CƏNUBİ QAFQAZ VƏ ŞƏRQİ ANADOLUNUN XRİSTİAN-TÜRK ABİDƏLƏRİ
87
kilsə tikilmişdir. P.İoseliani yazır: «VII əsrdə
tikilən Alaverdi kilsəsi XIX əsrə qədər yepis-
kopluq mərkəzi kimi fəaliyyət göstərmişdir»
[14. S.17, 62; 52. S.34]. Alaverdi kilsəsinin
başqa bir adı Manas olmuşdur. Manas qırğızla-
rın alplıq eposunun və eposun baş qəhrəmanı-
nın adıdır.
Verdi feilinin etimoloji mənası haqqında
danışmağa ehtiyac yoxdur. Ala sözünə isə Ön
Asiyanın qədim dillərində həm etnik, həm teofor
ad kimi rast gəlirik. Suriyada III əsrdə yaşamış
kahinlərdən biri Ala adı daşıyırdı [31. S.89]. Eyni
zamanda abxaz mifində Ala xristianlıqdan öncəki
totemlərdən biri idi [17. S.187].
Xristianlıqdan qabaq İberiyada Çoqa adlı
məbəd vardı. Həmin məbədə buğa formasında
büt qoyulurdu [16. S.276]. Buğa qədim İberi-
yada ən müqəddəs heyvan idi. İ.İ.Meşşaninov
yazır ki, Buğa kultu Qafqaz və Pireney iberlə-
rini birləşdirir [53. S.28].
Çuğaların adı ilə bağlı Gürcüstanda xeyli
etnotoponim qalmışdır. XX əsrin əvvəllərində
Tibet (Deved) çayının bir qolu Çoqa adlanırdı
[32. S.159]. Eyni zamanda XIX əsrdə Kutais qu-
berniyasında Çuqa adlı qəsəbə vardı [54. S.55].
İ.İ.Şopen yazır ki, çoqa tayfası Cənubi Qafqaz-
da bir neçə yerdə yaşayır [16. S.216]. Onların
adını daşıyan qədim şəhər Naxçıvanın yaxınlı-
ğında idi [15. S.64]. Musa Xorenli yazır ki,
Cuxa şəhəri Qoxten mahalında Araz çayının
sahilindədir [55. S.293]. Cuğa boyu İ.İ.Şope-
nin yazdığı kimi, yalnız Cənubi Qafqazda ya-
şamamışdır. Türk xalqlarının yaşadıqları torpaq-
larda onların adına çox rast gəlinir. XIX əsrin
ortalarında Simbirsk quberniyasında Cukalı
kəndi vardı [54. S.55].
I Təhmasibin təkəli tayfasından Cuğa
sultan adlı əmiri olmuşdur [56. S.51]. Ton-
yukuk abidəsində isə Çuqay yer adıdır. Orada
deyilir ki, biz yaşamaq üçün Kuz Çuqayı
seçdik [57. S.65].
İberiyanın orta əsr monastırlarından biri
Bata adlanırdı [31. S.19, 303]. Bata və buta
türk etnoslarıdır. Özbəklərin bataş adlı qəbiləsi
vardı [58. S.385]. Altay şaman əcdadlarından
biri Kuy Batak adlanırdı [10. S.143]. Kuy
Batak, Batakın küyü, yəni səsi deməkdir.
Bata nəslinin bir qolu 1622-ci ildə Kızıl
Ordadan Rusiyaya köçmüş, Bataşev zadəgan nəs-
lini yaratmışdır. N.A.Başkakov belə hesab edir ki,
Bataşev soyadı noqay və qaraqalpaqca bata ‘dəvə
balası’ və kiçiltmə anlamı yaradan -ş şəkilçisin-
dən düzəlmişdir [27. S.180].
Xristianlıqdan qabaq İberiyada Kaçi adlı
məbəd vardı. Kaçi məbədi keçi kultunun ibadət
yeri idi. Metex qalasında Ay məbədinin qar-
şısında iber çarı Armazın bütünün sağ tərəfində
qızıldan keçi bütü qoyulmuşdu [59. S.301].
Qədim «İber salnaməsi»nə görə, Kaçios
Kartlosun beşinci oğludur [3. S.228, 224].
Əslində keçi kartvel tayfası deyildir. Onlar
iberlərin yaratdığı tayfa ittifaqına qoşulmuşdu-
lar. Adın sonundakı – os yunan dilindən alın-
ma şəkilçidir [3. S.201, 244].
K.Patkanov yazır ki, Kaçi Gürcüstanın
tərkibində ayrıca eristavlıq olmuşdur [3. S.244].
P.İoselianinin verdiyi məlumata görə, kaçi tay-
fasının yaratdığı knyazlıq 18-ci əsrin ortalarına
qədər qalırdı [52. S.126].
Osmanlı səyyahı Övliya Çələbi (XVII əsr)
həmin kaçiləri keçi adlandırır. Yazır ki, keçi Aba-
za tayfasıdır. Qaqra şəhəri yaxınlığında yaşayır-
lar. Onların Qara dəniz sahilində öz limanı var.
70 kənddən ibarət olan keçililər döyüşə 10 minlik
seçmə qoşun çıxardırlar [60. S.33, 49].
Kaçi etnik adı keçiyə sitayişlə bağlıdır.
A.Anoxin keçən əsrin 20-ci illərində müşahidə
etmişdi ki, Altay şamanları öz əcdadlarından
birini kaçi kam adlandırırlar [10. S.111].
Keçiyə tapınan etnoslar yalnız Albaniya
və İberiyada yaşamırdılar. Onların bir qolu
Volqa Bulqar dövlətinin tərkibinə daxil olmuş-
dur. Qədim rus salnamələrində verilən bilgilə-
rə görə, XII əsrdə onların Volqa sahilində Kaçi
saray adlı şəhəri və Kazanka çayı boyunda
kəndləri olmuşdur [61. S.218].
Albaniya və İberiyanın xristianlıqdan ön-
cəki etnoslarının keçiyə tapınmasını arxeoloji
İLHAMİ CƏFƏRSOY
88
nümunələr təsdiq edir. 1893-cü ildə Goranboy
və Şəmkir kurqanlarından keçi təsvirləri
tapılmışdır. Onların biri bürünc qalxan, biri
mis kasa üzərindədir. Başqa bir nümunə Kilik
dağ kurqanından tapılıb. Kasa üzərindəki
həmin təsvirdə keçi və iki balasının qarşısında
əllərini göyə qaldıraraq tanrıya dua edən
insanın təsviri var [62. S.90–91]. Bundan əlavə
Urartu möhürlərinin bəzilərində keçi təsvirlə-
rinə təsadüf edirik [63. S.230].
Abxazlar keçiləri qoruyan ruha davran
deyirdilər [64. S.132; 65. S.24]. Buna uyğun
olaraq türk dillərində dıvır, dıbır, davar sözləri
vardır. Dıbır Azərbaycan dilinin ləhcələrində
keçinin erkəyinə deyilir.
İberiyanın bəzi etnosları xristianlıqdan
qabaq ata və atlı adamlara sitayiş edirdilər. Ar-
xeoloji qazıntılar zamanı Albaniya və İberiya
kurqanlarından at fiqurları tapılmışdır. Aqik
kəndindən tapılan bürünc lövhə üzərində ilanla
vuruşan atlı təsviri var [12. S.92–93].
Musa Xorenlinin yazdığına görə, Payta-
karanın bir vilayəti Atli olmuşdur [15. S.75;
55. S.293]. Belə hesab edirik ki, Albaniyanın
ata sitayiş edən nəsillərindən biri İberiyaya
köçmüş, atla bağlı etiqadlarını özləri ilə yeni
vətənlərinə gətirmişdir.
İ.İ.Meşşaninov yazır ki, atli Aran sözü
olub ‘süvari’ deməkdir. Eyni zamanda at Urar-
tuya qonşu olan bir çox Qafqaz etnoslarının
müqəddəs heyvanı olmuşdur [53. S.1]. N.Y.Marr
yazır ki, at yalnız Urartunun yox, etruskların
da totemi idi [65. S.29].
Urartunun qəbilə tanrılarından biri At xan
Anau adlanırdı. Ayin zamanı ona 1 buğa, 2 qoç qur-
ban kəsərdilər [9. S.278]. Urartunun başqa bir qəbilə
tanrısı At (bini) idi. O, mixiyazılı kitabələrdə dinqir,
yəni tanrı sillabik işarəsi altında verilir [5. S.421].
Xristian apostollar Atlı məbədlərini da-
ğıtsalar da, alban və iberlərin ata olan inancla-
rını uzun zaman yaddaşlardan silə bilmədilər.
Bu fikrimizi Azərbaycanda və Şərqi Gürcüs-
tanda XX əsrin əvvəllərinə qədər Ağ Atlı, Qa-
ra Atlı pirlərinin mövcudluğu təsdiq edir.
Həm Azərbaycanda, həm də İberiyada
Pana və Panak adlı məbədlər vardı. Gürcü ta-
rixçiləri yazırlar ki, Bana kilsəsi Panak məbə-
dinin yerində tikilmişdir [66. S.16, 35]. Pana
məbədləri xristianlığın yayılmasına qədər pa-
nak etnosunun müqəddəs ibadət yeri idi.
Övliya Çələbi yazır ki, osmanlılar Men-
qreliyada Panak qalasını tutdular. Panak şəhə-
rində Pana adlı gürcü kilsəsi vardı. Səyyah
əsərin başqa bir yerində göstərir ki, Panak
qalası onu salan gürcü çarının adını daşıyır
[60. S.191, 222]. Deməli, Panak İberiyanın ha-
kim nəsillərindən biri olmuş, ölkəni bir
müddət idarə etmişdir.
Panak mahalının əhalisi indiki gürcülərin
əcdadı deyildir. Tarixi mənbələrdə Pana, Panak,
Bənək türk boyu kimi göstərilir. Övliya Çələbinin
yazdığına görə, Marağa vilayətinin bir nahiyəsi
Pana Çun olmuşdur [60. S.138]. Əbdürrəşid əl-
Bakuvi yazır: «Türküstanda yerli qəbilənin adını
daşıyan Panak adlı dağ vardır» [67. S.119].
Panak etnosu e.ö. II–I minilliklərdə indiki
Türkiyənin cənub-şərq torpaqlarında yaşayırdı.
Musa Xorenlinin yazdığına görə, Panak h`ayların
zadəgan nəsillərindən biri olmuşdur [55. S.117].
Məlumdur ki, h`ayların zadəgan nəsillərinin çoxu
türk mənşəli və iltisaqidilli idi [68. S.80–86].
Panak boyunun az bir hissəsi döyüşlərdə
qırılıb getməmiş, XIX əsrə qədər öz varlığını
qoruyub saxlamışdır. İ.İ.Şopen yazır ki, Pa-
naklı Naxçıvanda yaşayan Kəngərli elinin bir
qoludur [15. S.538]. Onlar Azərbaycan dilinin
arxaik bir ləhcəsində danışırdılar.
Tikmədaşlı Xəstə Qasımın «Sənəm, gəl»
rədifli qoşmasında belə bir yer var:
Xəstə Qasım deyər hənək-hənəkli,
Ağ üzündə qoşa xallar bənəkli [69. S.10].
Bənək Azərbaycan türkcəsində üzdəki
tüklü xallara deyilir. Anadolu türkləri isə xallı
marallara bənəkli maral deyirlər. Bənəkli, yəni
xallı maral qədim bir türk boyunun totemi – ər-
vah heyvanı olmuşdur.
Dostları ilə paylaş: |