N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə65/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   61   62   63   64   65   66   67   68   ...   80

nüvə terrorçuluğunun beynəlxalq terrorizmin təhlükəli növlərindən
birinə çevrildiyini qeyd edir. Bura dövlət miqyasında nüvə silahlarının
hazırlanmasından yaranan təhlükələr, qanunsuz olaraq radioaktiv
maddələrin təşkilat və ya fərdi qaydada dövriyyəsinin formalaşdırdığı
təhdidlər və nüvə silahının terrorçu təşkilatların əlinə keçməsi ehti-
malının artması daxil edilir. Bundan əlavə, radioaktiv maddələrin
qaçaqmalçılığı ilə narkotiklərin qanunsuz dövriyyəsi arasında da
əlaqələr vardır.
Bu iki qanunsuz fəaliyyətin birləşməsi bütün dünya üçün ciddi
təhlükələr yaradır. Məlumdur ki, beynəlxalq terror təşkilatları nar-
koticarətdən külli miqdarda gəlir əldə edirlər. Onlar Əfqanıstanda
əldə etdikləri narkotik vasitələri müxtəlif yollarla dünyaya çıxarırlar.
Müasir terror təşkilatlarının əksəriyyəti həmin prosesdə iştirak edir.
Ona görə də, dünya dövlətləri nüvə qaçaqmalçılığı, beynəlxalq terror
və narkotik maddələrin qanunsuz dövriyyəsi arasında yaranmış əla-
qələrdən çox narahatdır.
Eyni zamanda, Cənub Qafqaz üçün nüvə terrorçuluğu təhlükəsini
birbaşa beynəlxalq terror və narkoticarətlə əlaqədə qiymətləndirmək
lazımdır. Bunun əsas səbəbi işğal altında olan Dağlıq Qarabağda se-
paratçıların beynəlxalq terror təşkilatlarının bazalarını yerləşdirmələri
və narkotik maddələrin qanunsuz ticarəti ilə məşğul olmalarıdır.
Məsələn, Dağlıq Qarabağda PKK düşərgələrinin olması haqqında
məlumatlar vardır. Erməni terror təşkilatlarının da Dağlıq Qarabağda
və Ermənistanda təmsilçilikləri mövcuddur. Dağlıq Qarabağdakı se-
paratçı və qanunsuz rejimin nümayəndələrinin İranda fəaliyyət
göstərən narkoticarətçilərlə sıx əlaqələri haqqında media məlumatlar
verib. Azərbaycan bir neçə dəfə məsələni beynəlxalq təşkilatların
müzakirəsinə çıxarıb.
Bütün bunlar regionda aşağıdakı üç növ qlobal təhdidin bir-biri
ilə sıx əlaqədə olduğunu təsdiq edir – nüvə qaçaqmalçılığı, beynəlxalq
terror və narkotiklərin qanunsuz ticarəti. Azərbaycan bu təhdidlərə
qarşı siyasi-diplomatik kanallarla aktiv mübarizəsini davam etdirir.
Ölkəmiz beynəlxalq birliyin terrora qarşı apardığı mübarizədə də
fəal iştirak edir. Belə ki, bizim əsgərlər BMT-nin himayəsi altında
dünyanın müxtəlif regionlarında antiterror tədbirlərinin iştirakçısıdır.
203


Eyni üsulun Cənub Qafqazda sabitliyi və təhlükəsizliyi təhdid edən
ünsürlərə qarşı tətbiq edilməsinə ehtiyac yaranmışdır. Azərbaycanın
diplomatiyası dünya ictimaiyyətinin bu həqiqəti qəbul etməsi üçün
fəallıq göstərir. Təəssüf ki, hələlik bu istiqamətdə lazımi qətiyyət və
konkretlik nümayiş etdirilmir. Əfqanıstan, İraq, Somali və Balkanlarda
qətiyyətli hərəkət edənlər Cənub Qafqazda terror və qaçaqmalçılıq
mənbəyi olan erməni separatizminə qarşı çox yumşaq davranırlar.
Nəticədə, bütün bölgə terror və nüvə qaçaqmalçılığı təhlükəsi ilə ya-
şamaqda davam edir.
Azərbaycan nüvə materiallarının fiziki qorunması haqqında bey-
nəlxalq sazişə də qoşulmuşdur. Həmin sənəddə qeyd edilir ki, “...nüvə
materialları ilə bağlı qanun pozuntuları ciddi narahatlıq törədir və bu
kimi halların üzə çıxarılması, aradan qaldırılması, günahkarların cə-
zalandırılması üçün səmərəli tədbirlərin görülməsinə kəskin ehtiyac
vardır...” (4.4.6). Ölkə bu məsələdə üzərinə düşən bütün öhdəliklərə
dəqiq əməl edir. Yuxarıdakı misallar göstərir ki, Ermənistanın nüvə
materiallarının fiziki qorunması aspektində ciddi problemləri vardır.
Həmin problemləri Ermənistan rəhbərliyi həll etməyib. Azərbaycan
Nüvə Materiallarının Fiziki Qorunması üzrə Bəyannamənin üzvü
kimi bu vəziyyətdən narahatlıq keçirir. Nüvə materiallarının lazımi
səviyyədə qorunmaması Cənub Qafqazın ekologiyasını böhran halına
gətirə bilər. Hesab edirik ki, beynəlxalq aləm bu haqda ciddi qərarlar
qəbul etməlidir.
Azərbaycan rəhbərliyi Atom Enerjisi üzrə Beynəlxalq Agentlik
(MAQATE) ilə əməkdaşlığa böyük önəm verir. Ölkəmiz həmin
Agentliklə əlaqələrini 2008-ci ildə təsis etdiyi Nüvə və Radioloji
Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi vasitəsilə xeyli
genişləndirmişdir. Dövlət Agentliyi nüvə təhlükəsizliyinin müxtəlif
aspektləri üzrə beynəlxalq atom enerjisi agentliyi ilə yaxından əmək-
daşlıq edir. Gələcəkdə həmin istiqamətdə fəaliyyətin daha da geniş-
ləndirilməsi nəzərdə tutulur.
Bu bağlılıqda Azərbaycan Prezidentinin Seulda keçirilən nüvə
sammitində verdiyi bir təklif diqqətləri çox çəkmişdir. İlham Əliyev
həmin tədbirdəki çıxışında dedi: “...Biz nüvə enerjisi qurğusunu
204


tikməyi arzulayan tərəfə səlahiyyətləri verəcək regional nüvə təhlü-
kəsizliyini və etibarlılığını müəyyənləşdirən rejimlərin tətbiq edilməsini
təklif edirik. Bu halda öz qonşularından razılığın alınması, həmin
sahələrin etibarlılığı və təhlükəsizliyi barədə məlumatların şəffaf
şəkildə mübadiləsi, yoxlamaların qəbulu və risklərə görə kompensa-
siyanın ödənilməsi kimi prosedurlar nəzərdə tutula bilər” (4.4.5).
Bu təklifin aktuallığı ondan ibarətdir ki, regionda nüvə obyekti
tikmək istəyən hər bir dövlət qonşularının təhlükəsizliyinin təmin edil-
məsində məsuliyyət daşıyır. Nüvə obyekti tikmək istəyən hər hansı
ölkə onun etibarlılığı, təhlükəsizliyi və mümkün risklərə görə konkret
məsuliyyət daşısa, vəziyyət müsbətə doğru kəskin surətdə dəyişər.
Həmin üsulla Cənub Qafqazda nüvə təhdidlərinin qarşısını almaq
mümkün olar. Paralel olaraq, region dövlətləri arasında informasiya
mübadiləsi məsələsində də şəffaflıq və qarşılıqlı etimad yüksələr.
Regional inteqrasiya üçün bunun olduqca ciddi əhəmiyyətini heç
kəs inkar edə bilməz. Qarşılıqlı etimad və etibar olan yerdə isə təh-
lükəsizliyi təmin etmək üçün böyük şanslar yaranır. Azərbaycan
Prezidentinin Seulda verdiyi təklifi Cənub Qafqazın təhlükəsizlik
sisteminin qurulması aspektində hazırkı vəziyyətə tam uyğun olan
model hesab edirik. Təklifdə nəzəri meyarlarla bərabər praktik
fəaliyyət mexanizmi də öz əksini tapmışdır. Qeyd edək ki, həmin
meyarla İranın nüvə proqramı ilə bağlı yaranmış gərgin vəziyyəti
aradan qaldırmaq mümkündür.
Bütün bunlar Beynəlxalq Atom Enerjisi Agentliyinin himayəsi
altında həyata keçirilsə, perspektivdə daha geniş geosiyasi miqyasda
nüvə təhlükəsizliyi sistemi qurmaq üçün baza model rolunu oynaya
bilər. 2010-cu ilin aprelində Vaşinqtonda nüvə təhlükəsizliyi ilə
bağlı keçirilmiş sammitdə müzakirə edilən problemlər işığında bu
məsələ xeyli aktual görünür. Həmin sammitdə 47 dövlətin başçısı
iştirak edirdi. Tədbirin əsas müzakirə mövzusu nüvə materiallarının
terrorçuların əlinə keçməsinə imkan verilməməsi məsələsi idi. İşti-
rakçılar heç olmasa, yaxın dörd ildə nüvə materiallarının təhlükəsizliyini
təmin etməyin yollarını müəyyənləşdirməyə çalışdılar (bax: 4.4.7).
205


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə