N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə13/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   9   10   11   12   13   14   15   16   ...   145

dilini  də,  öz  mənəvi  əxlaqi  mentalitetini  də  saxlayıbdır.  Bu 

xalqımızın nə qədər dərin kökləri olduğunu göstərir”  (151).

Milli  mənəvi  dəyərlərmiz  əsrlərdən  bəri  formalaşmış, 

xalqın  yaşayışına,  maəişətinə  daxil  olunmuşdur.  Azərbaycan 

xalqının  mənəvi  dərələrini  fərqləndirən,onun  xarakterini  qaba- 

rıqlaşdıran  əlamətlərindn ibarətdir.  Azərbaycan xalqına məxsus 

ən başlıca milli-mənəvi keyfiyyətlər bunlardır:

-  mərdlik,  köməksizə humanistlik;

-  sözünəbütövlülük,  əliaçıqlılıq,  səxavətlilik;

-  ailəyə sədaqətlilik və bağlılıq;

-  dostluğa möhkəmlik;

-  vətənə, torpağa bağlılıq;

-  düzlüyə aparan inam və etiqadın müqəddəsliyi;

-  abır, həya, ismət və onun qorunması (151).

Bütün  bu  keyfiyyətlər  Azərbaycan  xalqının  milli-mənəvi 

dəf əri ərinə  məxsusdur.  M üasir  şəraitdə  Azərbaycan  dövlətinin 

əsas  vəzifəsi  bu  dəyərlərin  qorunub  saxlanması,  inkişaf etdiril­

məsi və gələcək nəsillərə ötürülməsindən ibarətdir. Bunun üçün 

də  dövlətin  mədəniyyət  siyasəti  mənəvi  dəyərlərin  inkişafına 

önəm verməli, bu sahədəki boşluqlan  aradan qaldırmalıdır.

Mədəniyyətə  dair nəzəri  konsepsiyaların müxtəlifliyi  və bu 

sahədə  nəzəri  fikir  birliyinin  olmaması  səbəblərindən  biri 

mürəkkəb  və  çoxcəhətli  fenomenin  elmi  tədqiqinin  obyektiv 

çətinliyidir.  “Mədəniyyətin  hər  hansı  traktovkası  tədqiqat 

məsələlərinin  spesifikasından  və  mədəniyyətin  m üxtəlif fənlər 

çərçivəsində nəzərdən keçirilməsinə münasibətdən,  bu  fənlərdə 

təşəkkül tapmış kateqorial  aparatdan asılıdır”  (101,  s.79).

Humanitar  elmlərin  heç  bir  anlayışı  “mədəniyyət”  qədər 

m üxtəlif mühakimələrə,  mülahizələrə  meydan  açmamış  və  bu 

qədər  tərifin  yaranmasına  səbəb  olmamışdır.  Xüsusilə  də 

konkret  elmlər  çərçivəsində  mədəniyyət  haqqında  bir-birindən 

fərqli,  çox  m üxtəlif təsəvvürlər mövcuddur.  Və  deyək ki,  hətta 

bu  gün  mədəniyyətə  verilən  heç  bir  müfəssəl  tərif belə  onun 

məzmununu 

tam 

aça 


bilmir. 

Kulturologiya, 

fəlsəfə,

39



sosiologiya,  tarix,  etnoqrafiya,  psixologiya  və  digər  ictimai 

elmlərdə  mədəniyyətin  çox  zaman  bir-birindən  olduqca  fərqli 

təriflərinə təsadüf edilir.  Həmin  təriflər  çox  vaxt  mədəniyyətin 

ауп-ауп,  bəzən  də  olduqca  mühüm  tərəflərini  əhatə  etsə  də, 

yenə  heç  də  az  əhəmiyyətli  olmayan  digər tərəflərini  nəzərdən 

qaçınr.


Mənbələrdə belə bir fikir müxtəlifliyi  təkcə  elmi  səbəblərlə 

deyil,  eyni  zamanda  sosial-tarixi  səbəblərlə  izah  edilir. 

Mədəniyyət  nəinki  nəzəri  izah  tələb  edən  anlayışdır,  həmçinin 

ictimai  inkişafın real praktik problemidir.  Mədəniyyət problemi 

dünyanın tarixi prosesinin bilavasitə törəməsi və nəticəsidir.

Mədəniyyət elə bir fenomendir ki,  onu ictimai həyatın digər 

sahələrindən  ayırmaq,  təcrid  olunmuş  şəkildə  düşünmək 

mümkün  deyildir.  M ədəniyyət  ən  geniş  mənada  insanın  həyat 

fəaliyyətinin  bütün  əsas  sferalannı  -   maddi  istehsal,  sosial- 

siyasi  münasibətlər,  mənəvi  inkişaf  sahəsi,  məişət,  insanlar 

arasındakı  qarşılıqlı  əlaqələri  səciyyələndirir.

Mədəniyyət  ictimai  hadisədir  və  yalnız  ictimai  həyatın 

bütün tərəflərinin  (iqtisadi,  sosial,  siyasi,  mənəvi)  kontekstində 

dərk  edilə  bilər,  onlann  hər birini  özlərinə  xas  bəşəri  məzmun 

baxımından səciyyələndirə bilər.

Mədəniyyətlə  bağlı  yüzlərlə  tərifi  özündə  ehtiva  edən 

müasir  kültüroloji  ədəbiyyatda  “mədəniyyət”  anlayışı  adətən 

iki  mənada  -   “geniş”  və  “məhdud”  mənada  işlədilir.  Geniş 

mənada cəmiyyətdə qəbul  edilən və təsdiqini  tapan bütün  həyat 

formalarını  -   adətlər,  normalar,  institutlar,  o  cümlədən  dövlət 

və  iqtisadiyyatı  daxil  etməklə  hər  şeyi  ifadə  edir.  Məhdud 

mənada mədəniyyətin hüdudlan  mənəvi  yaradıcılıq  sahələrinin 

hüdudlan  ilə,  incəsənət,  mənəviyyat,  intellektual  fəaliyyətlə 

üst-üstə  düşür  (101,  s.18).  Azərbaycan  kulturoloji  fikir 

tarixində  mədəniyyət  anlayışı  əsasən  ən  geniş  mənada 

işlədilərək,  bəşəri  və  xüsusilə  də  milli  xarakterli  hadisə  kimi 

dəyərləndirilir.  Yalnız  kültürəl  dəyərlər  sayəsində  milli  dövlət 

quruculuğunun  mümkünlüyü  qəbul  edilir,  belə  bir  tezis  irəli

40



sürülür ki,  “milli  istiqlala malik olmayan bir millət hürriyyət və 

harsını  hifz  edəməz”  (Anlaşıqlı  olsun  deyə,  “kültür”  məfhu­

munu,  daha  çox  işlətməyə  meyilli  olduğumuz  “milli  mədəniy- 

yət”ə  sinonim  kimi  də  qəbul  etmək  olar).  M.B.Məhəmmədza- 

dəyə  görə bəşər mədəniyyəti  milli  mədəniyyətlərin  məcmusun­

dan  ibarətdir.  M illətlər  müstəqil  olmadıqca  milli  mədəniy­

yətlərini  mühafizə  edə  bilməzlər,  buna  görə  də  bəşər mədəniy­

yəti  qüsurlu olar.

Həyati-bəşər  təbiətlə  mübarizədən  ibarətdir.  Mədəniyyəti- 

bəşəriyyə  bu  mübarizələrdən  hasil  olan  qənimətdir.  Məqsədi- 

bəşər  mədəniyyəti-bəşəriyyəni  daha  ziyadə  təmin  etmək  və 

onun  feyzini  daha  ziyadə  ümumiləşdirməkdir.  Mədəniyyəti- 

bəşəriyyə  isə  milli  harsların  (kültürlərin)  iştirakından  və  gözəl­

liklərinin  məcmusundan  hasil  olma  bir  yekundur.  Mədəniy­

yətin  təmini,  insanların  cəmaətliklə  yaşaması  ancaq  mədəni 

hökumət  təsisi  ilə  mümkündür.  Mədəniyyəti-bəşəriyyə  milli 

kültürlərin  məcmusundan  ibarət  ikən  ən  müvafiq  və  ən  təbii 

dövlətin də milli  dövlət olması  aşkardır (108,  s.145).

M üasir Azərbaycan  kulturoloji  fikrinin bir sıra nümayəndə­

lərinin  tədqiqatlarında  da  varislik  ənənələrinin  mühafizəsi 

özünü  aşkar  etməkdədir.  Məsələn,  Nizami  Cəfərovun  tarixi- 

kulturoloji  mülahizələrinə görə milli  mədəniyyət,  milli təfəkkür 

və  milli  mövcudluq  -   bunların  dialektik  münasibəti  milli 

xarakteri verir;

milli  mövcudluq  milli  xarakterin  maddi  əsasıdır  -   bu 

anlayışda  xalqın  tarix  səhnəsinə  gəlişi,  coğrafi  lokallaşması, 

yerdəyişmələri,  məskunlaşmalar...  ifadə olunur;

milli  təfəkkür milli  xarakterin potensiyasıdır -  bu anlayışda 

xalqın yaradıcılıq imkanı ifadə olunur;

milli  mədəniyyət  isə  milli  xarakterin  bilavasitə  göstərici­

sidir -  bu  anlayışda xalqın bütün tarix  boyu  yaratdığı  nə varsa, 

hamısı  ifadə olunur (21,  s. 16).

Milli  diriliyi  bütünlükdə mədəniyyətə bağlayan M .Ə.Rəsul­

zadə  “Milli  dirilik”  adlı  məqaləsində  yazırdı:  “Məncə,

41



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə