641
Bununla belə, 1955-ci ildə yeni layihə təqdim olunur,
həmin layihə 1958-ci ildə təsdiq edilir.
40-cı, 50-ci illərdə ədəbi dildə orfoqrafik sabitlik
yaratmaq məqsədi ilə gedən müzakirələr, şübhəsiz ki, 20-ci,
30-cu illərdəkindən fərqlənir; ikinci mərhələdə diqqət
orfoqrafiyanın daha konkret məsələlərinə (məsələn:
apostroflu sözlərin yazılışı, şəkilçilərin yazılışı, mürəkkəb
sözlərin yazılışı və s.) verilir, təkcə fonetik deyil, morfoloji
hadisələr təsbit edilir. Məhz 40-cı illərdə orfoqrafiyanın üç
prinsipi (fonetik, morfoloji, tarixi-ənənəvi prinsiplər) nəzəri
şəkildə qiymətləndirilir.
40-50-ci illərdə fonetik-orfoqrafik normanın
sabitləşməsində filoloji-linqvistik tədqiqatların xüsusi
əhəmiyyəti olur; məsələn, D.Quliyevin “Azərbaycan dili
orfoqrafiyası haqqında” məqaləsində orfoqrafiyanın üç
prinsipi qeyd edilir və müəllif göstərir ki, orfoqrafiya
qaydalarının tərtibində həmin prinsiplərə riayət etmək
lazımdır.
1
Eyni məsələlər A.Əfəndiyevin,
2
Ə.Dəmirçiza-
dənin,
3
bir qədər fərqli şəkildə M.Şirəliyevin
4
məqalələrində də qeyd edilir.
1960-cı ildən sonra Azərbaycan dilinin orfoqrafiya
qaydalarında elə bir ciddi dəyişiklik edilmir; nisbətən
diqqəti cəlb edən dəyişmə apostrofun funksiyalarının
azaldılmasından ibarətdir (mətbuatda apostrofun tamamilə
atılması barədə mülahizələr öz əksini tapır).
1
Bax: D.Quliyev. Azərbaycan dili orfoqrafiyası haqqında. “Müəllimə
kömək” məcmuəsi, 1940, N 1.
2
A.Əfəndiyev. Azərbaycan dilinin imla qaydaları haqqında – “Ədəbiyyat”
qəzeti, 29 iyun 1944-cü il.
3
Ə.Dəmirçizadə. İmlamız haqqında. – “Azərbaycan müəllimi” qəzeti, 1946,
N 25.
4
M.Şirəliyev. Ədəbi dilimizin zərurəti məsələləri. – “Kommunist” qəzeti, 23
fevral, 1944-cü 11.
642
60-cı illərdə əvvəl ədəbi-bədii dildə, bir qədər sonra isə
publisistik üslubda folklor ifadə tərzinə – xalq dilinə
qayıdış rəsmi şəkildə təsdiq edilib orfoqrafiya qaydalarında
təsbit olunmasa da, yazı dilində müəyyən demokratizm
meyillərinin meydana gəlməsi ilə nəticələnir; bir sıra
hallarda isə dialekt tələffüz xüsusiyyətləri yazıya ayaq açır,
təbliğ olunur. Doğrudur, 80-ci illərin əvvəllərindən etibarən
bu prosesin ifrat şəkil alması dayanır, lakin bununla belə,
fonetik-orfoqrafik normaya demokratizm ab-havası da
gəlir. Sözlərin, xüsusilə şəkilçilərin tələffüzündə
orfoqrafiyaya təsir edə biləcək dəyişikliklər baş verir. Lakin
məsələ burasındadır ki, fonetik-tələffüz mühitindəki
təbəddülat orfoepiya qaydalarının yaradılmasına, başqa
sözlə, fonetik-tələffüz normasının tam təsbit olunmasına
təsir etmir. İndiyə qədər bu sahədə nəyin norma, nəyin
qeyri-norma olduğunu, demək olar ki, dil stixiyası
müəyyən edir.
Əlbəttə, 60-80-ci illərdə orfoqrafiya qaydalarının tez-
tez müzakirə olunmaması əsasən sabit qaydaların
yaranmaqda olduğunu göstərir. Orfoepiya sahəsində isə 60-
70-80-ci illərin fonetik-tələffüz təcrübəsi əsasında yeni
sabit orfoepiya qaydaları yaratmaq mümkündür.
Sovet dövründə ədəbi dilin fonetik normasının inkişafı
onun orfoqrafik-yazı, eləcə də orfoepik-tələffüz normasının
inkişafı ilə bağlıdır; əslində, bu qanunauyğunluq ədəbi dilin
sovet dövründəki kütləviliyindən irəli gəlir, elə bu
kütləviliyin nəticəsidir ki, orfoqrafik-yazı mühiti orfoepik-
tələffüz mühiti ilə əlaqədə inkişaf edir.
Qrammatik normanın inkişafı
Azərbaycan ədəbi dilinin qrammatik norması XVIII
643
əsrin ortalarından etibarən milli əsaslar üzərində, başqa
sözlə, xalq-folklor dilinin qrammatikası əsasında yenidən
qurulur. Qrammatik normanın milliləşmə-xəlqiləşmə
istiqamətində inkişafı XIX əsr boyu davam edirdi. XX əsrin
əvvəllərində isə burjua mədəniyyətinin çiçəklənməsi ilə
ədəbi dilin qrammatik norması demokratik və qeyri-
demokratik istiqamətlərdə funksionallaşmaq imkanı
qazanır.
Sovet dövründə ədəbi dilin morfoloji normasında elə
bir dəyişiklik müşahidə edilmir; bəzən morfoloji normadakı
təbəddülatların tədqiqatçılar tərəfindən morfoloji normanın
inkişafı kimi qəbul edilməsi diqqəti cəlb edir,
1
lakin bu,
şübhəsiz, düzgün deyil.
A.Əlizadə 20-30-cu illərdə sormaq felinin yönlük halda
işlənməsi (çıxışlıq hal əvəzinə) faktına istinad edərək belə
bir nəticəyə gəlir: “Göründüyü kimi, 1920-1940-cı illər
müddətində ismin yönlük halı müxtəlif mənalarda
işlənmişdir. Son zamanlarda isə ismin yönlük hal
şəkilçisinin qrammatik əlaməti sabitləşmişdir”.
2
İsmin yönlük hal şəkilçisinin qrammatik əlaməti bir
neçə əsr bundan əvvəl (ən geci XVII-XVIII əsrlərdə)
sabitləşmişdir; 20-30-cu illərdə qeyd olunan hadisənin
mövcudluğuna gəldikdə isə, bu arxaik normativliyin
dirçəldilməsindən ibarətdir, canlı hadisə deyil (bu cür
faktların fonetik səviyyədə də mövcudluğunu qeyd
etmişdik). 40-cı illərdə bu vəziyyətin prinsip etibarilə
aradan qalxması da, şübhəsiz, yönlük halın inkişafı deyil,
sadəcə olaraq “yönlük hal-sormaq (soruşmaq)”
modelindən, yəni arxaik norma faktından imtina
edilməsidir (bu qəbildən olan başqa faktlarda olduğu kimi).
1
Bax: Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), səh. 225-253.
2
Yenə orada, səh. 239.
Dostları ilə paylaş: |