N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə17/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   13   14   15   16   17   18   19   20   ...   145

şəhər  həyat tərzi  cəlb  edir.  Eyni  zamanda  şəhərlərin  orta  sinfi 

adətən  qərb  həyat tərzinə  yönəmlidir,  buna  görə  də  o  öz  ölkə­

sində  rahat  ixtisaslı  iş  tapa  bilməyənlər,  bu  işi  ABŞ  da  və 

yaxud Qərbi Avropada tapa bilir.

Azərbaycanın 

zəngin 


milli 

mədəniyyətinin 

qorunub 

saxlanılması  dövlətimizin  ən  mühüm  vəzifələrindən  biridir. 

Mədəni  sərvətin  qorunub  saxlanılması və istifadəsi  problemləri 

ölkənin  Əsas  Qanununda  -   Azərbaycan  Respublikasının 

Konstitusiyasında  öz  əksini  tapmışdır.  “H ər  kəs  tarixi,  mədəni 

və  mənəvi  irsə  hörmətlə  yanaşmalı  ona  qayğı  göstərməli,  tarix 

və mədəniyyət abidələrini qorumalıdır” .

Müstəqillik yenidən bərpa olunduqdan  sonra Azərbaycanda 

hüquqi-vətəndaş  cəmiyyəti  yaranmasının  bünövrəsini  təmin 

mədəni  quruculiq  işləri  geniş vüsət almağa başladı.  Və  ötən  bu 

illər  ərzində  mədəni  inkişafın  hüquqi  tənzimlənməsinə  dair 

qanunvericilik  bazasının  yaradılması  ilə  bağlı  xeyli  işlər 

görülmüşdür.  İlk  növbədə  onu  qeyd  edək  ki,  1995-ci  ilin 

noyabr  ayının  12-də  ümumxalq  referendumu  ilə  qəbul  edilmiş 

müstəqil 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasının 

“Mədəniyyət  hüququ”  adlanan  40-cı  maddəsi  mədəniyyət 

hüququnun müdafiəsinə həsr edilmişdir:

“I.  Hər  kəsin  mədəni  həyatda  iştirak  etmək,  mədəniyyət 

təsisatlanndan  və  mədəni  sərvətlərdən  istifadə  etmək  hüququ 

vardır.

II.  Hər  kəs  tarixi,  mədəni  və  mənəvi  irsə  hörmətlə  yanaş­



malı,  ona  qayğı  göstərməli,  tarix  və  mədəniyyət  abidələrini 

qorumalıdır” (9,  s.22).

“Mədəniyyət 

haqqında 

Azərbaycan 

Respublikasının 

Qanununda  isə  “M ədəniyyət  sərvətləri”  haqqında  deyilir: 

“Mənəvi  və  estetik  ideallar,  normalar  və  davramş  qaydalan, 

dillər,  dialektlər,  ləhcələr,  milli  və  etnik  ənənələr  və  adətlər, 

tarixi  toponimlər,  folklor,  tətbiqi  xalq  sənətləri,  mədəniyyət və 

incəsənət  əsərləri,  mədəniyyət  fəaliyyətinin  elmi  tədqiqatının 

nəticələri  və  metodları,  tarixi  və  mədəni  əhəmiyyəti  olan

52



binalar,  tikililər,  əşyalar,  tarix  və  mədəniyyət  baxımından 

unikal  ərazilər  və  obyektlər  mədəniyyət  sərvətləridir”  (77,  18 

aprel  1998-ci  il,  №  86).  Bu  Qanuna  əsasən  Azərbaycan 

Respublikasının  mədəniyyət  sahəsində  dövlət  siyasətinin  əsas 

prinsipləri  bunlardır:  sosial  və maddi  vəziyyətindən,  milli,  irqi, 

dini  və  cinsi  mənsubiyyətindən  asılı  olmayaraq  hər  kəsin 

mədəniyyət  sərvətlərinin  yaradılmasında,  istifadəsində  və 

yayılmasında  hüquq  bərabərliyi;  hər  kəsin  istedadının,  əqli 

imkanlarının  üzə  çıxarılmasının  və  yaradıcılıq  azadlığının 

təmin edilməsi;  milli mədəniyyətin bəşər mədəniyyətinin tərkib 

hissəsi  kimi  inkişaf etdirilməsi.  Bu  Qanuna  əsasən  Azərbaycan 

Respublikasının  mədəniyyət  sahəsində  dövlət  siyasətinin 

vəzifələri  bunlardır:  mədəni  həyat  tərzinin  formalaşdırılması; 

milli  və  dünya mədəniyyəti  sərvətlərinə  qovuşmağa  yönəldilən 

təhsil  sisteminin  inkişaf  etdirilməsi;  mədəniyyət  sahəsində 

inhisara  yol  verilməməsi;  dövlət  mədəniyyət  sisteminin 

m üxtəlif mənbəələrdən  maliyyələşdirilməsinin  uzlaşdırılması; 

yaradıcılıq  fəaliyyətinin  bütün  sahələr  üzrə  yüksəlişi  üçün 

şərait  yaranmasına  kömək  etmək  məqsədi  ilə  ictimai 

müzakirələrin  m üxtəlif formalarından,  ekspertiza  müsabiqələr­

dən  istifadə  etməklə  mədəniyyətin  inkişaf  istiqamətlərinin 

hazırlanması;  mədəniyyət  sərvətlərinin  qorunması  və  artırıl­

ması;  Azərbaycan  Respublikasının  mədəniyyət  potensialının 

inkişafına, 

mühafizəsinə 

və 


ondan 

hərtərəfli 

istifadə 

olunmasına,  mədəniyyət  sahəsində  geniş  miqyaslı  beynəlxalq 

əməkdaşlığa  şərait  yaradılması;  dövlət  mədəniyyət  sisteminin 

elmi  və  mütərəqqi  metodlarla  idarəçiliyinin  təmin  edilməsi; 

tarix  və  mədəniyyət  abidələrinin  qeydiyyata  alınması,  qorun­

ması 


və  bərpası  üçün  müvafiq  tədbirlərin  görülməsi; 

mədəniyyətin  inkişafına  dair  milli  proqramların  hazırlanması 

və  həyata  keçirilməsi,  beynəlxalq  proqramların  hazırlanma­

sında  iştirak  edilməsi;  görkəmli  mədəniyyət  xadimlərinin 

xatirəsinin  əbədiləşdirilməsi  üçün  tədbirlər  görülməsi;  mədə­

niyyətin  inkişafı  fondlarının  yaradılmasının  təmin  edilməsi;

53



Azərbaycan  Respublikasında  milli  mədəniyyətin  tərəqqisi  və 

müvafiq  dünya mədəniyyəti  ilə inteqrasiyasını,  milli  ənənələrin 

dirçəldilməsi  və  inkişafını, 

əhalinin  mənəvi  təlabatının 

ödənilməsini  təmin  edən  mədəniyyət  əsərlərinin  yaradılması 

üçün  həvəsləndirici  tədbirlərin  görülməsi;  mədəniyyət  və 

incəsənətin nailiyyətlərindən istifadə  edilməsində vətəndaşların 

Konstitusiya  hüquqlarının,  əhalinin  zəngin  milli  və  dünya 

mədəniyyəti  sahələrindən  faydalanmasının  təmin  edilməsi; 

mədəniyyət  təsisatlarının  normal  fəaliyyətinin,  onlam  maliy­

yələşdirilməsinin  və  maddi-texniki  bazasının  möhkəmləndiril­

məsinin  təmin  edilməsi;  mədəniyyətin  ixtisaslı  kadrlara  olan 

ehtiyacının təmin edilməsi.

Mədəniyyət  haqqında  Qanun  özündə  Avropa  Şurasının 

humanist  prinsiplərini  də  əks  etdirir  (barada  Avropa  konven­

siyasının  əsas  müddəaları  nəzərə  alınıb).  Qanun  dövlətin  və 

bütövlükdə  cəmiyyətin  maraqlarının  müdafiə  edilməsi  baxı­

mından  mədəniyyət  sahəsində  konkret  hüquqi  münasibətlər 

qrupunu  tənzimləyən  normaları  əks  etdirir.  Qanunda  vətəndaş 

cəmiyyətinin  tələblərinə  cavab  verən  müddəaların  nəzərdə 

tutulması  müsbət  əhəmiyyətə  malikdir.  Bunlara  mədəniyyətlə 

və  yaradıcılıq  fəaliyyəti  ilə  məşğul  olan  subyektlərin hüquqları 

və  azadlığının  müdafiəsi,  mədəniyyət  təşkilatlarının  yaradıl­

ması  və  onların  inkişafına  kömək,  mədəni  fəaliyyətə  dövlətin 

müdaxiləsinin  məhdudlaşdırılması, 

mədəniyyət 

sahəsində 

inhisarçılığın  qadağan  edilməsi  aiddir.  IX  fəsil,  51  maddədən 

ibarət  olan  Qanunda  ölkənin  sosial-mədəni  inkişafı  üçün  yaxşı 

əsaslar qoyulmuşdur.

Azərbaycanda  mədəniyyət  strategiyalarının  inkişafına  dair 

hesabat  və  məruzələrindən  öyrənirik  ki,  Azərbaycanda  mədə­

niyyət  siyasətinin  ümumi  strateji  məqsədləri  çox  yığcam 

şəkildə  ifadə  olunmuşdur:  keçmişin  mühafizə  edilməsi,  indinin 

dəstəklənməsi  və  inkişaf etdirilməsi;  gələcəyin  təmin  edilməsi. 

Bu  məqsədlərin həyata keçirilməsi  üçün  Azərbaycan Respubli­

kası  Mədəniyyət və  Turizm Nazirliyi  çox vacib  bir işə -  ölkədə

54



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə