N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə19/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   15   16   17   18   19   20   21   22   ...   145

mənəvi  potensiala  malikdir.  Əgər  Avropa  və  Amerikada  keçmiş 

SSRİ  məkanından  gələn  alimlərə,  mütəxəssislərə  ən  yaxşı 

laboratoriyalarda  iş  verilirsə  bu  onu  sübut  edir  ki,  keçmiş  dövrdə 

sovet  elmi  qabaqcıl  mövqelərə  malik  olmuşdur.  Rusiyanın  və 

keçmiş  SSRİ  məkanındakı  ölkələrin  iqtisadi  böhran  səviyyəsinə 

düşməsinə  baxmayaraq  onlar  dünyaya  müxtəlif  elm  və  texnika 

sahələrində  yüzlərlə  unikal  kəşflər  verə  bilər.  XX  əsrin  90-cı 

illərində mədəniyyətin maliyyələşməsinin azalması  saysız-hesabsız 

xüsusi  nəşriyyatların  yaranmasına  mane  olmadı.  Keçmiş  SSRİ 

məkanında  o  cümlədən  Azərbaycanda  şəxsi  mətbəələr  və 

nəşriyyatlar  yarandı.  Vaxtilə  qadağan  edilmiş,  xüsusilə  Freydin, 

Zimmelin, Berdyayevin və s.  alimlərin əsərləri  çap olundu.  Onlarla 

ədəbi jurnallar,  nəşr  olunurdu.  Yeni  ədəbiyyat  müstəqil  sahə  kimi 

yüzlərlə  əsərinin  çapını  gücləndirdi.  Dindarların  sayının  artması 

çoxsaylı  məscidlərin  tikilməsinə,  müqəddəs  yerlərin  təmir 

edilməsinə  şərait  yaratdı.  Dini  kitablarla  yanaşı  dini  jurnallar  da 

nəşr  olunmağa  başlandı.  Ali  məktəblərin  nəzdində  ilahiyyat 

fakültələri  yaradıldı.  Çoxsaylı  ilahiyyatçılar  müxtəlif  sahələrdə 

çalışmağa başladı.  Sovet dövründə hətta ağla gəlməyəcək tədbirlər 

həyata keçirildi.  Əlbəttə 90-cı illərin  sonunda qüsurlar olsa da,  XX 

əsrin  sonunda XXI əsrin  əvvəllərində mədəniyyət sahəsində  sözün 

həqiqi mənasında irəliləyiş özünü göstərməyə başladı (50, s. 127).

58



Dövlətin mədəniyyət siyasətinin 

prioritetləri və məqsədləri

(mənəvii dəyərlər kontekstində)

Qeyd  etmək lazımdır ki,  mədəniyyət  siyasəti  anlayıvşı  həm 

Azərbaycanda,  həm  də,  ümumiyyətlə  bütün  dünyada  nisbətən 

yeni  anlayışdır.  Mədəniyyət  siyasətinin  bir  elm  kimi  əsasını 

qoyanlardan  biri  Fransanın  əfsanəvi  mədəniyyət  naziri, 

istedadlı  fransız  yazıçısı  Andre  Malro  olmuşdur.  XX  əsrin  60- 

cı  illərinin  fransız  cəmiyyətində  mədəniyyət  haqqında  yeni 

anlayışın,  onun  inkişafının  strategiyasının,  cəmiyyətdə  yeni 

rolunun  formalaşdırılması  ona nəsib  olmuşdur.  Şübhəsiz  ki,  bu 

ideyalar  cəmiyyətin  özünün  belə  dəyişikliklərə  həvəsini, 

hazırlığını və istəyini  əks etdirirdi  (7,  s.59).

İnsan inkişafının və  dövlət quruculuğunun potensial  imkan­

larının  həyata  keçirilməsi,  təşkilati,  maliyyə  və  dünyagörüşü 

xarakterli  obyektiv  və  subyektiv  çətinliklərlə  bağlıdır.  Postso­

vet  məkanının  digər  ölkələri  kimi  Azərbaycan Respublikasının 

da  qarşısında  ideoloji  yenidənqurma  və  mədəni  yeniliklər, 

təhsil,  elm,  səhiyyə  şəbəkələrinin,  ekoloji  strukturun  optimal- 

laşdınlması,  dövlətin texnoloji rəqabətə davamlılığının təminatı 

və  əhalinin  həyat  təsnifatı  sistemlərinin  effektivliyinin  artırıl­

ması  ilə  əlaqədar  bir  sıra  mürəkkəb  məsələlərin  həlli  durur. 

Ancaq  bu  gün  tək  təbii-milli  irsiyyət,  qan  və  gen  yaddaşı  da 

kifayət  etmir.  Texniki  tərəqqi,  tətbiqi  kibernetika,  fono və  foto 

cəbbəxanası  zəka  yaddaşı  kimi  obrazlı  yaddaşın  da  köməyinə 

gəlir.  Mədəniyyət,  xüsusilə  ədəbiyyat-folklor  münasibətlərində 

müasir dövrü daha belə cəbbəxanasız təsəvvürə gətirmək müm­

kün olmur (60,  s.84-85).

Struktur  sosial,  regional  və  fərdi  ölçüləri  də,  mədəni 

inkişafın  qeyri-müntəzəmliyini  də  çətinilklərə  aid  etmək  olar. 

Bu  özünü  həm  də  tam  bir  sistem  kimi  baxılan  mədəniyyətin 

ауп-ауп  sahələrinin bərabərsizliyində,  əhalinin elitar və kütləvi 

mədəniyyətinin  inkişafındakı  ciddi  daxili  dispropasiyalarda,

59



inkişaf  mədəniyyəti  kimi  mədəniyyət  nailiyyətlərindən  istifa­

dədə,  gender  bərabərhüquqluğunun  olmamasında,  ölkənin 

m üxtəlif  regionlarının  qeyri-bərabər  mədəni  inkişafında  da 

özünü  göstərir.  Bu  isə,  mədəniyyətin  sosial  institutlarının 

inkişafı prioritetlərinin  seçimi  məsələsini  günün vacib  problem­

ləri  sırasına  çıxarır.  Sadalanan  məsələlərin  müvəffəqiyyətli 

həlli,  mədəniyyət və mədəniyyət siyasəti  sahəsində zamanın tə­

ləblərinə  cavab  verən  yenilikçi  islahatların  keçirilməsinə  yar­

dımçı  olan  model  və  proqramların  tərtibini  və  həyata  keçiril­

məsini  təkidlə  tələb  edir.  Belə  proqramların  yaradılması  üçün 

ruhi  mədəniyyətin  yüksək  missiyasının  yeni  görünüşü  və  onun 

insanın,  sosial  sahənin  və  dövlətin  inkişafında  yenilikçi 

dəyişdirici  rolunun  imkanlarını  açan  problemlərin  kulturoloji 

təhlili lazımdır.

Adətən,  cəmiyyətdə  baş  verən  qlobal  sosial  və  ideoloji 

hadisələr  miqyasca  ona  tay,  bərabər  ədəbi  təlatüm  və  dalğada 

əks-səda  tapır.  Bu  gün  bədii-ədəbi  ideoloji  həyatda  miqyas  və 

əhatəcə  məhz  belə  bir  dalğadan  xəbər verir.  Şübhə  etmirik  ki, 

bizim  Azərbaycan  ziyalılan  bu  yeni  mərhələni  həyatda  da, 

sənətədə  də  yaradanlann  ön xəttində,  ilk  cərgəsində  olacaqdır. 

Məhz  həmin  mərhələyə,  tarixi  dönüş  və  çıxış  nöqtəsi  kimi 

nəzəri  vəzifəmizi  qısa  şəkildə belə formula  etmək  olar.  M üasir 

cəmiyyət,  hər  şeydən  əvvəl,  özünü  dərk  etməlidir.  Hər  sahədə, 

o  cümlədən  ədəbi-bədii,  humanitar  fikirdə  axtarış  vüsəti, 

ideyalar  yanşı,  düşüncə  və  fikir  cəsarəti,  sərbəst  polemik 

meydan bunun üçün ən yaxşı təminatdır.

Yeni təfəkkür, tam həqiqət,  aşkarlıq,  demokratiya -  ideoloji 

və mənəvi  fəaliyyətin bütün  sahələrində eyni  dərəcədə vacib və 

əhəmiyyətli  amillərdir.  Lakin  onlann  həm  pozitiv,  həm  də 

neqativ  təzahürü  özünü  humanitar  sahədə  ikiqat  kəskinliklə 

göstərir.  Yaxın  tarixi  keçmişin  bütün  sərt,  acı  təcrübəsi  ilə 

aşkarlanan  və  nəzəri  fikirdə  də  artıq  etiraf olunan  ibrətli  əxlaqi 

dərs,  fəlsəfi  qənaət,  bizcə  odur  ki,  indi  heç  bir  şey  cəmiyyətə 

məhz  yanlış  ideoloji  təlim,  saxta  nəzəriyyə,  süni  siyasi

60



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə