N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə15/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   11   12   13   14   15   16   17   18   ...   145

yanın  mədəni  özüllərini  müəyyənləşdirmək  olub.  S.Veberin 

sosioloji  görüşlərinə  əsaslanan  Q.Almond  belə  hesab  edirdi  ki, 

siyasi  mədəniyyətin  xarakteri  siyasi  quruluşla  müəyyən  olunur 

və  onun  struktum  sistemdə  fərdin  siyasi  fəaliyyət  formaları, 

davranışları  və  inamlarından  ibarətdir.  Q.Almondun  həmkarı 

S.Veberin  irəli  sürdüyü  tezisə  əsasən  siyasi  mədəniyyət  fərdin 

siyasi  sistemi bütövlükdə psixoloji  planda dərk etməsidir.

Böyükağa  Qubatoğlunun  fikrinə  əsasən  siyasi  mədəniyyət 

şəxsiyyətin mühüm  diqqəti  cəlb  edən  keyfiyyətidir.  O,  ideya və 

siyasi  şüurla  sıx  surətdə  bağlıdır.  Bunlar  isə  dünyagörüşün 

mühüm  cəhətləri  və  siyasi  mədəniyyətin  nüvəsidir.  Buna  görə 

də  siyasi  şüurun,  siyasi  təfəkkürün  və  daxili  mədəniyyətin 

inkişafı  olmadan  siyasi  mədəniyyətin  varlığından  söhbət  ola 

bilməz.  Siyasi  şüur  və  siyasi  mədəniyətin  yüksəlməsi,  cəmiy­

yətdə  buna  uyğun  demokratik  dəyərlərin  qəbulu  demokratik 

rejimin yaradılması  üçün  sosial  zəmin hazırlayır(65,  s.66-68).

45



(58,s 60-61)

Mədəniyyət siyasəti  xalqın intellektual  potensialının, mənə­

vi  sağlamlığı  və  rifahını  yüksəltməyə  xidmət  edən  siyasətdir. 

O, həm də millətin  mənəvi,  sosial-iqtisadi  inkişafının möhkəm­

lənməsini  təmin  edir.  Mədəniyyət siyasətinin vəzifəsi  maddi  və 

mənəvi  sərvətlərin  istehsalı,  qorunması  və  inkişaf  etdirilməsi, 

eyni  zamanda  gələcək  nəsillərə  ötürülməsi  üçün  şəraitin 

yaradılmasıdır.  Cəmiyyətdə  insanların  qeyri-bərabər  mədəni 

inkişafını və mədəni  deletantlığı  aradan  qaldırmaq üçün  inkişaf 

etmiş ölkələrdə mədəniyyət siyasəti koordinasiya və tənzimlən­

mə  yolu  ilə  elmi  surətdə  təşkil  edilir  və  idarəetmə  əsasında 

həyata  keçirilir.  Belə  olan  halda  cəmiyyətin  müxtəlif  sosial 

qruplarının və xalqın marağını  əks etdirən balanslı mədəni  inki­

şafa nail  olmaq olar.

Mədəniyyət  siyasəti  hüquqi  təminata  arxalanmalı  və 

hadisələri  qabaqlamağı  bacarmalıdır.  İnkişaf etmiş  demokratik 

ölkələrdə  mədəniyyət  siyasətinə  xalqın  sosial  vəziyyətinin  və 

rifahının  yüksəlməsi  kimi  baxılır.  Çünki  bu  siyasətin  əsas 

məqsədi 

insan 


həyatının 

qorunub 


saxlanması 

və 


yaxşılaşdırılmasına xidmət etməkdir.

Professor  Fuad  Məmmədov  öz  tədqiqatlarında  bir-biri  ilə 

sıx əlaqədə olub qarşılıqlı təsirdə olan ayrı-ayrı  sahələrin mədə­

niyyət  modelini  təklif  edir.  Buraya  təhsil  və  tərbiyə,  elm  və 

texnologiya,  ədəbiyyat  və  incəsənət,  din,  etika,  informasiya,

46



mətbuat və turizm,  hüquq, təşkilat və idarəetmə,  həyat tərzi,  dil 

və  mədəni  irs  səhiyyə,  ekologiya  və  həyat  fəaliyyətini  təmin 

edən  digər  sistemlər  daxildir.  Həm  də  mədəniyyətin  bütöv 

sistem  kimi  inkişafının  bazis  əsası  hərəkətverici  qüvvəsi,  insa­

nın  intellektual  fəaliyyəti  və  humanizm  olan  “mənəvi  isteh- 

saf’dır.  Azərbaycanda  yeni  mədəniyyət  siyasətinin  zərurili­

yinin,  rolunun  və  əhəmiyyətinin  məntiqi  dərk  etmək  üçün  bir 

neçə sxematik  şəkil  göstərilir və aşağıdakı kimi təsvir edilir.

Son  və ali  məqsəd mənvi  kamilliyə və yüksək rifaha nail 

olmaqdır.  Bundan  ötəri  mədəniyyət  siyasəti  cəmiyyətin  və  döv­

lətin  hərtərəfli  inkişafı  üçün  əlverişli  şəraitin  yaradılmasına  nail 

olmalıdır,

-   Müasir  mədəni  inşafla  yanaşı  şər  qüvvələr və  dağıntılar 

da  mövcuddur.  Bu  halda  mədəniyyətlə  antimədəniyyət  arasında 

balansın  mədəniyyətin  xeyirinə  dəyişdirilməsinə  nail  olmaq 

lazımdır.

47



-  

Sosial-coğrafi 

ölçülərdə  mədəni 

qeyri-bərabərliliyin 

aradan  qaldırılması  və müxtəlif xalqların mədəniyyətləri  arasında 

mədəni inkişafın harmoniyasinı təşkil etmək.

-  

Mədəniyyət  siyasəti  bütöv bir  sosial  sistem  kimi  ideoloji 



texnoloji  və  təşkilati  səviyyələrdə  inkişafın  əsaslandırılmış  idarə 

edilməsini nəzərdə tutur

-  

Mədəniyyət bir sosial fenomen kimi düzgün başa düşmək 



üçün  onun  dar  (adiləşmiş)  kontekstual  və  elmi  anlayışlari 

arasındakı  fərqi bilmək lazımdır.

-  

Müasir  şəraitdə  mədəniyyəti  bütöv bir sosial  sistem kimi 



aydın  təsəvvür  etmək  olar.  Bu  zaman  biz  “mənəvi  istehsalın” 

iqtisadi  inkişafın  əsas  vasitəsi  olduğunu  görürük.  Bu  da  ictimai 

rifahın  artmasının  açan  olan  kulturoloji  qanunauyğunluğun  dərk 

edilməsidir.  Dövlətin  iqtisadi  istehsalının  səmərəliliyi  elmin  və 

elmi  texnalogiyalann  nailiyyətlərinin  təhsil  və  tərbiyə  sisteminin 

səmərəliliyi ilə düz mütənasibdir.

-  

Mədəniyyəti  yaradan  və  daşıyan  insan  olduğuna  görə, 



mədəni insan düsturunu da bilmək lazımdır.  O, insanın özünü tək­

milləşdirmək  və  onu  əhatə  edən  dünyanı  mütərəqqi  dəyişməkdə 

imkanlarını açıqlayır.

-  


Nəhayət  insan,  cəmiyyət  və  dövlətin  sosial-mədəni 

inkişafının  əsas  istiqamətləri,  şərtləri  və prioritetləri  düzgün  təyin 

etmək  üçün  mədəni  inkişafın  əsas  amil  və  qanunlarını,  habelə 

kulturologiya metodologiyasını bilmək lazımdır (128,  s. 191-198).

Bizcə  mədəniyyət  anlayışı  geniş  anlamda  dərk  olunmalıdır. 

Belə  olan  halda  yuxanda  qeyd  edilmiş  mədəni  insan  düsturu 

ortalığa çıxır.  Mədəni  insan hər  şeyə  qadirdir.  Təəssüf ki,  bir çox 

hallarda  mədəniyyət  anlayışı  dar  mənada  qəbul  edilir,  ədəbiyyat 

və incəsənət kimi başa düşülür.  Əlbəttə bu çox səhv düşüncədir.

48



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə