N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə67/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   63   64   65   66   67   68   69   70   ...   80

Beləliklə, ATƏT-in təhlükəsizlik və əməkdaşlıq təşkilatı kimi
fəaliyyətinin əsas prinsipləri, konkret mexanizmləri müəyyənləşdi.
Avro-Atlantika məkanında təhlükəsizlik və əməkdaşlıq prinsiplərini
uzlaşdırmaq məsələsinə ATƏT-in öz fəlsəfi yanaşması var. Burada
hər bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin to-
xunulmazlığına hörmət əsasında dinc yanaşı yaşamağa ciddi diqqət
yetirilir. Əməkdaşlığın perspektivlərinə də bu prinsiplər əsasında
qiymət verilir.
Belə ki, hər hansı bir ölkə başqa dövlətlərlə əməkdaşlıq etmək ar-
zusundadırsa, mütləq ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı,
suveren bərabərlik prinsiplərinə hörmət etməlidir. Faktiki olaraq,
ATƏT istənilən formada əməkdaşlığı deyil, yalnız konkret prin-
siplərə söykənən əlaqələri təqdir edir. Azərbaycan qonşuları ilə
münasibətlərində ATƏT-in həmin prinsiplərini rəhbər tutur. Er-
mənistanla əməkdaşlığın olmaması da məhz ATƏT-in yuxarıda
qeyd etdiyimiz prinsiplərinə görə mümkün deyildir. Ermənistan
Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxu-
nulmazlığına hörmətlə yanaşıb, qoşunlarını işğal etdiyi ərazilərdən
çıxarandan sonra, əməkdaşlıq barədə düşünmək olar. Göründüyü
kimi, məsələ təkcə Azərbaycanın dövlət maraqlarına bağlı deyil.
Əgər ATƏT-in qoyduğu prinsiplərə əməl etməyən dövlətlə əməkdaşlıq
qurularsa, bütün Avro-Atlantika geosiyasi məkanının təhlükəsizlik
sistemi çökə bilər. Bütün dünyada yeni münaqişələrin yaranması və
müharibələrin başlaması təhlükəsi meydana çıxar. Azərbaycan buna
yol verə bilməz və Ermənistan işğal etdiyi əraziləri tərk etməyənə
qədər onunla hər hansı əməkdaşlıq mümkün deyildir.
Bütün bunlara görə, Azərbaycanın xarici siyasətində ATƏT-in
Minsk qrupu ilə əməkdaşlıq böyük önəm daşıyır. Minsk qrupu Er-
mənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul
olur. Lakin indiyə qədər heç bir tutarlı nəticə əldə edə bilməmişdir.
Minsk qrupunun üç həmsədr dövləti – ABŞ, Rusiya və Fransa
dünyanın ən güclüləri sırasına daxildirlər. Onların münaqişənin
həll edilməsi ilə bağlı konkret nəticəyə nail ola bilməmələri Avro-
Atlantika məkanında təhlükəsizliyə fərqli baxışların mövcudlu-
209


ğunun nəticəsidir. Bununla yanaşı, münaqişə ətrafında yaranmış
vəziyyət ATƏT-in bu cür situasiyalarda daha səmərəli fəaliyyət
göstərməsi üçün yeni mexanizmlər hazırlamasına ehtiyac olduğunu
təsdiq edir. SSRİ-nin süqutu Cənub Qafqazdan başladığı kimi,
Avropanın təhlükəsizlik sisteminin çöküşü də buradan start
götürə bilər. Avropa Təhlükəsizlik Xartiyasının əsas prinsipləri
bunun real ola biləcəyini təsdiqləyir.
ATƏT-in 1999-cu il İstanbul sammitində qəbul edilən həmin
sənədin təməlini iki prinsip təşkil edir (4.4.11). Birincisi kollektiv-
çilikdir. Bu prinsipə görə, hər bir iştirakçı dövlətin təhlükəsizliyi
qalan digər iştirakçıların təhlükəsizliyi ilə sıx bağlıdır. İkinci
prinsip BMT-nin beynəlxalq sülhün saxlanmasında ilk növbədə
BMT TŞ-nin məsuliyyət daşımasından ibarətdir. Həmin sənədə
əsasən, ATƏT regionda mübahisəli məsələləri həll etmək üçün
əsas təşkilatlardan biri kimi qəbul edilir. O, həmçinin münaqişələri
əvvəlcədən xəbərdar etmənin və aradan qaldırmanın başlıca
alətlərindən biridir. Bu prinsiplərə əsasən, Azərbaycanın təhlü-
kəsizliyi ATƏT üzvlərinin hər birinin təhlükəsizliyi ilə sıx bağlıdır.
Əgər Azərbaycanın ərazi bütövlüyünün pozulması nəticəsində
münaqişə yaranıbsa, deməli, bunun ATƏT-in hər bir üzvü üçün
təhlükə olduğunu qəbul etmək gərəkdir.
Məsələnin digər tərəfi BMT TŞ-nin üzərinə düşən məsuliyyətlə
bağlıdır. BMT və ATƏT nəhayət ki, Ermənistanın Azərbaycana
təcavüzünün nəticələrinin aradan qaldırılmasında özlərinin for-
malaşdırdığı və bəyan etdiyi prinsiplərin həyata keçirilməsi üçün
ciddi addım atmalıdırlar. Əks halda, bu beynəlxalq təşkilatların
nüfuzu, onlara olan inam kritik dərəcədə azalmaqdadır. Azər-
baycan-ATƏT münasibətlərinin əsas məzmununu münaqişənin
dinc yolla həlli məsələsi təşkil edir.
Azərbaycanın Avropa İttifaqı (Aİ) siyasəti həm təhlükəsizlik,
həm də əməkdaşlıq aspektində əhəmiyyət kəsb edir. Aİ ilə münasi-
bətlərdə Avropa Qonşuluq Siyasəti (AQS) proqramı mühüm yer
tutur. Aİ-nin postsovet məkanı ölkələrinə, o cümlədən Cənub Qafqaza
böyük diqqət yetirdiyi məlumdur. Bu haqda əvvəlki fəsillərdə
210


yazmışıq. Azərbaycan Aİ ilə iqtisadi, enerji, humanitar və təhlükəsizlik
sahələri üzrə əməkdaşlığını inkişaf etdirir. Avropaya inteqrasiya pro-
sesində bu, mühüm məqamdır. Aİ Azərbaycanı enerji sahəsində əsas
tərəfdaşlarından biri kimi görür. Bu sahədə əməkdaşlığı yeni səviyyəyə
qaldırmaq üçün 2011-ci il yanvarın 13-də Aİ ilə Azərbaycan arasında
Cənub qaz dəhlizinin təsis edilməsinə dair birgə bəyannamə (4.4.12)
imzalanmışdır. Cənub qaz dəhlizi üzrə işçi qrupu yaradılmışdır.
Bütövlükdə, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin
hüquqi çərçivəsi yuxarıda qeyd etdiyimiz sahələrin hər birini əhatə
edir. 1996-cı ilin aprelində Aİ ilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi
(4.4.13) imzalanmışdır. 2006-cı ildə Aİ-Azərbaycan Fəaliyyət Planı
(4.4.14) hazırlanmışdır. Həmin ilin noyabrında Aİ və Azərbaycan
arasında Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memo-
randumu (4.4.15) imzalanmışdır. 2008-ci ildə isə Azərbaycan Res-
publikası Hökuməti və Avropa Birlikləri Komissiyası arasında
Çərçivə Sazişi (4.4.16) tərtib edilmişdir. Bir il sonra Şərq Tərəfdaşlığı
Bəyannaməsi (4.4.17), 2011-ci ilin yanvarında Şərq Tərəfdaşlığı
çərçivəsində Azərbaycan Respublikası və Aİ arasında Hərtərəfli İns-
titusional Quruculuq (HİQ) Proqramının Çərçivə Sənədinə dair
Anlaşma Memorandumu (4.4.18) imzalanmışdır. Tərəfdaşlıq və
Əməkdaşlıq Sazişi hərbi sahəni əhatə etməyən bütün növ əməkdaşlıq
formalarının çərçivələrini müəyyən edir. Fəaliyyət Planında isə
Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın 10 prioritet is-
tiqaməti müəyyən edilmişdir:
1) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tən zimlənməsi;
2) Demokratiyanın gücləndirilməsi;
3) Qanunun aliliyinin, insan hüquqlarının və əsas azadlıqların
müdafiəsinin gücləndirilməsi;
4) Sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması;
5) Gömrük xidməti işinin yaxşılaşdırılması;
6) Tarazlı və davamlı iqtisadi inkişafa dəstək;
7) İqtisadi qanunvericiliyin və inzibati praktikanın yaxşılaşdırıl-
ması;
211


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə