N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə31/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   27   28   29   30   31   32   33   34   ...   145

Azərbaycanda intellektual mülkiyyət, xüsusilə də müəlliflik 

hüququnun  inkişaf  perspektivlərini  aşağıdakı  istiqamətlər 

prizmasından  nəzərdən  keçirmək  daha  məqsədəuyğundur: 

müasir  tendensiyalar  və  Azərbaycanın  yeni  beynəlxalq 

sazişlərdə  və 

dövlətlərarası 

kooperasiyalarda 

iştirakının 

genişləndirilməsi  nəzərə  alınmaqla  milli  qanunvericiliyin 

təkmilləşdirilməsi;  bu  sahədə  dövlət  siyasətinin  və  m üəllif 

hüquqlarının  idarə  olunmasını  həyata  keçirən  milli  orqanın 

bundan  sonra  da  modernləşdirilməsi  və  onun  səlahiyyətlərinin 

inkişaf  etdirilməsi;  pozulmuş  hüquqların  təmin  edilməsində 

hüququn tətbiqi  praktikasının gücləndirilməsi.

Hər  şeydən  əvvəl  qeyd  etmək  lazımdır  ki,  bütün  dünyada 

olduğu  kimi  Azərbaycanda  da  rəqəmli  texnologiya  və  İnternet 

adi  praktikaya  çevrilməyə  başlamışdır.  Bununla  əlaqədar 

olaraq,  agentlikdə  hüquqların  rəqəmli  şəbəkələrdə  idarə 

olunması 

perspektivləri 

üzrə 

iş 


aparılmışdır. 

Rəqəmli 


şəbəkələrdə  müəlliflərin  hüquqlarının  qorunması  ilə  əlaqədar 

Azərbaycanın  müəlliflik  hüququ  qanunvericiliyinə  “fonoq- 

ram”,  “hamının  nəzərinə  çatdırmaq  hüququ”  və  “yayım 

hüququ”  anlayışları  ilə  bağlı  dəqiqləşdirmələr  və  agentliyin 

hazırladığı  digər  müvafiq  təkliflər  əlavə  edilir.  UİMT-in  yeni 

beynəlxalq  müqavilələrində  -   “Müəlliflik  hüququ  haqqında 

Müqavilə”  və  “İfalar  və  fonoqramlar  haqqında  Müqavilə”də 

Azərbaycan  Respublikasının  iştirakı  məsələsinə  səlahiyyətli 

orqanlarda baxılması ilə əlaqədar hazırlıq işləri  aparılır.

Mühüm  vəzifələrdən  biri  milli  qanunvericiliyin,  yerinə 

yetirilmiş  olan  müqayisəli  təhlil  əsasında Avropa direktivlərinə 

uyğunlaşdınlmasıdır.

Azərbaycanda,  əlaqəli  hüquqların  qorunmasına  dair  Roma 

Konvensiyasına  üzv  olmaq  istiqamətində  hazırlıq  işləri 

aparılmışdır,  çünki  milli  qanunvericilik  bu  beynəlxalq  sazişin 

tələblərinə  uyğun  gəlir.  Azərbaycanın  Ümumdünya  Gömrük 

təşkilatına  üzv  olmağa  hazırlaşması  və  TRİPS  müqaviləsi 

tələblərinin  yerinə  yetirilməsi  ilə  əlaqədar  Azərbaycan

94



Respublikasının  Gömrük  Məcəlləsinə  sərhəddə  piratçılığa  və 

saxtakarlığa 

qarşı 

ehtiyat  tədbirlərini 



sərtləşdirən  bəzi 

dəyişikliklər edilməsi  nəzərdə tutulur.

Azərbaycanda  müəlliflik  hüququ  sisteminin  inkişaf etdiril­

məsi  planına  əhalinin  və  hüquq  sahiblərinin  məlumatlandırıl­

ması  məqsədilə yaxın vaxtlarda “İntellektual  mülkiyyət” jurna­

lının nəşri,  broşürlərin,  bukletlərin və xüsusi  nəşrlərin hazırlan­

ması  daxildir.  Bununla  əlaqədar,  rəqəmli  mikromətbəə  və 

xüsusi  təşkilati  texnika  əldə  edilməsi  məsələlərində  ÜİMT-in 

agentliyə göstərdiyi yardım hər cür tərifə və təşəkkürə layiqdir.

M üasir  müəlliflik  hüququnun  rolu  haqqında  danışarkən 

vurğulamaq  lazımdır  ki,  hər  bir  ölkə  özünün  təkrarolunmaz 

simasına  görə  öz  xalqına  borclu  olduğu  kimi,  müəlliflik 

hüququ  da  özünün  bu  günkü  vəziyyətinə görə  mövcud  əsərlərə 

borcludur.  Volterin  kitablar haqqında  söylədiyi  qiymətli  sözlər 

tamamilə  haqlı  olaraq  bütün  əsərlərə  şamil  edilə  bilər:  “Onlar 

bizim  ocaqlanmızdakı  od  kimidirlər:  biz  onları  kimdənsə 

götürür, 

ocağımızı 

qalayır, 

sonra  başqalarına  ötürürük. 

Nəticədə onlar hamının malı olur” .

Millətin  ən  başlıca  sərvəti  olan  intellekt  öz  mənbəyi  kimi 

həmişə  yaradıcılığa  əsaslanmışdır.  Yaradıcılıq  məhsulları  -  

elmi,  bədii  və  incəsənət  əsərləri  bütün  tarix  boyunca  bəşər 

mədəniyyətini  hərəkətə  gətirən  lokomativ  rolunu  oynamışdır, 

onların  qorunub  saxlanılması  isə  mədəni  təkrar  istehsala  səbəb 

olmuşdur.  Yaradıcı  şəxslərin  hüquqlarını  qoruyan  və  müdafiə 

edən  qanunvericilik  aktları  da  milli  irsin,  mədəniyyət  ənənə­

lərinin  və  ölkənin  özünəməxsusluğunun  mühafizə  olunmasının 

zəruri  şərti  kimi  meydana  çıxmışdır.  Güclü  və  müstəqil 

mədəniyyət  industriyasının 

yaradılması 

belə 

qanunların 



mövcudluğundan asılıdır.

XX  əsrin  sonlarında  bilik  və  mədəniyyətin  funksiyalarında 

baş  verən  prinsipal  dəyişikliklər  və  rəqəmli  XXI  əsrin 

imkanları  intellektual  fəaliyyət  nəticələrindən  istifadənin 

miqyasının kəskin  surətdə genişlənməsinə gətirib  çıxardı.  İnsan

95



ağlının  yaradıcılıq  məhsulları  iqtisadi  dövriyyənin  ən  mühüm 

növlərindən birinə çevrildi.

M üasir  dünyada  heç  bir  sərhəd  yaradıcılıq  əsərlərinin 

yayılması  üçün  maneə  törədə  bilmir:  bu  səbəbdən  m üəllif 

hüququ  elə  bir  sahəyə  çevrilmişdir  ki,  onun  mərkəzi  nöqtəsi 

dünyanın  hər  yerindədir,  çevrəsi  isə  ümumiyyətlə  yoxdur. 

Bütün  bunlar  mədəni  nemətlərin  beynəlxalq  ticarətinin  inkişa­

fında  son  dərəcə  vacibdir  və  belə  qarşılıqlı  fəaliyyətin  təh­

lükəsizliyini nəzərdə tutur.

Bununla  da,  cəmiyyətin  qorunub  saxlanılması  və  inkişafı 

üçün 

mədəniyyətin 



qorunması 

və 


stimullaşdırılmasının 

vacibliyinin  dövlət  tərəfindən  dərk  edilməsinin  hüquqi  ifadəsi 

olan  müasir  müəlliflik  hüququ  intellektual  fəaliyyətin  təkcə 

mədəni-intellektual  deyil,  həm  də  iqtisadi  nəticələrinin 

reallığını  diqqətə  alır.  Əgər  yaradıcılığın  dəstəklənməsi  və 

stimullaşdınlması  şəxsiyyət  azadlığı  və  insan  hüquqlarından 

doğursa,  onda bu  hüquq  və  azadlıqların,  yaradıcılığın  obyektiv 

ifadə  olunmuş  nəticələrinin  mühafizəsi  və  qorunub  saxlanıl­

ması  ilə  inteqrasiyası  onlann  iqtisadi  dövriyyədə  fəal  iştirak 

edən  bazar  məhsulları  olduğunu  qəbul  etmək  deməkdir. 

Müəlliflik  hüququnun  ikili  təbiəti  illər  ötdükcə  özünü  daha 

aydın  büruzə  verir,  şəxsi  və  əmlak  hüquqlarının  sıxı  surətdə 

bir-birinə  qarışması,  bizim  fıkrimizcə,  yaradıcının  şəxsiyyətilə 

sıx  bağlı  olan  müstəqil  müəlliflik  hüququ  institutunun 

yaranmasına səbəb olmuşdur.

Bununla  yanaşı,  müəlliflik  hüququ  haqqında  qanunverici­

liyin  üç  əsrlik  tarixi,  müəlliflə  cəmiyyətin  maraqlan  arasında 

ağıllı  balans  -   sərbəst  ideya  və  biliklər  axınında  cəmiyyətin 

tələbatlan  ilə  öz yaradıcı  əməyinin  ədalətli  şəkildə mükafatlan- 

dınlmasını  arzulayan  m üəllif  marağı  arasında  kompromis 

axtarışından  ibarət  olmuşdur.  Müəlliflik  hüququ  sahəsində 

toplanmış beynəlxalq təcrübədən  istifadə  olunması,  milli  ənənə 

və  xüsusiyyətlərin  və  nəhayət  bütün  tərəflərin  maraqlanmn 

nəzərə  alınması  mühüm  rol  oynayır:  son  nəticədə  bu  sahədə

96



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə