N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə47/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   43   44   45   46   47   48   49   50   ...   80

qələrin inkişaf etdirilməsinə aid konkret addımlar 2005-ci ilin
martında Azərbaycanın hesabatı əsasında müəyyənləşdirildi (3.5.14).
Həmin hesabata uyğun olaraq, AQS çərçivəsində Azərbaycan-Aİ
fəaliyyət planı tərtib edildi. Plan müzakirədən sonra 2006-cı ildə
qəbul edildi (3.5.15). Bu sənədlərdən irəli gələn məqsədlərə nail
olmaq zərurəti ölkənin 2007-2013-cü illəri əhatə edən strategiyası
haqqında sənəddə əks olunub (3.5.16).
Fəaliyyət Planı çərçivəsində demokratikləşmə, insan haqları, yox-
sulluğun azaldılması, münaqişələrin həlli və başqa məsələlərə diqqət
yetirilmişdir. 2012-ci ildə planın müzakirəsindən sonra Aİ-yə assosiativ
üzvlüyə dair danışıqlara hazırlıqla bağlı razılığa gəlinmişdir. Bununla
Azərbaycan-Aİ münasibətlərində yeni bir mərhələ başlamış olur.
Azərbaycan-Avropa İttifaqı münasibətlərinə aid bir neçə sənədi
təsadüfən nəzərdən keçirmədik. Burada əsas məqsəd Azərbaycanın
Avropa istiqamətində siyasətinin təkamülü və əməkdaşlıq sahələri
haqqında konkret təsəvvür yaratmaqdır. Məsələ ondan ibarətdir ki,
yuxarıda qeyd etdiyimiz sənədlər Azərbaycanın düzgün xarici siyasət
kursunun birbaşa bəhrələridir. Əgər ölkəmiz Avropa istiqamətində
doğru siyasət yeritməsəydi, həmin nəticələri əldə etmək mümkün
deyildi. Onu nəzərə alaq ki, Azərbaycan-Avropa əlaqələri mürəkkəb
bir tarixi dövrdə start götürdü. Bu əlaqələri bir neçə mərhələyə
bölmək olar.
Birinci mərhələ 1991-1993-cü illəri əhatə edir. Bu illərdə Azər-
baycan-Avropa əlaqələri daha çox birinin digərinə maliyyə və ərzaq
yardımı etməsi ilə xarakterizə olunur. Yuxarıdakı sənədlərin qısa
məzmunundan da görünür ki, həmin dövrdə Azərbaycan bir növ
“yardım üçün xahiş edən dövlət” vəziyyətində idi. Müstəqil dövlət
qurmağı qarşısına məqsəd qoymuş bir ölkə üçün belə mövqe qətiyyən
qəbuledilməzdir. Əsas səbəb isə Azərbaycanın düşünülmüş və reallığı
nəzərə alan xarici siyasət kursunun müəyyənləşdirilməməsi idi.
Əvvəlcə  A.Mütəllibov, sonra isə Ə.Elçibəy hakimiyyəti sistemli
və balanslaşdırılmış xarici siyasət kursu hazırlaya bilmədilər. Nəticədə,
Azərbaycan Avropa istiqamətində bəzi səhvlərə yol verdi. Avropanın
149


böyük dövlətlərindən olan İngiltərə, Fransa və Almaniya ilə normal
əlaqələr qurulmadı. Həmin illərdə Azərbaycan Qərbdən müxtəlif sə-
viyyələrdə təzyiqlərə məruz qaldı. Ən çox narahatlıq doğuran isə o
idi ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə baxmayaraq
beynəlxalq aləm təcavüzkarı müdafiə edirdi. Azərbaycan öz mövqeyini
dünyaya çatdıra bilmirdi. Xarici siyasət sahəsində ardıcıllıq, vahid
konsepsiya və başqa dövlət orqanları ilə koordinasiyalı hərəkət yox
dərəcəsində idi.
Azərbaycanın ozamankı rəhbərliyinin Dağlıq Qarabağla bağlı ye-
ritdiyi siyasətlə xarici işlər naziri T.Qasımovun bu məsələnin həlli
yolu haqqındakı mövqeyi bir-birinə uyğun gəlmirdi. Bundan istifadə
edən ABŞ və Avropa Azərbaycana hərbi əməliyyatları təcili dayan-
dırması üçün müxtəlif təsirlər etdilər. Azərbaycanın xarici siyasətinin
sistemsizliyi və qeyri-ardıcıllığı ölkəni 1993-cü ilin əvvəlində çox
ağır vəziyyətə gətirib çıxardı.
ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT adlandırıldı) vasitəçilik
fəaliyyəti tamamilə səmərəsiz idi. 1992-ci ilin martında yaradılmış
Minsk qrupunda isə bir qeyri-müəyyənlik var idi. Minsk qrupuna
həmsədrlik məsələsi Ermənistan və onun havadarlarının qeyri-kons-
truktiv mövqeyi ucbatından həll edilmirdi. Bu məsələ yalnız 1997-ci
ildə həllini tapdı – ABŞ, Fransa və Rusiya Minsk qrupuna həmsədr
seçildilər. 1991-1993-cü illərin birinci yarısında ATƏM-in müna-
qişənin həlli ilə bağlı mövqeyi hiss edilmirdi. 1992-ci ilin martında
təşkilatın Dağlıq Qarabağla bağlı keçirdiyi iclasın yekun sənədində
Ermənistan və Azərbaycana çağırışdan başqa bir təsirli maddə yox
idi (bax: 3.5.17).
Azərbaycanın xarici siyasətindəki bu cür qarışıqlıqlar 1993-cü
ilin ikinci yarısına qədər davam etdi. Həmin vaxtdan Ulu öndər
Heydər Əliyev Avropanın böyük dövlətləri ilə ikitərəfli münasibətləri
qurmağa başladı. Bu dövr Azərbaycanın Avropa siyasətində ikinci
mərhələ hesab edilə bilər. Fransa və Böyük Britaniyaya edilən
səfərlərdə Azərbaycan Prezidenti çox uğurlu danışıqlar apardı. Həmin
səfərlərdən sonra Azərbaycan “Əsrin müqaviləsi”ni imzalamaqla
diplomatik fəaliyyətdə güclü arqument əldə etdi.
150


Artıq Heydər Əliyev avropalı siyasətçilərlə görüşə əlinin altında
güclü və hərtərəfli hazırlanmış “neft strategiyası” ilə gedə bilərdi.
Paralel olaraq, Heydər Əliyev ABŞ-la münasibətlərini Avropa siyasəti
ilə uyğun şəkildə formalaşdırırdı. Məhz bu diplomatik fəallıq və
ustalıq nəticəsində ATƏT-in Minsk qrupuna həmsədr dövlətlər olaraq
yalnız Fransa və Rusiya deyil, həm də ABŞ seçildi.
1994-cü ilin payızından Azərbaycan-Avropa münasibət 
lərində
keyfiyyət dəyişikliyi başladı. Lakin o dövrdə münasibətlər daha çox
Aİ-nin müxtəlif proqramlarında iştirakla məhdudlaşırdı. 1995-ci ildə
Azərbaycanda növbəti dövlət çevrilişinin qarşısı alınandan sonra isə
situasiya xeyli aydınlaşdı. Azərbaycan TACİS proqramı çərçivəsində
daha geniş əməkdaşlıq qurmağa başladı. Bu mərhələdə Azərbaycan
xarici siyasətinin bir cəhəti də özünü göstərdi. Heydər Əliyev Aİ-nin
bütün proqramlarına Azərbaycanda inzibati, ictimai, demokratik is-
lahatların aparılmasına dəstək verilməsi şərti ilə qoşulurdu. Həmin
şərtlər sırasında Azərbaycanda dövlət orqanlarının səmərəli fəaliyyəti,
idarəetmənin təkmilləşdirilməsi məsələləri də yer alırdı.
Bununla da Azərbaycan iki hədəfinə birdən çatmaq strategiyasını
ortaya qoydu. Birincisi, Avropanın zəngin təcrübəsi və təkmil
idarəetmə sistemini öyrənib Azərbaycan şəraitinə uyğunlaşdırmaq
imkanı əldə edildi. Bu, Azərbaycanda müstəqil və demokratik dövlət
quruculuğu üçün çox vacib idi. İkincisi, Qərb əmin oldu ki, Azər-
baycanın inkişaf strategiyası Avropaya, Avro-Atlantik məkana in-
teqrasiyadan ibarətdir. Azərbaycan tərəfinin həmin dövrdə geniş
diplomatik fəaliyyətinin ən mühüm nəticəsi TƏS-in imzalanması
oldu (1996-cı il). Bununla tərəflər arasında münasibətlərin konkret
istiqaməti və məzmunu müəyyən edildi.
Azərbaycan-Avropa münasibətlərinin ikinci mərhələsinin məz-
mununu müəyyən edən yalnız ölkəmizin xarici siyasətinin ümumi
ruhu və detalları deyildi. Bu münasibətlər həm də Aİ-nin struktur və
funksional özəllikləri ilə sərhədlənirdi. Aİ o dövrdə inteqrasiya
böhranı keçirirdi. Qurumda bəzi dövlətlər daha yüksək səviyyədə
birləşməyi vacib sayırdılar. Aİ-də dövlətüstü universal idarəetmə
mexanizmlərinin tətbiqi məsələsi gündəmə gəlmişdi. Aİ beynəlxalq
151


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə