N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə23/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   19   20   21   22   23   24   25   26   ...   145

təşkilatların  maliyyə  yardımından  məhrum  qalmışdı.  Ancaq 

burada  həm 

aşağı, 

həm 


də 

yuxan 


səviyyədə

dəyişiklər  deklarativ bəyanatlar olmadan baş vermişdir (139).

Bəs  bu  dəyişiklərin  məğzi  nədən  ibarətdir?  Onlann  həyata 

keçirilməsi  mexanizmləri  hansılardır?  Bu  dəyişikliklərin 

gerçəkləşməsinə  cəmiyyətin  hansı  təbəqələri  cəlb  olunmuşdur? 

Azərbaycanın  müasir mərhələdə  mədəniyyət  siyasətini  araşdır­

maq  istəyən  hər  kəs  istər-istəməz  bütün  bu,  eləcə  də  digər 

suallara  cavab  tapmaq  məcburiyyətindədir.  Çox  güman  ki, 

əvvəlki  illərin  süst  düşüncəsindən  tədricən  azad  olan 

cəmiyyətin  öz  şüurunda baş  verən  dəyişiklikləri  son  on  ilin  ən 

başlıca  nailiyyəti  adlandırmaq  olar.  Azərbaycanda  yeni  mədə­

niyyət  siyasəti  yuxarıların təşəbbüsü  ilə  deyil,  real  həyatda baş 

verən  prosseslərin  inikası  kimi  formalaşmışdır.  M üasir  dövrün 

çox  sürətlə  dəyişən  sosial  mədəni  konteksti,  qloballaşma 

prosseslərinin  güclənməsi,  mədəniyyət  sahəsində  prioritetlərin 

yenidən  bölüşdürülməsi,  kütləvi  mədəniyyətin  və  mədəniyyət 

industriyasının  ümumi  mədəni  həyat  panoramına  müdaxiləsi, 

bədii  irsin  qorunub  saxlanması  və  yeni  nəsillərə  ötürülməsi 

sahəsində  kommunikativ  partlayış  və  nəhayət  mədəniyyətin 

labüd 


inkişaf  amili 

olduğunun 

aydın 

dərk 


edilməsi, 

mədəniyyətin,  eləcə də mədəniyyət siyasətinin prinsipal  şəkildə 

yeni  dərki  üçün  zəmin  yaratdı.  Bununla  yanaşı,  nəzərə  almaq 

lazımdır  ki,  real  mədəniyyət  siyasəti  özünə  ağ  kağız  üzərində 

hansısa  ideal  bir  layihə  yarada  bilməz.  Bu  layihədə  keçid 

dövrünün  bütün  çətinlikləri  və  ziddiyyətləri,  əvvəlki  və  indiki 

zamanın bütün reallıqları nəzərə alınmalıdır (139).

Mədəniyyəti  idarə  etmək  mümkündürmü?  Mədəniyyətlə 

dövlətin  birgə  mövcud  olduğu uzun  əsrlər boyu  bu  sual  nəinki 

öz  aktuallığını  itirməmiş,  inkişaf  etməkdə  olan  vətəndaş 

cəmiyyəti  şəraitində  həm  də  yeni  məna  kəsb  etmişdir.  Bu  gün 

mədəniyyətin  komanda-inzibatçılıq  metodundan  imtina  edil­

məklə  idarə  olunması,  bu  sahənin  hüquqi  və  maliyyə  təmina­

tının  həyata  keçirilməsi,  onun  strateji  inkişaf  xəttinin  işlənib

70



hazırlanması  ilə  bağlıdır.  Azərbaycanda  bu  funksiyalar  çox 

səviyyəli  sistem  vasitəsilə  həyata  keçirilir.  Həmin  sistemə 

aşağıdakılar daxildir:

Milli  Məclisin  -   Azərbaycan  parlamentinin  mədəniyyət 

məsələləri  üzrə  daimi  komissiyası  və  sosial  qanunvericilik 

şöbəsi -  mədəniyyətin qanunvericilik əsaslarını  təmin edir;

Prezident  Aparatının  humanitar  siyasət  şöbəsi  -   mədəni 

quruculuğun strategiya və taktikasını  işləyib hazırlayır;

Nazirlər Kabinetinin elm,  mədəniyyət,  xalq təhsili və  sosial 

problemlər şöbəsi -  dövlətin  sosial  proqramlarının həyata keçi­

rilməsini  əlaqələndirir  və  təmin  edir;  Mədəniyyət  və  Turizm 

Nazirliyi -  mədəniyyət sahəsi üçün dövlət büdcəsini tərtib  edir, 

yuxanda  sadalanan  bütün  funksiyaları  özündə  cəmləşdirən 

birləşdirici  mərkəz  rolunu  oynayır,  dövlətin  mədəniyyət 

siyasətinə  bilavasitə  rəhbərlik  edir  və  bu  siyasətin  konkret 

realizasiyasını və əlaqələndirilməsini  həyata keçirir.

Respublikanın  7  şəhərində və  61  rayonunda  mədəniyyət və 

turizm  şöbəsi  vardır.  Bütün  parametrlərinə  görə  belə  bir  struk­

tur mədəniyyət  siyasətinin  daha  çox  dördüncü  modelinə  (Fran­

sada  və  keçmiş  Sovet  İttifaqında  yayılmışdır)  yaxındır.  O, 

güclü  adminstrasiya,  dövlət  tərəfindən  güclü  maliyyələşmə, 

mədəni  həyat  üzrə  bütün  tərəfdaşların,  xüsusilə  də  regional  və 

yerli  cəmiyyətlərin  m üxtəlif  peşə  təşkilatlarının  fəaliyyətinin 

stimullaşdınlması  və  əlaqələndirilməsini  tələb  edir.  Heç  şübhə­

siz  ki,  bu model  bir çox  cəhətdən  sovet keçmişindən miras  qal­

mışdır.  Bu  da qanunauyğun haldır,  çünki  mədəniyyət siyasətini 

yaradan  insanlar  bir  çox  cəhətdən  öz  ölkələrinin  tarixi 

ənənələrinin,  onun  dövlət  qurluşunun,  cari  siyasi  və  iqtisadi 

situasiyaların,  milli  mentalitetin,  mədəniyyət  və  incəsənət 

elitasının  öz  daxilindəki  qüvvələr  nisbətinin  “əsiridirlər” .  Eyni 

zamanda  mədəniyyət  siyasəti  yeni  elmdir.  O  sürətlə  güc  top­

layır,  getdikcə  daha  çox  dövləti  öz  aktiv  fəaliyyət  dairəsinə 

cəlb  edir,  həmin  dövlətlər  arasında  informasiya  və  intellektual 

mübadiləni  stimullaşdırır.  Nəticədə,  bütün  bunlar  müxtəlif

71



ölkələri  mövqe  yaxınlaşmasına  sövq  edir  və  onların  müsbət 

təcrübələrinin dünya arenasına yayılmasına rəvac verir.  Bu pro- 

ssesin  aktivləşməsində  YUNESKO,  son illər isə  Avropa  Şurası 

kimi beynəlxalq təşkilatlar əhəmiyyətli  rol  oynayır (139).

Azərbaycanda  mədəniyyət  məsələləri  bilavasitə  aşağıdakı 

orqanların  ixtiyarındadır:  Mədəniyyət  və  Turizm  Nazirliyi, 

İdman,  Gənclər  və  İdman  Nazirliyi,  Dövlət  Teleradio  Şirkəti, 

Dövlət Arxivi.  Bu cür m üxtəlif idarələrə bölünmə, yaxşı inkişaf 

etmiş  üfüqi  əlaqələr  sisteminə  malik,  uzlaşdırılmış  mədəniyyət 

siyasətinin  işlənib  hazırlanmasının  zəruriliyi  kimi  köklü  bir 

problem  doğurur.  Son  illərin  əlamətdar tendensiyalarından  biri 

əvvəllər  müstəqil  fəaliyyət  göstərən  Abidələrin  Mühafizəsi, 

Bərpası  və  İstifadəsi  üzrə  dövlət  Komitəsinin  və  “Azərkino- 

video”  istehsalat  birliyinin  Mədəniyyət  və  Turizm  Nazirliyi 

strukturuna  daxil  edilməsi  olmuşdur.  Mətbuat  və  İnformasiya 

Nazirliyinin  yenidən  strukturlaşması  nəticəsində,  onun  funksi­

yalarının  bir  qismi  Mədəniyyət və  Turizm  Nazirliyinə  keçmiş­

dir.  Heç  şübhəsiz  ki,  həmin  addımlar  müsbət  qiymətləndiril­

məlidir,  çünki  onlar  dövlətin  vahid  mədəniyyət  siyasətinin 

planlaşdırılması  və  realizasiyasım  asanlaşdırır,  onun  üçün 

ümumi fəaliyyət sahəsi  yaradır.

Beləliklə,  bu  gün  mədəniyyət  siyasətinin  inkişafını  iki  əsas 

tendensiya -  mərkəzəqaçma və mərkəzdənqaçma tendensiyala­

rı  müəyyən  edir.  Bir tərəfdən,  mədəniyyət müəssisələrinin  ida­

rə olunması  funksiyaları tədricən şəhər, kənd səviyyəsində yerli 

icra  orqanlarına  verilir,  digər  tərəfdən  isə  abidələrin  mühafi­

zəsi,  kitab  nəşri,  kinematoqrafıya kimi  mühüm  istiqamətlər bir 

idarənin  -   Mədəniyyət  və  Turizm  Nazirliyinin  çətiri  altında 

birləşdirilir.

Üç  “D”  konsepsiyası:  desentralizasiya,  demonopolizasiya 

və demokratikləşmə,  mədəniyyətin  idarə  olunması  sahəsində 

desentralizasiya,  demonopolizasiya  və  demokratikləşmə  pro­

seslərini  sürətləndirməyi  nəzərdə  tutan  Avropa  mənşəli  “Üç 

“D”  konsepsiyasf’nm  mütərəqqi  ruhuna  haqq  qazandırmaqla

72



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə