N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə25/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   21   22   23   24   25   26   27   28   ...   145

xalqının  genetik  yaddaşı  da,  onun  həm  ölkə  daxilində,  həm  də 

beynəlxalq  arenada  tarazlaşdırılmış,  üzvi  mədəniyyətlərarası 

ünsiyyət  qura  bilməsi  üçün  heç  də  az  əhəmiyyətə  malik  amil 

olmamışdır.  Hal-hazırda  Mədəniyyət  və  Turizm  Nazirliyi 

ATƏT-in  və  Norveç  Səfirliyinin  dəstəyilə  “Azərbaycanda 

mədəniyyət  plüralizmi”  layihəsini  həyata  keçirir;  layihədə 

ölkənin bütün etno-mədəniyyət rəngarəngliyinin əks etdirilməsi 

planlaşdırılır.  M üxtəlif  milli  azlıqların  mədəniyyət  cəmiyyət­

lərini  onun  realizasiyasına  cəlb  etməklə,  Mədəniyyət  Nazirliyi 

özünün  ən  mühüm  strateji  vəzifələrindən  birini  -   mədəniyyət- 

lərarası  dialoqu  inkişaf  etdirmək  və  dəstəkləmək  vəzifəsini 

həyata keçirir.

Mədəniyyət  siyasətinin  dövlət  prioritetlərinə  gəldikdə  isə, 

ilk  növbədə  deyilməlidir  ki,  1997-2001-ci  illərdə  Azərbaycan 

xalqının  mədəni  və  təbii 

irsinin  mühafizəsi, 

qorunub 

saxlanması,  bu  irs  əşyalarının  oğurlanması  və  qaçaqmalçılıq 

yolu  ilə  daşınmasına  qarşı  mübarizənin  gücləndirilməsi 

sahəsində  geniş  Proqram  qəbul  edilmişdir.  Həmin  Proqram 

çərçivəsində  respublikada  əsas  beynəlxalq  Konvensiyalar 

radifıkasiya  edilmiş,  bir  sıra  qanunlar  qəbul  olunmuşdur  (75, 

s.5).  2001-ci  ilin  sonlarında isə M ədəniyyət və turizm Nazirliyi 

yaxın  5  il  üçün  “Azərbaycan  mədəniyyətinin  dövlət  inkişaf 

proqram f’m işləyib hazırlamışdı. Proqram Azərbaycanın dövlət 

mədəniyyət  siyasətinin  strateji  məqsədlərinə  nail  olunmasına 

yönəldilmişdir və əsas prioritetlər kimi aşağıdakıları  irəli  sürür:

-  mədəni və tarixi irsin mühafizəsi;

-  yaradıcılığın dəstəklənməsi;

-  mədəni  sahənin hüquqi,  elmi, informativ inkişafı;

-  kadr hazırlığı və gənc istedadların dəstəklənməsi;

-  milli  kinematoqrafıyanın dirçəlişi və inkişafı;

-   mədəniyyət  turizmi  infrastrukturunun  yaradılması  və 

inkişafı;

-  kitab  nəşrinin inkişafı  (139).

76



Eyni  zamanda,  cəmiyyətin  məlumatlandırılmasına  yönəl­

dilən  və  bununla  da  onun  həm  daha  da  demokratikləşməsinə, 

həm  də  dünya  birliyinə  inteqrasiya  edilməsinə  rəvac  verən 

kitabxana  və  muzey  sistemlərinin  köklü  şəkildə  modernləş­

dirilməsi və yenidən qurulması nəzərdə tutulurdu.

Proqramda  mədəniyyətin  idarə  olunmasının  yeni  demok­

ratik  formalarının  yaradılmasına,  dövlətsizləşdirməyə  və  bəzi 

mədəniyyət  obyektlərinin  tədricən  özəlləşdirilməsinə  xeyli  yer 

ayrılırdı.  M ədəniyyət  müəssisələri  və  təsisatları  üçün  güzəştli 

tariflər  müəyyən  etmək  vasitəsi  ilə  mədəniyyət  sahəsinin 

inkişafını  stimullaşdıran,  habelə  bu  sektora  kənardan  əlavə 

vəsait  ayrılmaları  cəlb  edən  vergi  siyasətinin  işlənib  hazır­

lanması  da xüsusi  əhəmiyyət kəsb  edirdi  (139).

Bu  istiqamətdə  nəzərdə  tutulmuş  ən  son  Proqramda  -  

mədəniyyət sahəsində dövlət inikşaf konsepsiyasında deyilir ki, 

“2006 -  2016-cı illər üçün mədəniyyət sahəsində dövlət inkişaf 

konsepsiyasf’nm  ümumi  məqsəd  və  vəzifələri  mədəniyyət  si­

yasətinin təminat mexanizmləri  kimi  çıxış edən və mədəniyyətin 

bütün  sahələrini  əhatə  edən  mədəniyyətin  idarəolunma,  hüquqi, 

maliyyə,  elmi-informasiya  təminatı,  insan  resurslarını  inkişafı, 

maddi-texniki  ifrastrukturun  müasirləşdirilməsi  və  beynəlxalq 

əməkdaşlığın  möhkəmləndirilməsi  kimi  ümumi  məsələlərin 

inkişaf  etdirilməsindən,  o  cümlədən  daxili  və  xarici  dövlət 

mədəniyyət  siyasətinin  göstərilən  sahələrinin  dünya  standartları 

səviyyəsinə  çatdırılması  üçün  tələb  olunan  islahatların  həyata 

keçirilməsinin təmin edilməsindən ibarətdir (10,  s.6).

Yuxarıda  deyilənlərə  yekun  vuraraq,  belə  bir  faktı  təsdiq 

etmək  olar ki,  Azərbaycan Respublikasının  mədəniyyət  siyasə­

tinin  müasir  məqsədləri  keçmişi  qoruyub  saxlamaq,  indini 

dəstəkləmək  və  inkişaf  etdirmək,  gələcəyə  inamla  baxmaqdır. 

Cəmiyyətin  ardıcıl  surətdə  demokratikləşməsi,  ölkənin  dünya 

birliyinə  inteqrasiyası,  mədəniyyətin bəşər inkişafının  ayrılmaz 

faktoru  kimi  dərk  olunması  və  qəbul  edilməsinin  getdikcə 

güclənməsi  nikbin proqnozlar üçün əsas verir.

77



Mədəniyyət siyasətinin planlaşdırılması, 

mədəniyyətin qanunvericilik təminatı 

və dövlətin bu sahədəki vəzifələri

Dünya  təcrübəsində  dövlətin  mədəniyyət  siyasəti  və  onun 

planlaşdırılmasındakı  vəzifələrindən  danışarkən  ilk  növbədə 

qeyd  edilməlidir  ki,  bir  ölkədə  sosial  dəyişikliklər  kütləvi 

hadisəyə  çevrildiri  zaman  zəruri  olan tədbir və təşkilatlanmanı 

dövlət  təmin  etməlidir.  Bu  gün  yaşanmaqda  olan  sürətli 

dəyişikliklər  prosesi  dövlətə  yeni  bir  məsuliyyət  yükləmək­

dədir.  Dövlət,  içində  mədəni-mənəvi  dəyərlərin  yer  alığı  bir 

mədəniyyətin  optimal  ehtiyaclarını  təmin  etmək  üçün  bir 

mədəniyyət  çərçivəsi  təsbit  etmək  məcburiyyətindədir.  Ancaq 

planlaşdırma  doğrudan-doğruya  mədəniyyətlə  deyil,  mədəniy­

yətin  yayılması  və  paylaşılmasını  təmin  edən  vasitələr  ilə 

bağlıdır.  Dövlət  iqtisadi  və  sosial  inkişafın  kəmiyyəti  ilə  oldu­

ğu  qədər  keyfiyyəti  ilə  də  maraqlanmaq  məcburiyyətindədir. 

Bu  halda  problem,  dövlətin  mədəniyyət  sahəsindəki  məsuliy­

yətini  təsbit etmək və bu  sahədə görüləcək fəaliyyətləri  iqtisadi 

və  sosial  planlaşdırma fəaliyyətləri  ilə uyğunlaşdırmalıdır (109, 

s.6-7).


Planlaşdırmanın  mədəniyyət  sahəsinə  daxil  olması,  bir 

cəmiyyətdəki  kollektiv  dəyərlərin  dövlət  tərəfindən  təyin 

edilməsi  və  planlanlaşdırılmış  bir  mədəniyyətin  yaradılması 

demək  deyildir.  Planlı  mədəniyyətdən  məqsəd,  rəsmi  bir 

mədəniyyət,  hakim  bir  ideologiya  də  deyildir.  Belə  ki,  bu 

mənada  dövlətin  vəzifəsi  daha  dar,  daha  müəyyən  bir  sahəyə 

inhisar  edərək  mədəniyyətin  bütünü  deyil,  mədəni  fəaliyyət 

olaraq yerinə yetiriləcəkdir.  (109,  s.7)

YUNESKO 

mədəniyyət 

siyasətini, 

bir 


cəmiyyətdə 

müəyyən  bir  zamanda  mövcud  olan  fiziki  və  bəşəri 

qaynaqlardan  optimal  ölçüdə  faydalanaraq  bəzi  mədəni 

ehtiyaclarını  təmin  etmək  üzrə  görülən  şüurlu  və  məqsədli 

işlərin  bütünü  olaraq  tərif  etməkdədir.  Siyasət  prosesi  şüurlu,

78



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə