N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə182/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   178   179   180   181   182   183   184   185   ...   194

 

644


Sifətin dərəcə şəkilçilərindən -mtraq, -sov(soy), qaç, 

takım, fəzlə kimi kəmiyyət mənalı morfemlər, bölgülü 

saylar  (birər, ikər, onar…) 20-30-cu illərdə müəyyən 

işləkliyə malik olmuş,

1

 mərhələnin morfoloji norma 



mühitində diqqəti cəlb etmişdir. 

Felə məxsus arxaik əlamətlərdən bəziləri sovet 

dövründə – ədəbi dilin inkişafının birinci mərhələsində 

funksionallaşmaq imkanına malik olmuşdur; buraya 

aşağıdakılar daxildir: 

a) əmr şəklinin I şəxs təkini ifadə edən -ayım, -əyim 

şəkilçisi (bu şəkilçinin XVIII əsrə qədər ədəbi dildə 

işlədildiyi qeyd edilmişdir, sonralar bir qayda olaraq, 

işlənməmişdir);

2

 



b) əmr şəklinin I şəxs cəmini ifadə edən -alım, -əlim 

şəkilçisi (bu şəkilçi də XVIII əsrdən etibarən normativliyini 

itirmişdir);

3

 



c)  -malı, -məli şəkilçisinin funksionallığı artır; -malı, -

məli  şəkilçisi başqa üslublara nisbətən mətbuat üslubunda, 

əsasən, çağırış xarakterli məqalə başlıqlarında, konfrans

qurultay, plenum və idarə iclaslarının sərlövhə qərarlarında 

daha çox işlənir.

4

 



Felə məxsus qrammatik kateqoriya əlamətlərindən 

aşağıdakılar 20-ci və 30-cu illər Azərbaycan ədəbi dilində 

türk dilinin faktı kimi işlənmişdir: 

  xəbər şəklinin I şəxs təkinin inkarı -mam, -məm 



forması ilə düzəlir (düşünməm, sığınmam, istəməm və s.);

1

 



  xəbər şəklinin indiki zamanını bildirmək üçün -yor 

                                                           

1

 Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), səh. 240-244. 



2

 M.Rəhimov. Azərbaycan dilində fel şəkillərinin formalaşması tarixi, səh. 

47. 

3

 Yenə orada, səh. 52. 



4

 Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), səh. 249. 

1

 Yenə orada 




 

645


forması işlənir (gəliyorum, yazıyorum və s.). 

20-30-cu illərdə bir sıra bağlayıcıların da arxaik alınma 

formaları qrammatik normanın keyfiyyətinə təsir etmişdir; 

buraya  fəqət  (ancaq),  leyk  (lakin),  zira  (ona görə) kimi 

bağlayıcılar daxildir. 

Dəxi  ədatının işlənməsi də 20-30-cu illərin qrammatik 

norması üçün xarakterikdir. 

Sovet dövrü Azərbaycan ədəbi dilinin birinci 

mərhələsində morfoloji normada baş verən təbəddülat, 

əsasən aşağıdakı mədəni-ictimai proseslərlə əlaqədardır: 

  milli ziyalıların yetişməsi ilə bağlı olaraq və milli 



özünüdərkin meydana çıxması nəticəsində ədəbi dilin 

tarixinə marağın artması; 

  türk (osmanlı) mədəni mərkəzlərində təhsil almış 



mütəxəssislərin fəaliyyətinin (mədəni, hərbi və s. 

sahələrdə) genişlənməsi; 

  Avropa-rus mədəniyyətinin milli-mədəni mühitin 



təşkilinə təsir etməsi, ictimai-siyasi təfəkkürün 

çiçəklənməsi. 

40-50-ci illərdə mədəni-ictimai mühitdə 

konsentrasiyanın güclənməsi antinorma xarakterli 

hadisələrin aradan qalxmasına səbəb olur, nəticə etibarilə, 

30-cu illərin sonu, 40-cı illərin əvvəllərində morfoloji 

normada müəyyən sabitlik yaranır, indiyə qədər də bu 

sabitlik, bir qayda olaraq, davam edir. 

20-30-cu illərdə ədəbi dilin kütləviləşməsi birinci 

növbədə sintaktik normaya təsir göstərir və sintaktik 

normada aşağıdakı hadisələr diqqəti cəlb edir: 

1. Ədəbi dilin əsasında danışıq dili sintaksisi dayanır, 

ona görə də danışıq dilinə məxsus lakoniklik, “primitiv” 

mücərrədlik, təbii emosionallıq normada keyfiyyət faktına 

çevrilir; şəxssiz cümlələrin funksionallığı güclənir, sual 



 

646


cümlələrinin struktur-semantik diferensiasiyası genişlənir, 

adlıq (eləcə də məsdər) cümlələr kontekstual baza əldə 

edir,

1

 mürəkkəb cümlənin daha yığcam formaları işlənir, 



nidanın sintaktik-semantik imkanları artır və s. 

Dialekt sintaksisi ədəbi dilin sintaktik normasının 

demokratikləşməsində iştirak edir. 

II. Ərəb, eləcə də fars sintaksisinin təsiri, demək olar 

ki, bütünlüklə aradan qalxır; o konstruksiyalar ki, yazılı 

ədəbi dildə standartlaşmışdı (xüsusilə klassik şeir 

ənənələrinin təsiri ilə), funksionallığını tamamilə itirir. 

Feli sifət, feli bağlama tərkiblərinin işləkliyinin artması 

hesabına ərəb, eləcə də fars qrammatikasından gələn 

mürəkkəb konstruksiyalar tədricən arxaikləşir (bu və ya 

digər dərəcədə rəsmi sənədlərin dilində qalır. 

İzafət tərkiblərinin XX əsrin əvvəllərində nisbətən çox 

işlənməsinə baxmayaraq, 20-30-cu illərdə onların 

funksionallığı azalır və ümumiyyətlə, izafət konstruksiyası 

qrammatik hadisə kimi itir (bu formada olan müəyyən 

vahidlər leksik materiala çevrilir). 

III. Avropa-rus dillərinin təsiri ilə bir sıra sintaktik 

konstruksiyaların, xüsusilə mürəkkəb cümlələrin müəyyən 

növlərinin ya funksionallaşdığı, ya da yarandığı diqqəti 

cəlb edir; tərcümə əsərlərindən gələn mürəkkəb-konstruktiv 

ifadə formaları sintaktik normanın təşkilində öz işini görür. 

40-50-ci illərdə ədəbi dilin sintaktik normasında baş 

verən hadisələr, əsasən üslubi əhəmiyyətə malikdir

məsələn, İkinci dünya müharibəsi illərində bədii-

publisistik, hətta elmi mətnlərin sintaksisinə yığcamlıq, 

mütəhərriklik, sərtlik gəlir, zamanın intonasiyası sintaksisə 

də çökür. 

                                                           

1

 Bax: R.Məhərrəmova, M.Cahangirov. Azərbaycan dilinin tarixi sintaksisinə 



dair materiallar, Bakı, Azərb. SSR EA nəşri, 1962, səh. 129, 175, 220, 225. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə