N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə63/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   59   60   61   62   63   64   65   66   ...   80

Çünki bu halda beynəlxalq enerji layihələri təhlükə altına düşmüş
olur ki, bundan da erməni təbliğat maşını istifadə etməyə çalışacaqdı.
Bununla Ermənistan Azərbaycanın sosial-iqtisadi inkişafına əngəl
törətmək üçün əlavə fürsət əldə etmiş olardı.
Azərbaycan Xəzər hövzəsinin tam silahsızlaşdırılmasında maraqlıdır.
Region zəngin neft-qaz ehtiyatlarına malikdir. Onlardan istifadə et -
mək üçün sabit geosiyasi vəziyyət yaranmalıdır. Azərbaycan yalnız
özünü yox, həm də bütövlükdə regionun gələcəyini düşünür. Lakin
təəssüf ki, dünyada baş verən geosiyasi proseslər dövlətimizi əlavə
müdafiə tədbirləri görməyə məcbur edir. Bölgədə sabitliyin təmin
edilməsi üçün Azərbaycanın güclü ordusu olmalıdır.
Prezident İlham Əliyev Bakıda Heydər Əliyev adına Azərbaycan Ali
Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci
il buraxılışına həsr olunmuş mərasimdəki nitqində deyib: “...əfsuslar
olsun ki, müasir dünyada beynəlxalq hüquq normaları pozulur.
Biz bu mənzərəni görürük. Bu pozuntular getdikcə daha da geniş
vüsət alır. Belə olan halda, əlbəttə, biz də görürük ki, güclü olmasan
sənin hüquqların tapdanacaqdır. Biz bu güclənmə prosesini, o
cümlədən hərbi potensialımızın gücləndirilməsini artıq bir neçə
ildir ki, uğurla aparırıq. Bəzi hallarda belə bəyanatlar səslənir ki, nə
üçün Azərbaycan öz hərbi potensialını gücləndirir? Bu, bölgədə təhlükə
yarada bilər. Buna müəyyən şərhlər də verilir. Ancaq mən tam əmi nəm
ki, bu gün Azərbaycan bölgədə sabitləşdirici amildir. Azərbaycanın
güclü ordusu bölgədə sabitliyin keşiyində dayanır” (4.3.8).
Azərbaycanın dövlət başçısı beynəlxalq təşkilatların Ermənistanın
işğalçı siyasət yeritdiyini təsdiqləyən bir neçə sənəd qəbul etdiyini
vurğulayıb. Bunlara baxmayaraq, münaqişə həll edilməyib. Deməli,
beynəlxalq hüquq normaları pozulub. O cümlədən, əks tərəf qanunsuz
yolla silah almaqdadır. Ermənistan bu hərəkətləri ilə Avropada adi
silahların məhdudlaşdırılmasına aid məlum müqavilənin şərtlərinə
əməl etmir. Məhz bu kimi şərtlər altında Azərbaycan diplomatiyası
regionda qanunsuz silah satışı, Xəzərin demilitarizasiyası və bütövlükdə,
münaqişələrin həllinə çalışır. Siyasi-diplomatik fəaliyyətin daha
təsirli və səmərəli olması üçün güclü ordumuz olmalıdır.
197


Azərbaycan Prezidenti əsas vəzifənin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi olduğunu qeyd edib.
Ölkəmiz bu münaqişəni danışıqlar yolu ilə həll etməkdə qərarlıdır.
Eyni zamanda, ordumuzun güclü olması lazımdır. Prezident İlham
Əliyev bu məqamı dəqiq ifadə edib: “Hazırda biz öz gücümüzü ar-
tırırıq və eyni zamanda, danışıqlar prosesində də iştirak edirik.
Mən tam əminəm ki, ordumuz nə qədər güclü olsa, danışıqlar
prosesində mövqeyimiz o qədər güclənər. Bu iki amil arasında
birbaşa bağlantı vardır” (4.3.8).
Yuxarıda qeyd edilənlər münaqişələrin həlli və ərazi bütövlüyünün
bərpasının regional təhlükəsizliyin təmini və sabitliyin qorunması
ilə bağlı olduğunu göstərir. Qlobal miq yasda yeni qüvvələr balansının
formalaşması fonunda həmin bağlantı yeni məzmun çalarları alır.
Azərbaycanın regional siyasətinin mahiyyətinin dərki üçün bu məqam
çox əhəmiyyətlidir. Cənub Qafqazda regional təhlükəsizlik şərtləri
ilə münaqişələri həll etməyin dinc yolunu uyğunlaşdırmaq bölgə
dövlətlərindən Azərbaycana xas olan haldır. Qlobal miqyasda yeni
qüvvələr balansının formalaşması prosesi regional səviyyədə də
analoji dəyişikliklərə səbəb olmalıdır. Yeni dünya nizamının forma-
laşması başa çatmadığından burada böhranlı situasiyaların yaratdığı
risk amilini mütləq nəzərə almaq lazım gəlir. Bu baxımdan Azərbaycanın
münaqişələri həll etməyə yönələn diplomatik fəaliyyəti ilə regionda
təhlükəsizliyi və sabitliyi təmin etmək istiqamətində apardığı tarazlı
siyasəti bir-birini tamamlamalıdır.
Bunun geosiyasi modeli Ulu öndər Heydər Əliyev tərəfindən for-
malaşdırılmışdır.  Böhranlı situasiyalarda tarazlı siyasət kursu
prinsipcə, bütün dünya üçün yeni modeldir. Qlobal güclər hazırkı
vəziyyətdən çıxış yollarını axtarırlar. Yalnız praktik nəticələr hansı
variantın daha səmərəli olduğunu göstərir. Azərbaycanın keçdiyi
yol 
Hey dər  Əliyev modelinin tam işlək olduğunu dünyaya nümayiş
etdirir. Ölkəmiz bölgədə lider dövlətdir. Böyük qonşuları ilə tarazlı
münasibətlər qurmuşdur. Regional inteqrasiyada aparıcı rol oynayır.
Təkcə bölgənin deyil, həm də dünyanın enerji təhlükəsizliyinin
təmini məsələsində ciddi yer tutur. Azərbaycanın xarici siyasətində
198


regionda təhlükəsizlik və sabitliyin bərqərar olması aspekti böyük
əhəmiyyət daşıyır.
Azərbaycanın regional siyasətində nəzəri səviyyədə diqqəti daha
çox çəkən məqam isə, artıq qeyd etdiyimiz kimi, münaqişələrin həlli
istiqamətində diplomatik fəaliyyətlə bölgənin təhlükəsizlik və sabitliyi
üçün aparılan işlər arasında əlaqənin olmasından ibarətdir. Məsələnin
bir tərəfi beynəlxalq miqyasda olan təhdidlərin qarşısının alınmasına,
digər tərəf isə beynəlxalq təhlükəsizlik və əməkdaşlıq strukturlarına
inteqrasiyaya bağlıdır. Bunlar da öz növbəsində xarici siyasətin prio-
ritetlərinə daxildir.
4.4. Beynəlxalq təhdidlər şəraitində 
əməkdaşlıq imkanları
Dünyada regionlar üzrə təşkilatlanma prosesi getdikcə sürətlənir.
Ayrı-ayrı regionlar geosiyasi məsələlərdə daha çox müstəqil mövqe
tutmağa çalışır. Qloballaşma proseslərinin genişləndiyi və dərinləşdiyi
bir mərhələdə bu qənaət əsassız görünə bilər. Lakin dünyanın qabaqcıl
alimləri “unikallaşma” deyilən bir tendensiyanı qeyd edirlər (məsələn,
bax: 4.4.1, və 4.4.2).
Burada ziddiyyətli məqam yoxdur. Regionlararası əlaqələrin in-
tensivləşməsi və dərinləşməsi, eyni zamanda, onların öz muxtarlığını
saxlaması məsələsini aktuallaşdırır. Ona görə də, geosiyasətdə bü-
tövlükdə qlobal təhlükəsizliklə yanaşı, regional təhlükəsizliyin təmini
də aktual problem hesab olunur. Lakin regional təhlükəsizliyin təmin
edilməsi məsələsində beynəlxalq miqyaslı təhdidləri mütləq nəzərə
almaq lazım gəlir. Yəni burada söhbət hansısa regionun tam muxta-
riyyətindən gedə bilməz. Əksinə, konkret bir regionun muxtarlığı
onun qlobal miqyasda baş verən hadisələrlə qarşılıqlı əlaqəsi
nəticəsində mümkün olur.
Dünyanın həssas bölgələri üçün bu məsələ daha aktualdır.
Beynəlxalq miqyaslı təhdidlərin iki növü Cənub Qafqazdakı vəziyyətə
ciddi təsir göstərir. Onlardan biri nüvə silahlarının yayılmasıdır.
Digəri isə beynəlxalq terrorizmin genişlənməsidir. Hər iki məsələ
199


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə