N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə42/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   38   39   40   41   42   43   44   45   ...   80

ilk səfəri bu prosesin başlanğıcı oldu. Bu səfər 1994-cü ilin sentyabrında
oldu. Həmin tarixdə BMT Baş Məclisinin 49-cu sessiyası keçirilirdi.
Sessiyadakı çıxışında Azərbaycan Prezidenti vurğuladı: “Şübhəsiz,
yeni dünya nizamının formalaşmasında aparıcı rol Birləşmiş Millətlərə
məxsusdur...” (3.5.1, s.160).
Ulu öndər çıxışının başqa hissəsində isə ABŞ, Avropa və Rusiyanın
dünya siyasətində oynadıqları böyük rolu vurğulamışdı. Xüsusilə,
Dağlıq Qarabağ məsələsinin həllində Qərblə Rusiya arasındakı fikir
ayrılığına baxmayaraq, ortaq mövqeyə gəlinməsi imkanlarının tü-
kənmədiyini demişdi. Heydər Əliyevin bu fikirlərlə yanaşı, BMT-
nin dünyanın yeni geosiyasi mənzərəsinin formalaşmasında aparıcı
rol oynadığını vurğulaması Azərbaycanın xarici siyasətinin çox
mühüm cəhətinə işarə idi. Yəni Azərbaycan hər bir böyük geosiyasi
güclə əlaqələrini inkişaf etdirməkdə maraqlıdır, lakin beynəlxalq
münasibətlərin tənzimlənməsi prosesi ayrı-ayrı dövlətlərin deyil,
BMT-nin ixtiyarında olmalıdır. Eyni zamanda, Azərbaycan xarici si-
yasətində Qərb istiqamətini prioritet kimi qəbul edirsə, bu o demək
deyil ki, taleyini ABŞ və Avropaya tapşırmaq fikrindədir. Yəni Azər-
baycan Rusiya ilə yaxın əməkdaşlıqda maraqlıdır, lakin ondan asılı
olmaq da istəmir.
Heydər Əliyevin bu cür kurs seçməsinin arxasında iki amil
dururdu. Birincisi, Azərbaycan dünyanın böyük güclərinin toqquşma
meydanına çevrilməməlidir. Əksinə, dünyanın qüdrətli dövlətləri
məhz Azərbaycanda əməkdaşlıq imkanı qazanmalıdırlar. İkincisi,
Azərbaycan hər hansı geosiyasi gücün təsiri altına düşməmək üçün
“çevik alyanslar” xətti seçməlidir. “Çevik alyanslar” həm ölkəni
qlobal güc qütblərinin məngənəsindən kənara çəkir, həm də sürətlə
dəyişən situasiyalarda dövlətin maraqlarına uyğun mövqe seçmək
imkanı verir.
Bu kurs Azərbaycanın hər hansı bir geosiyasi güc qarşısında
öhdəlik götürməsinə rəvac vermir. Həmin kontekstdə Rusiya Postsənaye
Cəmiyyətinin Tədqiqi Mərkəzinin direktoru Vladislav İnozemtsevin
bir qiymətləndirməsi maraqlı görünür. Rusiyalı professor yazır:
“Azərbaycan özünün “lazımi zamanda və lazımi yerdə” olduğunu
göstərən yeganə kiçik dövlətdir. Onun indiki və gələcək liderləri
134


böyük islahatçılara çevrilirlər. Azərbaycanın Sinqapur və ya
Tayvanın Qafqazdakı ekvivalenti olmaq üçün bütün şansları vardır”
(3.5.2, s.70).
Qeyd etmək lazımdır ki, Vladislav İnozemtsev gənc olmasına
baxmayaraq (o, 1968-ci ildə anadan olub), artıq maraqlı geosiyasi
nəzəriyyənin müəllifidir (“parçalanmış sivilizasiya” nəzəriyyəsi,
bax: 3.5.3) və “postsənaye (informasiya) cəmiyyəti” konsepsiyasının
müəllifi, ABŞ sosioloqu Daniel Böllə birgə kitab yazıb (3.5.4). Ma-
raqlıdır ki, D.Böll özünü “iqtisadiyyatda sosialist, siyasətdə liberal
və mədəniyyətdə mühafizəkar” adlandırıb. O, 2011-ci ildə 93 yaşında
Kembricdə vəfat edib. D.Böll hesab edir ki, qloballaşma mərhələsində
geosiyasət yeni məzmun kəsb edir. Ayrı-ayrı dövlət və regionların
dünyada rolunu, onların coğrafi mövqeyinin müsbət və mənfi
cəhətlərini maddi tərəqqi müəyyən edir. Maddi tərəqqini texnologi-
yaların intensiv və geniş yayılması şərtləndirir (3.5.4, s.12). Deməli,
V.İnozemtsev Azərbaycanı “lazımi zamanda və lazımi yerdə ola
bilən” ölkə kimi sözgəlişi xarakterizə etmir. O, problemə müasir
geosiyasi konsepsiyaların meyarları prizmasından yanaşır və təhlil
edərək nəticə çıxarır. D.Böllün yuxarıda misal gətirdiyimiz fikrinə
əsaslansaq, Azərbaycanın qloballaşma dövründə uğurlu xarici siyasət
apardığını deyə bilərik. Onun yaradıcısı isə Heydər Əliyevdir.
Azərbaycanın ABŞ və Avropa siyasətinin məzmununa qlobal
miqyasda ciddi təsir göstərən bir amili vurğulamağa ehtiyac vardır.
Tanınmış siyasətşünas və dövlət xadimi 
Zbiqnev Bjezinski Azər-
baycanı Avrasiyanın ən mühüm “geosiyasi dayaq nöqtələrindən
biri” kimi qiymətləndirib (3.3.1). Z.Bjezinskinin geosiyasi konsep-
siyasında “geosiyasi dayaq nöqtələri” ABŞ-ın əsas geosiyasi rəqiblərinə
təsiretmə “nöqtələri” funksiyasını yerinə yetirməlidir. Məsələn,
Türkiyə və ya Azərbaycan ABŞ-ın Rusiya siyasətində Qafqaz məka-
nında “dayaq nöqtəsi” funksiyasını yerinə yetirə bilər. Burada bir
növ konkret ölkənin başqasına təsir vasitəsi kimi istifadəsi məqsədi
vardır.
Azərbaycan məhz bu funksiyanı qəbul etməyən müstəqil dövlətdir.
Onun xarici siyasətinin “çevik alyanslar” formalaşdırmaq cəhəti və
135


böyük dövlətlərə deyil, beynəlxalq təşkilatlara (əsasən BMT-yə)
istinad etməsi həmin məqsədin reallaşdırılmasına xidmət edir. Bu
siyasət Azərbaycanı hər hansı bir böyük dövlətin aləti olmadan
Cənub Qafqazın liderinə və qlobal miqyasda geosiyasi oyunçuya
çevirib. Prezident İlham Əliyevin aşağıdakı fikri dövlətimizin həmin
mövqeyini lakonik ifadə edir: “Azərbaycan heç vaxt özünün bəzi
qonşuları kimi dəyişən geosiyasi kart olmayıb və olmayacaq da”
(3.2.1, s.20).
Obrazlı desək, Azərbaycan Avrasiyanın “geosiyasi dayaq nöqtəsi”
ölkəsindən, bu məkanın geosiyasi oyunçusu statusuna transformasiya
edə bilmişdir. Bunu Azərbaycanın müstəqilliyin 21 ilində əldə etdiyi
ən böyük uğuru kimi qəbul etmək gərəkdir. Ölkəmizin ABŞ və
Avropa istiqamətində yeritdiyi siyasətin məzmununa bu uğurun
işığında baxmağı daha konstruktiv hesab edirik.
ABŞ-Azərbaycan münasibətlərinin inkişafında Heydər Əliyevin
1997-ci ilin yayında bu ölkəyə etdiyi ilk rəsmi səfərin böyük rolu
oldu. Hələ 1994-cü ildə Heydər Əliyev BMT Baş Məclisinin 49-cu
sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olarkən ABŞ Prezidenti
Bill Klintonla görüşmüşdü. Həmin görüşdə Heydər Əliyev Azərbaycan
haqqında geniş məlumat vermiş, regionda sülhün bərpa olunması,
təhlükəsizliyin təmin edilməsi ilə bağlı Azərbaycan rəhbərliyinin
mövqeyini çatdırmışdı. Onda ABŞ Prezidenti Heydər Əliyevin arqu-
mentlərini yüksək qiymətləndirmiş və iki ölkə arasında əməkdaşlığın
perspektivinə inandığını ifadə etmişdi. B.Klinton “Əsrin müqaviləsi”nin
böyük tarixi hadisə olduğunu vurğulamışdı.
1997-ci ildə isə artıq iki dövlət arasındakı münasibətlər konkret
məzmun kəsb etməyə başladı. ABŞ Prezidenti B.Klinton Azərbaycanla
münasibətlərdə üç aspektə daha çox önəm verdiklərini bildirdi.
Bunlar regionda sülh və təhlükəsizliyin təmini, Azərbaycanın suve-
renliyinin qorunması və ərazi bütövlüyünün bərpası və demokratiyanın
inkişafı məsələləri idi. B.Klinton bu məsələlərə diqqət yetirməsinin
səbəbini Azərbaycanın böyük strateji əhəmiyyəti olan regionda yer-
ləşməsi, inkişafda uğurlar qazanması və davamlı sabitliyə nail olmaq
136


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə