N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə40/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   36   37   38   39   40   41   42   43   ...   80

çəkindirə bilmədi. Sirr deyil ki, 1994-cü ildə “Əsrin müqaviləsi” im-
zalanandan bu yana dünyanın bəzi böyük gücləri Ermənistanın da
regionda həyata keçirilən beynəlxalq layihələrdə iştirakını təmin
etməyə çalışırdılar. Hətta Dağlıq Qarabağın və ətraf rayonların
işğalının enerji məsələsindən ayrı olduğunu sübut etməyə çalışırdılar.
Onlar bəzən “əvvəlcə əməkdaşlıq, sonra münaqişənin həlli” kimi al-
dadıcı təkliflər də edirdilər. Guya Azərbaycanın xoşniyyətli olduğuna
əminliyi yaranandan sonra Ermənistan işğal etdiyi torpaqlardan çə-
kiləcək. Ancaq Ulu öndər Heydər Əliyev neft ixracı marşrutlarının
heç bir halda Ermənistan ərazisindən keçməyəcəyini qətiyyətlə bəyan
etdi. Bu məsələyə yalnız Azərbaycanın torpaqları işğaldan azad edil-
dikdən sonra baxıla bilərdi. Bu səbəbdən Azərbaycan Prezidenti neft
ixracını Gürcüstan ərazisindən həyata keçirmək üzərində möhkəm
dayandı. Doğrudur, Gürcüstanda bəzi dairələr bundan sui-istifadə
etməyə cəhdlər etdilər. Heydər Əliyevin siyasi ustalığı və qonşu
dövlətə dost münasibəti həmin böhranlı situasiyaları aradan qaldırdı.
Azərbaycanın enerji daşıyıcılarının Gürcüstan ərazisindən iki
xətlə ixracı regionda geosiyasi mənzərəni kökündən dəyişdi. Bu
prosesə Azərbaycanın kommunikasiya-nəqliyyat sahəsində əhəmiyyətli
layihələri həyata keçirməsi ciddi təsirini göstərir. Bakı-Tbilisi-Qars
dəmiryolu xəttinin çəkilişi, Tarixi İpək Yolunun bərpası bu sırada ilk
yada düşən layihələrdir.
Qeyd etmək lazımdır ki, Ermənistan Bakı-Tbilisi-Qars dəmiryolunun
çəkilişini əngəlləmək üçün çox çalışdı. Rəsmi İrəvan Ermənistandan
yan keçən bu marşrutun regionun birliyinə ziyan verəcəyini arqument
kimi ortaya atırdı. Hətta ABŞ Konqresi Ermənistanın mövqeyini
dəstəkləyən addım atdı: ABŞ və Avropa şirkətləri bu layihəni
maliyyələşdirmək 
dən imtina etdi. Ermənistana bu da kömək edə
bilmədi – bütün xərcləri Azərbaycan və Türkiyə öz üzərinə götürdü.
Ayrıca Azərbaycan Gürcüstanın xərclərini ödəməyə hazır olduğunu
bildirdi. Dövlətimizin bu addımı Azərbaycanın regionun inkişafı
üçün mümkün olan hər şeyi etməyə qadir olduğunu nümayiş etdirdi.
Bundan başqa, Azərbaycan özünü əsl dost və strateji tərəfdaş
kimi apardı. Göründü ki, Ermənistanın düşmənçiliyi onu çətin
128


vəziyyətə salıb. Azərbaycan tərəfdaşlarına həmişə yardım edir. Gür-
cüstan rəsmiləri dəfələrlə Azərbaycan rəhbərliyinə ən ağır günlərində
onlara yardım etdiklərinə görə minnətdarlıqlarını bildiriblər. Faktiki
olaraq, Azərbaycan Cənub Qafqazın ayağa qalxmasını təmin etdi,
onu kənar qüvvələrdən asılı vəziyyətə düşməyə qoymadı. Əgər Er-
mənistan konstruktiv siyasət yeritsə və Azərbaycan torpaqlarını işğal
etməsə idi, onun bugünkü vəziyyəti tamamilə başqa cür olardı. Ümu-
miyyətlə, Cənub Qafqazın geosiyasi mənzərəsi xeyli yaxşılaşardı.
İkincisi, Azərbaycan regional siyasətində bərabərhüquqlu tərəfdaşlığa
üstünlük verir. Yəni Azərbaycan region dövlətləri ilə münasibətlərində
öz üstünlüklərindən süni istifadəyə çalışmır. Milli və dövlət maraqlarının
təmin edilməsi başqa məsələdir. Söhbət burada bütün situasiyalarda tə-
rəfdaşla beynəlxalq hüquq qaydalarının imkan verdiyi çərçivədə dav-
ranmaqdan gedir. Yəni dövlətimizin geosiyasi məqsədi qarşılıqlı əmək-
daşlığa əsaslanan və inkişaf edən məkan formalaşdırmaqdan ibarətdir.
Həmin prosesdə Azərbaycan regional təşkilatların imkanlarından geniş
istifadə etməyə çalışır.
GUAM çərçivəsində ölkəmizin fəaliyyəti bunu təsdiq edir. Bu
təşkilat 1997-ci ildə yaradılıb. Azərbaycan bu qurum çərçivəsində
Gürcüstan və Ukrayna ilə əməkdaşlığı yüksək qiymətləndirir. O, hər
iki ölkənin enerji problemlərinin həllinə böyük yardımlar etdi. Son
illər GUAM bir qurum kimi gözlənildiyi qədər səmərəli fəaliyyət
göstərmir. Lakin Azərbaycan yenə də GUAM formatında əməkdaşlığa
böyük diqqət yetirir.
Başqa bir regional təşkilat – Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatında (QDİƏT) da Azərbaycan fəal işti rak edir. Bu təşkilat
1992-ci ildən fəaliyyət göstərir. 2009-cu ildə ilk dəfə olaraq QDİƏT-
də sədrlik Azərbaycana keçəndə, regionda əməkdaşlığa mane olan
həll edilməmiş münaqişələrə xüsusi önəm verilməyə başlandı. Azər-
baycan təşkilat üzvləri arasında informasiya-kommunikasiya sahəsində
əməkdaşlığın dərinləşməsi istiqamətində ciddi işlər gördü. Ölkəmiz
bununla regional təşkilatlar daxilində bölgədə sülh və inkişafa xidmət
edən addımlar atdığını nümayiş etdirmiş oldu.
129


Azərbaycanın regional siyasəti kontekstində bir məqamı da vur-
ğulamaq lazımdır. Hələlik Cənub Qafqazda yerli inteqrativ qurumlar
azdır. Onların təsir dairəsi yaxşılaşdırılmalıdır. Burada əsasən Qərb
təşkilatları fəaliyyət göstərirlər. Həmin təşkilatların regionun inteq-
rasiyasına xidmət göstərməsi məsələsi hələ tam aydın deyil. Çünki
proseslər göstərir ki, bəzi hallarda insan haqları, siyasi məhbus və s.
kimi amillər dən süni istifadə edilir. Bir sıra hallarda isə birtərəfli
yanaş malar müşahidə olunur. Odur ki, hazırkı mərhələdə regional
təşkilatların bölgənin siyasi, iqtisadi və mədəni həyatına lazımi
dərəcədə təsir edə bilmədiyini deyə bilərik. Bu çatışmazlıq Azərbaycanın
regional siyasətinə bir sıra maneələr törədir. Məsələn, regionda mü-
naqişələrin həlli gecikir. Ermənistanın konstruktiv mövqe tutması
üçün lazım olan addımlar atılmır.
Beynəlxalq təşkilatların Cənub Qafqazda fəaliyyəti genişlənir.
BMT, ATƏT, Avropa Şurası və başqaları regionda fəaliyyətlərini
davam etdirirlər. ATƏT-in əsas missiyası münaqişələrin həlli olsa
da, hələlik ATƏT Cənub Qafqazda münaqişələrin nizamlanması isti-
qamətində üzərinə düşən vəzifənin öhdəsindən gələ bilməmişdir.
Bütövlükdə götürdükdə, regionda münaqişələrin (Dağlıq Qarabağ,
Abxaziya və Cənub Osetiya) həlli ilə bağlı heç bir beynəlxalq
təşkilat kifayət qədər səmərəli fəaliyyət göstərmir. BMT-nin Təhlü-
kəsizlik Şurasının Ermənistan işğalçı qoşunlarının Azərbaycan əra-
zisindən qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi 823 (1993-cü
ilin apreli), 853 (1993-cü ilin iyulu), 874 (1993-cü ilin oktyabrı) və
884 (1993-cü ilin noyabrı) saylı qətnamələr hamıya məlumdur. Qət-
namələrin hər birində Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən
dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Lakin indiyə qədər
bu qətnamələrin heç biri yerinə yetirilməyib.
ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bir irəliləyişə
nail ola bilməməsi də faktdır. Ermənis tanın sözdə işğalçı adlandırıl-
masının praktiki nəticəsi yoxdur. BMT və ATƏT qlobal miqyasda
kifayət qədər nüfuzlu beynəlxalq təşkilatlardır. Onların Cənub Qaf-
qazdakı münaqi şələrin həllində konkret nəticə əldə edə bilməmələri
130


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə