N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə41/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   37   38   39   40   41   42   43   44   ...   80

nəyi ifa də edir? Belə bir şəraitdə Azərbaycan regional xarici siya -
sətində hansı məqamlara üstünlük verməlidir? Bu suallara cavab
tapmaq çox vacibdir.
Görünür, beynəlxalq təşkilatların Cənub Qafqazda münaqişələri
həll edə bilməməsi böyük geosiyasi güclərin hələ bölgədə öz
maraqlarını hər şeydən üstün tutması ilə bağlıdır. Belə isə ya
beynəlxalq təşkilatların fəaliyyət mexanizmlərində islahatlar aparılmalı,
ya da böyük geosiyasi güclər ortaq qərara gəlməlidirlər. Bunlardan
heç biri hələlik baş vermədiyindən, Cənub Qafqazda inteqrativ qu-
rumların səmərəli fəaliyyətindən danışa bilmirik. Ona görə də, Azər-
baycan xarici siyasətində özünün imkanlarına üstünlük vermək məc-
buriyyətindədir. Həmin sırada Azərbaycan region dövlətlərinin daxil
olduğu müxtəlif təşkilatların formalaşmasına diqqət yetirir.
İndiyə qədər Cənub Qafqaz ölkələrinin daxil olduğu bir neçə
inteqrativ model təklif edilib. “Ümumi Qafqaz evi”, “Ümumi Qafqaz
bazarı”, “Cənub Qafqaz Ştatları Birliyi”, “Qafqaz evi” və s. Bu mo-
dellərdə iştirakçı dövlətlərin sayı ikidən (Azərbaycan və Gürcüstan)
səkkizə qədər (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya,
İran, ABŞ və Avropa İttifaqı) dəyişir. “Qafqaz dördlüyü” deyilən
model (Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan) MDB çərçivəsində
fəaliyyət göstərir. Bu model münaqişələrin həlli üçün yaradılıb, ancaq
heç bir effekti yoxdur. 1999-cu ildə ATƏT-in İstanbul sammitində
3+3+2 (Azərbaycan, Gürcüstan, Ermənistan+Rusiya, Türkiyə, İran+ABŞ
və Avropa İttifaqı) modeli təklif edildi, ancaq həyata keçmədi.
Rusiyanın xarici işlər naziri S.Lavrov Türkiyənin təklif etdiyi “Qafqaz
evi” modelinin konkret məzmuna malik olmadığını bildirib.
Göründüyü kimi, Qafqazda inteqrasiya ilə bağlı təklif edilən mo-
dellərdən heç biri hələ reallaşmayıb. Bizcə, bunun iki mühüm səbəbi
var. Birinci səbəb bölgədə münaqişələrin həll edilməməsidir. İkincisi
isə təklif edilən modellərdə yerli ölkələrdən çox, böyük geosiyasi
güclərin maraqlarının nəzərə alınmasıdır. Hər iki amil bütövlükdə
vəziyyəti qeyri-müəyyən edir. Azərbaycan regional siyasətində həmin
amilləri ciddi surətdə nəzərə alır. Onların mənfi təsirini minimuma
131


endirmək üçün enerji və “açıq qapı” siyasətindən istifadə edir. Azər-
baycan rəhbərliyi xarici şirkətlərin ölkə iqtisadiyyatına sərmayə
qoyması üçün əlverişli şərait yaradır. Onun müsbət nəticələri özünü
göstərmişdir. Həmin məqamlarla bağlı növbəti fəsillərdə geniş təhlil
aparacağıq. Burada isə bəhs edək ki, Azərbaycan regional siyasətində
yuxarıda qeyd etdiyimiz bütün amilləri nəzərə alaraq, onların balansını
yaratmağa çalışır.
Beləliklə, regionda yaranan durum bütövlükdə cərəyan edən pro-
seslərin qarşıdurmaya aparmasına imkan vermir. Təbii ki, bu cür
modeldə qeyri-müəyyənlik yaradan elementlər qalır, lakin onların
tam aradan qaldırılması regionun bir dövlətinin imkanı xaricindədir.
Burada əsas olan iki prinsipdir. Əvvələn, müxtəlif geosiyasi alyanslar
arasında çevik manevrlər etmək imkanını saxlamaq. İkincisi, Azər-
baycanı bu alyanslardan heç birinin təsiri altına salmamaq. Dövlətimizin
müstəqillik illərində yeritdiyi regional xarici siyasətin mahiyyətində
bu iki prinsip həmişə mühüm yer tutmuşdur. Gürcüstanla strateji tə-
rəfdaşlıq edərək, Ermənistanın təcavüzünün nəticələrini aradan qal-
dırmaqla ərazi bütövlüyünü təmin etmək xətti məhz bu prinsipə
əsasən ardıcıl olaraq yeridilir. Buradan Azərbaycanın xarici siyasətinin
üçüncü səviyyəsi adlandırdığımız və çox vacib sayılan ABŞ və Av -
ropa ilə əlaqələrə çıxış vardır. 
3.5. ABŞ və Avropa: Qərb istiqamətində 
diplomatik fəallıq
Amerika və Avropa hazırda dünya siyasətində aparıcı rol oynayan
geosiyasi güclərdir. Avropa hələlik tam mənası ilə müstəqil qüvvə
kimi çıxış edə bilmir – ABŞ-ın ona təsiri böyükdür. Lakin Avropa
İttifaqı Maastrixt (1992-ci il) və Amsterdam (1997-ci il) sazişlərindən
sonra qlobal miqyasda müstəqil güc kimi çıxış etmək kursunu
götürüb. Son illərin böhranı onun qarşısını hiss ediləcək dərəcədə
kəsdi.
132


Dünya ictimaiyyəti Aİ-ni həmişə ABŞ-ın yanında görməyə adət
edib. ABŞ və Avropa istiqamətləri bu baxımdan çox məqamlarda
bir-birindən ayrı təsəvvür edilmir. Nəzərə almaq lazımdır ki, ABŞ-ın
beynəlxalq təşkilatlarda təsiri o qədər güclüdür ki, onunla münasibətlərə
bir qədər geniş spektrdə baxmaq lazım gəlir. Yəni ABŞ-ı yalnız
dövlət olaraq yox, həm də dünyanın bütün guşələrinə müxtəlif təşki -
latlar vasitəsi ilə “qolları uzanan” nəhəng qüvvə kimi qəbul etmək
gərəkdir. BMT, NATO, Aİ, ATƏT və başqa qurumlarda Vaşinqtonun
sözünü dinləyirlər.
Azərbaycanın xarici siyasətində ABŞ və Avropa istiqaməti priori-
tetlərdən biridir. Keçən əsrin 90-cı illərinin əvvəllərindən Amerika
və Avropanın postsovet məkanına, o cümlədən Cənub Qafqaza təsiri
çox güclü olub. Xüsusilə, ABŞ daha fəal və təsiredici siyasət yeridib.
Onu nəzərə alaq ki, sosialist düşərgəsinin dağılmasında Qərbin əsas
rol oynaması ideyası, müstəqilliyini yeni əldə etmiş ölkələrin üzünü
avtomatik olaraq ABŞ və Avropaya tərəf çevirməsini şərtləndirirdi.
Azadlıq, demokratiya, insan haqları kimi dəyərlərin təbliğatçısı Qərb
dövlətləri idi. Əsas amillər isə ABŞ və Avropa ölkə lərinin iqtisadi və
hərbi qüdrətə malik olmasından ibarətdir. Dünya siyasətində heç bir
məsələ Qərbin iştirakı olmadan həll edilmir. Ona görə də, postsovet
məkanı ölkələri də xa ri ci siyasətlərində Qərb amilini böyük ölçüdə
nəzərə almalı idilər.
1992-ci ildə ABŞ-ın dövlət katibi Ceyms Beyker Bakıya səfər
etdi. O, iki ölkə arasında rəsmi münasibətlər yaratmaq məqsədi ilə
gəlmişdi. Həmin ilin martında isə ABŞ Bakıda səfirliyini açdı.
Bundan sonra davamlı əlaqələr yarandı. Lakin ovaxtkı Azərbaycan
rəhbərliyi əməkdaşlığı yüksək səviyyəyə qaldıra bilmədi. 1992-ci
ilin oktyabrında isə ABŞ Konqresi “Azadlığa Dəstək Aktı”na “907-ci
düzəliş” deyilən sənəd qəbul etdi. Bununla Azərbaycanın ABŞ siyasəti
ciddi zərbə aldı. Aydın görünürdü ki, Azərbaycan Qərb istiqamətində
xarici siyasətinə düzəlişlər etməlidir. Bunu Heydər Əliyev edə bildi.
1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanın ABŞ
siyasəti praqmatik xarakter almağa başladı. Heydər Əliyevin ABŞ-a
133


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə