BABA MƏHƏRRƏMLİ
10
dillərində bar – var ‘çatmaq’ tipli keçidlər,
yəni b – v keçidi orta əsrlərdən başlanmışdır.
A.Məmmədov çuvaş dilindəki variantı (epe)
və türk dillərindəki mən//min//men variantları-
nı b samitinin tarixən sonorlaşması və spirant-
laşması ilə izah edir [5. S.64]. A.Məmmədo-
vun araşdırmalarında türk söz kökünün anlau-
tu, yəni başlanğıcı problemi hərtərəfli tədqiq
edilmişdir.
Aydın Məmmədovun dilçilik fəaliyyəti
XX yüzillikdə Azərbaycan türkologiyasının
yüksək statusda olduğunu bir daha isbatlayır.
Vaxtilə türkçülük ideyalarının carçısı, Ziya
Göyalp Azərbaycan türkü Əli bəy Hüseynza-
dəni «yalavac» (peyğəmbər) adlandırmışdı.
1926-cı ildə respublikamızın paytaxtı Bakı şəhə-
rində I Türkoloji Qurultayın keçirilməsi məhz
Azərbaycanın türkologiyanın əsas mərkəzlərin-
dən biri olması faktını sübut edirdi. Sovetlər dö-
nəmində ümumittifaq statuslu «Sovetskaya
türkologiya» jurnalının Bakıda nəşr olunması
böyük hadisə idi. XX əsrin sonlarında da Ay-
dın Məmmədovun türkoloji araşdırmaları tür-
kologiya elminə Azərbaycan xalqının ən bö-
yük töhfələrindən biri sayılmalıdır. Çünki Ay-
dın Məmmədovun türkoloji çalışmaları Azər-
baycan türkologiyasının ən yüksək səviyyədə
dünya türkologiyasına təqdimatı idi.
Ə D Ə B İ Y Y A T
1. Мамедов А. Древнетjuркскаja ак-
cентуаcиja и некоторyе вопросy развитиja фо-
нолоgиčескиh систем тjuркскиh jaзyков // Сов.
тjuрколоgиja. 1970. № 5.
2. On že. Ассимилjacиja в свете взаимо-
отноšениja фонетики и gрамматики // Сов.
тjuрколоgиja. 1972. № 4.
3. Yenə onun. Azərbaycan dilinin er-
kən tarixinə dair materiallar. Şumer-türk
leksik paralelləri // Azərbaycan filologiyası
məsələləri. Bakı: Elm, 1983.
4. On že. Теоретиčеские проблемy вос-
становлениja первиčнyh корнеj в тjuркскиh ja-
зyкаh // Вопросy aзербайдžанскоj филолоgии.
Баку: Ёлм, 1984. Vyп. 2.
5. On že. Тjuркские соgласнyе: анлаут и
комбинаторика. Баку: Ёлм, 1985.
BABA MAGERRAMLY
THE PROBLEM OF ROOT WORDS
IN THE WORKS OF AYDIN MAMMADOV
S u m m a r y
The article examines the linguistic views of outstanding Azerbaijani turkologist Aydin
Mammadov. His original linguistic beliefs are interpreted and the place of the scientist in the
history of Azerbaijani linguistics is defined herein. The reconstruction of the ancient Turkic word
roots, etymology’s theoretical problems of the Turkic languages
occupied an important place
in
the works of turkologist. In this article the views of the scientist on morphonology of Turkic
languages, sound alternations are also analyzed. It was determined that A.Mammadov for the first
time in the history of Azerbaijani linguistics touched upon the problems of Nostratic, Sumerian-
Turkic language relations.
Key words: Aydin Mammadov, Turk, etymology, linguistics, the root of the word, the problem
AYDIN MƏMMƏDOVUN YARADICILIĞINDA KÖK SÖZLƏRİ PROBLEMİ
11
БАБА МАГЕРРАМЛИ
ПРОБЛЕМА КОРНЕВЫХ СЛОВ
В ТВОРЧЕСТВЕ АЙДЫНА МАМЕДОВА
Р е з ю м е
В статье анализируются оригинальные лингвистические воззрения известного азер-
байджанского тюрколога Айдына Мамедова и определяется его место в азербайджанском
языкознании. Отмечается, что в творчестве А.Мамедова важное место отводилось не
только реконструкции древнетюркских корней слов, но и теоретическим вопросам этимо-
логии тюркских языков. Рассматриваются также взгляды учёного относительно морфо-
нологии тюркских языков и звуковых чередований. Подчёркивается, что именно Айдын
Мамедов первым из азербайджанских языковедов затронул проблемы ностратики и шу-
меро-тюркских языковых связей.
Ключевые слова: Айдын Мамедов, тюркский, этимология, языкознание, корень
слова, проблема
Ünvan: AZ1143. Bakı-143, Hüseyn Cavid pr., 115. Nəsimi adına Dilçilik İnstitutu – baş elmi
işçi, fil.ü.f.d.
e-mail: baba_magerramli@mail.ru
Çapa təqdim edən
Solmaz Süleymanova –
«Türkologiya» jurnalının
baş redaktorun müavini
Məqalənin redaksiyaya
daxil olma tarixi
20.II.2015
Təkrar işlənməyə
göndərilmə tarixi
22.IV.2015
Çapa göndərilmə tarixi
18.V.2015
________
T Ü R K O L O G İ Y A
№ 2
2015
QURBAN BAYRAMOV
AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ,
YAXUD GERÇƏYİN NAĞILI…
X ü l a s ə . Məqalədə Azərbaycan ədəbi-mədəni, elmi və ictimai-siyasi mühitində parlaq
sima kimi tanınan Aydın Məmmədovun ədəbi tənqid sahəsindəki fəaliyyəti araşdırılır.
Keçən əsrin 70-ci illərində ədəbi tənqidə gələn A.Məmmədovun ədəbi prosesə dünya ədə-
biyyatı və elmi-nəzəri fikri səviyyəsində nüfuzu tədqiq-təhlil predmeti olur, tənqidçi üslubunun
orijinallığı və dominant cəhətləri ön plana çəkilir.
A.Məmmədov tənqidi təfəkkürünün universallığı və 70–80-ci illərin ədəbi təsərrüfatının bü-
tün sahələrində «yeni söz» demək imkanı aşkarlanır.
Ədəbi prosesə obyektiv və prinsipial müdaxilələri ilə seçilən tənqidçinin 60–80-ci illərin
poeziyası və nəsri ilə bağlı yazdığı orijinal məqalələri, esseləri, görkəmli yazıçılarla dialoqları
əhatəli təhlil edilir.
Bu təhlillər A.Məmmədovun tənqidçi obrazını formalaşdırır, yeni tənqidçi tipi kimi şəxsiy-
yətini təqdim edir, onu ədəbi prosesdəki durğunluğu, proqressiv və reqressiv cəhətləri görə, duya
bilən, buna görə də ədəbi prosesə tam halda qiymət və təhlil verməyi bacaran, meydana çıxan hər
bir əsəri yeni nəzəri fikir kontekstində dəyərləndirən tənqidçi xarakterini təsəvvür etməyə imkan
yaradır.
Açar sözlər: ədəbi tənqid, ədəbi proses, ənənə, novatorluq, Aydın Məmmədov, tənqidçi
Akademik, müasir dövrün kamil, tanın-
mış dilçi-alimi, türkoloqu, tənqidçi Tofiq Ha-
cıyev məqalələrinin birini belə başlayır: «Ger-
çək gerçəklikdir, nağıl da nağıldır. Gerçəkliyin
gerçəkliyinə söz yoxdur, o, gözəldir. Əslində
nağılın da nağıllığına söz yox. Hər xalqın əc-
dadının mif təfəkkürünün məhsulu olmaqla o
da gözəldir...» [1].
Ustadımızın fikrini ümumiləşdirərək pe-
rifraz etsək, deməli, həyat gercəklərdən və na-
ğıllardan ibarətdir. Hər bir insan gerçək bir
ömür yaşayır, istedadlı insanlar isə gerçək
ömürləri ilə bahəm, bir nağıl ömrü də yaşayır-
lar. Aydın Məmmədov da bir istedad sahibi
kimi belələrindən idi...
Biz Aydınla ədəbiyyata eyni dövrdə gəl-
mişik, belə desək, eyni tənqidçilər nəslindənik.
Bir-birimizi yaxşı tanıyırdıq, bir mərtəbədə
yerləşən institutlarımız qonşudur, çox hallarda
elmi tədbirlərimiz bir yerdə keçirilərdi, hələ
Dostları ilə paylaş: |