N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə24/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   20   21   22   23   24   25   26   27   ...   145

yanaşı,  qeyd  edək ki,  bu  gün  Azərbaycanda həmin  prinsiplərin 

həyata  keçirilməsi  böyük  ehtiyatlılıq  tələb  edir.  Problem 

ondadır ki,  böyük şəhərlərdə demokratik dəyişiklilər açıq-aşkar 

hiss  edilsə  də,  kənd  yerləri  və  regionlarında  həmin  prosseslər 

kifayət  qədər  intensiv  getmir,  mədəniyyətə  ayrılan  büdcə 

vəsaitləri  isə  heç  də  həmişə  məqsədyönlü  istifadə  olunmur. 

Belə  bir  vəziyyətdə  keçid  dövrü  üçün  elə  idarəetmə  modelləri 

axtarıb  tapmaq  lazımdır  ki,  ümumdövlət  səviyyəsində  güclü 

inzibatçılıq  hər  bir  konkret  hala  çevik  yanaşa,  büdcə  plan- 

laşdırması  isə məqsədli və fərdi layihələrə uyğunlaşdıra bilsin.

Desentralizasiya  prossesi  formal  olaraq  mədəniyyət  fəaliy­

yəti  praktikasında  hər  gün  baş  verir.  Belə  ki,  mərkəzi  və  yerli 

hakimiyyət  orqanları  arasındakı  büdcə  maliyyələşməsi  orta 

hesabla  20  -   80%  nisbətində  müəyyən  edilir.  Lakin bu  80%-in 

real  bölüşdürülməsi,  onlardan  istifadənin  adekvatlığı,  nəhayət, 

onların realizasiyasına nəzarət heç də yaxşı halda deyildir.

Təəssüflər  olsun  ki,  hər  şeydən  əvvəl  məhz  yerli  mə­

dəniyyət  obyektlərinin  vəziyyəti  qənaətbəxş  deyil.  Vəsaitlərin 

dağınıqlığı  və  mədəniyyət  prosseslərinə  səriştəsiz  rəhbərlik 

bunda heç də az rol  oynamır.

M ədəniyyət fəaliyyətinin  demonopolizasiyası  prossesi  eyni 

vaxtda  iki  istiqamətdə  -   yuxandan  və  aşağıdan  inkişaf  edir. 

Belə  ki,  məsələn,  4  oktyabr  1997-ci  il  tarixli  prezident  fərma­

nına uyğun  olaraq ölkədə lisenziyalaşdırma sistemi tətbiq olun­

mağa  başladı  ki,  bu  da  müstəqil  şəkildə,  dövlətdən  asılı 

olmadan  konsert-əyləncə  tədbirlərini  keçirmək  hüququ  verdi; 

qeyri-rentabelli  mədəniyyət  obyektləri  özəlləşdirildi.  2002-ci 

ildən  isə  konsert-əyləncə  proqramlannın  təşkili  üçün  tələb 

edilən lisenziya sistemi  də ləğv olundu.

Digər  tərəfdən,  mədəniyyət  indüstriyalan  -   kitab  nəşri, 

mətbuat, 

audiovizual  və  fonoqram  məhsulları, 

əyləncə 

indüstriyası  və  yeni  texnologiyalar  bazarı  sürətlə  inkişaf  edir. 

Praktik  olaraq,  bu  gün  bu  bazar  milli  mədəniyyət  siyasətinə 

inteqrasiya  olunmayan,  dövlət tərəfindən  maliyyələşdirilməyən

73



və  nizamlanmayan  müstəqil  biznes  sahəsidir  (kinomatoqrafıya 

istisna  edilməklə).  Hal-hazırda  Mədəniyyət  Nazirliyi  Açıq 

Cəmiyyət  İnstitutu  ilə  birlikdə  “Azərbaycanda  mədəniyyət 

institutları:  müasir vəziyyət və inkişaf perspektivləri” layihəsini 

həyata  keçirir.  Layihədə  ilk  dəfə  olaraq  həmin bazarın  sərhəd­

lərinin  müəyyən  edilməsinə,  m üəllif  hüquqlarına  riayət  olun­

ması  probleminin  öyrənilməsinə,  bu  sahədə  sosioloji  tədqiqat­

lar  aparılmasına  cəhd  edilir.  Artıq  layihənin  həyata  keçirilmə­

sinin  ilkin  mərhələsində  aydın  olmuşdur  ki,  bir  çox  rəqəmlər 

üzə  çıxarılmır və  xüsusi  sahibkarlar tərəfindən  səylə  gizlədilir. 

Lakin  çox  da  dərin  araşdırmalar  aparmadan  belə  audio,  video 

və  kompüter  məhsulları  bazarında  müəlliflik  hüquq  və  vergi 

qanunvericiliyinə  riayət  edilməsilə  bağlı  ciddi  problemlər 

olduğu  aydın şəkildə üzə çıxır.  Mədəniyyət industriyalarmın və 

onların  istehsal  etdiyi  kütləvi  mədəniyyətin  rolunu  qiymətlən­

dirməmək  dövlət  siyasəti  üçün  bağışlanmaz  səhv  olardı.  Leqal 

biznes üçün  şərait yaradılması,  vergi  qanunvericiliyinin təkmil­

ləşdirilməsi,  konsultativ  və  texniki  yardım  -  məhz bu vasitələr 

dövlətə  bu  qeyri-qanuni  doğulmuş  “enfant  terrible”  ilə  ümumi 

dil tapmaqda və onu legitimləşdirməkdə kömək edə bilər.

Xidmət  təklif edən  sahələrdə  -   rəsm  qalereyalarının,  suve­

nir  mağazalarının,  dizayn  bürolarının  və  s.  açılmasında  özəl 

sektorun inkişafı  getdikcə güclənir.  Bundan  əlavə,  hətta mədəni 

irsin mühafizəsi  kimi  ənənəvi  dövlət  sahəsi  də  özəl  muzeylərin 

timsalında özünə “rəqiblər”  qazanmağa başlamışdır.

Mədəni  həyatın  demokratikləşməsi  vətəndaş  cəmiyyətinin 

formalaşmasına  səbəb  olur,  özəl  təşəbbüslərin  üzə  çıxması  və 

fərdi  layihələrin  həyata  keçirilməsi  üçün  geniş  imkanlar  açır. 

Yeni  qanunvericiliyin  açdığı  imkanlar  mədəniyyət  və  onunla 

kəsişən  sahələrdə  çalışan  xeyli  sayda  qeyri-hökumət  təşkila­

tının  yaranmasına  gətirib  çıxardı.  Ədliyyə Nazirliyində  rəsm ən 

qeydə  alınmış  belə  təşkilatların  sayı  80-ə  çatır.  Onların  əhatə 

etdikləri  istiqamət  spektri  olduqca  genişdir.  Lakin  bu  heç  də  o 

demək  deyil  ki,  bu  təşkilatların  80-i  də  aktiv  və  məhsuldar

74



fəaliyyət  göstərir.  Onlardan  bəziləri,  “qrant  çaxnaşması”  ilə 

doğulanlar,  nə  qədər  sürətlə  peyda  olsalar  da,  əsl  fəaliyyətə 

başlamamış  yox  olurlar.  Eyni  zamanda,  son  illərdə  stabilliyə 

nail  olan,  ölkədə geniş populyarlıq  qazanan,  bir çox beynəlxalq 

təşkilatlarla  əlaqə  yaradan  qeyri-hökumət  təşkilatları  da 

mövcuddur.  Onların  arasında  Soros  Fondunun  Açıq  Cəmiyyət 

İnstitutu  və  İSAR  xüsusilə  seçilir,  bu  təşkilatların  fəaliyyəti 

üçüncü  sektorun  dəstəklənməsinə  və  inkişaf  etdirilməsinə 

yönəlmişdir.  Təəssüflər  olsun  ki,  büdcədən  maliyyələşdirmə 

imkanlarının  məhdudluğu  hazırkı  mərhələdə  QHT  sistemini 

dövlət  səviyyəsində  himayə  etmək  mümkün  deyildir.  Lakin 

Mədəniyyət  və  Turizm  Nazirliyi  belə  əlaqələrin  genişləndiril­

məsini  və  bu  təşkilatların  birgə  layihələrə  cəlb  edilməsini 

özünün prioritet vəzifələrdən hesab  edir.

Azərbaycan 

mədəniyyətinin 

rəngarəngliyi 

məsələsinə 

gəldikdə  qeyd  olunmalıdır  ki,  müasir  Azərbaycanın  digər,  heç 

də  az  mühüm  olmayan  bir  gerçəkliyi  də  əhalisinin  çoxmillətli 

və  yarıkonfessional  olmasıdır.  Təkcə  Bakı  şəhərində  iyirmidən 

çox  -   rus,  Ukrayna,  kürd,  lak,  ləzgi,  slavyan,  tat,  tatar,  gürcü, 

inqloy,  talış,  avar,  axıska  türkləri,  Avropa  yəhudiləri,  dağ 

yəhudiləri,  gürcü  yəhudiləri,  alman,  yunan  və  s.  xalqların 

m üxtəlif mədəniyyət cəmiyyəti  fəaliyyət göstərir.

Bütün  ölkə  miqyasında  belə  cəmiyyətlərin  sayı  xeyli 

yüksəkdir;  praktik  olaraq,  onlar  etnik  azlıqların  sıx  yaşadıqları 

bütün  rayonlarda  mövcuddur.  Milli  siyasətin  əsas  müddəaları 

Azərbaycan  Konstitusiyasında  təsbit  edilmişdir  və  onlar  etnik, 

irqi,  dini  mənsubiyyətindən  asılı  olmayaraq,  respublikanın 

bütün  vətəndaşlarının  hüquq  bərabərliyini  təmin  edir.  Bundan 

əlavə,  bir  çox  əsrlər  boyu  Azərbaycan  üçün  xarakterik  olan 

tarixi,  iqtisadi  və  mədəni  xüsusiyyətlər  sayəsində  ölkə  əhali­

sinin  psixoloji  statusu  dözümlülük,  başqa  etnosların  və  milli 

azlıqların  mədəniyyətinə  hörmət  şəraitində  formalaşmışdır.  Üç 

dindən  -   zərdüştlük,  xristianlıq  və  islam  dinlərindən  keçdiyi 

mərhələləri  öz  şüurunda  qoruyub  saxlayan  Azərbaycan

75



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə