N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ


M  ad ani  insan formulast



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə16/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   12   13   14   15   16   17   18   19   ...   145

M  ad ani  insan formulast

bilik


+

bacarıq


+

mütoşokillik

mənəviyyat

+

yaradcilıq  fəaliyyəti



(58,  s9)

Ziya  Göyalpın bu  barədəki  fikirləri  daha maraqlıdır:  “Milli 

mədəniyyət  -   hars  ilə  mədəniyyət  arasında  həm  bir  birləşmə 

yeri,  həm  də  ayrılıqlar  vardır.  Mədəniyyət  ilə  mədəniyyət 

arasında  birləşmə  yeri  ikisinin  də  bütün  toplumsal  -   ictimai 

həyatları  içlərinə  almasından  ibarətdir.  Toplumsal  ictimai 

həyatlar bunlardır:  Din,  əxlaq,  hüquq,  ağıl,  estetika,  iqtisadiy­

yat,  dil  və texnika ilə bağlı  həyatlar.  Bu  səkkiz növ toplumsal -  

ictimai  həyatın  toplamına  cəminə  "mədəniyyət”  adı  verildiyi 

kimi,  mədəniyyət də  deyilir.  Bax,  mədəniyyət ilə  mədəniyyətin 

birləşdiyi  yer və bənzərliyi bundan ibarətdir.

Mədəniyyət  siyasəti  mədəniyyətin  bəşəriyyətin  inkişa­

fındakı  rolunu  şərh  edən  və  bu  istiqamətdə  ardıcıl,  sistemli 

fəaliyyət göstərən  bir sahədir.  Məhz buna görə də inkişaf etmiş 

demokratik  ölkələrdə  mədəniyyət  siyasəti  keçən  əsrin 

ortalarından  diqqət  mərkəzindədir.  Mədəniyyət  siyasətinin 

inkişafı  dünyada  sülhün,  fıran  həyat  tərzinin  və  rifahın  rəmzi 

kimi  dərk  olunmaqdadır.

Ümumilikdə  götürüldükdə,  mədəniyyət  anlayışı  ilə  bağlı 

elmi  ədəbiyyatda,  lüğət  və  sözlüklərdə  olan  mövcud  təriflərdə 

“mədəniyyət”  məfhumu  əsasən  belə  izah  edilir ki,  bu  fenomen 

varlığın  və  şüurun  bütün  sahələrində  bəşəriyyətin  predmetləş- 

dirmə  (sərvətlər,  normalar,  işarə  sistemləri  yaradılması  və  s.) 

və 


predmetsizləşdirmə 

(mədəni 


irsin 

mənimsənilməsi)

49



proseslərinin  dialektik  vəhdətindən  ibarət,  gerçəkliyin  yenidən 

dəyişdirilməsinə,  bəşər  tarixi  zənginliyinin  şəxsiyyətin  daxili 

zənginliyinə  çevriləmsinə,  insanın  mahiyyət  qüvvələrinin  hər 

vasitə  ilə  aşkara  çıxarılmasına  və  inkişaf  etdirilməsinə 

yönəldilmiş  sosial-mütərəqqi  yaradıcı  fəaliyyətidir.  Məhdud 

mənada  əsasən  maddi  mədəniyyət  (texnika  istehsal  təcrübəsi, 

maddi  sərvətlər),  mənəvi  mədəniyyət (elm,  incəsənət və  ədəbi­

yyat,  fəlsəfə,  əxlaq,  m aarif və  s.),  həmçinin  siyasi  mədəniyyət 

(cəmiyyətin,  sinfin,  qrupun,  fərdin  fəaliyyətinin  ictimai 

münasibətlərin  dəyişdirilməsinin  subyekti  kimi  şəxsiyyətin 

sosial  inkişafının  meyarını  səciyyələndirən  məqsədləri,  nəticə­

ləri)  haqqında  danışmaq  qəbul  olunmuşdur  (39,  s.276)  Uzun 

illərdir  ki,  təriflərin  bəzilərində  qeyd  olunur  ki,  mədəniyyət  -  

ictimai-iqtisadi  formasiyaların  bir-birini  əvəz  eməsindən  asılı 

olaraq inkişaf edən tarixi  hadisədir.  Mənəvi mədəniyyəti  maddi 

əsasdan  ayıran  və  onu  “elita”nın  (fr.  elite -   ən  yaxşı,  seçilmiş) 

mənəvi  məhsulu kimi  izah edən idealist mədəniyyət nəzəriyyə­

lərinin  əksinə  materializm  maddi  nemətlərin  istehsalı  prosesini 

mənəvi  mədəniyyətin  inkişafının  əsası  və  mənbəyi  kimi 

nəzərdən  keçirir;  belə  çıxır  ki,  mədəniyyət  bilavasitə  bütün 

xalqların  fəaliyyətilə  yaradılır.  Qeyd  etmək  lazımdır  ki,  maddi 

şəraitdən  asılı  olan  mənəvi  mədəniyyət  maddi  əsas  arxasınca 

avtomatik  dəyişmir,  əksinə  nisbi  müstəqilliyi  ilə  (inkişafda 

varislik,  m üxtəlif  xalqların  mədəniyyətlərinin  bir-birinə  təsiri 

və  s.)  səciyyələnir (39,  s.  377).

Mədəniyyət tarixinin  araşdırılması  təsdiq  edir  ki,  mədəniy­

yətlə  siyasətin  əlaqəsi  tarixən  möhkəm  olmuşdur.  Bununla 

bağlı  çoxsaylı  istinadlar  vermək  mümkündür.  Məsələn,  rus 

tarixçisi  V.O.Klyuçevski  yazırdı  ki,  siyasi  terminlər öz tarixinə 

malikdir.  Həqiqətən  də  hələ  qədim  Yunanıstanda  “siyasət”  an­

layışı  altında  dövlət  fəaliyyətinə  aid  olan  bütün  nə  varsa  daxil 

edilirdi.  V.İ.Dal  siyasət  dedikdə  dövlətidarəçiliyinə  aid  olan 

elmi  başa  düşürdü.  Bura  hökmdarın  əhval-ruhiyyəsi,  məqsədi, 

əməllərinin  tərzi,  çox  vaxt  həqiqi  niyyətlərin  gizlədilməsi  da­

50



xildir.  Fransız  ensiklopediya  lüğətində  “siyasət  sənəti”  ifadəsi 

işlədilir  (134,  s.212).  M.Ə.Rəsulzadə  isə  deyirdi  ki:  “M ədə­

niyyətin qayəsi  siyasəti  elmə tabe etdirməkdir”  (113,  s.84).

Mədəniyyət  sahəsindəki  siyasət  dövlət  tərəfindən  əhəmiy­

yətli  dərəcədə  ciddi  həyata  keçirilən,  maliyyələşdirilən,  nizam­

lanan  praktiki  tədbirlər  sistemidir.  Bu  siyasət  millətin  mədəni 

və mənəvi  irsinin toplanması,  inkişafı  və  saxlanılmasına yönəl­

mişdir.  Mədəniyyət  siyasəti  sayəsində,  hər  şeydən  əvvəl, 

aşağıdakı  suallar  meydana  gəlir.  Millətin  mədəni  irsi  necə 

qorunur?  Bu  tədbir  bütün  etnik  və  sosial  qruplara  necə  aid 

edilir?  Bütün  istifadə  edilən  dillər  bərabər  statusa  malikdirmi 

və  ya  ayrıca  götürülmüş  ölkədə  mədəni  və  dil  diskrinimasiyası 

mümkündürmü?  Rəsmi  dövlət dili  əcdadların  dili  hesab  olunur, 

yoxsa  ki,  müstəmləkəçi  ağalığından  qalan  irsdir?  Qeyri  əsas 

dillər  dövlət  tərəfindən  hansı  səviyyədə  müdafiə  olunur  və 

yaxud  bu,  yalnız  icmanın  qayğısı  əhatəisndədir?  Həmin  dillər 

cəmiyyətdə  mədəni  və  sosial  fərqlərin  qorunub  saxlanılması 

üçün nə  dərəcədə  istifadə  olunur və yaxud  dil  qrupları  arasında 

antoqonizmin  aradan  qaldırılmasına  və  inkişafına  şərait 

yaradırını?  Bu  gün  bir  çox  ölkələrdə  mədəniyyət  sahəsindəki 

siyasət  assimlyasiya  modelindən  başqa  sahələrə  orientasiya 

götürür,  nəticədə  azlıqda  olanlar  özlərinin  bəzi  mədəni 

ənənələrindən  və  dəyərlərindən  imtina  edir,  onu  əksəriyyətin 

müdafiə  etdiyi  ənənələrlə  əvəz  edir.  Nəticədə  əksəriyyətin 

multi  mədəni  modeli  müdafiə  edilir.  Burada fərd  sosiallaşır və 

etnik  mədəniyyətdə  dominantlıq  rolu  ifa  edir.  Məsələn,  ABŞ- 

da  milyonlarla  insan  ingilis  dilində  və  həmdə  özünün  etnik 

dilində  danışır.  Onlar  ümummilli  və  etnik  bayramları  qeyd 

edirlər.  Onlar öz ölkəsinin tarixini və millətinin tarixini  öyrənir. 

Qlobal  beynəlxalq  miqrasiya,  zəif  inkişaf  etmiş  ölkələrin 

təsərrüfatının  struktur  yenidən  qurulmasına  stimul  verir. 

Mexanikiləşmə  və  sənayeləşmə  bura  inkişaf  etmiş  ölkələrdən 

daxil  olur,  aqrar  sektor  ixtisara  düşür  və  milyonlarla  kənd 

əhalisi  iş  axtarmaq  məqsədilə  şəhərlərə  köçməli  olur.  Onları

51



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə