Kitabda XX əsrin əsas geosiyasi konsepsiyalarının ideya təkamülü
nəzərdən keçirilir və ümummilli lider Heydər Əliyevin formalaşdırdığı
xarici siyasət kursu qlobal və regional dəyişikliklər kontekstində təhlil
edilir. “Sərt güc” konsepsiyasından “yumşaq güc” anlayışına keçidin siyasi
və geosiyasi xüsusiyyətləri dəqiqləşdirilir. Azərbaycanın
xarici siyasətinin
əsas istiqamətləri və prioritetləri yeni dünya nizamına keçid aspektində
analiz edilir. Balanslaşdırılmış siyasətin mahiyyəti güclü dövlət quruculuğu
və regional lider statusu arasındakı sıx əlaqə müstəvisində təqdim olunur.
Xarici siyasətin transformasiyası Azərbaycanın modernləşməsi kursunun
mərhələləri ilə əlaqəli şəkildə verilir. Müasir tarixi mərhələdə “yumşaq
güc” siyasətinin formalaşmasının müxtəlif aspektləri araşdırılır.
Bu prosesin
fonunda xarici siyasətdə müdafiə mövqeyindən hücum strategiyasına keçid
mexanizmi tədqiq olunur.
Kitab tələbələr, doktorantlar, ali məktəb müəllimləri,
beynəlxalq müna-
sibətlər problemlərini öyrənən tədqiqatçılar, habelə geniş oxucu auditoriyası
üçün nəzərdə tutulmuşdur.
MÜNDƏRİCAT
Giriş .......................................................................................................11
Metodoloji qeydlər ...............................................................................14
I Fəsil. GEOSİYASİ KONSEPSİYALARIN İDEYA
TRANSFORMASİYALARI
1.1. Müasir tarixi dövrün çağırışları.......................................................16
1.2. Geosiyasətdə ideya transformasiyaları: “sərt güc”dən
“yumşaq güc”ə keçid..............................................................................23
1.3. Güclü dövlətin təşəkkülü: sabit cəmiyyət və dinamik
xarici siyasət...........................................................................................39
Nəzəri ümumiləşdirmələr .......................................................................55
II Fəsil. XARİCİ SİYASƏTİN ÜFÜQLƏRİ:
PRİORİTET İSTİQAMƏTLƏRİN UZLAŞMA SAHƏSİ
2.1. Dünyanın “ikiqütblülük”dən “birqütblülü”yə keçidi:
yeni balanslaşma modeli axtarışında .....................................................58
2.2. Risklər və böhranlar: çevik xarici siyasət .......................................63
2.3. Uçurumun kənarından qayıdış:
yeni xarici siyasət kursunun
yüksəlişi..................................................................................................70
Nəzəri ümumiləşdirmələr .......................................................................93
III Fəsil. GÜCLÜ DÖVLƏT KONSEPTİ VƏ
REGİONAL LİDERLİK
3.1. Müasir xarici siyasətə aid bəzi qeydlər ...........................................96
3.2.Xarici siyasətin əsas istiqamətləri: aşırımlı yollarla zirvəyə
doğru.......................................................................................................101
3.3. Regionun “böyük üçbucağı” və Heydər Əliyevin siyasi
balans modeli..........................................................................................110
3.4. Gürcüstan və Ermənistan: bir paradoksdan iki çıxış yolu...............123
3.5. ABŞ və Avropa: Qərb istiqamətində diplomatik fəallıq..................132
3.6. Uzaq Şərq: müdrikliklə ehtiyatlılığın yanaşı durduğu məkan.........158
Nəzəri ümumiləşdirmələr .......................................................................169
9