqdon  Dandolonun  məzannı  soruşanda  Mirsat 

sualın,  bir  növ,  kələk  olduğunu  düşünmüşdü. 

Dandolonun  məzarı  heç  kimi  maraqlandırmırdı.  Mirsat 

zənn  etdi  ki,  Lenqdon,  əslində,  Dandolonun  məzarının 

yanındakı  misilsiz  nümunəni  görmək  istəyir.İsanm 

qədimi  təsvirlərindən  olan  Deesis  mozaikası  binanın  ən 

sehrli incəsənət nümunələrindən idi. 

“Yəqin  Lenqdon  mozaikanı  araşdırır,  amma  istəmir 

kimsə  bilsin.  Mirsat  professorun  bu  mozaika  haqqında 

məqalə yazmaq istədiyini fərz etmişdi. 

İndi  Mirsat  lap  çaşbaş  qalmışdı.  Lenqdon  Dessis 

Mozaikasının ikinci mərtəbədə olduğunu mütləq bilirdi. 

Onda niyə belə təəccübləndi? 

Bəlkə ona həqiqətən də Dandolonun məzarı lazımdır? 

O,  çaşqın  halda  qonaqları  yuxan  apardı.  Onlar 

Ayasofyanın  məşhur  iki  səhəngindən  -  bir  parça 

downloaded from KitabYurdu.org




654 

 

mərmərdən  hazırlanmış  Ellin  dövründən  qalma  330 



qallonluq və böyük qab - birinin yanından keçdilər. 

Mirsat  sükut  içində  onlarla  birgə  yuxarı  qalxa-qalxa 

fikrə  getmişdi.  Lenqdonun  həmkarları  qətiyyən  alimə 

bənzəmirdilər. Biri əzələli və qamətli idi, qara geyimi isə 

onu hərbçiyə bənzədirdi. Ağ saçlı qadın isə Mirsata tanış 

gəlmişdi... sanki haradasa görmüşdü. Bəlkə televizorda? 

O, getdikcə səfərin məqsədinin onun  bildiyi  kimi  deyil, 

tamam başqa olduğunu hiss etməyə başlayırdı. Görəsən, 

burda onlara nə lazımdır? 

“Bir mərtəbə də”, - Mirsat həvəslə dedi. - “Yuxanda 

biz Enrico Dandolonun məzarını və əlbəttə ki” - dayanıb 

Lenqdona  baxdı  -  “məşhur  Deesis  Mozaikasını  görə 

biləcəyik”. 

Heç bir reaksiya gəlmədi. 

Belə görünür ki, Lenqdon Deesis Mozaikasını görmək 

üçün gəlməmişdi. Nə qədər qəribə olsa da o və qonaqları 

Dandolonun məzarı ilə maraqlanırdılar. 

89 


fəsil 

Mirsat  onları  yuxan  qaldırdıqca  Lenqdon  Brüderlə 

Sinskeyin  nigaran  olduqlannı  hiss  etdi.  Etiraf  etmək 

lazımdır  ki,  ikinci  mərtəbəyə  qalxmaq  heç  ağlabatan 

deyildi.  Lenqdon  Zobristin  sualtı  videosunu...  və 

Ayasofyanm suya batan hissələrindən bəhs edən sənədli 

downloaded from KitabYurdu.org



655 

 

filmi xatırladı. 



Biz aşağı düşməliyik. 

Dandolonun  məzan  yuxan  yerləşsə  də,  onların 

Zobristin  buyurduğu  istiqamətdə  getməkdən  başqa 

çarələri  yox  idi.  Müqəddəs  hikmətlə  dolu  qızılı 

museyonda  diz  çök,  qulaqlarını  yerə  dirə,  damcılann 

səsini dinlə. 

İkinci  mərtəbəyə  çatanda  Mirsat  onlan  eyvanın 

kənarına  dəvət  etdi  ki,  aşağıdakı  ibadətgahm  əsrarəngiz 

mənzərəsini  görə  bilsinlər.  Lenqdon  diqqətlə  üzbəüzə 

baxırdı. 

Mirsat  yenə  də  şövqlə  Deesis  Mozaikası  haqqında 

danışırdı, amma Lenqdonun diqqəti başqa yerdə idi. 

O, Lenqdonun hədəfini, nəhayət ki, başa düşmüşdü. 

Dandolonun məzan. 

Məzar tam Lenqdonun təsəvvür etdiyi kimi idi - cilalı 

daş  döşəmədə  dirək  və  zəncirlərlə  əhatələnmiş 

düzbucaqlı ağ mərmər. 

Lenqdon  qabağa  atıldı,  oyulmuş  lövhəni  gözdən 

keçirdi. 

HENRICUS DANDOLO 

Qalanlar  da  ona  yaxınlaşdılar.  Lenqdon  sürətlə 

qoruyucu  zənciri  keçdi  və  düz  başdaşının  qarşısında 

dayandı. 

downloaded from KitabYurdu.org




656 

 

Mirsat  ucadan  etiraz  etsə  də,  Lenqdon  məhəl 



qoymadan  ibadətə  hazırlaşırmış  kimi  qəddar  dojun 

qarşısında diz çökdü. 

Mirsatın  təlaşla  qışqırmasına  baxmayaraq,  Lenqdon 

ovuclarını məzann üzərinə qoyub səcdə etdi. Sifətini yerə 

yaxınlaşdırarkən Məkkəyə səcdə etdiyinin fərqinə vardı. 

Görünür ki, bu hərəkəti Mirsatı bir az da çaşdırdı. İndi o, 

dinməzcə dayanmışdı. 

Dərindən nəfəs alan Lenqdon başını sağa çevirdi, bu 

dəfə  sol  qulağını  məzann  üzərinə  qoydu.  Daş  buz  kimi 

soyuq idi. 

Daşdan əks olunan səs gün kimi aydın idi. 

Allahım! 

Sanki  Dantenin  “Cəhənnəm”inin  finalı  aşağıdan  əks 

verirdi. 

Lenqdon  asta-asta  başını  Brüder  və  Sinskeyə  tərəf 

çevirdi. “Eşidirəm”, - o pıçıldadı. - “Damcıların səsi”. 

Brüder də zənciri aşıb Lenqdonun yanında yerə əyildi. 

Bir dəqiqə sonra o da başını tərpədirdi. 

Axan  suyun  səsini  eşidə  bilmişdilər.  İndi  onlan  bir 

sual narahat edirdi. Su haraya axır? 

Lenqdonun gözü önündə birdən parlaq qırmızı rəngə 

bürünən yarı-batmış mağara canlandı... onlardan aşağıda. 

Batan  sarayın  dibinə  en  ....  burada,  qaranlığın  içində 

downloaded from KitabYurdu.org




657 

 

xtonik  əjdaha  gözləyir,  ulduzları  əks  etdirməyən... 



gölməçədəki qan qırmızı sular. 

Lenqdon ayağa qalxıb dirəklərə yaxınlaşanda Mirsata 

baxdı.  Onun  Lenqdona  zillənmiş  baxışlarında  təlaş  və 

qınayıcı ifadə var idi. Lenqdon türk bələdçidən, ən azı, 

yarım metr hündür idi. 

“Mirsat”,  -  Lenqdon  dilləndi.  -  “Üzr  istəyirəm, 

gördüyünüz kimi bu çox qəribə bir vəziyyətdir. Təəssüf 

ki, izah etməyə vaxtım yoxdur, lakin sizə bina haqqında 

çox mühüm bir sualım var”. Mirsat gücünü toplayıb dedi. 

“Eşidirəm. 

“Biz Dandolonun məzanndan daş altında axan suyun 

səsin eşitdik. Biz bilmək istəyirik ki, su hara axır”. 

Mirsat başını yellətdi. “Başa düşmürəm. Ayasofyada 

axan su səsini hər yerdə eşitmək mümkündür”. 

Cavab hamını çaşdırdı. 

“Bəli”,  -  Mirsat  onlara  dedi,  -  “xüsusilə  də  yağış 

yağanda. Ayasofyanın damının sahəsi, təxminən, 9 min 

kvadrat metrdir. Su onun üstündən harasa axmalıdır. Bu 

isə  günlərlə  çəkir.  Və  adətən,  su  axıradək  axıb 

qurtarmamış yağış yenidən başlayır. Burada damcılayan 

suyun  səsini  eşitmək  adi  bir  haldır.  Gərək  ki, 

Ayasofyanın  geniş  su  mağaralan  üzərində  olması  sizə 

bəllidir. Hətta bununla bağlı çəkilmiş sənədli filmdə...” 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə