663
4) adi publisistik dil – bu, məişət hadisələrinin təsvirini
verir.
Demək lazımdır ki, hər bir mətbuat orqanı publisistik
üslubun bütün diferensial ifadə formalarından eyni
dərəcədə istifadə etmir, hətta müxtəlif zamanlarda bu və ya
digər ifadə forması daha funksional olur.
20-30-cu illərdə publisistik üslub həm bədii, həm də
elmi üsluba təsir göstərir, çünki mətbuat kütləvi idi,
inqilabın coşdurduğu xalqın intellektual enerjisi mətbuatda
daha tez ifadəsini tapırdı, mətbuat kütləvi təfəkkür
mədəniyyətinin bütün imkanlarım ehtiva edirdi.
Mətbuat dilinin leksikası üçün bu illərdə xarakterik
əlamətlərdən biri ərəb, fars, rus, eləcə də qədim türk
sözlərinin (həmin sözlər Azərbaycan dilinin lüğət
tərkibindən çıxdığına görə artıq osmanlı türkcəsinin faktı
hesab edilirdi) bəzən kütləvi şəkildə işlədilməsi idi. Həm də
bu cür kütləvi işlənmənin istiqaməti, demək olar ki, bir
neçə ildən bir dəyişmiş, gah bu, gah da digər dildən
alınmalara üstünlük verilmişdir. Bununla belə, qeyd etmək
lazımdır ki, 20-40-cı illər arasında mətbuatın dilində
demokratizm yüksələn xətlə getmişdir; hətta aparılan dil-
üslub eksperimentləri də prinsip etibarilə xəlqi əsaslara
malik olmuşdur.
1920-ci illərdə publisistik dildə ictimai-siyasi leksika
fəal idi, bu isə mətbuat dilinin məzmununa təsir edirdi. 30-
cu illərdə isə dilxarici hadisələrin təsiri ilə ictimai-təsərrüfat
leksikası fəallaşır və publisistik üslub bu istiqamətdə
inkişaf edir. Ümumiyyətlə, 20-30-cu illərdə mətbuat dilində
dövrün inqilabi əhvali-ruhiyyəsi bütünlüklə əks olunurdu.
Şübhəsiz, birinci növbədə sintaksis həmin əhvali-ruhiyyəyə
– dövrün intonasiyasına köklənmişdi.
İkinci dünya müharibəsi illərində mətbuat dilinə hərbi
664
vətənpərvərlik məzmunu gəlir – hərbi terminologiyanın
işləkliyi artır, qısa, lakin kəskin, təsirli ifadə forması
fəallaşır. Əslində, 40-cı illərin ortalarından sonra da
mətbuat dilində müharibə dövrünə xas olan bəzi
xüsusiyyətlər qalır.
40-cı illərin sonu, 50-ci illərin əvvəllərindən
başlayaraq, publisistik üslubda aşağıdakı əhəmiyyətli
dəyişikliklər baş verir:
1. 20-ci, eləcə də 30-cu illərdəkindən fərqli olaraq, 40-
cı illərin sonu, 50-ci illərin əvvəllərindən mətbuat dili sabit
norması ilə seçilir; istər fonetik-orfoqrafik, istər leksik,
istərsə də qrammatik norma sahəsində əvvəlki onilliklərə
məxsus tərəddüdlər, paralelliklər aradan qalxır, norma
ardıcıl şəkildə gözlənilir.
2. 40-cı illərin sonu, 50-ci illərin əvvəllərindən ölkənin
mədəni həyatında baş verən əsaslı dəyişikliklər, mətbuat
şəbəkəsinin genişlənməsi mətbuat dilində də üslubi
diferensiasiyanı gücləndirir; əgər vaxtilə bir qəzet
(məsələn, “Kommunist” qəzeti) publisistik üslubun
müxtəlif sahələrini (siyasi-publisistik dil, elmi-publisistik
dil, bədii-publisistik dil və s.) əks etdirirdisə və müharibə
illərində inteqrasiya bir qədər də gücləndisə, 40-cı illərin
sonu, 50-ci illərin əvvəllərindən sahə qəzetlərinin artması,
eyni zamanda, həmin sahələr üzrə publisistik üslubun
diferensiasiyasının sürətlənməsinə gətirib çıxarır.
3. Elmi-texniki tərəqqinin ədəbi dilə gətirdiyi
anlayışlar, birinci növbədə, mətbuatda faktlaşır və xüsusilə
50-ci illərin ortalarından sonra mətbuat dilində yeni texnika
ilə əlaqədar leksika genişlənir; söz birləşmələrinin
işləkliyinin artması hesabına bir sıra müasir ictimai-
təsərrüfat, mədəni-məişət anlayışları ifadə olunur.
60-cı illərdə ədəbi-bədii dildə folklor – xalq dilinə
665
qayıdış 60-cı illərin sonu, 70-ci illərin əvvəllərindən
publisistik üsluba da təsir edir; mətbuatın dilinə
dialektlərdən (xüsusilə kənd təsərrüfatı ilə bağlı) sözlər
keçir, bədii-publisistik dil tədricən 30-cu illərə məxsus
şüarçılıqdan azad olur, daha doğrusu, o əlamətlər ki, 30-cu
illərdə üslub norması idi, 50-ci, 60-cı, hətta 70-ci illərdə də
bəzən mövcud olmaqda davam edir və bu onilliklərin
ümumi ədəbi dil kontekstində gerilik faktı kimi diqqəti
çəkir.
60-cı illərdən etibarən Azərbaycan mətbuatında gedən
dil prosesləri kifayət qədər intensivdir; bir tərəfdən, milli-
ictimai təfəkkürün, digər tərəfdən, ümumən dünya ictimai
fikrinin nailiyyətləri hər gün mətbuat dilində öz ifadəsini
tapır, publisistik üslub bütün üslublardan fərqli olaraq,
zamanın ictimai düşüncəsinin sürətinə müvafiq dəyişir,
inkişaf edir. İnformasiya axınının güclənməsi,
informasiyanın şərhindən çox, düzgün verilməsinə,
dəqiqliyinə maraq mətbuat dilini də rəsmi sənəd dilinə
yaxınlaşdırır. Eyni zamanda, bunun əksinə olan proses
gedir: xüsusilə 80-ci illərdə bu və ya digər hadisənin
mahiyyəti geniş şərh edilir və beləliklə, publisistik dilə
elmi-fəlsəfi dərinlik, analitiklik gəlir.
Rəsmi üslub
M.Məhərrəmovun fikrincə, “bu üslub ancaq sovet
dövründə yaranmış və inkişaf etmişdir”.
1
Şübhəsiz, belə
deyil: XVI əsrdən başlayaraq Azərbaycan Demokratik
Cümhuriyyəti dövrü də daxil olmaqla rəsmi üslubun
maraqlı nümunələri mövcuddur, lakin o ki qaldı rəsmi
üslubun sovet dövründəki inkişafına, bu, həqiqətən belədir.
1
A.Məhərrəmov. Azərbaycan ədəbi dilinin sovet dövrü, səh. 13-14.
Dostları ilə paylaş: |