Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə25/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   21   22   23   24   25   26   27   28   ...   157

119 

 

var idi. Rəisin qarşısında əyilməyi həzm edə bilməyəcəyi 



bir rəqib. 

“Əgər  o  və  ya  onun  şeytanları  yerimi  tapsalar...” 

müştəri sözə başladı. 

“Tapa  bilməyəcəklər”,  -  rəis  onu  əmin  etdi.  “Məgər 

sizi 

indiyədək 



gizlədib 

istəklərinizi 

yerinə 

yetirməmişikmi?” 



“Hə”,  -  kişi  dilləndi.  “Amma  hər  halda,  daha  rahat 

yata...”  O,  fikrini  toplamağa  çalışdı.  “Bilmək  istəyirəm 

ki,  başıma  bir  iş  gəlsə,  mənim  son  arzumu  yerinə 

yetirəcəksiniz?” 

“Arzunuz nədir ki?” 

Kişi  əlini  çantasına  atıb  içindən  bağlı  kiçik  bir  zərf 

çıxardı. “Bu zərfin içindəkilərlə Florensiyada yerləşən bir 

seyfi  açmaq  mümkündür.  Seyfin  içindən  kiçik  bir  əşya 

tapacaqsınız. Mənə nəsə olsa, istəyirəm, mənim adımdan 

bir nəfərə çatdırasınız. Bir növ əmanətdir”. 

“Lap  yaxşı”.  Rəis  qeyd  eləmək  üçün  qələmini 

götürdü. “Kimə çatdırmalıyıq?” 

“Gümüşü saçlı şeytana”. 

Rəis ona baxdı. “Sənə əzab verən adama hədiyyə?” 

“Hədiyyə yox, bədbəxtlik”. Kişinin gözləri parıldadı. 

“Sümükdən  düzəldilmiş  balaca  tikan.  Onun  xəritə 

olduğunu biləcək... o qadının özünün şəxsi Virgili... onu 

downloaded from KitabYurdu.org




120 

 

şəxsi cəhənnəminin tam ortasına aparan yol”. 



Rəis  uzun  müddət  ona  baxdı.  “Necə  istəyirsiniz,  elə 

olsun. Olmuş kimi bilin”. 

“Amma vaxt məsələsində tələsməyin”, - adam təkidlə 

yenidən sözə başladı. “Hədiyyəni tez çatdırmağa ehtiyac 

- yoxdur. Onu gizli saxlamalı olacaqsınız...” O, dayandı. 

Sanki söyləyəcəklərini unutmuşdu. 

“Nə vaxtadək?” - rəis soruşdu. 

Kişi  yerindən  dik  qalxıb  rəisin  masasının  arxasına 

keçdi. Masanın üstündəki qırmızı qələmi götürdü. Rəisin 

şəxsi masaüstü təqviminin üstündə bir tarixi dairəyə aldı. 

“Bu günədək”. 

Rəis dişlərini bir-birinə sıxıb dərindən nəfəs aldı. Bu 

adamın sərbəst hərəkətindən xoşlanmasa da, göz yumdu. 

“Aydındır”,  -  rəis  dedi.  “Həmin  günədək,  seyfdəki 

əşyanın  nə  olduğundan  asılı  olmayaraq,  gümüşü  saçlı 

qadına çatdırılası tarixədək heç bir hərəkət etməyəcəyəm. 

Sizə söz verirəm”. O, işarələnmiş tarixədək olan günləri 

saydı.  “Bu  gündən  düpbədüz  on  dörd  gün  sonra  sizin 

istəyinizi yerinə yetirəcəyəm”. 

“Bircə  gün  belə  tələsməmək  şərtilə!”,  -  müştəri 

amiranə tərzdə dedi. 

“Başa düşürəm”, - rəis onu əmin elədi. “Hətta bir gün 

qabaq da yox”. 

downloaded from KitabYurdu.org




121 

 

Rəis  zərfi  götürüb  kişinin  şəxsi  işinin  içinə  qoydu. 



Müştərisinin  istəyi  dəqiq  yerinə  yetirilsin  deyə,  ora 

xüsusi işarələr də əlavə etdi. Müştəri seyfdəki əşyanın nə 

olduğunu  demədiyi  üçün  rəis  məmnun  idi.  Bitərəflik 

Konsorsium fəlsəfəsinin məhək daşı idi. Xidmətlə təmin 

et. Sorğu-sualsız. Mühakimə yürütmədən. 

Müştəri sanki rahatlaşdı, dərindən və ağır-ağır nəfəs 

aldı. “Çox sağ ol”. 

“Başqa  bir  istəyiniz?”  -  rəis  soruşdu.  O,  tamamilə 

dəyişmiş müştərisindən tez qurtulmağa tələsirdi. 

“Hə, əslində, var”. Bu dəfə isə o, cibindən al qırmızı 

rəngli  yaddaş  çubuğu  çıxardı.  “Bunun  içində  isə 

videoyazı  var”.  O,  yaddaş  çubuğunu  rəisin  qarşısına 

qoydu.  “Bunun  dünya  mətbuatına  çıxarılmasını 

istəyirəm”. 

Rəis  kişiyə  maraqla  baxdı.  Konsorsium  tez-tez 

müştərilərin  istəyi  ilə  müxtəlif  məlumatları  kütləylə 

paylaşırdı. Amma 

nədənsə,  bu  adamın  istəyi  şübhə  doğururdu.  “Eyni 

gündə?” rəis təqvimdəki tarixə işarə edərək soruşdu. 

“Tamamilə doğrudur”, - müştəri cavab verdi. “Hətta 

bir dəqiqə belə əvvəl olmaz. 

“Anlaşıldı”.  Rəis  qırmızı  yaddaş  çubuğu  üçün  də 

müvafiq  məlumatlan  qeyd  etdi.  “Deməli,  bunlar?”  O, 

downloaded from KitabYurdu.org




122 

 

ayağa qalxdı, bununla görüşün bitdiyini göstərmək istədi. 



Müştərisi isə tərpənmədi. “Yox. Biri də qalıb”. 

Rəis yenidən əyləşdi. 

Müştərinin  yaşıl  gözləri  indi  bir  az  da  yırtıcı 

görünürdü. “Siz bu videoyazını paylaşdıqdan sonra, çox 

qısa bir müddət ərzində mən son dərəcə məşhur adama 

çevriləcəyəm”. 

“Sən onsuz da, məşhur adamsan”, - rəis müştərisinin 

nailiyyətlərini nəzərə alaraq düşündü. 

“Bundan sizə də pay düşəcək”, - adam dedi. “Mənə 

göstərdiyiniz xidmət şah əsərimi yaratmağa yardım etdi... 

o  əsər  ki  bütün  dünyanı  dəyişəcək.  Buna  kömək 

etdiyinizə görə qürur duyacaqsınız”. 

“Şah  əsərinizin  nədən  bəhs  etməsindən  asılı 

olmayaraq”, - rəis getdikcə artan səbirsizliklə dilləndi, - 

“onu  yaratmaq  üçün  ehtiyac  duyduğunuz  məxfiliklə 

təmin olunduğunuzu eşitməkdən məmnunam”. 

“Minnətdarlığımı bildirmək üçün sizə vida hədiyyəsi 

təqdim  etmək  istəyirəm”.  Kişi  əlini  çantasına  atdı. 

“Kitab”. 

Rəis  kitabın  müştərisinin  bu  qədər  vaxt  ərzində 

üzərində  işlədiyi  həmin  gizli  əsər  olub-olmadığın 

fikirləşdi. “Kitabı özünüz yazınısınız? ” 

“Yox”. Kişi qalın cildli kitabı masanın üzərinə qoydu. 

downloaded from KitabYurdu.org




123 

 

“Tam əksinə... bu kitab mənim üçün yazılıb”. 



Rəis  çaşqın  halda  müştərinin  təqdim  etdiyi  nüsxəyə 

baxdı. “O fikirləşir ki, bu kitab onun üçün yazılıb?” Bu, 

klassik  ədəbiyyat  nümunəsi  idi...  özü  də  on  dördüncü 

əsrdə yazılmışdı. 

“Onu  oxu”,  -  müştəri  gülümsəyərək  təkid  etdi.  “Nə 

etdiyimi anlamaqda sizə yardımçı olacaq”. 

Bu  sözdən  sonra pırpızbaş qonaq  ayağa  qalxdı,  “sağ 

ol” deyib gözlənilmədən otaqdan çıxdı. Rəis pəncərədən 

kişinin 

gəldiyi vertolyotla gəminin göyərtəsindən havaya qalxıb 

İtaliya sahillərinə doğru qayıtmasına tamaşa edirdi. 

Sonra  isə  rəis  diqqətini  qarşısındakı  böyük  kitabın 

üzərində 

cəmlədi. 

Hələ 

beynini 


məşğul 

edən 


qeyri-əminliklə o, kitabın üz qabığının açıb ilk səhifəsinə 

baxdı. Səhifədə böyük hərflərlə yazılmışdı: 

CƏHƏNNƏM 

Bu  dünyada  ömrümün  yarısını  keçəndə  Mən  girdim 

zülmət  kimi  qaranlıq  bir  meşəyə,  itirdim  doğru  yolu 

zülmət dərə içində. 

Vərəqin o biri üzündə isə müştəri öz xətti ilə yazdığı 

qeydin altında belə bir imza atmışdı: 

Mənim  əziz  dostum,  öz  yolumu  tapmaqda  mənə 

yardımçı olduğun üçün çox sağ ol. 

downloaded from KitabYurdu.org



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə