N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə28/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   24   25   26   27   28   29   30   31   ...   145

muşdur.  “Milli  Arxiv  Fondu  haqqında”  Qanun  arxivlərin  fəa­

liyyəti,  Milli  Arxiv Fondunun formalaşdırılması,  mühafizəsi  və 

istifadəsi  ilə  bağlı  bütün  münasibətləri  tənzimləyir,  arxiv 

işçilərinin sosial müdafiəsini xeyli gücləndirir.

Kitabxana işinin təşkilinin təkmilləşdirilməsi,  onun  səmərə­

liliyinin  gücləndirilməsi,  məhsuldarlığının  artırılması,  eləcə  də 

kitabxana  informasiyası  sahəsində  oxucuların  hüquqlarının 

təmin  edilməsi  məqsədilə  ölkədə  “Kitabxana  işi  haqqında” 

qanun  qəbul  edilmişdir.  Qanun  cəmiyyətin  intellektual  və 

mənəvi  potensialının  inkişafıma,  ən  müasir  tələblərə  cavab 

verən  bilik  səviyyəsinin  yüksəldilməsinə  fəal  yardım  göstərir, 

çünki  o,  kitabxanaların  öz  funksiyalarını,  o  cümlədən  informa­

siya  funksiyalarını  həyata  keçirmələri  üçün,  kitabxana  işini 

keyfiyyətcə  yeniləmək  və  yaxşılaşdırmaq  üçün  möhkəm 

hüquqi  əsas  yaradır.  Qanunda  başlıca  diqqət  həmin  sahədəki 

prinsiplərin  qismən  dəyişdirilməsinə  deyil,  yeni  iqtisadi  və 

siyasi  sistem  şəraitində  onların köklü  surətdə yenidən  nəzərdən 

keçirilməsinə  və  yenidən  formalaşdırılmasına  yönəldilmişdir. 

Bu  qanun  kitabxana  işi  sahəsində  dövlət  siyasətinin  əsas 

prinsiplərini,  kitabxana  sisteminin  ümumi  əsaslarını,  kitabxana 

fondlarının  formalaşdırılması  və  mühafizəsi  üçün  zəruri  olan 

tələbləri, 

kitabxanaların 

maliyyə 


mənbələrini, 

onların 


yaradılması  və  fəaliyyəti  qaydalarını,  vətəndaşların  kitabxana­

lardan  istifadə  zamanı  hüquq  və  vəzifələrini,  kitabxana  işi 

sahəsində beynəlxalq əməkdaşlığın prinsiplərini  müəyyən edir.

Tarix və mədəniyyət abidələrinin mühafizəsi  ilə bağlı  bütün 

problemlərin  hüquqi  cəhətdən  tənzimlənməsi  beynəlxalq 

konvensiyalara,  o  cümlədən  “ Silahlı  münaqişələr  zamanı  mə­

dəni  dəyərlərin  qorunması  haqqında”  (Haaqa,  1954),  “Ümum- 

dünya  mədəni  irsinin  mühafizəsi  haqqında”  (Paris,  1970), 

“Mədəni  dəyərlərin  qeyri-qanuni  aparılmasının,  məsinin, 

onların  mülkiyyət  hüququnun  başqasına  verilməsinin  qadağan 

edilməsinə  və  qarşısının  alınmasına  yönəldilən  tədbirlər 

haqqında”  (Paris, 

1970), 

“Oğurlanmış  və  qeyri-qanuni



85


aparılmış  mədəni  dəyərlər  haqqında”  (1995)  konvensiyalara, 

həmçinin YUNESKO-nun və  onun nəzdində  fəaliyyət göstərən 

beynəlxalq  təşkilatların  (İKOM,  İKOMOS  və  İKKROM)  və 

mədəni  dəyərlərin  mühafizəsi  məsələləri  ilə  geniş  şəkildə 

məşğul  olan  digər  beynəlxalq  qurumların  layihə  və  tövsiyələ­

rinə uyğun olaraq həll  edilmişdir.

Ölkənin  1919-cu  ildən  formalaşmaqda  olan  muzey  nun 

qorunmasını  və  keyfiyyətcə  zənginləşməsini  gücləndirmək, 

muzeylərimizin  fəaliyyətini  xeyli  yaxşılaşdırmaq  (bu  gün 

ölkədə  231  muzey  var),  yenilərini,  o  cümlədən  özəl  muzeylər 

yaratmaq  üçün  xüsusi  qanun  qəbul  edilmişdir.  “Muzeylər 

haqqında”  qanun dövlətlə muzeylər arasında qarşılıqlı  əlaqələri 

tənzimləyən,  onların  vəzifə  və  funksiyalarını,  imtiyaz  və 

səlahiyyətlərini  müəyyən  edən,  muzeylərin  qaydalarını  və 

hüquqi anm  dəqiq  ifadə  edən,  muzey  fondunun  qorunmasına, 

saxlanmasına,  inkişaf  etdirilməsinə  və  zənginləşdirilməsinə 

yardım  edən  və  muzey  işçilərinin  sosial  müdafiəsini  güclən­

dirən təsirli bir sənəddir.

Müstəqilliyin  ilk  illərində  şəhərsalma  sahəsində  meydana 

çıxan  və  şəhər  və  yaşayış  məntəqələrinin  bədii-estetik,  lıq 

simasını  xeyli  korlanmasına  səbəb  olan  mənfi  tendensiyalar 

“Memarlıq  fəaliyyəti  haqqında”  və  “ Şəhərsalmanın  əsaslan 

haqqında”  qanunlann  qəbul  edilməsini  zəruri  etdi.  Hər  iki 

qanun  tikintidəki  özbaşınalıq  ucbatından  ölkədə  milli  lığın  və 

şəhərsalma  praktikasının  düçar  olduğu  tənəzzülü  mağa, 

memarlıqla  tikintinin  ahəngdar,  qarşılıqlı  vəhdətini  bərpa 

etməyə,  uzun  əsrlər boyu  formalaşan  memarlıq  mədəniyyətini, 

şəhərlərimizin  təkrarolunmaz  kaloritini  qorumağa  və  onları 

ləyaqətli  səviyyədə  gələcək  nəsillərə  çatdırmağa  yönəldil­

mişdir.  Azərbaycan  memarlığının  spesifik  özəlliklərini  qoru­

maq  və  inkişaf etdirmək  naminə  xarici  vətəndaşlara  və  hüquqi 

şəxslərə  yalnız  Azərbaycan  vətəndaşları  və  ya  hüquqi  şəxsləri 

ilə  birgə,  qanuna  müvafiq  qaydada  memarlıq  layihəsi  həyata 

keçirməyə  icazə  verilir.  Təkrarlığın  və  gözyorucu  oxşarlığın

86



qarşısını  almaq məqsədilə hər bir memarlıq  layihəsindən yalnız 

bir  dəfə  istifadə  edilməsi  nəzərdə  tutulur.  “ Şəhərsalmanın 

əsaslan  haqqında”  qanun  əhalinin  optimal  yerləşdirilməsi 

sisteminin  yaradılmasını  müəyyən  edir,  ərazilərdə,  şəhərlərdə 

və  digər yaşayış  məntəqələrində tikinti  və  abadlıq  üçün  normal 

şəraitin  təmin  edilməsinə,  sosial,  nəqliyyat  və  mühəndis 

infrastrukturunun 

inkişafına, 

təbiətdən 

səmərəli 

istifadə 

olunmasına  imkan  yaradır,  şəhərsalma  fəaliyyətinin  səlahiy­

yətlərini  dəqiqləşdirir,  həmçinin  tarix,  mədəniyyət  abidələrinin 

qorunması  və  ətraf mühiti  mühafizəsi  sahəsində  münasibətləri 

nizamlayır.  H ər  iki  qanun  hüquqi  planda  ölkənin  memarlıq 

simasının  proporsional,  ardıcıl  və  ahəngdar  inkişafına,  habelə 

mürəkkəb  şəhər  təsərrüfatı  prosseslərinin  düzgün  və  məqsəd­

yönlü idarə edilməsinə yardım göstərir.

Vahid  sistem  kimi  nəşriyyat-poliqrafiya  fəaliyyəti  sahə­

sindəki  çatışmazlıqlar  və  həmin  sahənin  bütün  ən  vacib 

problemlərini  tənzimləyən  müvafiq  qanunun  yoxluğu  nəzərə 

alınaraq,  “Nəşriyyat  işi  haqqında”  qanun  qəbul  edilmişdir. 

Qanun  pozulmuş  nəşriyyat-poliqrafiya  siklini  bərpa  etməyə  və 

onun  dirçəlişini  təmin  etməyə  yönəldilmişdir.  Qanunda  dövlət 

siyasətinin  əsas  prinsipləri  və  nəşriyyat  işi  sahəsində  dövlətin 

vəzifələri  ifadə  olunmuş,  nəşriyyat-poliqrafiya  fəaliyyətinin 

təşkil  olunması  və  həyata  keçirilməsinin  optimal  üsulları 

müəyyən  edilmiş,  həmin  sahədə  subyektlər  arasındakı  münasi­

bətləri  tənzimləyən  prinsiplər  dəqiqləşdirilmişdir.  Ölkədəki  iq­

tisadi  reallıqları  nəzərə  alan,  praktik,  tətbiqi  xarakter  daşıyan 

belə  bir  sənədin  qəbul  edilməsi  Azərbaycanda  nəşriyyat-poliq­

rafiya işinin perspektivlərinə böyük ümidlə baxmağa əsas verir.

“Kinematoqrafıya  haqqında”  qanunda  bu  sahəyə  dövlət 

himayəsinin  əsas  formaları  açıqlanır.  Qanunda  milli  film  və 

kinoepopeyaların  ilkin  materiallarının  qorunması  kimi  prob­

lemlər  öz  həllini  tapır,  milli  filmlərin  istehsalı,  yayımı  və 

beynəlxalq  festivallarda  iştirakının  dövlət  tərəfindən  maliy­

yələşdirilməsinin  qayda  və  şərtləri  müəyyən  edilir.  Hüquqi

87



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə