Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə130/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   126   127   128   129   130   131   132   133   ...   157

620 

 

“Bəs  mənə  elə  gəldi  ki...”  -  Lenqdon  dayandı.  - 



“Doğrusu... daha bilmirəm nə fikirləşim”. 

Ferris səmimiyyətlə gülümsədi. “Siz bu gün çox yalan 

eşitmisiniz.  Bir  dəqiqənizi  alıb  sizdən  üzr  istəməyi 

özümə borc 

bildim. Təxmin etdiyiniz kimi, mən ÜST üçün işləmirəm 

və sizi Kembricdən də mən gətirməmişəm”. 

Lenqdon  başını  tərpətdi.  Artıq  təəccüblənməkdən 

usanmışdı. “Siz rəis üçün çalışırsınız”. 

“Bəli. O məni sizə və Siennaya dəstək olmaq üçün... 

və MHD dəstəsindən yayınmaq üçün göndərmişdi”. 

“Nə  deyim,  siz  işinizin  öhdəsindən  mükəmməl 

gəldiniz”,  -  Lenqdon  dedi.  O,  Ferrisin  kilsəyədək 

gəldiyini, 

onu 


ÜST-nin 

işçisi  olduğuna  necə 

inandırdığını xatırladı. Deməli, Ferris onların Sinskeyin 

dəstəsindən 

uzaqlaşdırılması 

və 


Florensiyadan 

çıxarılması üçün göndərilibmiş. “Yəqin ki, siz həkim də 

deyilsiniz”. 

Kişi başını buladı. “Xeyr, mən rola girmişdim. Mənim 

öhdəmə düşən iş Siennaya illüziyanın davam etdirməkdə 

yardımçı  olmaq  idi  ki,  siz  də  proyektorun  bizi  haraya 

yönləndirdiyinə  köklənə  biləsiniz.  Rəis  Zobristin 

yaratdığı bu layihəni Sinskeydən qorumaqda qərarlı idi”. 

“Bunun virus olduğundan xəbəriniz vardı?” Lenqdon 

downloaded from KitabYurdu.org




621 

 

hələ də Ferrisin səpgisi və daxili qanaxmasından narahat 



halda - 

soruşdu. 

“Əlbəttə ki, yox! Siz virus deyəndə mən  fikirləşdim 

ki, bu, yəqin Siennanm uydurmasıdır. Buna görə də rola 

girdim. Biz Venesiya qatarına mindik... və sonra hər şey 

dəyişdi”. 

“Niyə?” 

“Rəis Zobristin əcaib videosuna baxmışdı”. 

Hə, film çox təsirlidir. 

“O, Zobristin dəli olduğunu anlamışdı?” 

“Tamamilə  doğrudur.  Rəis  birdən  Konsorsiumun 

hansı işin altına girdiyinin fərqinə varır və dəhşətə gəlir. 

Dərhal da Zobristi ən yaxşı tanıyan adamla - FS-2080 ilə 

-  danışmaq  istəyir  ki,  Zobristin  əməlindən  onun  agah 

olub-olmadığını öyrənsin”. 

“FS-2080?” 

“Yəni  Sienna  Bruks.  O,  əməliyyat  üçün  bu  adı 

seçmişdi. Sən demə, bu, transhumanizmlə əlaqədar imiş. 

Məndən  başqa  heç  kim  Sienna  ilə  əlaqə  yaratmağa 

kömək ola bilməzdi”. 

“Qatardakı  telefon  zəngi”,  -  Lenqdon  dedi.  -  “Sizin 

xəstə 


ananız. 

downloaded from KitabYurdu.org




622 

 

“Sizin  yanınızda  rəisin  zənginə  cavab  verə 



bilməzdim,  və  ona  görə  də  tualetə  getdim.  O,  video 

haqqında danışanda mən dəhşətə gəldim. O, Siennanın da 

aldadıldığına ümid edirdi. Amma mən ona sizin virus və 

vəbadan  danışdığınızı  deyəndə  o,  Sienna  ilə  Zobristin 

əlbir olduğunu anladı. Sienna dərhal rəqibə çevrildi. Rəis 

məndən  Venesiyada hara getmək  istədiyimizi  soruşdu... 

O  həmin  yerə  dəstə  göndərib  Siennanı  tutmağı 

planlaşdırırdı.  Agent  Brüderin  dəstəsi  Müqəddəs  Mark 

bazilikasmda onu az qala ələ keçirəcəkdi... amma Sienna 

qaçmağa nail oldu”. 

Lenqdon  gözlərini  döşəməyə  zilləmişdi.  Hələ  də 

Siennanın qəşəng qəhvəyi gözlərini görürdü. 

Bağışla məni, Robert. Hər şeyə görə. 

“Sienna  çox  mürəkkəb  adamdır”,  -  kişi  dedi.  -  “Siz 

çox  güman  ki,  onun  bazilikada  mənə  hücum  etdiyini 

görmədiniz”. 

“Sizə hücum etmişdi?” 

“Hə,  əsgərlər  içəri  girəndə  mən  uca  səslə  Siennanın 

burda  olduğunu  deməyə  hazırlaşırdım.  O  bunu  hiss 

etmişdi. Sienna yumruğunu düz sinəmin ortasına çırpdı”. 

“Nə?!” 

“Mən  nə  olduğunu  başa  düşmədim.  Bir  növ,  döyüş 



fəndi kimi. Onsuz da sinəmdə pis göy ləkə var idi. Ağn 

downloaded from KitabYurdu.org




623 

 

dözülməz idi. Özümə gəlmək üçün beş dəqiqə vaxt keçdi. 



Sienna hamıdan yayınıb sizi eyvana apardı”. 

Lenqdon  Siennaya  qışqıran  yaşlı  italyan  qadını 

xatırladı. O - L’hai colpito al petto!” - deyib yumruğunu 

sinəsinə vururdu. 

Bacarmaram!  Sienna  ona  belə  cavab  vermişdi.  DNŞ 

onu öldürəcək! Bir sinəsinə bax! 

Lenqdon  bu  mənzərəni  xatırladıqca  Sienna  Bruksun 

ani reaksiya və hazırlıq bacarığına məəttəl qalırdı. Sienna 

yaşlı  qadının  dediklərini  çox  ustalıqla  istədiyi  kimi 

tərcümə  etmişdi.  L’hai  colpito  al  petto  Siennaya  sinəni 

sıxmağı təklif etmirdi... bu, ittiham idi: Sən onun sinəsinə 

vurdun! 


Həmin andakı xaosun içində Lenqdon bunun fərqinə - 

varmamışdı. 

Ferris acı-acı gülümsədi. “Yəqin Sienna Bruksun necə 

adam olduğunu artıq başa düşmüsüz”. 

Lenqdon başını tərpətdi. Hə, başa düşmüşəm. 

“Sinskeyin  adamlan  məni  Mendasiuma  gətirib  sarğı 

qoydular. Rəis mənim, necə deyərlər, bir məsləhətçi kimi 

gəlməyimi istədi. Çünki sizdən başqa bu gün Sienna ilə 

olmuş ikinci yeganə adam mənəm”. 

Lenqdon başını tərpətdi. Diqqətini kişinin səpgisi cəlb 

etdi. “Üzünüzə nə olub?” Lenqdon soruşdu. “Sinənizdəki 

downloaded from KitabYurdu.org




624 

 

nədir? Bu...” 



“Vəba?”  Lenqdon  gülüb  başını  yellətdi.  “Bilmirəm 

sizə  deyiblər,  ya  yox,  amma  mən  bu  gün  iki  həkim 

rolunda çıxış etmişəm”. 

“Başa düşmədim?” 

“Mən kilsədə olanda dediniz ki, sizə tanış gəlirəm”. 

“Elədir ki, var. Dumanlı şəkildə olsa da. Gözlərinizi 

tanımışdım,  səhv  etmirəmsə.  Dediniz  ki,  Kembricdən 

məni siz gətirmisiz, çox güman ki, ordan tanıyıram...”  - 

Lenqdon  dayandı.  -  “Amma  indi  bilirəm  ki,  siz 

gətirməmisiz, bəs...” 

“Ona  görə  ki,  biz  artıq  tanış  idik.  Amma  Kembricdə 

yox”.  Kişi  Lenqdona  baxıb  onun  nəsə  xatırlayacağını 

gözlədi. 

“Bu gün səhər xəstəxana ayılanda mən sizin gördüyünüz 

ilk adam idim”. 

Lenqdonun yadına balaca xəstəxana otağı düşdü. Zəif 

və  bulanıq  görsə  də,  ayılarkən  gördüyü  adamın  qalın 

qaşlı, ağ saqqallı solğun, yaşlı və yalnız italyanca danışan 

həkim olduğuna əmin idi. 

“Yox”.  -  Lenqdon  dedi.  -  “Mən  gözümü  açıb  Dr. 

Markonini görmüşdüm...” 

“Scusi,  professore”72,  -  kişi  təmiz  italyanca  onun 

sözünü  kəsdi.  -  “Ma  non  si  ricorda  di  me?73”  -  Eynilə 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə