N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə59/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   55   56   57   58   59   60   61   62   ...   80

mühüm şərtlərindən biridir. İctimai təşkilatların yaradılması təkcə
ölkədaxili şərtlərdən qaynaqlanan proses deyil. Çünki həmin təşkilatlar
xarici dövlətlərdəki müvafiq qurumlarla daim qarşılıqlı əlaqədə olur.
Onların arasında təcrübə, bilik, informasiya və başqa növ mübadilələr
aparılır. Lakin bu prosesin Azərbaycanın milli maraqlarına uyğun
gəlməyən tendensiyaya çevrilməsinə imkan verilməməlidir. Çünki
demokratikləşmə antimilli olmaq, vətəndaşı olduğun dövləti zəiflətmək
mənasını vermir. Əksinə, demokratiya və liberalizmin banilərindən
sayılan  C.Lokk və  İ.Kant vətəndaşların cəmiyyətin qanunlarına
mütləq əməl etməsi şərtini çox vacib sayırdılar. Onların fikirlərinə
görə, vətəndaş qanunlara, ictimai qaydalara əməl etməyin əhəmiyyətini
dərk etmədikdə, demokratik qaydaların bərqərar olması mümkünsüz
olur.
Bəziləri problemin bu tərəfini qəbul etmək istəmir və özbaşınalığı
demokratiya kimi anlayırlar. Özbaşınalıq olan yerdə hərc-mərclik
olar. Demokratiya isə hər şeydən öncə vətəndaş məsuliyyəti de-
məkdir. Məsələnin bu aspekti müasir Azərbaycan filosoflarının əsər-
lərində təhlil edilmişdir. Deməli, yuxarıda qeyd etdiyimiz problemin
başqa tərəfi xarici ölkələrlə qarşılıqlı əlaqələrə bağlıdır.
İkincisi, hər bir müstəqil dövlət beynəlxalq aləmdə özü üçün
əlverişli mühit formalaşdırmağa çalışır. Azərbaycan plüralistik de-
mokratiyanın inkişafı istiqamətində dünyanın müxtəlif ölkələri ilə
qarşılıqlı əlaqələri qurarkən, bu məqamı nəzərə alır. Bir tərəfdən,
ölkədə formalaşan ictimai qurumların beynəlxalq aləmə çıxışını
asanlaşdırır, müvafiq qanuni mühit yaradır. Digər tərəfdən isə,
kənardan ola biləcək dağıdıcı təsirləri aradan qaldırır.
Xarici siyasi-diplomatik fəaliyyətdə bu məqam ciddi yer tutmalıdır.
Çünki yuxarıda vurğuladığımız kimi, müxtəlif adlarla beynəlxalq
əlaqə kanallarından istifadə edərək, dövlətin əleyhinə çalışanlar az
deyil. İlk baxışdan demokratik görünən, insan haqlarının müdafiəsi
mənasını verən elə layihələri həyata keçirmək istəyirlər ki, nəticəsi
ölkənin təh lükəsizliyi, mənəvi-əxlaqi inkişafı üçün çox ağır ola bilir.
Bir neçə il bundan əvvəl Azərbaycan ordusunun hərbi sirlərini
KİV-ə ötürməyə, əsgərlərimizin mənəvi durumunu pozmağa və xalq-
185


ordu ziddiyyəti yaratmağa çalışanlar da oldu. Hərbi hissələrdə
müxtəlif səbəblərdən baş verən faciəli hadisələri anti-Azərbaycan
kampaniyası yaratmaq üçün qərəzli üsulla təqdim etməyə çalışdılar.
2008-2012-ci illər Azərbaycan mətbuatında bununla bağlı xeyli mə-
lumatlar dərc olunub. Düşündürücü hal ondan ibarətdir ki, bu
kampaniyanı Azərbaycanda fəaliyyət göstərən bəzi QHT-lər aparırdı.
Əslində, xaricdəki bəzi qüvvələr onların vasitəsi ilə ordunu xalqa
qarşı qoymağa çalışırdılar. İctimaiyyət və dövlət orqanları bu pozucu
fəaliyyəti zərərsizləşdirə bildi. Əks halda, Azərbaycanda nələr ola bi-
ləcəyini təsəvvür etmək çətin deyil. Təbii ki, QHT-lər yuxarıda təsvir
etdiyimiz istiqamətdə fəaliyyət göstərirsə, bunun demokratiyaya və
söz azadlığına heç bir aidiyyəti yoxdur. Xarici siyasət bu kimi fəaliy-
yətlərin kənardakı mənbəyini müəyyənləşdirib ifşa etməlidir.
Başqa misal olaraq, “siyasi məhbus” və insan haqları ilə bağlı
aparılan bir sıra kampaniyaları göstərə bilərik. Bu məsələlərin
dərinliyinə varmadan onu deyək ki, beynəlxalq qurumların həmin
proseslərdən istifadə edərək, Azərbaycana nə qədər təzyiqlər etməyə
çalışdıqları unudulmayıb. AŞPA-da bununla bağlı xeyli debatlar
oldu. Azərbaycanın diplomatik fəaliyyəti bu kimi cəhdləri puça
çıxardı. Əgər həmin prosesin qarşısı alınmasaydı, Azərbaycanda de-
mokratiyadan əsər-əlamət qalmazdı. Ölkəni özbaşınalıq, qanunsuzluq
və hərc-mərclik bürüyərdi. Bu da Azərbaycanı müstəqil dövlət kimi
qısqananların dəyirmanına su tökmək demək olardı.
Azərbaycan beynəlxalq qurumlarda özünün hökumət və qeyri-
hökumət təşkilatlarının iştirakını təmin etmək istiqamətində fəallıq
göstərir. Həmin istiqamətdə qarşılıqlı təmaslar genişləndikcə və
ortaq layihələr reallaşdıqca, Azərbaycan həqiqətləri dünyaya məlum
olur. Eyni zamanda, yerli şəraitə uyğunlaşdırmaqla, beynəlxalq
təcrübəni Azərbaycanda yaymaq imkanı yaranır. Demokratik cəmiyyətin
formalaşdırılması üçün bunlar olduqca vacibdir.
Azərbaycan təşkilatlarının insan haqları və gənclərin ictimai fəallığı
sahələrində xarici qurumlarla əməkdaşlığı bir çox məsələlərə də
aydınlıq gətirir. Azərbaycanın diplomatik korpusları bu prosesdə
yaxından iştirak edir. Məsələn, azərbaycanlı gənclərin İslam Əməkdaşlıq
186


Təşkilatı (İƏT) çərçivəsində fəallığı, Avropanın bir çox qurumları ilə
əlaqələrin genişlənməsi demokratik mühitin inkişafına böyük köməklik
edir. Bu cür qarşılıqlı əlaqələrin genişlənməsi Azərbaycan xarici
siyasət idarəsinin birbaşa fəaliyyəti ilə bağlıdır.
Bütövlükdə, Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarda
ölkənin mənfi imicinin yaradılmasına qarşı mübarizə əsas yerlərdən
birini tutur. Əsassız ittihamlarla Azərbaycana qarşı sənədlər hazırlayıb,
burada pozucu fəaliyyət göstərmək istəyənlərin qarşısını ilk növbədə
diplomatik addımlarla almaq lazımdır. Azərbaycanda “Avroviziya”
beynəlxalq mahnı müsabiqəsi keçirilən ərəfədə AŞPA-da bəzi qruplar
anti-Azərbaycan kampaniyası təşkil etməyə çalışdılar. Onlar Azər-
baycanda insan haqları və “siyasi məhbus” məsələsi ilə bağlı əsassız
ittihamlar yaymağa başladılar, ölkədə monitorinqlər keçirmək
iddiasında oldular. Azərbaycan diplomatiyası bunların qarşısını qə-
tiyyətlə aldı.
Aydındır ki, Azərbaycan haqqında mənfi təsəvvür yaradanlar
ölkədə demokratiyanın inkişaf etmədiyini nümayiş etdirmək istəyirlər.
Azərbaycan xalqının ümumiyyətlə, demokratik təbiətə malik olmadığı
təəssüratını yaratmağa çalışırlar. Burada isə əsas məqsəd Azərbaycanda
bütövlükdə demokratik dövlətin yaranmayacağını beyinlərə yeritməkdir.
Aydın olur ki, bu kimi təxribatçı hərəkətlərin arxasında, həmçinin,
Dağlıq Qarabağı Azərbaycandan qoparmaq niyyətləri durur. Guya
ermənilərin haqlarını Azərbaycan dövlət və cəmiyyət olaraq təmin
edə bilməz. Ona görə də, “mədəni” ermənilər “vəhşi” azərbaycanlılarla
bir dövlətdə yaşamalı deyillər.
Bu müqayisələr aydın göstərir ki, Azərbaycanda demokratik cə-
miyyət quruculuğu təkcə daxili əhəmiyyət daşımır, bu, həm də bey-
nəlxalq miqyasda dövlətin və xalqın imici ilə bağlı olan məsələdir.
Xarici siyasətin prioritetləri sırasında plüralistik demokratiyanın
inkişafı məsələsinin ayrıca yeri vardır. Təbii ki, həmin aspekt xarici
siyasətin digər prioritetləri ilə sıx əlaqəlidir. Onları bir-birindən
ayırmaq olmaz. Diplomatik və siyasi fəaliyyətdə cəmiyyətdə demo-
kratiyanın inkişafı ilə təhlükəsizliyin təmini, beynəlxalq qurumlarla
əməkdaşlığın genişlənməsi, ərazi bütövlüyünün bərpası və Ermənistanın
187


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə