Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə16/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   12   13   14   15   16   17   18   19   ...   157

74 

 

İntibah. 



Yenidən doğulma. 

Həmişə belə olub. Ölümü yeni doğulma əvəzləyib. 

Cənnətə 

yetişmək  üçün  insan  cəhənnəmdən 

keçməlidir. 

Bunu bizə ustadımız öyrədib. 

Amma bununla belə gümüşü saçlı nadan məni “vəhşi” 

adlandırır?  Yəni  o,  hələ  də  gələcəyin  riyaziyyatını 

qavraya bilmir? Onun gətirəcəyi dəhşətləri dərk eləmir? 

Mən Kölgəyəm. 

Mən sizin qurtuluşunuzam. 

Və  mən  bu  mağaranın  dərinliyində,  ulduzları  əks 

etdirməyən  yuvada  dayanmışam.  Elə  buradaca,  bu 

dərinlikdəcə cəhənnəm atəşi qaynayır. 

Tezliklə o partlayaraq alovlanacaq. 

Və  əgər  partlasa,  dünyada  heç  nə  onun  qarşısını  ala 

bilməyəcək”. 

4 Camberley - pencək forması 

ıı fəsil 

Lenqdonun əlindəki əşya ölçüsünə görə çox ağır idi. Bu 

zərif  və  hamar  cilalanmış  silindr  metal  parçasının 

uzunluğu on beş santimetr olardı. Hər iki tərəfinin oval 

olması onu miniatür torpedaya oxşadırdı. 

“Belə  gözəyarı  baxma,  yan  tərəfinə  nəzər  yetirsən 

downloaded from KitabYurdu.org



75 

 

yaxşıdır”, - Sienna gülümsədi. “Simvollar üzrə professor 



olduğunu deyirsən, eləmi?” 

Lenqdon  bütün  diqqətini  borucuğa  yönəltdi.  Bir 

tərəfində əks olunmuş qırmızı simvolu görənədək əlində 

fırlatdı. 

Dərhal bədəninin gərildiyin hiss etdi. 

İkonoqrafiya  tələbəsi  kimi  Lenqdon  insan  beynində 

qorxu yaradacaq bir neçə simvol tanıyırdı... bu gördüyü 

ən  birinci  gəlirdi.  O  dərhal  reaksiya  verdi;  borunu 

masanın üzərinə qoyub masaya əyləşdi. 

Sienna  başını  tərpətdi.  “Hə,  mən  də  eynilə  bu  cür 

reaksiya vermişdim”. 

Borudakı işarə adi üçtərəfli ikona idi. 

Lenqdon  bu  məlum  simvolun  1960-cı  illərdə  Dow 

Chemical  tərəfindən  istehsal  edilməsi  barədə  bir  yazı 

oxumuşdu.  Onu  həmin  dövrədək  istifadə  olunan 

təhlükədən - xəbərdarlıq nişanı ilə əvəzləyərək işlətməyə 

başlayırlar.  Digər  məşhur  simvollar  kimi  bu  da,  sadə, 

fərqli  və  istehsalı  asan  idi.  Kəlbətindən  tutmuş  bıçağa 

kimi  hər  şeylə  uyğun  gələn  bu  işarə  müasir  dünyada 

təhlükəni əvəz edən məşhur simvola çevrildi. 

“Bu  balaca  kanistr  bioboru  adlanır”,  -  Sienna  dedi. 

“Təhlükəli  maddə  daşımaq  üçün  istifadə  olunur.  Tibdə 

vaxtaşırı  bunlardan  görürük.  İçindəki  süngər  material 

downloaded from KitabYurdu.org




76 

 

əsas maddəni təhlükəsiz daşımağa imkan verir.Bu halda 



isə...”,  -  Sienna  bio-  təhlükə  simvoluna  işarə  edərək 

davam  etdi,  -  “Zənn  edirəm  ki,  içində  ya  öldürücü 

kimyəvi maddə... ya da ki... virus ola bilər”. O dayandı. 

“İlk Ebola nümunələri Afrikadan buna bənzər borularda 

gətirilmişdi”. 

Lenqdon bunları heç eşitmək belə istəmirdi. “Mənim 

pencəyimdə  axı  nə  işi  var?  Mən  incəsənət  tarixi 

müəllimiyəm,  axı  bu  zibil  mənim  cibimə  hardan 

düşüb?!” 

Can  verən  bədənlərin  ürpərdici  mənzərəsi  gözünün 

önünə  gəldi...  bir  də  onlara  yuxandan  baxan  vəba 

maskası. 

Çox üzgünəm... Çox üzgünəm. 

“Necə düşməsindən asılı olmayaraq”, - Sienna dedi, 

-  “çox  nadir  parçadır.  Qurğuşun  örtüldü  titan.  İşıq 

keçirməzdir,  hətta  radiasiyaya  davamlıdır.  Təxmin 

edirəm  ki,  bu  işdə  hökumətin  əli  var”.  O,  simvolun 

yanma vurulmuş poçt markası ölçülü qara lövhəyə işarə 

etdi. “Barmaq izi üçündür. İtərsə və ya oğurlanarsa, aşkar 

edilsin  deyə  düşünülüb.  Oxşar  borucuqlar  yalnız 

müəyyən adam tərəfindən açıla bilər”. 

Lenqdon artıq beyninin normal sürətlə işlədiyin hiss 

etsə də, gördüyünü qavramaqda çətinlik çəkirdi. Deməli, 

downloaded from KitabYurdu.org




77 

 

mən biometrik möhürlü kanistr daşıyırmışam. 



“Bu kanistri cibindən tapdıqdan sonra sən ayılanadək 

təklikdə Dr. Markoniyə göstərmək istəyirdim. Sənin baş 

barmağını  lövhəyə  tutub  açmağı  düşünürdüm.  Amma 

içində nə olduğunu bilmədiyimdən riskə getmədim və...” 

“MƏNİM baş barmağım?!” - Lenqdon başını yellədi. 

“Bu  əşyanın  mənim  barmağımı  tanıyacağı  absurddur. 

Biokimyadan 

qətiyyən  başım  çıxmır.  Ömrümdə  belə  bir  əşyam 

olmayıb”. 

“Əminsən?” 

Lenqdon  tam  əmin  idi.  O,  əlini  uzatdı  və  baş 

barmağını  lövhəyə  yaxınlaşdırdı.  Heç  nə  dəyişmədi. 

“Gördün?! Sənə dedim ki...” 

Titan borucuqdan səs gəldi. Lenqdon əli yanmış kimi 

arxaya  çəkildi.  Zəhrimar.  Gözlərini  zilləyərək  borunun 

öz-özünə  açılacağını  və  zəhərli  qaz  buraxacağını 

gözləyirdi. Üç saniyədən sonra çaqqıltı eşidildi. Görünür, 

avtomatik olaraq bağlanması proqramlaşdırılıbmış. 

Nitqi qurumuş halda Lenqdon Siennaya tərəf çevrildi. 

Gənc  həkim  bayaqkından  da  gərgin  idi.  “Deməli, 

bunu daşımaq üçün nəzərdə tutulan adam elə sənmişsən”. 

Lenqdonun 

gözü 

önündə 


baş  verənlər  ona 

mümkünsüz  görünürdü.  “Bu,  ola  bilməz.  Əwəla,  bu 

downloaded from KitabYurdu.org



78 

 

metal  parçası  ilə  aeroport  yoxlanışmdan  necə  keçə 



bilmişəm?” 

“Bəlkə şəxsi təyyarədə uçmusan? Ya da ki, ola bilər 

bunu sənə İtaliyada veriblər?” 

“Sienna, mən konsulluğa zəng vurmalıyam. Dərhal”. 

“Səncə, əvvəlcə onu açmaq yaxşı olmazmı?” 

Lenqdon  həyatı  boyu  çox  dəlisov  qərarlar  vermişdi. 

Lakin  bu  qadının  mətbəxində  təhlükəli  maddə  ilə  dolu 

əşyanı  açmağa  razı  ola  bilməzdi.  “Mən  bu  əşyanı 

rəsmilərə verəcəyəm. Elə bu dəqiqə”. 

Sienna  dodaqlarını  büzərək  digər  variantlar 

düşünürdü.  “Yaxşı,  amma  bir  şərtlə.  Onlara  zəng 

vurduqdan  sonra  tək  hərəkət  etməli  olacaqsan.  Mən  bu 

işə  artıq  qanşa  bilmərəm.  Sən  onlarla  burada  görüşə 

bilməzsən. Mənim İtaliyada miqrasiya məsələm... bir az 

dolaşıqdır”. 

Lenqdon Siennanın gözlərinə baxdı. “Bir şeyi bilirəm 

ki, Sienna, sən mənim həyatımı xilas etmisən. Vəziyyəti 

sənin istədiyin yöndə idarə edəcəyik”. 

O,  təşəkkür  əvəzi  başını  tərpətdi.  Qalxıb  pəncərəyə 

yaxınlaşaraq həyətə baxmağa başladı. “Demək, biz belə 

etməliyik”. 

Sienna  dərhal  plan  cızdı.  Sadə,  ağlabatan  və 

təhlükəsiz. 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə