Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə8/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   4   5   6   7   8   9   10   11   ...   157

36 

 

Rəis onun səsində qeyri-adi gərginlik hiss etdi. Sahə 



agentləri,  adətən,  onunla  birbaşa  danışmazdılar  və 

xüsusilə, 

dünənkisayaq 

məğlubiyyətdən 

sonra 

ümumiyyətlə,  işbirliyindən  ayrılardılar.  Bununla  belə, 



düşdüyü durumdan 

çıxmaq üçün rəisə yardım əli uzadacaq kimsə lazım idi və 

Vayenta bu iş üçün ən münasib şəxs idi. 

“Xəbər var”, - Vayenta dedi. 

Rəisin sükutu Vayentaya davam etməsi üçün işarə idi. 

O, danışdıqca səsində heç bir hiss duyulmurdu. Bu da 

onun peşəkarlığından irəli gəlirdi. “Lenqdon qaçdı”, - o 

dedi, “əşya da onunladır”. 

Rəis  masanın  üstündə  oturub  uzun  müddət 

tərpənmədi. “Aydındır”, - nəhayət, dilləndi. “Yəqin ki, ən 

tez 

müddətdə 



o, 

səlahiyyətli 

orqanlarla 

əlaqə 


yaradacaqdır”. 

Rəisin  ofisindən  iki  mərtəbə  aşağıda  -  gəminin 

idarəetmə  mərkəzində,  ayrıca  kabinetdə  əyləşmiş  baş 

koordinator  Laurens  Noulton  rəisin  qəbul  etdiyi  zəngin 

bitdiyini gördü. Xəbərin yaxşı olduğuna ümid edirdi. 

Ötən  iki  gün  ərzində  rəisin  ovqatı  gözəçarpan 

dərəcədə  gərgin  idi.  Gəmidə  olanların  hər  biri  bunun 

hansısa ciddi əməliyyatla bağlı olduğunu hiss edirdi. 

“Bu iş son dərəcə vacibdir Vayentanın yerində olsam, 

downloaded from KitabYurdu.org




37 

 

nəyin  bahasına  olursa  olsun,  səhv  buraxmamağa 



çalışardım”. 

Noulton  indiyədək  xeyli  ciddi  əməliyyat  planlarına 

rəhbərlik  eləsə  də,  bu  dəfə  xaosa  səbəb  olmuş  bu  işin 

başına rəis özü keçmişdi. 

Biz xəritəyə salınmayan əraziyə daxil olmuşuq. 

Hazırda  dünyanın  dörd  bir  yanında  ayn-ayrı 

əməliyyatlar  Konsorsiumun  müxtəlif  sahə  ofislərindən 

idarə  olunurdu.  Bu  isə  rəis  və  Mendasium  heyətinin 

xüsusi  olaraq bu  əməliyyatla  məşğul olması üçün şərait 

yaradırdı. 

Onlann  müştərisi  bir  neçə  gün  əvvəl  Florensiyada 

ölümdən  yaxa  qurtara  bilmişdi.  Lakin  Konsorsiumun 

hələ dərkənarında həyata keçiriləsi çox xidmətləri var idi. 

Vəziyyətdən  asılı  olmayaraq,  insanın  bu  təşkilata  etibar 

edə  biləcəyi  xidmətlər.  Konsorsium  isə  öz  növbəsində 

göstərişləri sorğusuz həyata keçirirdi. 

“Mənim  öz  tapşırıqlarım  var”,  -  Noulton icraya  tam 

hazır şəkildə düşündü. 

O,  səskeçirməz  şüşə  ofisdən  çıxdı.  Bəzisi  şəffaf, 

bəzisi tutqun onlarla otağın yanından keçdi. Bu ofislərdə 

də  eyni  məsələnin  başqa  tərəfləri  ilə  bağlı  növbətçilər 

işləyirdi. 

Noulton  havası  yüngül  olan  əsas  idarəetmə  otağına 

downloaded from KitabYurdu.org




38 

 

daxil  oldu.  İşçilərin  hər  birinə  başı  ilə  salam  verdi. 



Burdan  isə  seyflərin  saxlanıldığı  kiçik  zirzəmiyə  keçdi. 

Qutulardan  birini  açdı  və  içindən  lazım  olan  əşyanı  - 

parlaq  qırmızı  fləş  kartı  götürdü.  Ona  əlavə  edilmiş 

təlimata görə fləş kartına böyük videoyazı yüklənmişdi. 

Müştərinin  göstərişinə  uyğun  olaraq  həmin  videoyazı 

sabah  səhər  günün  müəyyən  saatında  aparıcı  media 

kanallarında yayınlanacaqdı. 

Yazını  yükləmək  bəsit  bir  iş  idi.  Bütün  rəqəmsal 

fayllarm  qaydasında  olduğunu  yoxlamaq  üçün  adətən, 

yayından  iyirimi  dörd  saat  qabaq  onları  gözdən 

keçirirdilər. Son anda şifrə açılması və ya əlavə olunması, 

yaxud  yüklənmədən  öncə  yerinə  yetirilməsi  vacib  olan 

işlərin tamamlanması üçün Konsorsium adekvat zamanı 

seçməyə  borclu  idi.  Yüklənməzdən  öncə  bu  videonun 

yoxlanılmasının  zəruriliyi  barədə  xüsusi  qeyd  - 

qoyulmuşdu. 

Heç nəyi şansın umuduna buraxmaq olmaz. 

Noulton şəffaf ofisinə qayıtdı. Onu ətrafındakılardan 

ayıran ağır şüşə qapını içəridən kilidlədi. 

Divardakı  düyməni  basdı,  ofis  bir  anda  ala-torana 

qərq oldu. 

“Mendasium”un  şüşə  ofislərində  məxfiliyi  qorumaq 

üçün  xüsusi  zərrəciklərin  tətbiqi  texnologiyası  ilə 

downloaded from KitabYurdu.org




39 

 

hazırlanmış  yeni  şüşə  növündən  istifadə  edilmişdi. 



Xüsusi  zərrəciklər  elektrik  cərəyanın  verilməsi  və  ya 

kəsilməsi  ilə  hərəkətə  gəlirdi.  Şüşə  panelin  içində 

milyonlarla xırda zərrələr gah xaotik şəkildə yayılır, gah 

da  bir-birinə  paralel  şəkildə  düzülürdü.  Konsorsiumun 

uğurunun əsasında şəxsilik dayanırdı. 

Öhdənə düşəni etməlisən. Heç nəyi paylaşmaq olmaz. 

Öz  şəxsi  ofisində  oturan  kimi  Noulton  yaddaş 

çubuğunu kompüterinə taxdı. Faylı yoxlamağa başladı. 

Ekran  dərhal  qaraldı...  kompüterdən  astadan  damcı 

səsi  gəldi.  Ekranda  yavaş-yavaş  surət  yaranmağa 

başladı...  formasız  və  qeyri-müəyyən.  Qaranlıqdan 

yaranan surət getdikcə nəyəsə bənzəyirdi... mağaranın içi 

və  ya  hansısa  böyük  kahanın  içi.  Yeraltı  göllər  kimi 

mağaranın da döşəməsi su idi. Qəribə olsa da, öz-özünə 

işıqlandığından içərisi tam aydın görünürdü. 

Noulton  ömründə  belə  bir  şey  görməmişdi.  Bütün 

mağara  fövqəltəbii  qırmızıya  bənzər  rəngdə  parlayırdı. 

Damcılayan  su  solğun  divarlarda  bığcıq  kimi  əksini 

tapırdı. Bura... haradır belə? 

Su dayanmadan damcılayırdı. Kamera şaquli formada 

asta-asta aşağı enməyə başladı. Parlayan səthə çatanadək 

kamera  enməkdə  davam  elədi.  Damcı  səsi  kəsildi, 

müdhiş  sualtı  uğultu  ilə  əvəzləndi.  Daha  bir  neçə  metr 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə