N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə64/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   60   61   62   63   64   65   66   67   ...   80

qlobal səviyyədə olduqca aktual hesab edilir. Hələ keçən əsrin 60-cı
illərində dünyanın böyük dövlətləri başa düşdülər ki, nüvə silahının
yayılması qarşısıalınmaz təhlükələr törədə bilər. 1968-ci ildə SSRİ,
ABŞ və İngiltərə arasında nüvə silahının yayılmaması haqqında mü-
qavilə imzalandı. Bunu dünya ictimaiyyətinin nüvə silahlarının ya-
yılmasına qarşı ilk ciddi addımı hesab etmək olar.
Sakit okeanın cənubunda yerləşən 13 dövlət 1985-ci ildə bu re -
gionun nüvəsiz zona elan edilməsi haqqında razılaşmaya nail oldular.
1994-cü ildə nüvə təhlükəsizliyi haq qın da bəyannamə qəbul edildi
(4.4.3). Sənəddə nüvə enerjisindən təhlükəsiz istifadənin aktuallaşdığı
qeyd olundu. Nüvə təhlükəsizliyini təmin etmək üçün 35 maddədən
ibarət bəyannamə hazırlamaqla diqqət bu problemin həll edilməsi
zərurətinə cəlb edilmiş oldu. 1996-cı ildə isə BMT çərçivəsində bü -
tün növ nüvə silahlarının tətbiqinin qadağan edilməsinə dair müqavilə
imzalandı.
Nüvə silahlarının yayılmaması ilə bağlı 1968-ci il müqaviləsindən
sonra hələ 1957-ci ildə yaradılmış Atom Enerjisi üzrə Beynəlxalq
Agentlik – MAQATE-nin fəaliyyəti xüsusi əhəmiyyət kəsb etdi.
Belə ki, artıq nüvə enerjisindən dinc məqsədlərlə istifadə edilməsi
məsələsi ön plana çıxarıldı. MAQATE dünyada nüvə enerjisindən
hərbi məqsədlərlə istifadə olunmamasına nəzarət edir.
2006-cı ildə ABŞ və Rusiya prezidentləri tərəfindən “Nüvə Ter-
rorizmi ilə Mübarizədə Beynəlxalq Təşəbbüslər” (NTMBT) irəli sü-
rüldü. 2010-cu ildə isə Vaşinqtonda qlobal nüvə təhlükəsizliyinə
həsr edilmiş sammit keçirildi. Nəhayət, 2012-ci il martın 26-27-də
Seulda nüvə təhlükəsizliyinə aid növbəti zirvə toplantısı təşkil edildi.
Toplantıda dünyanın 55 ölkəsinin rəhbərləri iştirak edirdi. Bu,
problemin miqyasının geniş olduğunu göstərən amillərdən biridir.
Lakin məsələ yalnız daha çox dövlətin nüvə təhlükəsizliyinin təmin
edilməsində deyil. Dünyanın böyük dövlətləri etiraf edirlər ki, nüvə
təhlükəsizliyi məsələsi bir tərəfdən, nüvə qaçaqmalçılığı, digər
tərəfdən isə, beynəlxalq terrorizmlə sıx bağlı hala gəlib.
Hazırda beynəlxalq terror təşkilatlarının nüvə silahına malik
olması ehtimalı artıb. Bir çox ölkələrdən qaçaqmalçılıq yolu ilə
200


nüvə silahı komponentlərinin çıxarıldığı haqqında faktlar vardır. O
cümlədən, Cənub Qafqazda bu hallara rast gəlinir. Əsasən Rusiyadan
İrana Ermənistan üzərindən qanunsuz olaraq radioaktiv maddələrin
keçirildiyi barədə məlumatlar yayılmışdır. Həmin məsələyə görə
ABŞ bəzi şirkətlərə qarşı sanksiya tətbiq edib.
Bundan başqa, mediada Ermənistanın işğal etdiyi Dağlıq Qa-
rabağ ərazisində nüvə tullantılarını basdırdığı haqqında məlu-
matlar yer alıb. Bir neçə il bundan əvvəl Gürcüstanın Cavaxetiya
bölgəsində polis iki ermənidən qaçaqmal radioaktiv maddə tutmuşdu.
Bu haqda Gürcüstan mediası məlumat vermişdi. Qeyd edək ki,
BMT-nin Beynəlxalq Nüvə Terrorçuluğu Aktlarının Aradan Qaldırılması
Konvensiyasının 3-cü maddəsinə görə, bu kimi əməllər cinayət
sayılır (bax: 4.4.4).
Ermənistan dövlət səviyyəsində də region üçün nüvə təhlükəsi
törədir. Azərbaycan Prezidenti Seulda nüvə təhlükəsizliyi sammitində
çıxışı zamanı bununla bağlı aşağıdakıları qeyd etmişdi: “Azərbaycan
Ermənistanın 1976-cı ildə fəaliyyətə başlamış və hazırda köhnəlmiş
Metsamor Atom Elektrik Stansiyasından (AES) olduqca narahatdır.
Metsamor stansiyası bütöv region və yaxınlıqda olan qonşular
üçün potensial fəlakət mənbəyidir. O, son illərini yaşayan
reaktorun soyudulması üçün zəruri olan su resurslarının çatış-
madığı yüksək dərəcəli seysmik zonada yerləşir. Avropa İttifaqı
Şərq Avropa və keçmiş Sovet İttifaqında tikilmiş 66 sovet reaktoru
arasında Metsamor reaktorunu “ən köhnəlmiş və ən etibarsız”
hesab etmişdir. Hesabatda Metsamor “bütöv region üçün təhlükə”
adlandırılır” (4.4.5).
Azərbaycan Metsamor AES-in region üçün ciddi nüvə təhlükəsi
yaratdığına görə, onunla bağlı konkret tədbirlərin görülməsini tələb
etməkdə tam haqlıdır. Çünki Çernobıl və Fukusimada nüvə reaktorundan
sızmaların nəticəsində böyük bir məkanın hansı təhlükələrlə üz-üzə
qaldığını dünya yaxşı gördü. Ermənistandakı AES-in müasir texnoloji
tələblərə cavab verməməsi Cənub Qafqazın hər an böyük nüvə
təhlükəsi ilə qarşı-qarşıya qalması anlamına gəlir. Lakin nədənsə
MAQATE bu məsələdə lazım olan qətiyyəti göstərmir.
201


İranın nüvə proqramı ətrafında isə dünya miqyasında son dərəcə
geniş siyasi-diplomatik proseslər gedir. Təbii ki, bu məsələ də region
üçün aktualdır. Nüvə enerjisindən dinc məqsədlərlə və təhlükəsizlik
şərtlərini gözləməklə istifadə etmək vacibdir. Bununla yanaşı, İranla
Ermənistan qonşudur. Qonşunun birinin nüvə proqramına çox sərt
yanaşma var, digərinin törətdiyi təhlükə ilə bağlı məlumat verilir,
ancaq heç bir konkret addım atılmır. İran hələ nüvə silahı hazırlamayıb,
bu, nə vaxtsa ola bilər. Ermənistan isə bu gün region üçün real
təhlükə olan nüvə obyektinə sahibdir.
MAQATE-nin monitorinqləri də göstərir ki, Metsamor bölgə
üçün ciddi nüvə təhlükəsi yaradır. Bəs nəyə görə Ermənistanın Met-
samorla bağlı hansısa addım atması üçün ciddi siyasi-diplomatik
tədbirlər görülmür? İranın nüvə proqramı ilə əlaqəli “altılar” deyilən
beynəlxalq qrup formalaşdırılıb (ABŞ, Rusiya, Böyük Britaniya,
Fransa, Almaniya və Çin). “Altılar” mütəmadi olaraq İranla danı-
şıqlar aparır, problemi diplomatiya vasitəsi ilə həll etməyin
yollarını axtarır. Bunun fonunda real təhlükə olan Metsamorla
bağlı heç bir beynəlxalq qurumun formalaşdırılmaması xeyli dü-
şündürücü görünür. Əksinə, Metsamorun fəaliyyətinin uzadılması
ilə əlaqədar qərarlar da qəbul edilir.
Mütəxəssislər Metsamorun nüvə tullantılarının ekoloji mühit üçün
ciddi təhlükə törətdiyini deyirlər. Bəzi məlumatlara görə, həmin tul-
lantılar Azərbaycanın işğal edilmiş ərazilərində basdırılır. Əgər bu
məlumat doğrudursa (Ermənistan həmin ərazilərdə monitorinq
aparmağa imkan vermədiyindən, real vəziyyət haqqında konkret
fikir söyləmək çətindir), onda Cənub Qafqazda gələcək nəsillər üçün
ekoloji problemlər kifayət qədər olacaq. Ermənistanın Araz çayına
da zəhərli maddələr atması faktı ilə bərabər bu məsələ bütövlükdə
regionun təhlükəsizliyinə ciddi təhdid yaradır.
Göründüyü kimi, Azərbaycan qlobal miqyasda nüvə təhlükəsizliyinin
təmin edilməsinə böyük əhəmiyyət verir. Ölkə Beynəlxalq Nüvə
Terrorçuluğu Aktlarının Aradan Qaldırılması Konvensiyasına qoşul-
muşdur. Bu Konvensiya BMT-nin Baş Məclisində 2005-ci il aprelin
13-də qəbul edilib. 28 maddədən ibarət olan həmin sənəddə BMT
202


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə