AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ, YAXUD GERÇƏYİN NAĞILI…
17
şəxsiyyətini analoji müqayisələr silsiləsində
belə təqdim edir: «Aydının həyatı həmişə, nə-
dənsə, mənə, nə vaxtsa oxuyub təsirləndiyim
və bu günəcən də xatırladıqca kövrəldiyim
bədii əsəri, bir çox məqamlarıyla XIX əsrin
inqilabçı ruhlu maarifçilərinin – Dobrolyubo-
vun, Çernışevskinin, Belinskinin mübarizələr,
qələbələr və məğlubiyyətlər dolu, əfsanəvi
həyat hekayətini andırır.
Doğulduğu sıldırımlı Kiş kəndi, ana bətni
tək, ilıq Şəki məhrəmliyindən sonra üzləşdiyi cod
qanunlu, amansız şəhər həyatı, enişli – yoxuşlu
ədəbiyyat və elm mücadilələri, maddi sıxıntılar
və ehtiyaclar dolu, yuxusuz gecələrlə yazıb-
yaratdığı dəyərli əsərləri, ölkənin ağır müstə-
qillik dönəmində qalxana çevirdiyi parlaq alim
zəkası, barışmaz vətəndaş mövqeyi, pak, in-
sansevər qəlbi, iztirablar və qəzalar dolu, keş-
məkeşli həyatı, faciəvi ölümü, basdırıldığı qə-
dim, kimsəsiz Kiş qəbiristanlığı...
Aydının kədərli həyat hekayətini sona
çatdıran müəmmalar dolu, sirli ölümü də, san-
ki, bədii əsər sonluğudu. Lev Tolstoyun məş-
hur “Sevastopol hekayələri”ndən birinin axırı-
nı – döyüş zamanı yaxınlıqda partlayan qum-
baradan həyatını itirmiş əsgər yoldaşının, hərə-
si bir tərəfə uçan qopuq əzalarına baxdıqca, öz
ölümündən xəbərsiz beyninin son, ani çaxıntı-
sıyla: “nə yaxşı, mən ölmədim” düşünən Ko-
zeltsovun həyat finalını xatırladır. Fərq bircə
bundadı ki, burada yaxınlıqda partlayan qum-
baradan ölən də, bu ölümü öz gözləriylə müşa-
hidə edib, öz ölümündən xəbərsiz, həyat eşqi
ilə ölən də, Aydın özüdü...» [9].
Mən Afaq Məsudun bu assosiativ analo-
giyasından, əlbəttə ki, uzağam, amma Aydın
Məmmədovun bizim dünyamızın hadisəsi və
ədəbi-tənqidi aləmimizdə bir «Aydın işığı»nın
olması ilə tam razıyam... Onunla da razıyam
ki, Aydın Məmmədov fenomenal bir alim,
tənqidçi, ictimai nüfuza malik insan idi. Və
onun 70 illik yubileyinə AMEA Nəsimi adına
Dilçilik İnstitutunun 2 fevral 2015-ci ildə həsr
edilmiş elmi sessiyanın «Aydın Məmmədov
fenomeni» adlandırılması da, elmimizin təsdiq
etdiyi qənaətdir. Bu təkzibedilməz qənaəti ses-
siyanı giriş sözü ilə açan institutun direktoru,
akad. Tofiq Hacıyev belə təsbit etmişdir: «Ay-
dın Məmmədov çox gənc ikən Azərbaycanın
ictimai fikir tarixinə daxil olmuş bir dilçi,
böyük alimdir. Biz bu gün Dilçilik İnstitutu
olaraq Aydın müəllimin xatirəsini yad edirik,
eyni hüquqla bu işi Ədəbiyyat İnstitutu, Ya-
zıçılar Birliyi və ya hansısa ictimai-siyasi təş-
kilat da edə bilərdi. Yəni Aydın Məmmədov
belə çoxşaxəli istedad sahibi idi. O, öz qabiliy-
yətini dərhal elan edə bilirdi. Nə ilə məşğul
olurdusa, o sahədə dərhal öncüllüyü ələ alırdı.
Biz Aydın Məmmədovu, əlbəttə, ilk növbədə
dilçi kimi tanıyırıq. Azərbaycan dilçiliyi üçün,
türkologiya üçün, ümumi dilçilik üçün Aydın
Məmmədov çox işlər görüb. Bütün türk res-
publikalarında fonetika ilə bağlı dissertasiya
yazanların hamısı onun namizədlik işindən
istifadə edir. Akad. A.Şerbak A.Məmmədovun
fonetika sahəsində olan elmi fəaliyyətini həmi-
şə yüksək dəyərləndirmişdir. O, Azərbaycan
dilçi-alimləri içərisində ən çox istinad olunan
şəxslərdəndir. Bu gün biz dilçilik və mədəniy-
yət tarixində xüsusi çəkisi olan bir alimi yad
edirik. Düzdür, o, elmlər namizədi kimi həyat-
dan getsə də, amma ən çox istinad olunan
şəxslərdəndir» [10].
Tofiq Hacıyev daha sonra deyib: «Təəs-
süf ki, Aydın Məmmədov dünyadan elmlər na-
mizədi kimi getdi. Ömrünün son illərində
Azərbaycanda baş verən ictimai-siyasi proses-
lərə, azadlıq hərəkatına qoşulduğundan elmi
işi ilə məşğul olmağa vaxtı qalmırdı. Təsəvvür
edin ki, Qazaxıstanda onun doktorluq refera-
tını çap etdilər. Onun isə başı ictimai məsələlə-
rə elə qarışdı, müdafiəyə getmədi. Amma biz
Aydını elə doktor kimi tanıyırıq. Başqa res-
publikalarda da onu doktor kimi tanıyırlar.
Mən Azərbaycanda onun kimi nəzəri hazırlıqlı
fonetist tanımıram. Yadımdadır, Azərbaycanda
2 «Türkologiya», № 2
QURBAN BAYRAMOV
18
böyük türkoloq Aleksandr Şerbakın kitabının
müzakirəsi keçirilirdi. Məruzəçi Aydın Məm-
mədov idi. Bu adam bir məruzə elədi ki, Şer-
bakın özü heyran qaldı. Bütün müasir türkolo-
giya nəzəri və fonetik baxımdan onun məruzə-
sində işıqlandırıldı və özünü böyük dilçi hesab
edənlərin hamısı gördü ki, bizim fonetikamız
hansı nəzəri səviyyədədir.
A.Məmmədov 1988-ci ildə “Kitabi-Dədə
Qorqud”un birinci kollokviumunu təşkil edə-
rək Türkiyə ilə Azərbaycan arasında elmi-mə-
dəni əlaqələrin güclənməsinə nail olmuşdur.
“Azərbaycan filologiya məsələləri” adlı toplu-
sunun çapı da onun adı ilə bağlıdır. Həmçinin
o, Nəsimi adına Dilçilik İnstitutunda Tipoloji
dilçilik şöbəsində çalışıb. Aydın Məmmədov
görkəmli dilçi olmaqla yanaşı, həm də istedad-
lı ədəbiyyatşünas, tənqidçidir. Aydın Məmmə-
dov AMEA-nın Rəyasət Heyətində Humanitar
Bölmənin (akad. Məmməd Cəfərin rəhbərliyi
ilə. – Q.B.) elmi katibi vəzifəsində işləyərək
bu sahədə çoxlu işlər görmüşdür. Çox gözəl
qələmi olan bir tənqidçi idi. Hamı arzu edirdi
ki, Aydın onun haqqında bir yazı yazsın» [10].
Bu, qazanılmış tənqidçi nüfuzu və tən-
qidçi səlahiyyəti idi və özü də asan qazanılma-
mışdı. Axı, Aydın Məmmədov tənqidə gələndə
artıq Azərbaycan tənqidi 60-cı illər ədəbiyyatı
kimi keyfiyyətcə yeni bir mərhələyə qədəm
qoymuşdu. Bu mərhələdə Azərbaycan tənqidi-
nə yeni nəfəs, yeni baxış bucağı, fərqli təhlil
manerası, orijinal ədəbi-estetik kriterilər axını
başlamışdı. Aydının qarşısında böyük nüfuza
və təcrübəyə malik, ustad tənqidçilər nəsli var
idi. Məmməd Arif, Məmməd Cəfər, Cəfər Cə-
fərov, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Yəh-
ya Seyidov, Qulu Xəlilov, Məsud Əlioğlu, Pə-
nah Xəlilov, Əhəd Hüseynov, Cəlal Abdulla-
yev, Elçin, Gülrux Əlibəyova, Akif Hüseynov,
Şamil Salmanov, Asif Əfəndiyev (Asif Ata),
öz nəslindən Kamil Vəli, Kamal Abdulla, Ni-
zami Cəfərov və bizlər... Ədəbi tənqidlə məş-
ğul olan, mənsub olduğu nəsil, istedad dərəcə-
si və nəzəri hazırlıq səviyyəsi baxımından ta-
mamilə fərqlənən tənqidçilərimizin heç də tam
olmayan bu nüfuzlu siyahısında, bu pleyadada
fərqlənmək, nəzərəçarpacaq nüfuz qazanmaq o
qədər də asan məsələ deyildi! Aydın Məmmə-
dov öz istedadı, vətəndaşlığı və fədakarlığı,
erudik biliyi, ədəbi fəhmi ilə bu «müşkülə»
açar saldı və özünəlayiq nüfuzlu yerini tapdı,
bu yeni müstəvidə məqamını tutdu!.. Onun
«Zamanla səsləşən şeirlər sorağında» (I və II
məqalələr), «Bugünkü nəsrimizin poetik mən-
zərəsi», «Nəsrin çətin yolları, tənqidin dolan-
bacları», «Ən gənc nəsrimizin poetik mənzərə-
si» [11] qəbildən məqalələri bu cəhətdən ol-
duqca böyük maraq doğururdu və ədəbi tən-
qiddə spesifik idrak hadisəsinə çevrilirdi. Ay-
dın Məmmədov yeni tipli tənqidçi təfəkkürü
ilə Azərbaycan nəsrinin o dövrdə təyinedici
missiyaya malik ümumittifaq nəzəri fikri sə-
viyyəsində poetik mənzərəsini yaratmağa mü-
vəffəq olmuşdu.
Görkəmli mütəfəkkir-tənqidçi Yaşar Qa-
rayev o dövrün (70-ci illərin) ədəbi tənqidini
səciyyələndirərkən «Tənqidin gəncliyi» məqa-
ləsində Aydın Məmmədov tənqidini belə qiy-
mətləndirirdi: «Bu nəslin bütövlükdə ifadə et-
diyi orijinal bədii çalar və fərdi estetik əda öz
ilk qabarıq ifadələrindən birini Aydın Məm-
mədovun fərqli manera ilə yazılmış məqalələ-
rində tapdı. “Bugünkü nəsrimizin poetik mən-
zərəsi”, “Ən gənc nəsrimizin poetik mənzərə-
si” məqalələri onun miqyaslı və obrazlı təfək-
kür tərzi, bədii istedad və imkanları barədə
nikbin ümid və təsəvvür aşıladı. Bu yazılarda
o, milli-bədii prosesi (əsasən nəsri) geniş kon-
tekstdə, onun perspektivli meyilləri işığında
alır və fərdi, müstəqil, emosional düşüncələrin
predmetinə çevirə bilir» [12].
Aydının tənqidində, ənənəvi tənqiddən
fərqli olaraq sərbəst düşüncə, interpretasiya,
yeni yozum, emosionallıqla süslənmiş akade-
mizm əsas, aparıcı xətti təşkil eləyir. Aydının
tənqidində emosionallıqla analitikliyin vəhdəti
paradoksal hala çevrilmir, əksinə, harmoniya
yarada bilir, biri-digərini tamamlayır... Fərqli
Dostları ilə paylaş: |