Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə19/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   15   16   17   18   19   20   21   22   ...   157

89 

 

tərəfini  bir-birinə  əks  istiqamətdə  burdu.  Bir  çərək 



burduqdan  sonra  alətdən  yenə  səs  gəldi.  Lenqdon 

məqsədinə çatdığını hiss etdi. 

Borunu burub açanda əlləri tərləyirdi. Hər iki hissənin 

mükəmməl  şəkildə  kəsilmiş  hamar  məftil  olduğunu 

görürdü. Sanki qiymətli sandığı açırdı, amma içindən nə 

çıxacağını - bilmirdi. 

Beş  dəfə  də  fırlatdıqdan  sonra  hissələr  boşaldı. 

Lenqdon  dərindən  nəfəs  alaraq  onları  dartıb  ayırdı. 

Hissələrin arasındakı boşluq böyüdü və məsaməli plastik 

kütlə  çıxdı.  Lenqdon  onu  masanın  üstünə  qoydu. 

Qoruyucu qatı onu Nerf futbol topuna oxşadırdı. 

Görək başımıza nə gəlir. 

Lenqdon  qoruyucu  qatı  asta-asta  açdı.  Nəhayət  ki, 

içində nəyin gizləndiyi bəlli oldu. 

Sienna diqqətlə baxaraq çaşqın halda başını tərpətdi. 

“Qətiyyən bunu gözləmirdim”. 

Lenqdon  isə  futuristik  görünüşlü  flakon  təsəvvür 

edirdi.  Lakin  bioborunun  içindəki  əşya  heç  müasir 

görünmürdü. Naxış işləməli fil sümüyündən olan bu əşya 

“Life Savers” manpası şəkər paketi boyda idi. 

“Qədimi şeydir”, - Sienna pıçıldadı. “Bir növ...” 

“Silindr  möhür”,  -  Lenqdon  dilləndi,  bayaqdan  bəri 

ilk dəfə dərindən nəfəs aldı. 

downloaded from KitabYurdu.org




90 

 

Şumerlər tərəfindən eramızdan əvvəl 3500-ci ildə kəşf 



olunmuş  silindr  möhürü  çap  prosesinin  sələfi  də 

adlandırmaq  olar.  Silindrin  üzəri  oyma  dekorativ 

şəkillərlə bəzənərdi. Tən ortasından keçən millə onu nəm 

gilin  və  ya  bişmiş  torpağın  üzərində  müasir  diyircəkli 

boya fırçası kimi diyirlədərək simvol, şəkil və ya yazının 

əksini çıxarmaq olurmuş. 

Lenqdon  bu  möhürün  nadir  və  qiymətsiz  olduğuna 

şübhə etmirdi. Amma onun kimyəvi silah kimi niyə titan 

qutuya qoyulduğunu anlaya bilmirdi. 

Lenqdon  asta-asta  onu  əlində  fırladır  və  diqqətlə 

baxırdı.  Üstündə  vahiməli  şəkil  təsvir  olunmuşdu. 

Üçbaşlı və buynuzlu şeytan üç kişini yeyirdi. Hər kişi bir 

ağzında. 

Çox gözəl. 

Lenqdonun gözləri şeytanın aşağısında yazılmış yeddi 

hərfə  sataşdı.  Oyulmuş  yazı  bütün  silindrlərdə  olduğu 

kimi  güzgüdən  oxuna  bilən  xətlə  yazılmışdı.  Lenqdon 

yazını oxumaqda çətinlik çəkmədi - SALİGİA. 

Sienna ucadan təkrarladı: “Saligia?”. 

Lenqdon başını tərpətdi. Sözün soyuqluğunu üzərində 

hiss edirdi. “Bu latın mənşəli abreviaturanı orta əsrlərdə 

Vatikan tərəfindən xaçpərəstlərə yeddi ən böyük günahı 

xatırlatmaq  üçün  yaradılmışdır.  “Saligia”  sözü 

downloaded from KitabYurdu.org




91 

 

“superbia”, “avaritia”, “luxuria”, “invidia”, “gula”, “ira” 



və “acedia” sözlərinin baş hərflərindən əmələ gəlmişdir”. 

Sienna  qaşlarını  çatdı.  “Qürur,  hərislik,  şəhvət, 

paxıllıq, tamah, qəzəb və tənbəllik”. 

Lenqdon heyrətləndi. “Sən latınca bilirsən”. 

“Mən katolik kimi böyümüşəm. Günahın nə olduğunu 

- bilirəm”. 

Lenqdon sönük təbəssümlə yenidən möhürə baxmağa 

başladı. Hələ də onun niyə təhlükəli maddə kimi kimyəvi 

boruya yerləşdirildiyini düşünürdü. 

“Elə  bildim  fil  sümüyündəndir”,  -  Sienna  dedi. 

“Amma  adi  sümükdür”  -  O,  əl  işini  gün  işığına  tutub 

üzərindəki  xətlərə  işarə  etdi.  “Fil  sümüyünün  üzərində 

zamanla brilyant formalı 

çarpaz  ştrixlər  əmələ  gəlir  ki,  bu  xətlər  yarışəffaf  olur. 

Adi sümükdə isə bu cür paralel və qaralmış çökək ştrixlər 

yaranır”. 

Lenqdon yavaşca möhürü götürüb diqqətlə oymalara 

baxmağa  başladı.  Əsl  şumer  möhürləri  ibtidai  fiqur  və 

mixi  işarələrdən  ibarət  olurmuş.  Lakin  bu  möhür  daha 

təkmil görünürdü. “Orta əsrlərdən qalmadır”, - Lenqdon 

təxmin  etdi.  Eyni  zamanda,  o,  naxışlarla  gördüyü 

hallüsinasiyalar arasında bir bağlılıq hiss edirdi. 

Sienna narahat halda ona baxdı. “Bu nədir?” 

downloaded from KitabYurdu.org




92 

 

“Ayılandan  bəri  təkrarlanan  səhnə”,  -  Lenqdon  sərt 



şəkildə dedi və oymalardan birini göstərdi. “Bu üçbaşlı, 

adamyeyən şeytanı görürsən? Orta əsrlərə xas obrazdır - 

Qara  ölümü  əks  edən  ikonadır.  Bədənləri  çeynəyən  üç 

ağız vəbanın əhali arasında sürətlə yayılmasını göstərən 

simvoldur”. 

Sienna həyəcanla borudakı biotəhlükə işarəsinə nəzər 

saldı. 

Lenqdon  ciddi  yanaşmasa  da,  tez-tez  eyni  mənzərə 



gözünə  görünürdü.  İnanmaq  istəməsə  də,  yaşanacaq 

hadisələrlə bir əlaqəsi olacağına əmin idi. 

“Saligia insanlığın günahlarını özündə cəmləyir... və 

orta əsrlər dini qavrayışına əsasən elm...” 

“...Allahın insanlara göndərdiyi Qara ölümün səbəbi 

idi”, - Sienna onun fikrini tamamlayaraq dedi. 

“Hə”.  Lenqdon  bir  anlıq  dayandı.  Silindrin  üstündə 

gözünə  bir  şey  sataşdı.  Təəccübləndi.  Adətən,  silindr 

möhürün ortasından digər tərəfi görmək olur. Amma bu 

möhür bağlı idi. Sümüyün içinə nəsə keçiriblər. Həmin 

hissəyə işıq düşdüyündən parıldadı. 

“Onun  içində  nəsə  var”,  -  Lenqdon  dedi.  “Özü  də 

deyəsən,  şüşədən  düzəldilib”.  O,  silindri  başıaşağı 

çevirdi, o  biri  tərəfinə  baxmaq  istəyirdi. Bu  an  içindəki 

balaca  əşya  tərpəndi.  Boş  borunun  içindəki  nə  idisə,  o 

downloaded from KitabYurdu.org




93 

 

tərəf-bu tərəfə diyirlənərək səs etməyə başladı. 



Lenqdon sanki dondu. Siennanın da eyni vəziyyətdə 

olduğunu hiss etdi. 

O nə idi elə? 

“Səsi eşitdin?”, - Sienna pıçıldadı. 

Lenqdon  başını  tərpətdi  və  ehtiyatla  silindrin  digər 

ucuna  baxdı.  “Görünür  ki,  ağzı  nəyləsə  tıxanıb...  hər 

nədirsə,  metaldandır”.  Test  borucuğunun  qapağıdır 

bəlkə? 


Sienna arxaya çəkildi. “Qırılmış kimi görünürmü?” 

“Elə  fikirləşmirəm”.  Şüşə  çıxıntını  bir  də  yoxlamaq 

üçün  o,  barmağı  ilə  sümüyə  vurdu.  Həmin  səs  bir  də 

eşidildi.  Bir  saniyə  keçməmiş  silindrdəki  şüşədə 

gözlənilməyən bir hərəkət əmələ gəldi. 

Şüşənin içi işıqlanmağa başladı. 

Siennanm 

gözləri 


bərəldi. 

“Robert, 

dayan! 

Tərpənmə!” 



14 

fəsil 


Lenqdon  tamamilə  hərəkətsiz  dayanmışdı.  Silindr  olan 

əlini havada saxlayırdı. Şübhəsiz ki, işıq saçan borunun 

başındakı  şüşə  idi...  sanki  içindəkilər  birdən  ayılaraq 

parlamağa başlamışdılar. 

Bu an içəridən gələn işıq itdi və şüşə qaraldı. 

Sienna  ona  yaxınlaşdı,  sürətlə  nəfəs  alırdı.  Əyilib 

downloaded from KitabYurdu.org



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə