N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə43/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   39   40   41   42   43   44   45   46   ...   80

üçün Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması istiqamətində
ciddi cəhdlər etməsi ilə izah etdi (bax: 3.5.5).
Prezidentlərin geniş tərkibli danışıqlarından sonra Amerika-Azər-
baycan münasibətləri haqqında birgə bəyanat və sərmayə qoyuluşunun
qarşılıqlı qorunması və təşviq edilməsi haqqında Azərbaycan Res-
publikası və ABŞ hökumətləri arasında müqavilə imzalandı. İmzalama
mərasimində Heydər Əliyev iki ölkə arasında əməkdaşlığın inkişaf
istiqamətlərini yığcam ifadə edən bəyanat verdi. Bəyanatda deyilirdi:
“Azərbaycan öz dövlət müstəqilliyini böyük tarixi nailiyyət hesab
edir və bu müstəqilliyi qoruyub saxlamağı özünün şərəfli vəzifəsi
sayır. Bizim xalqımız dövlət müstəqilliyinə və milli azadlığa sadiqdir
və bundan sonra da sadiq olacaqdır. Bunun üçün Amerika Birləşmiş
Ştatları ilə əməkdaşlıq etmək, tərəfdaşlıq əlaqələri yaratmaq və bu
əlaqələri daha da genişləndirmək, inkişaf etdirmək bizdən ötrü çox
vacib, əhəmiyyətlidir” (3.5.5).
Azərbaycan Prezidentinin hər bir sözünün arxasında böyük məna
durur. Bununla ABŞ-a Azərbaycanın öz müstəqilliyi və suverenliyini
hər şeydən üstün tutduğu çatdırılırdı. Amerika da daxil olmaqla,
kimsə buna xələl gətirmək istəsə, Azərbaycan dövlət kimi müqavimət
göstərəcək. ABŞ-la Azərbaycanın iqtisadi və enerji sahəsindəki
əməkdaşlığının taleyi də həmin prinsipə əməl edilməsindən asılı
olacaq. Heydər Əliyev bu məqamlara işarə etməklə yanaşı, vurğulayır
ki, Azərbaycan ABŞ-la əməkdaşlığı inkişaf etdirməyi və genişləndirməyi
çox vacib sayır.
Situasiya hər iki tərəf üçün tam aydın idi. Azərbaycan suverenliyinə
xələl gətirə biləcək heç bir şərti qəbul etməyəcəkdi. Ərazisinin işğal
edilməsi ilə barışmayacaqdı. Demokratik dövlət qurmaqda qərarlıdır.
Qərblə hərtərəfli əlaqələri bərabərhüquqlu tərəfdaş kimi inkişaf etdirmək
əzmindədir. Nəhayət, regionda təhlükəsizliyin təmin edilməsi və sülhün
bərqərar olması üçün əlindən gələni edəcəkdir. Rəsmi Vaşinqton bu
mesajları təbii ki, qəbul etdi və yuxarıda adını çəkdiyimiz sənəd
imzalandı. Sənədin çox mühüm bir fərqli cəhətini vurğulamaq istərdik.
Azərbaycan Prezidenti iqtisadi-energetik əməkdaşlığı məharətlə
geosiyasi amillərlə əlaqədə təqdim etdi. Qarşılıqlı sərmayə qoyuluşuna
137


təminat almaq bütövlükdə Azərbaycanın suverenliyi və müstəqilliyinə
təminat almaq demək idi. Qərb Cənub Qafqazdakı layihələrə böyük
miqdarda sərmayə qoyurdusa, onun təhlükəsizliyinin təmininə də
ciddi diqqət yetirməli idi. Sərmayənin təhlükəsizliyi birbaşa Azərbay -
candakı sabitlikdən asılıdır. Deməli, Azərbaycanın daxili sabitliyi ilə
əlaqəli olan bütün proseslərdə Qərbin də marağı vardır. Bu baxımdan,
Dağlıq Qarabağ məsələsi, Azərbaycanın tədrici demokratikləşməsi,
qoyulan sərmayələrin qorunması kimi məsələlər Vaşinqtonun da
maraq dairəsində qalır.
Heydər Əliyev Vaşinqtona ilk səfəri ilə strateji nəticə əldə etdi.
Sonrakı proseslər Ulu öndərin uzaqgörənliyini tam təsdiqlədi.
Birincisi, bölgədəki beynəlxalq enerji layihə 
lərinin təhlükəsizliyi
məsələsi Ermənistan və onun havadarlarını geniş təxribat planlarından
çəkindirdi. İkincisi, Ru siya ilə Gürcüstan arasında məlum 2008-ci il
8 avqust hadisələri göstərdi ki, enerji layihələrinin təhlükəsizliyi
qlobal geosiyasi güclər səviyyəsində qorunur. Həmin layihələrə qarşı
təhlükə yox dərəcəsindədir. Hər bir halda bu vaxta qədər belə olub.
B.Klintonun yuxarıda verdiyimiz fikrindən görünür ki, ABŞ-ın
Azərbaycanla münasibətlərinə məzmun verən mühüm amillər daxili
sabitlik və inkişafda uğurlar qazanılmasından ibarətdir. Yəni Heydər
Əliyev yenidən ölkə başçısı seçiləndən sonra ilk növbədə daxili
sabitliyə nail oldu, paralel olaraq sosial-iqtisadi inkişafa da təkan və
yön verdi. Daxili sabitlik bir-birinin ardınca baş verən dövlət çevrilişlərinə
cəhdləri aradan qaldırmaq hesabına mümkün oldu. Sosial-iqtisadi
inkişafın aparıcı amili isə “Əsrin müqaviləsi”nin imzalanması idi.
Azərbaycan Prezidenti bu iki uğura nail olandan sonra Vaşinqtona
rəsmi səfər etmişdi. Bu, gələcəyə hesablanmış gediş idi. Müqayisə
üçün deyək ki, bir sıra postsovet ölkələrinin başçıları Vaşinqtona
xahiş etməyə, yardım ummağa, hakimiyyətini saxlamaq üçün siyasi
bazarlıq etməyə gedirdi. Azərbaycan Prezidenti isə Vaşinqtona ağır
təcavüz hadisəsi ilə qarşılaşmasına baxmayaraq daxili sabitliyə nail
olmuş, Qərblə strateji iqtisadi müqavilə (“Əsrin müqaviləsi”) imzalamış
müstəqil dövlətin rəhbəri kimi səfər edirdi.
138


Beləliklə, Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri iki ölkə arasında
münasibətlərin strategiyasını və konkret inkişaf istiqamətlərini müəy-
yənləşdirdi. ABŞ tərəfi göstərdi ki, Azərbaycanla münasibətlərində
Cənub Qafqazın strateji region olduğunu nəzərə alır. Sonra, burada
sülh və təhlükəsizliyin təmininə ciddi fikir verir. Nəhayət, bu
kontekstdə Azərbaycanın dövlət suverenliyinin qorunması və ərazi
bütövlüyünün bərpası Amerika üçün əhəmiyyət daşıyır. Bu üç aspekti
iki ideya ətrafında birləşdirmək olar. Birincisi, ABŞ xarici siyasətində
Cənub Qafqazın təhlükə siz liyinə böyük önəm verir. İkincisi, Cənub
Qafqaz dövlət 
lərinin suverenliyi onun üçün prinsipial əhəmiyyət
daşıyır. Bu fikirlərin arxasında regionun ABŞ-dan başqa böyük
geosiyasi güclərin təsiri altına düşməməsi istəyinin durduğunu hiss
etmək çətin deyildi. ABŞ qlobal güc kimi regionda hegemonluğunu
təmin etmək haqqında düşünürdü.
ABŞ-Azərbaycan münasibətlərinin bu əsas prinsipləri iki ölkə
arasında sonrakı illərdə əməkdaşlığı istiqamətləndirdi. Bu günə qədər
həmin prinsiplər əməkdaşlıq prosesinin sərhədini və məzmununu
müəyyən edir. Ən əsası isə ondan ibarətdir ki, Azərbaycan verdiyi
sözə sadiq qalır. Beləliklə, 1998-ci il sentyabrın 8-9-da Bakıda Tarixi
Böyük İpək yolunun bərpası üzrə beynəlxalq konfrans keçirildi.
1999-cu il aprelin 17-də Azərbaycan, Ukrayna və Gürcüstan
dövlət başçılarının iştirakı ilə Bakı-Supsa neft kəmərinin təntənəli
açılış mərasimi oldu. ABŞ Prezidenti B.Klintonun iştirakı ilə 1999-
cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-in sammiti çərçivəsində
“Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə Azərbaycan
Respublikası, Gürcüstan və Türkiyə Respublikası ərazilərindən xam
neftin nəqli haqqında” saziş imzalandı. Bu, region ölkələrinin strateji
əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində ciddi addım idi.
2005-ci il mayın 24-25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan
əsas ixrac neft kəmərinin Azərbaycan hissəsi istifadəyə verildi.
Həmin il oktyabrın 12-də isə neft kəmərinin Gürcüstan hissəsinin is-
tifadəyə verilməsi mərasimi keçirildi.
139


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə