N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə20/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   16   17   18   19   20   21   22   23   ...   145

konsepsiya  qədər  böyük  zərər vurmur.  O,  şəxsiyyət  və  istedad 

itkilərinə,  mənəvi  dəyərin,  əxlaqi  sərvətlərin tələfatına,  fərdi  və 

ictimai  vicdanla  durğunluğa  gətirib  çıxarır.  Deməli,  bütün  bu 

hallarda  məhz  humanist,  humanitar  meyarlar  və  prinsiplər 

əməli  şəkildə özünü göstərir.

Milli  mədəniyyət  milli  siyasətin  əsaslandığı,  istinad  etdiyi 

başlıca istiqamətlərdən biridir.  Çünki  o,  digər sahələrə nisbətən 

milli psixologiyanı  daha dolğun,  dürüst və obyektiv əks etdirir.

Postsovet  cəmiyyətlərinin  xüsusiyyəti  ondan  ibarətdir  ki, 

onların  mədəniyyəti  özündə  m üxtəlif  mədəniyyətlərin  çoxlu 

tipini  cəmləşdirən  çoxkomponentli  sistemdir.  Bunlara  totalitar 

sovet,  avtoritar-feodal,  sosialist,  demokratik,  oliqarxik,  monar- 

xik,  elita-aristokrativ,  adi-kütləvi,  ənənəvi  xalq  və  etnik  tipləri 

aid  etmək  olar.  Bununla  yanaşı  hər  bir  müasir  cəmiyyətdə 

vəhşilik  və  barbarlıq  dövrü  mədəniyyətlərinin  fəsadlarına  rast 

gəlinir.  Bu  şəraitdə  dövlətin  mədəniyyət  siyasətinin  çox  da 

asan  olmayan  vəzifələri  bu  mədəniyyətlərin  vahid  milli 

mdəniyyət  çərçivəsində  tənzim  edilməsi  və  harmonikləş- 

dirilməsi,  cəmiyyətdə  demokratik  mədəniyyət  dəyərlərinin 

tədricən  bərqərar olmasına  yönəldilməsidir.  Əsas  məsələlərdən 

biri  “yüksək”  mədəniyyətə -  elmi  biliklərə,  peşə bacarıqlarına, 

mütəşəkkilliyə və mənəviyyata malik  sosial-aktiv insan  şəxsiy­

yətinin formalaşdırılması üçün zəruri  şəraitin yaradılmasıdır.

Keçid  dövrü  Azərbaycanda  yeni  mədəniyyət  siyasətinin 

həyata  keçirilməsini  tələb  edirdi  ki,  bu  da  sovet  tipli  avtoritar 

mədəniyyətdən  demokratiyanın  siyasi  sistem  kimi  təşəkkül 

tapması  üçün  etik-normativ  əsas  olan  demokratik  mədəniyyətə 

keçidi  təmin  edirdi.  Mədəniyyətin  demokratiya  prinsip  və 

dəyərlərinə  əsaslanan  yeni  sosial  tipini  formalaşdıraraq  bu  cür 

siyasət  insanın  daxilən  dəyişilməsi,  sosial  inkişaf,  dövlət 

quruculuğu  və  beynəlxalq  münasibətəlrin  mühüm  problemləri­

nin  həllini  təmin  edəcəkdi.  İntellektual  inkişaf,  azadlıq  və  etik 

tərbiyə  prioritetlərinə  yönəldilmiş  demokratik  mədəniyyət 

siyasəti  Azərbaycan  mədəniyyətinin  sosial  dinamikasında

61



köklü  dəyişikliklərə kömək etməyə,  Azərbaycan  xalqının  yara­

dıcı  potensialını  və  onun  insan,  cəmiyyət  və  dövlətin  inkişafı 

baxımından  istifadə  edilməsi  imkanlarını  ölçülməz  dərəcədə 

yüksəltməyə xidmət etməlidir (18,  s.22-23).

Milli  psixologiya  milli  siyasətin  həm  obyekti,  həm  də 

subyektidir.  Milli  siyasət:  milli  psixologiyada  formalaşır  və 

milli  psixologiya vasitəsilə  idarəedici  qüvvəyə  çevrilir.  Bunun 

üçün  milli  siyasət  ilk  növbədə  hər  bir  tarixi  dövrdə,  yaxud 

konkret  mərhələdə 

milli 


psixologiyanı 

nəzərə 


almağa 

məcburdur.  H ər bir millətin psixologiyası  isə ilk növbədə  onun 

tarixi  düşüncə tərzini,  adət-ənənələrini,  bədii  təfəkkürü,  etik və 

estetik  baxışlarını,  dünyaduyumunu  yüksək  bədii  formalarda, 

kompleks şəkildə özündə əks etdirən milli  mədəniyyətdə özünü 

göstərir.

Milli  siyasətin  milli  mədəniyyətlə  əsas  təmas  nöqtəsi 

tarixilikdir.  Milli  mədəniyyət  istənilən  tarixi  dövrü,  onun  fakt 

və  proseslərini,  tarixi  şəxsiyyətləri,  təfəkkür  tərzini,  etik  və 

etnoqrafik  əlamətlərini,  zövqünü  bədii  forma imkanları  ilə  mü­

asirlik  müstəvisində  təqdim  edə,  bununla  da  milli  siyasət üçün 

arsenala çevrilə bilər.

Mədəniyyətdə  milliilik  və  bəşəriliyin  dialektikası  ifadə 

olunur.  Ən  qiymətli  milli  sərvət olan istedadla yaradılmış  sənət 

əsəri  yalnız  bir  millətə  yox,  bütün  millətlərə  məxsusdur. 

Homer,  Firdovsi,  Nizami,  Şekspir,  Bethoven,  Bax,  Ü.Hacıbə- 

yov,  Mikelancelo  kimi  şəxsiyyətləri  hər  biri  öz  millətinin  və 

bütün bəşəriyyətindir.

Milli  siyasət  milli  mədəniyyət  vasitəsilə  dünya  siyasətinə 

birləşə  bilər.  Bu  o  deməkdir  ki,  milli  mədəniyyətə  bədiilik 

xasdır:  o  təkcə  ideyaları  və  dünyagörüşünü,  habelə  milli 

psixologiyanı  yox,  tarixi,  fəlsəfi,  dini  əxlaqi  baxışları  özünədə 

birləşdirir.  Bütün  bunlarsız  isə  milli  siyasəti  təşkil  etmək,  onu 

hərəkətə gətirmək qeyri-mümkündür.

Mədəniyyətdə  başlıca  yeri  insan  tutur,  o  əslində  insanın 

özünə  yaratdığı  bədii  abidədir.  Milli  siyasət  də  ilk  növbədə

62



insana,  onun  tarixdəki  rolu  və  dünyəvi  əlaqələrinin,  həmçinin 

m üxtəlif millətlərdən olan  insanlar arasında real  münasibətlərin 

tənzimlənməsinə  xidmət  edir.  Milli  siyasət  insanları  ictimai 

qanunlar,  milli  mədəniyyət isə gözəllik qanunları  ilə idarə  edir. 

İctimai  qanunlar tarixən  keçici,  gözəllik qanunları  isə  əbədidir. 

Milli  siyasət  cəmiyyətin  ictimai  birliyini,  milli  mədəniyyət  isə 

əxlaqi  bütövlüyünü  qorumağa  xidmət  etməlidir.  Azərbaycan 

mədəniyyəti  respublikanın  bütün  xalqlan  və  etnik  qruplarının 

bədii  sərvətidir.  Ona görə də  Azərbaycan milli  siyasəti və milli 

mədəniyyətinin  bir  nömrəli  problemi  azərbaycançılıqdır.  Bu 

həm  də  milli  siyasət  və  mədəniyyətin  ortaq  məxrəci,  birləşmə 

nöqtəsidir.  Azərbaycançılıq  həm  milli  siyasətin,  həm  də  milli 

mədəniyyətin  demokratizmini  təmin  edir.  “Bir  milli  mədəniy­

yətdə  iki  mədəniyyət”  şüan  mədəniyyətdə  millətlərin  yox, 

sinfilərin mənafeyini  ifadə  etdiyinə görə,  milli  mədəniyyətlərin 

inkişafını  ləngitdi,  onu beynəlmiləl  mədəniyyət haqqında  saxta 

ehkamının  məngənəsində  saxladı.  Son  70  ildə  Azərbaycanda 

başqa  mənada  iki  mədəniyyət  mövcud  olub:  kommunist 

ideologiyasına xidmət edən  sovet mədəniyyəti  və xəlqi  və milli 

ideallar ifadə edən  sovet dövrü mədəniyyəti  (98,  s.77-78).

Mədəniyyətin  demokratikləşdirilməsi  -   şəxsiyyətin  özünü 

realizə  etməsi,  mədəniyyət  nemətlərindən  azad  istifadə  etməsi, 

imkanlarının 

genişləndirilməsini, 

habelə 

mədəniyyətin 



vətəndaş  cəmiyyəti  və hüquqi  dövlətin  siyasi  dəyərlərinə  cavab 

verən  yeni  dialektik  diferensiasiya  və  inteqrasiya  proseslərinin 

tənzim  edilməsini  tələb  edir.  Müstəqil  ölkənin  demokratik 

mədəniyyətini  liberalizm  dəyərləri  ilə,  Azərbaycan  xalqının 

milli  dəyərlərinin  sintezi  yolu  ilə  yaratmaq  zəruridir.  Həmin 

prosesdə mühüm yeri  yeni ümumsosial mədəni  dəyərlər və nor­

maların,  demokratik  mədəniyyətin  əsasını  təşkil  edən  ideallar, 

etika,  təhsil  sistemi,  istehsalat,  ekoloji,  hüquqi  və  məişət 

normativlərinin,  incəsənət  və  maddi  təcəssümlərin  formalaş­

dırılması  vacibdir.  Ənənəvi  milli  və  yenilikçi  dünya  mədəniy­

63



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə