N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə45/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   41   42   43   44   45   46   47   48   ...   80

bədnam düzəliş Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi
vaxtlarda qəbul edilib. Konqresmenlər, əslində, proseslərdən xəbərsiz
olduqlarını nümayiş etdiriblər, ədalətsiz qərar qəbul edərək, həqiqəti
danıblar. “Qaynar nöqtəyə” “soyuq başla” yanaşmaq əvəzinə, odun
üzərinə yanacaq atıblar. Bu yerdə Franklin Ruzveltin məşhur bir
fikrini yada salmaq yerinə düşər: “Həqiqət insanların onu axtarmaq
azadlığı olanda tapılır”. ABŞ Konqresində kimsə (məsələn, senator
Riçard Luqar kimi) həqiqət axtarışına çıxsa, dərhal erməni lobbisi
onunla mübarizəyə qalxır.
Başqa bir məqam ABŞ Konqresinin Ticarət Aktına 1974-cü ildə
etdiyi Cekson-Venik düzəlişi ilə bağlıdır. Bu düzəlişə görə, Birləşmiş
Ştatlar Azərbaycanla normal ticarət münasibətləri qura bilməz. Bu,
ümumiyyətlə, absurd bir addımdır. Birincisi, həmin düzəliş mühacirət
azadlığına məhdudiyyət qoyulmasına görə daxil edilib. Özü də
sovet dövründə yəhudilərin mühacirətinə qoyulan məhdudiyyətlərlə
bağlı qəbul olunmuşdu. Azərbaycanda isə mühacirətə heç bir
məhdudiyyət yoxdur və heç vaxt olmayıb. İkincisi, ABŞ enerji
sahəsində Azərbaycanın ən böyük tərəfdaşlarından biridir. Bir
tərəfdən öz marağına uyğun olan sahədə əməkdaşlığa heç bir
qadağa qoyulmur, digər tərəfdən isə müstəqil Azərbaycana heç
bir aidiyyəti olmayan absurd məsələyə görə normal ticarət
aparmaq yasaq edilir. ABŞ siyasəti bu daxili ziddiyyətdən hələ
də yaxa qurtara bilməyib.
1992-ci ildən dəyişməyən başqa bir məqam da var. ABŞ Konqresi
Dağlıq Qarabağdakı qanunsuz rejimə hər il milyonlarla yardım
ayırır. Hazırda həmin yardımı 2 milyondan 5 milyona qədər artırmaq
haqqında düşünürlər. ABŞ-da “Dağlıq Qarabağ Respublikasının
Ofisi” açılıb. “Ofis” Ədliyyə Nazirliyində lobbiçilik qanunu çərçivəsində
qeydiyyata alınıb. Birləşmiş Ştatlar “DQR” nümayəndələrinə Ermə-
nistan pasportu vasitəsi ilə vizalar da verir. Onlar da ABŞ-a rahat
səfər edir və oradan əliboş dönmürlər. Bu, 20 ilə yaxındır ki, ABŞ-ın
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində
vasitəçilik etməsi fonunda baş verir. ABŞ Fransa və Rusiya ilə
birlikdə ATƏT-in Minsk qrupunda həmsədrdir. Yaranmış münaqişəni
143


həll etməkdə vasitəçi olan bir dövlətin işğalçıya hər il maliyyə yar -
dımı ayırması sağlam məntiqlə izah edilən məsələ deyil. Bu, sözdə
vasitəçi olmaq anlamına gəlmirmi? Hesab edirik ki, bu sual üzərində
düşünməyə dəyər.
Bədbinliyə əsas varmı? Yoxdur, qeyd etdiyimiz ziddiyyətli mə -
qamlar müasir dövrdə geosiyasi mühitin mürəkkəbliyindən qaynaqlanır.
Hazırda dünya dövlətləri bir-birindən yüksək səviyyədə qarşılıqlı
asılılıq vəziyyətinə gəliblər. Qloballaşma beynəlxalq münasibətlər
sistemini keyfiyyətcə dəyişib. Müstəqil dövlət xarici siyasətini heç
bir maneəyə baxmadan aparmalıdır. Hər bir mürəkkəb şəraitdə öz
yolundan dönməməlidir. Təbii ki, bəzi məqamlarda taktiki addımlar,
geriçəkilmələr, manevrlər ola bilər. Lakin Bencamin Dizraelinin bir
kəlamını unutmamaq gərəkdir: “Heç zaman şikayət etməyin və
kimsəyə bir şey izah etməyin”. Bunu təkəbbür kimi qəbul etmək
yanlışlıqdır. İngilis dövlət xadimi sadəcə siyasət aparanda reallığı
həmişə nəzərə almağı, onu sakit qəbul etməyi, ancaq öz yolundan
dönməməyi tövsiyə edir. ABŞ və ya başqa bir böyük dövlət Azər-
baycana münasibətdə bir-biri ilə uyğun gəlməyən siyasi addımlar
ata bilər. Lakin Azərbaycan öz xarici siyasət kursundan heç zaman
imtina edə bilməz. Prezident İlham Əliyevin bir fikri bu aspektdə
ibrətamizdir: “...bizim əsas istiqamətimiz ondan ibarətdir ki, öz
xarici siyasi fəaliyyətimizlə qarşıya qoyduğumuz məqsədlərin
əldə olunmasına, Azərbaycanın dünya birliyindəki yerinin möh-
kəmlənməsinə, həmçinin dünya ölkələri ilə qarşılıqlı faydalı
əməkdaşlıq yolu ilə bizim iqtisadi inkişafımıza kömək edək. Bu
siyasət bu vaxta qədər həyata keçirilib və bundan sonra da
davam etdiriləcək” (3.2.1, s.20).
Beləliklə, Azərbaycanın xarici siyasətində ABŞ çox önəmli yer
tutur. Okeanın o tayında Azərbaycana da böyük diqqət vardır. ABŞ
üçün Azərbaycan Cənub Qafqazda xüsusi geostrateji əhəmiyyəti
olan ölkədir. Dövlət katibi H.Klintonun regiona 2012-ci ilin iyununda
olan rəsmi səfəri bu fikri bir daha təsdiqlədi. Xanım Klinton regional
təhlükəsizliyin təmin edilməsi üçün ABŞ-ın Azərbaycanla sıx əmək-
daşlıqda maraqlı olduğunu vurğulayıb. Amerika Azərbaycanı qlobal
144


geosiyasi məsələlərin həllində tərəfdaş kimi görür. Yaxın və Orta
Şərqdə baş verən siyasi və geosiyasi prosesləri rəsmi Bakı ilə
müzakirə edir. İki dövlət sıx tərəfdaşlıq münasibətlərini daha da ge-
nişləndirmək iradəsini nümayiş etdirib. Bakıda aparılan danışıqlarda
bu istiqamətdə ABŞ və Azərbaycanın bundan sonra hansı işləri görə
biləcəyi müzakirə edilib.
Xatırladaq ki, H.Klintonun regiona səfəri öncəsi məsələnin bu tərəfi
ilə bağlı analitiklər proqnoz verirdilər. Rusiyalı təhlilçilər hesab edirdilər
ki,  H.Klintonun səfəri böyük bir geosiyasi məkanda əks-reaksiya
doğuracaq. “The New York Times” qəzeti və “Associated Press”
agentliyi isə ABŞ dövlət katibinin Cənub Qafqaz səfərinin qlobal
geosiyasi proseslərlə bağlılığına diqqəti çəkirdi. Bu dərəcədə qlobal
məsələlərin müzakirəsini qarşısına qoyan H.Klintonun rəsmi Bakı ilə
münasibətlərin inkişaf etdirilməsi imkanlarından danışması təbiidir.
Danışıqlarda hər iki tərəf öz mövqeyini açıq ifadə edib. Yəni da-
nışıqlar bərabərhüquqlu tərəfdaşlar arasında aparılıb. ABŞ yaxşı
bilir ki, Azərbaycan müstəqil siyasət yeridir. Ona təzyiq etməyin
mənası yoxdur. Əslində, Azərbaycanla təzyiq dilində danışmaq heç
kəsə sərf etmir. Çünki ölkənin potensialı yüksək, həyata keçirdiyi la-
yihələr böyükdür. Azərbaycan regionun ən dinamik inkişaf edən
dövlətidir. Onunla yalnız bərabərhüquqlu tərəfdaş kimi danışmaq
olar. ABŞ rəsmiləri Qərb üçün prinsipial əhəmiyyəti olan yeni enerji
layihələrində Azərbaycanın çox mühüm rol oynadığını etiraf edirlər.
Məsələn, R.Morninqstar “Cənub dəhlizi” layihəsinin Azərbaycansız
reallaşmasının mümkün olmadığını qeyd edib. ABŞ bu layihəyə
önəm verdiyini bəyan edib.
Yuxarıda qeyd edilənlər ABŞ-Azərbaycan münasibətlə rinin pers-
pektivini ortaya qoyur. Fraqmentar olaraq müşahidə edilən bəzi zid-
diyyətlərə baxmayaraq, bütövlükdə, iki dövlət arasında əlaqələr
getdikcə daha da genişlənir və dərinləşir. Azərbaycan ABŞ-ın Cənub
Qafqazda tərəfdaşına çevrilir.
Qərb istiqamətində ABŞ-la yanaşı Avropa dövlətləri də Azərbaycan
üçün böyük geosiyasi əhəmiyyət kəsb edir. Azərbaycan Avropa ilə
həm Avropa İttifaqı, həm də ayrı-ayrı dövlətlərlə ikitərəfli əməkdaşlıq
145


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə