N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə11/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   7   8   9   10   11   12   13   14   ...   145

millətin din,  əxlaq,  hüquq,  ağıl,  estetika,  dil, iqtisadiyyat və texnika 

ilə  bağlı  yaşayışlarının  ahəngdar  bir  bütünüdür.  Mədəniyyət  isə 

eyni  inkişaf  səviyyəsində  olan  bir  çox  millətlərin  ictimai 

həyatlanmn ortaq bir bütünüdür” (41, s.40).

Hər bir xalqın  mədəni  irsi  onun  milli  yaradıcılıq  potensialının 

etibarlı  göstəricisidir.  Mədəni  irsin  qorunması  və  inkişaf 

etdirilməsi,  ümumilikdə  cəmiyyətin  inkişafının  və  iqtisadiyyatla 

əlaqəli  olan  sahələrdən  əlavə  digər  sahələrdə  daha  yüksək 

nailiyyətlər əldə etmək cəhtlərinin aynlmaz bir hissəsidir.

Mədəni irs anlayışına bir sıra xarici ölkəərdə dörd mövqe dpxil 

edilir  -   tarix  və  memarlıq  abidələri,  muzeylər,  kitabxanalar  və 

arxivlər.

Azərbaycanın  maddi  və  mənəvi  mədəniyyət  abidələri  onun 

mədəni  irsini  tarixindən  xəbər verir.  Azərbaycan  -   qədim  və  orta 

dövr  abidələri,  qalalan,  körpüləri,  məbədləri,  karvansaralan  ilə 

zəngin  bir  ölkədir.  Min  ildən  artıq  Qafqaz  Albaniyasının  paytaxtı 

olmuş  Qəbələ  şəhəri,  Qədim  Naxçıvan,  Gəncə  və  Bərdə  şəhərləri 

sənətkarlıq  və  mədəniyyət  mərkəzləri  kimi  şöhrət  tapmışdır. 

Bundan əlavə Azərbaycan qalalarla zəngindir.  Kəlbəcər rayonunda 

dəniz səthindən 2500 metrdən uca dağın başında tikilmiş Lek qalası 

və  oradakı  qədim  tikililər,  Gədəbəy  rayonundakı  Namərd  qala, 

Bakıda  28  metr  hündürlüyündə  8  mərtəbəli  Qız  qalası,  İsmayıllı 

rayonunda  Cavanşirqala,  Naxçıvanda  Əlincə,  Şəkidə  «Gələrsən, 

Görərsən»,  Şamaxıda Gülüstan qalalan, Qaleyi-Buğurt və başqalan 

sözün əsl mənasında tariximizin möcüzələridir (64, s.  68).

Azərbaycanın  tarixi  memarlıq  abidələri  haqqında  daha  çox 

damşmaq  olar.  Bunlar bizim  tarixi  keçmişimizi  əks  etdirən  maddi 

mədəniyyət  nümunələridir.  Bu  nümunələrin  hər  biri  bizə  ulu 

tariximizə,  keçmişimizə  iftixar hissi  ilə  baxmağa  əsas  verir.  Buna 

görə də hər bir Azərbaycan vətəndaşı,  eləcə də Azərbaycan dövləti 

və  mədəni  abidələrin  mühafizəsi,  onlann  bərpası  və  təbliği  üçün 

xüsusi səy göstərməlidir.

Azərbaycan  hazırkı  keçid  dövrü  şəraitində,  mədəniyyət 

sahəsində  kəskin  tənəzzüllə  üzləşmişdir.  Bir  çox  kütləvi

32



mədəniyyət mərkəzlərinin (muzeylər, kitabxanalar, parklar, teatr və 

konsert  zalları)  əsaslı  bərpasına  və  modemləşdirilməsinə  ehtiyac 

duyulur.  İncəsənət  sahəsində tənəzzülün  və mədəni  irsin  itməsinin 

cəmiyyətə təsiri istənilən halda iqtisadi inkişaf üzrə qarşıya qoyulan 

məqsədlərlə  heç  cür  müqayisə  edilə  bilməz.  Bu  baxımdan 

hökümət, 

yoxsulluğun  azaldılması 

məqsədləri 

çərçivəsində 

incəsənət  sahəsində  tənəzzül  meyllərinin  qarşısım  alınmasına  və 

mədəniyyətin  inkişaf  etdirilməsinə  yönəldilmiş  əsas  tədbirlər 

işləyib hazırlamalıdır.

Hökumət  yoxsulluğun  azaldılması  ilə  bağlı  məqsədlərə  öz 

təsirini  iki  əsas  istiqamətdə  göstərməlidir.  Mədəni  irsə  və 

mədəniyyətin  gələcək  inkişafına  qayğının  artırılması.  Hazırda 

mədəniyət  sahəsində  çalışan  işçilərin  əmək haqqlan  çox  və  dövlət 

mədəniyyət  müəssisələrində  çalışan  işçilərin  əmək  haqqlanmn 

artınlması  yolu  ilə  mədəniyyət  işçilərinin  yaşayış  səviyyəsinin 

yaxşılaşdırılması təmin olunmalıdır.

Dünyanın  bir  çox  ölkələrində  bir  qayda  olaraq  mədəni  irsin 

qorunması,  saxlanması  və  fundamental  inkişafı  dövlət  siyasətinin 

tərkib hisəsi kimi, onun maliyyə vəsaitləri hesabına həyata keçirilir. 

Buna  baxmayaraq  mədəniyyətlə  bağlı  əlavə  fəaliyyət  sahələrinə 

özəl  sektorun  cəlb  olunması  da  həvəsləndirilə  bilər.  Buraya 

müxtəlif təlim proqramları -  bədii gecələrin, incəsənət tədbirlərinin 

və  mədəniyyət  mərkəzlərinə  ekskursiyaların  təşkil  olunması, 

nəqliyyət,  informasiya  texnologiyası  və  nəşriyyat,  eləcə  də 

pərakəndə  satış sahələri  aiddir.  Bundan əlavə bəzi mədəniyyət özəl 

sektora  idarəetməyə  verilə  bilər.  Bütün  bünlar  hökümtin  inkişaf 

strategiyasına  tam  uyğun  olaraq,  gəlir  əldəetmə  imkanlanmn 

yaradılmasına birbaşa təsir göstərəcəkdir.

Böyük  türk  sosioloqu  Ziya  Göyalp  “mədəniyyətlə”  “kültür” 

anlayışlanm bir-birindən fərqləndirməyə çalışmışdır.  Onun fikrincə 

kültürlə  mədəniyyət  arasında  məzmunca  həm  bmrləşmə,  həm  də 

ayrılma  vardır.  Bunlam  hər  ikisi  toplum  şəklində  olduqları  üçün 

aralannda bir bənzərik möcuddur.  Ziya  Göyal  kültürü  mahiyyətcə 

milli,  mədəniyyəti  isə beynəlmiləl  hesab  edirdi.  O,  yazır ki,  kültür

33



milli  olduğu halda,  mədəniyyət uluslararasıdır,  beyni mil əl dir.  Kül- 

tür yalnız bir millətin din, əxlaq, hüquq, ağıl, estetika, dil, iqtisadiy­

yat və texnika ilə bağlı yaşayışlarını uyumlu -  ahəngdar bir bütünü- 

dür. Mədəniyyət isə eyni inkişaf səviyyəsində olan bir çox millətlə­

rin tomlunmsal-içtimai həyatlarının ortaq birbütünüdür (41, s.  160).

Böyük  sosioloqun  mədəniyyət  haqqındakı  mülahizələrində 

kültür və yetkinlik ifadələri  işlədilir.  Kültür ilə yenilik  arasında 

fərqlərdən birisi,  kültürün “demokratik”,  yeniliyin  isə “aristok-

34



ratik”  olmasıdır.  Kültür xalqın gələnəklərində -   ənənələrindən, 

alaşqanlıqlarından,  şifahi  və  yazılı  ədəbiyyatlanndan,  dilindən 

və  musiqisindən,  dinindən,  əxlaqından,  bədii  və  iqtisadi  məh­

sullarından  ibarətdir.  Bu  gözəlliklərin  sərvətlərin  xəzinəsi  və 

muzeyi  xalq  olduğu  üçün  kültür  demokratikdir.  Yetkinlik  isə 

yalnız yüksək təhsil  görmüş,  yüksək bir tərbiyə  ilə yetişmiş hə­

qiqi  ziyalılara aiddir.  Yetkinliyin əsası yaxşı  bir tərbiyə görmək 

ağıla  söykənən  biliklərin  (dərk  edilə  bilinənləri)  incəsənəti, 

ədəbiyyatı,  fəlsəfəni,  elmi  və  heç  bir  fanatizmə  yol  vermədən 

dini  süni  olmayan,  səmimi bir məhəbbətlə sevməkdən ibarətdir. 

Aydın  olur  ki,  yetkinlik  xüsusi  br  tərbiyə  ilə  təşəkkül  tapmış 

duyum,  düşünmə,  (təfəkkür) və yaşayış tərzidir (41,  s.  84).

Milli  kültür  xalqın  mənəviyyabm  -   mənəvi  dəyərlərini 

təşkil  edirsə,  mədəniyyyət ziyalılıq, yetkinlik kimi  başa düşülür 

Ziya  Göyalp  xalqa  doğru  ifadəsini  iki  məqsəd  üçün  işlədirdi: 

birinci  xaqdan  milli  kültür  tərbiyəsi  almaq  üçün  xalqa  doğru 

getmək,  ikinci  xalqa  mədəniyyət  aparmaq  üçün  xalqa  doğru 

getmək.  Çünki xalq milli kültürün canlı bir muzeyidir.

Ziya  Göyalp  milliliyin  daşıyıcısı,  müəyyənləşdiricisi  olan 

xalq  sərvətlərini,  şifahi  və yazılı  ədəbiyyatı,  dini,  əxlaqı,  musi­

qini,  bir  sözlə  mənəvi  dəyərləri  xammal  kimi  təsvir  edir,  bu 

xammalları  isə  alimlər,  tədqiqatçılar,  sənətşünaslar  mükəmməl 

şəkildə emal  etməli, işləməlidirlər.  Onu da qeyd etmək lazımdır 

ki,  “kültür”  sözü  əslində  latıncadakı  “kultura”  dan  yaranıb.  Bu 

“kultura”nm  bir  anlamı  isə  “becərmə,  becərilmə”  torpağın 

emalıdır.

Böyük  sosioloqun  daha bir mülahizəsinə  görə  kültür  milli, 

mədəniyyət  isə  beynəlmiləldir.  Kültürlə  mədəniyyət  arasında 

həm  birləşmə,  həm  də  ayrılma  vardır.  Lakin  mədəniyyət  həm 

bilgilərlə,  düşüncə  ilə bağlı  olduğu  halda,  kültür duyğulanmız- 

la  bağladır.  D uyğulanmızla  bağlı  olan  mənəvi  aləmimiz  -  

kültür  obyektiv  varlıqdır.  Dil,  din,  əxlaq,  estetika  kimi  duyğu- 

sal  elementlər  baxımından  ortaq  olan,  yəni  eyni  tərbiyəni 

görmüş  fərdlərdən  ibarət  olan  zümrə  millət  adlanır.  Milli

35



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə