N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə21/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   17   18   19   20   21   22   23   24   ...   145

yətlərinin  fəal  qarşılıqlı  təsiri  Azərbaycan  cəmiyyətinin 

mütərəqqi  inkişafına hərtərəfli yardımçı  olacaqdır.

M üasir  Azərbaycanın  mədəniyyət  siyasəti  mədəniyyətin 

təşkili  və  idarə  edilməsində  dərin  struktur  islahatları,  ölkənin 

milli-mədəniyyət  quruculuğunda  sosial-  mədəni  inkişafın 

dünya  təcrübəsinin  məhsuldar  istifadə  edilməsini  təmin  etmə­

lidir.  Ölkənin  mədəniyyət  siyasətinin  əsas  vəzifəsi  perpektiv- 

liliyi  elmi  cəhətdən  əsaslandırılmış  proqramlar  əsasında 

“mənəvi  istehsal”  sahəsinin  idarə  edilməsinin  səmərəliliyini 

artırmaqdır.  Bu  zaman  nəzərə  almaq  lazımdır  ki,  vətəndaş  cə­

miyyətində  təkcə  dövlət  deyil,  habelə  beynəlxalq  normalara 

müvafiq 


olaraq 

cəmiyyətin 

təşkil 

və 


idarə 

edilməsi 

məsələlərində  milli  hökümətlərlə  əməkdaş  kimi  çıxış  edən 

qeyri-hökümət  təşkilatlan  ilə  təmsil  olunan  cəmiyyətlər  də 

mədəniyyət siyasətinin subyektidir (18,  s.23-24).

Azərbaycanda  mədəniyyət  siyasətinin  formalaşması  üçün 

qiymətli  mənbə  BMT,  YUNESKO,  Avropa  Şurası  və  digər 

beynəlxalq  təşkilatların  fəaliyyət təcrübələri,  habelə  Yaponiya, 

ABŞ,  Rusiya  və  digər  dünya  ölkələrinin  sosial-mədəni  inkişaf 

təcrübələridir.  Bu  ölukələrdə təhsilə,  elm və incəsənətə “mənə­

vi istehsalın”  əsas komponentləri  kimi,  şəxsiyyət və cəmiyyətin 

həyat  təhlükəsizliyinin,  onun  keyfiyyətinin  artılırmasının, 

dövlətin  mənəvi  və  maddi  rifahının  yüksəlməsinin  təmin 

edilməsinə xidmət edən vasitə kimi  baxılır.

Mədəniyyətə mənəvi,  maddi,  intellktual və  hissi  elementlər 

kompleksi  kimi,  yeninin  yaranması  və  köhnənin  dəyişməsinin 

fasiləsiz  prosesi  kimi  geniş  baxış,  demək  olar  ki,  birinci  dəfə 

mədəniyyət  sahəsində  siyasət  üzrə  ümumdünya  konfransında 

(Mondiakult,  Mexiko-Siti,  1982)  qəbul  edilmiş  tərifdə  öz 

əksini  tapmışdır.  Konfrans,  mədəniyyət  və  bəşəri  dəyərlərə 

inkişafın  əsas  amilləri  kimi  baxılmasının  getdikcə  daha  çox 

dərk  edilməsini  qeyd  etmişdir.  Bu  konfransın  qərarlarına 

əssalanaraq  1986-cı  ildə BMT Baş  Assambleyası  1988  -   1997- 

ci  illərdə BMT və  YUNESKO-nun  himayəsi  altında mədəniy-

64



yətin  ümumdünya  inkişaf  onililyinin  keçiriləcəyini  elan  etdi. 

Mədəniyyəti  daha  geniş  inkişaf  strategiyalarına,  habelə  sə­

mərəli  praktiki  fəailiyyət  proqramlarına  daxil  etmək  üçün 

mədəniyyətin  inkişaf onilliyi  ilə  yanaşı,  yaxın  keçimşdə  BMT 

və  YUNESKO-da  mədəniyyət  və  inkişaf  üzrə  ümumdünya 

komissiyası  yaradılmış, 

sivilizasiyaların  sülh  və  dialoq 

mədəniyyəti onilliyi  elan edilmişdi  (18,  s.27).

M üasir  şəraitdə  dövlətin  həll  etdiyi  vəzifələr  daha  mürək­

kəb və daha çoxsahəlidir.  Onun  ölkənin daxili  həyatına,  o cüm­

lədən,  mədəniyyətin inkişafına istiqamətverici  təsirinin miqyası 

artmışdır.  Maddi  və  mənəvi  istehsalın  üzvi  birliyinin  təmin 

edilməsi,  mədəniyyətin  və  kütləvi  informasiya  vasitələrinin 

maddi-texniki  bazasının  daim  möhkəmləndirilməsi,  geniş  xalq 

kütlələrinin  tarixi  yaradıcılığa  daha  çox  cəlb  edilməsi,  iki 

mədəniyyət  sisteminin  kəskinləşən  ideoloji  ziddiyyətləri,  digər 

xalqlarla  mədəni  əməkdaşlığın  genişlənməsi  -   bütün  bunlar 

dövlətin  mədəniyyətin  inkişafındakı  rolunun  artmasını  şərt­

ləndirir.

Mənəvi  mədəniyyət  sahəsində  dövlətin  nəzəri,  təşkilati  və 

əməli  fəaliyyəti,  elm  və  mədəniyyətin  nailiyyətlərindən  bütün 

insanların  istifadə  imkanlarının  təmininə,  cəmiyyətitn  hər  bir 

üzvünün hərtərəfli,  harmonik inkişafı üçün  şərait yaradılmasına 

yönəldilmişdir.  Mədəniyyət  sahəsində  dövlət  siyasəti  aşağıdakı 

əsas məsələlərin həllinin təmin edilməsinə yönəldilir:  M ədəniy­

yətin  inkişafının  əsas  istiqamətlərinin  müəyyənləşdirilməsi; 

Mədəni  fəaliyyətin  nəzəri  əsaslarının  inkişaf  etdirilməsi, 

mədəni  quruculuğun  idarə  olunmasının  forma  və  metodlarının 

təkmilləşdirilməsi;  Ziyalı  kadrların  formalaşması  və milli  ideo­

logiyanın tərbiyəsi,  yaradıcılıq ittifaqlarının işinə yardım  göstə­

rilməsi;  Geniş  xalq  kütlələrinin  ölkəmizin  və  dünya  mədəniy­

yətinin  sərvətlərindən  faydalanması  üçün  şərait  yaradılması; 

Kütlələrin  mədəni  quruculuğa  cəlb  edilməsi,  bacarıqların  və 

istedadların 

inkişafı 

üçün 


əlverişli 

ictimai 


atmosferin 

yaradılması; Mədəniyyətin maddi bazasının inkişaf etdirilməsi.

65



Bütün  bu  prinsiplər  bir  daha  sübut  edir  ki,  dövlətin 

mədəniyyət  siyasətinin  inkişaf  etdirilməsi  mühüm  yer  tutur. 

Çünki,  cəmiyyət özünü mədəniyyətdə ifadə və dərk edir.  Siyasi 

mədəniyyət  siyasi  proses  subyektlərini  bilavasitə  öz  fəaliyyə­

tində  göstərən,  varislik  əsasında  cəmiyyətin  siyasi  həyatının 

təzələnməsini  təmin  edən,  tarixən  təşəkkül  tapmış  dayanıqlı 

sərvətlərin,  istiqamətlərin  davranış  modelləri  sistemidir.  Siyasi 

mədəniyyət vətəndaşların və hakimiyyətin qarşılıqlı  münasibət- 

ələrini  tənzimləyən,  mənəvi-siyasi  dəyərlərin  davranış  qay­

dalarını,  adət  və  ənənələrin  məcmusunu  ifadə  edir.  Siyasi 

mədəniyyət  sahəsi  siyasi  həyatdır,  hakimiyyət  və  idarəetmə 

problemlərinə,  insanların  siyasətdə  iştirakına,  həmçinin  siyasət 

və  hüquq,  siyasət  və  iqtisadiyyat,  siyasət  və  mənəviyyatın 

qarşılıqlı təsiri məsələlərinə toxunur.

Dövlət mədəniyyətə və  incəsənətə,  xalqın  adından  və  onun 

mənafeyindən  çıxış  edərək  rəhbərlik  edir.  Müstəqil  dövlətin 

elmi  və  bədii  yaradıcılıq  inkişafının  düzgün  istiqamətləndirl- 

məsi  barədə,  onun  yeni  cəmiyyəti  quran  xalqın  həyatı  ilə 

əlaqəsinin  möhkəmləndirilməsi  barədə  göstərdiyi  qayğıda 

həmin  sahəyə  dövlət rəhbərliyinin  yüksək,  humanist  mahiyyəti 

öz ifadəsini tapır.

Mədəniyyət  sahəsində  rəhbərliyin  dövlət  prinsipləri,  elmi 

və  bədii  yaradıcılığın  təbiətinin,  mədəniyyətin  obyektiv  fəaliy­

yət qanunlarının,  onun müəyyən konkret-tarixi  situasiyada təsir 

mexanizminin  idrakına  əsaslanır.  Bu  prinsiplər  mədəniyyətin 

ictimai  həytanın  m üxtəlif  sahələri  ilə  əlaqələrinin  bütün 

məcmuyuna,  tarixi  sahələri  ilə  əlaqələrinin  bütün  məcmuyuna, 

tarixi münasibətlə və onu nəzərə almaqla xarakterizə edilir.

Dövlət  mədəniyyət  sisteminin  başlıca  vəzifəsi  milli  mədə­

niyyət  sərvətlərinin,  dünya  mədəniyyəti  nümunələrinin  etibarlı 

şəkildə  toplanıb  qorunaraq  gələcək  nəsillərə  çatdırılmasından, 

onların  əhali  arasında  geniş  təbliğindən,  Azərbaycan  xalqının 

adət  və  ənənələrinə  bağlı,  milli,  mənəvi  və  mədəni,  bəşəri 

dəyərlərə  yiyələnən,  müstəqil  və  yaradıcı  düşünən  vətəndaşlar

66



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə