N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə7/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   2   3   4   5   6   7   8   9   10   ...   145

bu  prosesə  hər bir  etnosun  milli-mənəvi  “M ən”ini  dərk  edərək 

qoşulmasıdır.  Bəlkə də,  bu zərurətin dərkindən doğan həqiqətin 

nəticəsidir ki,  indi  qloballaşma ayrı-ayrı  xalqların  etnik-mənəvi 

köklərinə  yenidən  dönüşü  ilə  də  xarakterizə  olunur.  Bu  da 

cəmiyyət  tarixinin  inkişaf  qanunauyğunluğunun  özünüqoruma 

instinktindən doğur (17,  s.8-9).

XX  əsrin  son  on  illiyi  və  XXI  əsrin  əvvəllərində  mədəniy­

yətin  qloballaşma  prosesi  sürətlə  inkişaf  etmişdir.  Mədəni 

diffuziya,  daha  dəqiq  desək,  mədəni  dəyərlərin  mənimsənilmə­

sinin  kortəbii  və  yaxud  nəzarət  edilməyən  cəhəti  həm  pozitiv, 

həm  də  neqativ  aspektlərə  malikdir.  Bir  tərəfdən  o  xalqlara 

imkan  verir  ki,  bir-biriilə  ünsiyyətə  girsin  və  bir-birini  yaxın­

dan tanısın.  Ünsiyyət və tanıma xalqların yaxınlaşmasına şərait 

yaratmışdır.  Digər  tərəfdən  həddindən  artıq  fəal  ünsiyyət  və 

mənimsəmə  mədəni  orijinallığın  itirilməsi  üçün  təhlükədir. 

Eyni  mədəni  nümunələrin  bütün  dünyada  yayılması,  mədəni 

təsir  üçün  sərhədlərin  açılması  və  mədəni  ünsiyyətin  genişlən­

məsi  alimləri  müasir  mədəniyyətin  qloballaşma  prosesi 

haqqında  danışmağa  məcbur  etmişdir.  Qloballaşma  millətlərin 

dünya  sisteminə  inteqrasiyasının  sürətləndirilməsinə  təsir  edir, 

müasir  nəqliyyat vasitələrinin  və  iqtisadi  əlaqələrin  inkişafı  ilə 

güclənir,  kütləvi  informasiya  vasitələrinin  insanlara  təsirini 

gücləndirir.  Bu  xalqlar  arasında  mədəni  kontaktların  genişlən­

məsinə  imkan  verir  və  insanların  miqrasiya  proseslərini 

güdəni dirir.

XX  əsr  elmi-texniki  tərəqqi  əsri,  XXI  əsr  isə  qloballaşma, 

inteqrasiya  və  informasiya  əsri  adlanır.  Qloballaşma  prosesi 

təşəkkül  tapdığı  vaxtdan  indiyə  kimi  Qərb  və  Şərq  dövlətləri 

arasında  sosial,  iqtisadi,  mədəni  və  hərbi  əlaqələr  sürətlənir, 

kommunikasiya vasitələri  genişlənir.  Qloballaşma inkişaf etmiş 

Qərb  dövlətlərində  məqbul  sayılan  ideoloji  standartlar  əsasında 

baş  verdiyindən,  müsəlman  dünyası  bu  proseslər  zamanı, 

onlara  ayrılmış  yeri  və  xüsusi  çəkini  müəyyən  etmək  zərurəti 

ilə qarşılaşmışdır (50,  s. 127).

20



Dünyada  ortaq  dəyərlər  olan  insan  haqları,  hüququn 

üstünlüyü və demokratiyanın  əhəmiyyəti  getdikcə  artmaqdadır. 

Ötən  əsrin  sonlarından  etibarən  maliyyə  bazarlarındaki 

sərbəstləşmə  hərəkatları  və  informasiya  texnalogiyasındakı 

inkişafla  başlayan,  xarici  ticarətdəki  sərbəstləşmə  və  texnoloji 

inkişafla  sürətlənərək  iqtisadiyyatın  diğər  sahələrini  da  təsiri 

altına  alan  qloballaşma  prosesi,  son  illərdə  sosial  və  mədəni 

sahələrdə da istiqamətverici olmağa başlamışdır.

Kompyuter  və  informasiya  tex n ol ogi у al an n dak ı  sürətli 

inkişaflar  nəticəsində  məlumatlann  uzun  məsafələr  boyunca 

asan  və  sürətli  ötürülə  bilməsi  Yer  üzünün  qloballaşmasında 

əhəmiyyətli  rol  oynamışdır.  Bu  proses,  beynəlxalq  rəqabət 

qaydalannda  köklü  dəyişikliklərə  yol  açmışdır.  İstehlakçılann 

da  məlumatlara  çox  sürətli  və  asan  yiyələnmə  imkanı  ilə bağlı 

tələbi  də  qloballaşmışdır.  Bunun  nəticəsində  m üxtəlif ölkələr­

dəki  istehlakçı  seçimləri  və  həyat tərzləri  arasında bənzərliklər 

meydana gəlməkdədir.

İnformasiya  cəmiyyətunun 

yaranması 

prosesində 

ən 

əhəmiyyətli 



istehsal 

faktoru 


məlumat 

olduğundan, 

iş 

keyfiyyətinin  yüksəldilməsi  və  inkişaf  etmiş  bir  informasiya 



strukturuna  sahib  olmanın  əhəmiyyəti  artmaqdadır.  Bu  səbəblə 

də  belə  fikrə  gəlinir  ki,  XXI  əsrdə  inkişafda  olan  ölkələrin 

inkişafına  ən  böyük  yardımı  insan  qaynaqlarına  yatırım  və 

strukturun yaxşılaşdırılması göstərəcəkdir.

Ümumiyyətlə  isə,  qloballaşma  pozitiv  və  neqativ  cəhətlərə 

malikdir.  Qloballaşmanın  neqativ  momentləri  hər  bir  xalqın 

özünün  mədəni  özünəməxsusluğunun  itməsi  imkanını  aşkara 

çıxarır.  Bu  proses  assimlasiya  təsirinə  imkan  verir.  Müasir 

cəmiyyətdə  mədəni  özünəməxsusluğu  qoruyub  saxlamaq 

sivlizasiyanın  ən  ali  nailiyyəti  kimi  dəyərləndirilir.  Əvvəllər bu 

məsələlərə  diqqət  yetirilmirdi.  Ona  görə  də  bir  millət  digər 

milləti  öz  içərisində  əridirdi,  itaət  altına  alınmış  xalqın 

mədəniyyət  qalıqlarının  müsbət  ünsürlərini  tamamilə  özünə 

götürürdü.  Misal  üçün  Latın  Amerikası  və  Afrika  ölkələrinin

21



Avropa  müstəmləkəçiliyi  dövründə  bu  işlər  baş  vermişdir. 

M üasir  dövrdə  əksər  sivilizasiyalı  insanlar  üçün  “sosial 

siyasət” və “mədəniyyət siyasəti”  ifadələri vərdişə çevrilmişdir. 

Sual  oluna  bilər,  bunlar  nə  üçün  yalnız  sivilizasiyalı  insanlar 

üçün  adiləşmişdir?  Ona  görə  ki,  bu,  məqsədyönlü  cəmiyyətin 

sosial-mədəni 

sahələrinin  idarə 

edilməsi 

konsepsiyasına 

əsaslanır.  Bütövlükdə  bunlar  sivilizasiyalı  ölkələrin  fərqlən­

dirici  əlamətləri  hesab  olunur.  Bu xalqlar üçün bu  hallar yalnız 

XX  əsrin  ortalarından  başlayaraq  adiləşdirilmişdir.  Elə  həmin 

vaxtdan  başlayaraq  bütün  bəşəriyyətin  mədəni  genefondunun 

saxlanılmasına  yeni 

yanaşma 

inkişaf  etdirilmişdir. 

Bu 

konsepsiya BMT  çərçivəsində ayrıca götürülmüş hər bir ölkəyə 



aid edilir.

BMT-nin  təhsil,  elm  və  mədəniyyət  məsələləri  üzrə 

niazmnaməsində  deyilir:  “İnsan  ləyaqətini  qorumaq  üçün 

mədəniyyət  və  təhsil  ədalət,  azadlıq  və  sülh  əsasında  bütün 

insanlar  arasında geniş  yayılmalıdır;  ona görə  də,  bu baxımdan 

bütün  xalqların  üzərinə  qarşılıqlı  əməkdaşlıq  ruhunda  yerinə 

yetirilməli  olan  müqəddəs  vəzifələr  qoyulur.  Buna  görə  də 

onlar  dünyanın  bütün  xalqlarının  təhsil,  elm  və  mədəniyyət 

sahəsində  əməkdaşlığı  yolu  ilə  tədricən  beynəlxalq  sülhə  və 

bəşəriyyətin rifahına nail  olmaq məqsədi”  (75,  s.9) güdür.

Dünya  kulturoloji  fikri  yekdilliklə belə bir ümumi  qənaətə 

gəlir  ki,  ənənəvi  tədqiqatlarda  bir-birindən  ayrı,  əlahiddə 

təqdim edilən qədim mədəniyyətlər, biri digərinin tarixi  davamı 

və  tamamlayıcısı  olan  qədim  sivilizasiyaların  təzahürü  olmaq 

etibarilə vahid  bir mədəniyyət hadisəsidir və  indi  bu  sivilizasi­

yaların  müasir  varisləri  XXI  əsrin  ilk  onilliyini  tamamlamaq­

dadır.  Vahid  mənşədən vüsət alan sivilizasiyalar tarixi  epoxalar 

sınağından  keçərək  yenidən  bir-birinə  qovuşur.  Beləliklə,  türk 

etnik-mənəvi 

“M əri’inin 

dərk 

olunma 


və 

ümumtürk 

miqyasında  psixoloji  həzmi  zərurəti  bu  günün  reallıqlarından 

doğur.  Və  bütün  bəşəriyyət  gücündən,  iqtisadi  qüdrətindən, 

mənəvi-mədəni  səviyyəsindən  asılı  olmayaraq  milli  varlığını

22



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə