Mütləq ki, axtaran tapar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə17/157
tarix26.09.2017
ölçüsü3,73 Mb.
#2016
1   ...   13   14   15   16   17   18   19   20   ...   157

79 

 

O,  cib  telefonundan  gedən  zəngi  gizli  göstərən 



funksiyanı  aktivləşdirdi  və  nömrə  yığmağa  başladı. 

Barmaqları incə 

şəkildə, lakin əminliklə düymələri basırdı. 

“İnformazionni abbonati?”5 Qüsursuz italyan ləhcəsi 

ilə  danışırdı.  “Per  favore,  puo  darmi  il  numero  del 

Consolato americano di Firenze?6” 

O gözlədi və sonra yazmağa başladı. 

“Grazia mille”7, - dedi və dəstəyi asdı. 

Sienna  nömrə  ilə  telefonunu  Lenqdona  tərəf 

sürüşdürdü. 

“Sənin 

növbəndir. 



Nə 

deyəcəyin 

yadındadır?” 

“Yaddaşım  qaydasındadır”,  -  kağız  parçasındakı 

nömrəni yaza-yaza söylədi. Dodaqlarına kiçik təbəssüm 

qonmuşdu. Zəng çalınmağa başladı. 

Görək başımıza nə gəlir. 

Lenqdon telefonun selektor funksiyasını aktivləşdirən 

düyməni basdı və onu masanın üstünə qoydu ki, Sienna 

da  eşidə  bilsin.  Avtocavab  eşidildi.  Konsulluqla  bağlı 

ümumi  məlumat,  həmçinin  iş  saatları  deyildi.  8:30-dan 

tez açılmayacaqdı. 

Lenqdon telefonun saatına nəzər yetirdi, saat 6 idi. 

“Əgər zənginiz təxirəsalınmazdırsa”, - səs davam etdi, 

-  “yeddi-yeddi  yığaraq  gecə  növbətçisi  ilə  danışa 

downloaded from KitabYurdu.org




80 

 

bilərsiniz”. 



Lenqdon dərhal nömrəni yığdı. 

Yenidən zəng çalmağa başladı. 

“Consolato  americano”,  -  yorğun  səs  cavab  verdi. 

“Sono il funzionario di turno”8. 

“Lei parla inglese?”9 - Lenqdon soruşdu. 

“Təbii ki”, - kişi Amerika ləhcəsi ilə dedi. Oyandığı 

üçün narazı səslənirdi. “Sizə necə yardımçı ola bilərəm?” 

“Mən 


amerikalıyam, 

Florensiyaya 

gəzməyə 

gəlmişəm. 

Mənə hücum ediblər. Adım Robert Lenqdondur”. 

“Pasport nömrəniz, zəhmət olmasa”. Kişi əsnədi. 

“Pasportum yoxdur. Deyəsən, oğurlayıblar. Başımdan 

güllə  ilə  vurublar.  Xəstəxanada  idim.  Mənə  kömək 

lazımdır”. 

Növbətçi birdən ayıldı. “Cənab!? Dediniz ki, güllə ilə 

vurublar? Adınızı təkrarlayardınız, zəhmət olmasa”. 

“Robert Lenqdon”. 

Xətdən xışıltı səsi eşidildi, sonra isə Lenqdon kişinin 

kompüterdə  nəsə  yazdığını  eşitdi.  Kompüterdən 

xəbərdarlıq 

səsi gəldi. Pauza. Yenidən klaviatura səsi. Sonra eyni səs 

eşidildi.  Bir  neçə  saniyə  isə  dalbadal  üç  uca  səsli 

xəbərdarlıq. 

downloaded from KitabYurdu.org



81 

 

Daha uzun pauza. 



“Cənab?”,  -  kişi  dilləndi.  “Sizin  adınız  Robert 

Lenqdondur, elə deyilmi?” 

“Bəli, doğrudur. Nəsə problem var?” 

“Cənab,  sizin  adınız  xüsusi  bayraqla  işarələnib. 

İşarəyə  görə  sizi  dərhal  konsulun  baş  katibi  ilə 

calamalıyam”.  Kişi  dayandı,  sanki  gördüyünə  özü  də 

inana bilmirdi. “Sadəcə, xətdə qalın”. 

“Dayanın! Mənə deyə...” 

Artıq zəng çalırdı. 

Dörd dəfə çaldıqdan sonra qoşuldu. 

“Danışan Kollinsdir”, - boğuq səs eşidildi. 

Lenqdon dərindən nəfəs aldı, olduqca sakit və aydın 

səslə  danışmağa  başladı.  “Cənab  Kollins,  mənim  adım 

Robert  Lenqdondur.  Mən  Florensiyanı  gəzməyə 

gəlmişəm,  amerikalıyam.  Mənə  atəş  açılıb.  Köməyə 

ehtiyacım var. Ən tez 

zamanda  Birləşmiş  Ştatların  Konsulluğuna  gəlmək 

istəyirəm. Yardım edə bilərsiniz?” 

Düşünmədən  boğuq  səs  cavab  verdi,  “Şükür  Allaha 

ki, sağsınız, cənab Lenqdon. Biz sizi axtarırdıq”. 

Məlumat bürosudur? - (ital.) 



6 Zəhmət  olmasa,  mənə  Amerikanın  Florensiyada 

yerləşən 

konsulluğunun  telefon  nömrəsini  verə 

downloaded from KitabYurdu.org




82 

 

bilərsinizmi? - (ital.) 



Təşəkkür edirəm! - (ital.) 

Amerika səfirliyi. Növbətçi eşidir. - (ital.) 



İngiliscə danışa bilirsiz? - (ital.) 

12 

fəSİl 


Konsulluq mənim burada olduğumu bilir? 

Bunu  eşitmək  Lenqdonu  inanılmaz  dərəcədə 

rahatlatdı.  Cənab  Kollins  -  özünü  konsulun  baş  katibi 

kimi təqdim edən şəxs - sərt və peşəkarcasına danışsa da, 

səsində  nigaranlıq  duyulurdu.  “Cənab  Lenqdon,  sizinlə 

dərhal danışmalıyam. Təbii ki, telefonda yox”. 

Lenqdona heç bir şey aydın olmasa da, etiraz etmək 

istəmədi. 

“Sizi  gətirmək  üçün  indi  kimisə  göndərəcəyəm”,  - 

Kollins dedi. “Siz haradasınız?” 

Sienna  gərgin  halda  ayağa  qalxıb  pəncərəyə 

yaxınlaşdı. Lenqdon plana uyğun hərəkət edəcəyinə onu 

əmin etmək üçün başını tərpətdi. 

“Mən  “Pensione  la  Florentina”  adlı  balaca  bir 

mehmanxanadayam”,  -  Lenqdon  Siennanın  bir  neçə 

saniyə 


əvvəl barmağı ilə göstərdiyi otelə tərəf baxaraq dedi. O, 

Kollinsə küçənin ünvanını verdi. 

“Anladım”,  -  kişi  dedi.  “Heç  yerə  tərpənməyin. 

downloaded from KitabYurdu.org




83 

 

Otağınızda qalm. Adam dərhal orada olacaq. Otağınızın 



nömrəsi?” 

Lenqdon bir nömrə uydurdu. “Otuz doqquz”. 

“Yaxşı.  İyirmi  dəqiqəyə  ordadır”,  -  Kollins  səsini 

alçaltdı.  “Cənab  Lenqdon,  belə  başa  düşdüm  ki, 

yaralısınız,  həm  də  çaşqınlıq  içindəsiniz,  amma  bunu 

bilməliyəm... hələ də - sizdədir?” 

“Sizdədir?”  Lenqdon  sualı  anladı,  üstüörtülü  verilən 

bu  sualın  bu  an  bir  cavabı  ola  bilərdi.  Qeyri-ixtiyari 

mətbəx  masasının  üstündəki  bioboruya  baxdı.  “Bəli, 

məndədir”. 

Kollins  telefondan  eşidiləcək  qədər  dərindən  nəfəs 

aldı. “Sizdən xəbər çıxmayınca, biz fikirləşdik ki.... düzü, 

ağlımıza  ən  pis  şey  gəldi.  İndi  rahat  nəfəs  ala  bilərəm. 

Olduğunuz  yerdə  qalm.  Heç  yerə  tərpənməyin.  Cəmi 

iyirmi dəqiqə. Gələn adam qapını döyəcək”. 

Kollins dəstəyi asdı. 

Lenqdon  xəstəxanada  ayılandan  bəri  ilk  dəfə 

rahatlandığını  hiss  etdi.  “Konsulluğun  baş  verənlərdən 

xəbəri  var,  deməli,  tezliklə  mən  də  suallarıma  cavab 

tapacağam”. Lenqdon gözlərini qapadı və astadan nəfəs 

almağa başladı. Özünü daha adam kimi hiss edirdi. Baş 

ağrısı da dayanmışdı. 

“Əsil detektivlərdə olduğu kimi”, - Sienna yarızarafat 

downloaded from KitabYurdu.org




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə