N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə18/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   14   15   16   17   18   19   20   21   ...   145

mədəniyyət  siyasətinin  ümumi  mənzərəsini  cızmağa  cəhd 

göstərmişdir.  Bu,  mədəniyyət  sahəsində  islahatların  dərk  olun­

ması  və həyata keçirilməsi  yolunda ilk mühüm addımdır (139).

Beynəlxalq  ekspertlərin  fikrincə  isə,  bütövlükdə  mədəniy­

yət  sektoru  ilə  bağlı  hökumətin  üzərində  düşünməli  olduğu  bir 

sıra  məsələlər  mövcuddur  və  Mədəniyyət  və  Turizm  Nazirliyi 

onların  həllində  strateji  lider  rolunu  oynamalıdır:  islahatlar  və 

mədəniyyət  sahəsində  qanunvericiliyin  həyata  keçirilməsi; 

informasiyalar,  treninqlər  və  misallar  (müsbət  təcrübə  və  im­

kanları  göstərən)  vasitəsilə  köhnə  münasibətlərin  dəyişdiril­

məsi;  m üxtəlif  sektorların  və  xadimlərin  niyyət  və  arzularına 

diqqətlə yanaşılması;  milli  əhəmiyyətə malik  layihə və müəssi­

sələrin  zəruri  dərəcədə  maliyyələşdirilməsi  və  dəstəklənməsi; 

yaradıcılığın  və iştirakın  təşkil  edilməsi;  gənclər üçün  siyasətin 

təmin edilməsi;  mədəni  çoxçeşidliliyin təşviq olunması.  “Bütün 

bu  vəzifələr  2001-ci  ilin  sonlarında  işlənib  hazırlanan  5  illik 

strateji  planda  -   “Azərbaycan  mədəniyyətinin  inkişafına  dair 

dövlət  proqramında”  da  nəzərdə  tutulmuşdur  və  bu  proqram 

nazirliyinin,  əslində  Milli  Məruzəyə  islahatlar  prosesinin 

birinci  mərhələsi  kimi baxdığını bir daha nümayiş etdirir.  Digər 

Avropa  ölkələrində  uğurla  sınaqdan  çıxan  və  nisbətən  yaxın 

dövrlərin  məhsulu  olan  mədəniyyəti  müdafiə  təşəbbüsü 

inkişafın digər sahələri  üçün mədəniyyət və incəsənətin  ehtiyac 

və  üstünlüklərinə  diqqətin  artırılmasını  və  mədəniyyətin 

inkişafı  naminə,  onun  digər  planlara  daxil  edilməsi  yolu  ilə 

m üxtəlif hökumət  orqanları  arasında,  habelə  işgüzar  dairələrlə 

sıx  əməkdaşlıq  yaradılmasını  nəzərdə  tutur.  Bu,  dövlət 

siyasətinin  hər  bir  aspektini  yaxşılaşdıran,  eyni  zamanda  digər 

maraqlı  amillərə  dəstək  gətirən  ən  yaxşı  inteqrasiya  fəaliyyəti 

strategiyalarına  aparıb  çıxarır.  Artıq  Azərbaycanda  inteq- 

rə  edilmiş  layihələrə  aid  bir neçə bu  cür uğurlu təcrübə  nümu­

nəsi  vardır,  lakin  onlar  hələ  strategiya  olmaqdan  çox  uzaqdır. 

Mədəniyyət  sahəsində  treninq  təlimçiləri  üçün  strategiya  da 

qısa  və  orta  müddətli  inkişafın  əsas  məsələlərindən  biridir.

55



Nazirlikdə,  yerli  hakimiyyət  orqanlarında  və  mədəniyyət 

müəssisələri  səviyyəsində  lazımi  sayda  mədəniyyət  meneceri 

və  inzibatçısı  olmadan  heç  bir  islahat  həyata  keçirilə  bilməz. 

Bunun  ardınca  isə  sektoral  islahat  proqramları,  məsələn,  mu­

zeylər,  kitabxanalar,  teatrlar  üçün  proqramlar  həyata  keçiril­

məlidir”  (139).

Belə  qənaətdəyik  ki,  müasir  dövrdə  Azərbaycan  dövlətinin 

mədəniyyət  siyasətini,  getdikcə  daha  cox  qloballaşan  və  həm 

də  siyasiləşən  dünyanın  siyasi  hadisələrindən  təcrid  edilmiş 

şəkildə  təhlil  və  şərh  etmək  doğru  olmaz.  Və  bu  məsələdə 

hökmən  siyasi  amillərin  mahiyyətinə  və  təsiretmə  gücünə 

diqqət  yetirmək  lazımdır.  Bunun  üçün  də  ilk  növbədə  siyasi 

anlayışların,  o  cümlədən  “siyasət”  məfhumunun  etimoloji  ma­

hiyyətinə  açıqlıq  gətirməyə  ehtiyac  vardır.  Belə  ki,  bu 

məfhumla  bağlı  fəlsəfi  lüğətlərdə  əsasən  belə  qeyd  edilir  ki, 

siyasət  -   siniflər,  millətlər  və  digər  sosial  qruplar  arasındakı 

münasibətlərlə  bağlı,  əsas  məqsədi  dövlət  hakimiyyətinin  ələ 

keçirilməsindən,  əldə  saxlanılmasından  və  istifadə  olunmasın­

dan  ibarət  fəaliyyətdir.  Siniflər  arasındakı  münasibətlər  və 

deməli,  onların  köklü  mənafelərini  ifadə  edən  siyasət  həmin 

siniflərin  iqtisadi  vəziyyətindən  irəli  gəlir.  Siyasi  ideyalar  və 

onlara uyğun təsisatlar iqtisadi  bazis  üzərində üstqurumu təşkil 

edir.  Lakin  bu  heç  də  o  demək  deyildir  ki,  siyasət  guya 

iqtisadiyyatın  passiv  nəticəsidir.  Siyasətin  dəyişdirici  qüvvəyə 

çevrilməsi  üçün  o,  cəmiyyətin  maddi  həyatının  inkişafı 

tələbatını  düzgün  əks  etdirməlidir.  M ürtəce  qrupların  siyasəti 

cəmiyyətin  irəliyə  doğru  inkişafını  ləngidir,  çünki  bu  siyasət 

cəmiyyətin  obyektiv  tələbatının  ziddinə  apanlır.  İctimai 

həyatın  m üxtəlif  sahələrinə  uyğun  olaraq  siyasət  iqtisadi, 

sosial,  milli,  aqrar siyasəti və  şairəyə bölünür (39,  s.371).

1985-91-ci  illərdə  keçmiş  SSRİ  tarixinə  “yenidənqurma  və 

aşkarlıq” bir dövrü kimi daxil  olmuşdur.  Bu dövr Sov.  IKP-nin baş 

katibi  və  SSRİ-nin  birinci  prezidenti  M.S.Qarboçovun  adı  ilə 

bağlıdır.  Həmin  dövrdə  SSRİ  məkanında  mühüm  hadisələr  baş

56



vermişdir.  Sovet İttifaqı və sosialist düşərgəsi dağılmış, kommunist 

partiyaların 

monopolyalanna 

son 


qoyulmuş, 

iqtisadiyyat 

liberallaşdınlmış,  senzura yumşaldılmış,  söz  azadlığının  əlamətləri 

üzə  çıxmışdır.  Eyni  zamanda  xalqın  maddi  vəziyyəti  pisləşmiş, 

planlı  iqtisadiyyat  dağılmışdır.  Keçmiş  sovetlər birliyində  birləşən 

dövlətlər  müstəqillik  əldə  etdi,  o  cümlədən  Rusiya  Federasiyası 

yaradıldı.  Ауп-ауп  ölkələrdə  eyni  zamanda  Rusiya  Federasiya­

sında  1993-cü  ildən  ümumxalq  referendum  keçirildi,  Rusiyada 

B.N.Yeltsin hakimiyyətə gəldi.  Onun dövründə Rusiya Federasiya­

sında  mədəni  situasiyaya  köklü  sürətdə  dəyişməyə  doğru  getdi. 

Xaricdə  və  sürgündə  olan  məşhur  mədəniyyət  xadimləri  geriyə 

qayıtdı.  O  cümlədən,  musiqiçilər  M.L.Rostropoviç,  müğənni 

Q.Vişnevskaya,  yazıçılar  A.Soljenitsin  və  T.Voynoviç,  rəssam 

E.Neizvestnı  və  başqaları  geriyə  qayıtdı.  Lakin  bu  dövrdə 

Rusiyadan minlərlə  alimlər və mütəxəsssislər o cümlədən,  texnika 

elmləri  sayəsində  tanınmış  mütəxəssislər  vətəni  tərk  etdilər. 

Azərbaycandan  da  Avropaya,  Amerikaya,  xüsusilə  Türkiyəyə 

müəllim  işləmək  üçün  alimlər,  musiqiçilər  və  digər  sahələrdəki 

mütəxəssislər getmişdir.  1991-94-cü illərdə Rusiyada elmə aynlan 

maliyyə  vəsaitinin  80%-ə  qədəri  ixtisara  düşdü.  70-90  min  nəfərə 

qədər  31-45  yaşlı  alim  hər  il  xaricə  işləməyə  getməyə  başladı. 

Xüsusilə,  gənc  kadırlann  artımı  aşağı  düşmüşdü.  Təkcə  1994-cü 

ildə ABŞ-a 444 min patent və lisenziyalar satılmışdır. Rusiyada isə 

yalnız  4  min  potent  və  lisenziyalar  satılmışdır.  Rusiyanın  elmi 

potensialı  3  dəfə azalmışdır.  Əgər  1980-cı ildə elmlə məşğul olan 3 

milyon  mütəxəssis  çalışırdısa,  1996-ci  ildə  elmlə  məşğul  olanlar  1 

milyondan az idi (137, s.10).

Eləcə  də  ötən  əsrin  son  onilliyində  Azərbaycanda  elmə  sərf 

olunan  maliyyə  xərcləri  özünü  minimal  şəkildə  göstərirdi.  Elmi 

konfranslarda,  seminarlarda  və  s.  tədbirlərdə  iştirak  etmək  üçün 

xaricdən  dəvət  almış  tanınmış  alimlərin  heç  biri  maliyyə 

ucbatından  gedə  bilmirdi.  O  zaman  məlum  olurdu  ki,  “beyinlərin 

axım”  inkişaf  etmiş  ölkələrdə  mümkündür.  Məntiqə  görə  hansı 

ölkədən  alimlər  axım  varsa,  deməli  həmin  ölkə  yüksək  elmi  və

57



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə