Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə22/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   18   19   20   21   22   23   24   25   ...   157

104 

 

qazılmışdı. 



Bu nə deməkdir? Bu rəsm dəyişdirilib. 

“Malebolge”nin  digər  xəndəklərində  də  hərflər 

yazılmışdı.  Cinlər  tərəfindən  şallaqlanan  əxlaqsızın 

üzərində  “C”  hərfi,  başqa  bir  “R”  ilanların  sancdığı 

oğrunun...  qaynayan  qatran  içində  boğulan  rüşvətxor 

siyasətçinin üzərində isə “A” hərfi. 

“Bu  hərflər”,  -  Lendqon  əminliklə  dedi,  - 

“Botiçellinin  orijinal  rəsmində  yoxdur.  Bu  təsvirə 

rəqəmsal dəyişiklik edilib”. 

O,  “Malebolge”nin  ən  yuxarıdakı  xəndəyindən 

başlayaraq, hərfləri üzüaşağı oxumağa başladı. 

C ... A... T ... R... O ... V... A... C ... E ... R 

“Catrovacer?” - Lenqdon dedi. “İtalyancadır?” 

Sienna  başını  yellətdi.  “Latın  da  deyil.  Tanıya 

bilmədim”. 

“Bəlkə... imzadır?” 

“Catrovacer?”  - Sienna şübhə dolu nəzərlərlə baxdı. 

“Məncə,  ad  kimi  səslənmir.  Buraya  bax”.  O, 

“Malebolge”nin üçüncü xəndəyindəki surətlərdən birinə 

işarə elədi. 

Lenqdonun  gözləri  təsvirlə  qovuşduqda  bədənindən 

üşütmə  keçdi.  Günahkarlar  kütləsinin  arasında  orta 

əsrlərin  simvolik  surəti  -  quş  formalı  bədən  və  ölü 

downloaded from KitabYurdu.org




105 

 

gözlərdən ibarət maska. 



Vəba həkimi maskası. 

“Botiçellinin  orijinal  əsərində  vəba  həkimi  təsvir 

olunub?” - Sienna soruşdu. 

“Əlbəttə ki, yox. Obraz bura sonradan əlavə olunub”. 

“Botiçelli orijinal rəsmi imzalamışdı?” 

Lenqdon  yadına  sala  bilmədi,  amma  əsərlərdə 

imzanın  qoyulduğu  yerə  -  aşağıdan  sağa  baxdıqda 

Siennanm sualının səbəbini anladı. Orada imza yox idi və 

güclə  “La  Mappa”  oxunurdu.  Lakin  bu  yazının  tünd 

qəhvəyi  sərhədi  boyunca  xırda  hərflərlə  bu  cür 

yazılmışdı:  la  verita  e  visible  solo  attraverso  gli  occhi 

della morte. 

Lenqdon  yazının  məğzini  anlayacaq  dərəcədə 

italyanca  bilirdi.  “Həqiqəti  yalnız  ölümün  gözlərindən 

aydın görmək mümkündür”. 

Siennə başı ilə təsdiqlədi. “Qəribədir”. 

Təsvir  yavaş-yavaş  yoxa  çıxdıqca onlar  sükut  içində 

dayanıb  divara  baxırdılar.  “Dantenin  “İnferno”su”,  - 

Lenqdon düşündü. 1330-cu ildən bəri gələcəkdən xəbər 

verən əsərlərin ilham pərisi. 

Lenqdonun  Dante  haqqında  təliminin  məğzini, 

adətən,  məşhur  incəsənət  əsərlərinin  istinad  etdiyi 

“İnferno” 

təşkil 


edirdi. 

Botiçellinin 

tanınmış 

downloaded from KitabYurdu.org




106 

 

“Cəhənnəmin  xəritəsi”  əsəri  ilə  yanaşı  Rodinin  əvəzsiz 



“Cəhənnəmin qapılan” əsərindən olan 

“Üç kölgə” heykəli... Stradanusun Stix çayında boğulan 

bədənlər üzərindən addımlayan Fleqyasm illüstrasiyası... 

...  Uilyam  Bleykin  (William  Blake)  əbədi  burulğana 

məhkum  günahkarları...  Bujeronun  iki  çılpaq  kişinin 

əlbəyaxa döyüşünə tamaşa edən Dante və Virgilin qəribə 

erotik təsviri... Bayronun qaynar dəmir kürəciklər və alov 

damcıları altında işgəncə çəkən vücudlar əsəri... Salvador 

Dalinin  əcaib  akvarel  rəsmləri  və  ağacda  oymaları... 

Dorenin  cəhənnəmin  tunel  girişindən  tutmuş  şeytanın 

özünədək geniş ağ-qara oyma rəsmlər kolleksiyası. 

Lakin  belə  məlum  olurdu  ki,  Dantenin  poetik 

cəhənnəm  təxəyyülü  tək  tarixin  məşhur  simalarına  təsir 

etməyib. 

O, başqa bir qəlbi də ilhamlandırıb. Nəticədə bu qəlb, 

Botiçellinin məşhur rəsmini dəyişərək ona on hərf, vəba 

həkimi  və  “həqiqəti  ölümün  gözlərindən  görmək” 

mənasında bir ifadə- imza əlavə etmişdi. Eləcə də, əsəri 

yüksək  keyfiyyətli  proyektora  yükləyərək  qeyri-adi 

oymalı sümüyə yerləşdirmişdir. 

Lenqdon  bunu  kiminsə  etdiyinə  inana  bilmirdi. 

Amma onu narahat edən bu deyildi. 

“Bu əşya niyə məhz məndə olsun ki? 

downloaded from KitabYurdu.org




107 

 

Sienna  ilə  Lenqdon  ayaq  üstə  mətbəxin  divarındakı 



əksə  baxırdılar.  Elə  bu  vaxt  küçədən  yüksək  sürətlə 

yaxınlaşan  mühərrik  səsi  eşidildi.  Ardınca  vıyıltı  ilə 

dayanan təkər və çırpılan qapı səsləri. 

Sienna  təəccüb  içində  pəncərəyə  yaxınlaşıb  həyətə 

baxmağa başladı. 

Üzərində  heç  bir  işarə  olmayan  qara  furqon  küçədə 

dayanmışdı.  İçindən  qara  geyimli,  sol  çiyinlərindən 

yumru,  yaşıl  medalyonlar  asılan  bir  dəstə  kişi  düşdü. 

Əllərində  tüfəng, addımlarında itilik  olan bu insanlarda 

hərbi  təlim  tərzi  var  idi.  Dörd  əsgər  tərəddüd  etmədən 

binanın girişinə doğru hərəkət etdi. 

Siennan  soyuq  tər  basdı.  “Robert!”,  -  o  qışqırdı. 

“Bilmirəm onlar kimdir, amma bizi tapıblar!” 

Küçədə  isə  agent  Kristof  Brüder  (Chritsoph  Brüder) 

binaya  tələsik  doluşan  adamlarma  tapşırıqlar  verirdi. 

Hissi yaxma buraxmayan vəzifə borcu və əmrlərə böyük 

hörmətlə  yanaşan  Brüder  boy-buxunlu  adam  idi. 

Xarakteri onun hərbi 

keçmişindən qaynaqlanırdı. O öz missiyası və mənfəətini 

çox yaxşı bilirdi. 

Onun  çalışdığı  təşkilatın  çoxlu  bölmələri  var  idi. 

Bürderin aid olduğu bölmə - Müşahidə və hərəkət dəstəyi 

- yalnız vəziyyət kirtik həddə çatdıqda işə cəlb olunurdu. 

downloaded from KitabYurdu.org




108 

 

Brüder  binanın  içində  əriyən  adamlarma  baxırdı. 



Sonra ratsiya qurğusunu çıxarıb komandirlə əlaqə qurdu. 

“Bürderdir”,  -  o  dedi.  “Biz  Lenqdonun  yerini 

kompüterinin 

İP 


ünvanı 

əsasında 

uğurla 

müəyyənləşdirdik.  Mənim  dəstəm  indi  içəri  daxil  olur. 



Onu tutduqdan sonra sizi xəbərdar edəcəyəm”. 

Bürderdən  yuxanda  “Pensione  la  Fiorentina”nm 

damdakı  eyvanında  dayanan  Vayenta  təəccüblə  binaya 

doluşan agentlərə baxırdı. 

ONLAR nə edirlər? 

Əlini  hörüklü  saçma  çəkdi.  Birdən  ötən  gecə 

öhdəsindən  gələ  bilmədiyi  tapşınğınm  qorxusu  onu 

basdı. Bir göyərçin qurultusu hər şeyi alt-üst edərək onun 

işini pozmuşdu. Adi 

tapşırıq kimi başlayan bu iş indi dəhşətli qarabasmaya - 

çevrilmişdi. 

“MHD  komandası  burdadırsa,  deməli,  mənim  üçün 

hər şey bitib”. 

Vayenta  həyəcanla  Sectra  Tiger  XS  ratsiya  cihazını 

götürüb rəisə zəng vurdu. 

“Cənab”, dili topuq çala-çala dedi. “MHD komandası 

burdadır! Bürderin adamlan küçənin o başındakı binaya - 

doluşurlar!” 

O, cavabı gözlədi, lakin əvəzində sıxılan düymələrin 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə