Meteoroloji görünüş məsafəsi (MOR)
- atmosferin şəffaflığının
şərti xarakteristikasıdır. Bu üfüqə proyeksiya olunmuş böyük
ölçülü mütləq qara cismin atmosferin şəffaflığını pisləşdirən
amillərin təsirindən itmə məsafəsidir. Meteoroloji bölmələrdə
ancaq üfüqi meteoroloji görünüş məsafəsi təyin edilir. Bu məsafə
ya gözəyarı (vizual), ya da xüsusi cihazla təyin edilir. Sutkanın
qaranlıq dövründə görünüş məsafəsinin müşahidəsi işıqlandırılmış
obyektlərə əsasən aparılır.
Uçuş görünüş məsafəsi
– uçan aparatın göyərtəsindən real
obyektin görünməsinə qədər olan məsafəyə deyilir. Atmosferin
şəffaflığından asılı olaraq müxtəlif səviyyələrdə görünüş
məsafələri eyni olmur. Buna görə müşahidəçiyə nisbətən müxtəlif
səviyyədə yerləşən obyektlərin görünmə şəraitini xarakterizə etmək
üçün aşağıdakı terminlərdən istifadə olunur:
a) verilmiş hündürlükdə üfüqi görünüş məsafəsi;
b) atmosferin müəyyən qatında maili və şaquli görünüş
məsafəsi;
c) enmə zamanı görünüş məsafəsi.
Atmosferin aşağı qatlarında laylı buludlar olarsa, bu zaman həm
meteoroloji, həm də uçuş görünüş məsafəsi çox mürəkkəbləşir. Bu
həmin buludların aşağı sərhəddinin mürəkkəb quruluşu ilə
əlaqədardır. Layın şəffaflığı aşağıdan yuxarıya doğru tədricən
pisləşir və zəif dumandan tam görünüş itənə qədər davam edir.
Buradan o nəticəyə gəlmək olar ki, buludun aşağı sərhəddi kəskin
məhdud bir səth deyildir. O, adətən parçalanmış vəziyyətdə olur və
qalın hissəsi keçid layından sonra başlayır. Buna
buludaltı çən qatı
deyilir və onun şaquli qalınlığı bir neçə on metr təşkil edir.
Buludaltı qatda görünüşün pisləşməsinin başqa bir səbəbi
burada tez-tez müşahidə olunan yağıntıların və yerüstü çənlərin
olmasıdır. Buludaltı çənlərin və əlavə olaraq yağıntıların olması
üfüqi və maili meteoroloji görünüş məsafəsini, xüsusən də, uçuş
görünüş məsafəsini həmin təbəqədən yer səthinə kimi pisləşdirə
bilir.
Adətən, yerüstü çənlər (radiasiya çənləri) alçaq buludluluq
olmadıqda da yaranırlar. Yerüstü çənlərin maksimal qalınlığı yer
səthində müşahidə edilməklə, hündürlük artdıqca azalır.
Görünüş məsafəsi, o cümlədən də, meteoroloji və qalxma-enmə
zolağında görünüş məsafələri daha çox aviasiyanın iş rejiminə təsir
göstərir. Belə ki, görünüş məsafəsinin müəyyən edilmiş
hüdudlardan aşağı olması aviasiya uçuşlarının həyata keçirilməsinə
və xüsusilə enməni həyata keçirən hava gəmilərinin işini
çətinləşdirir. Bu, bəzən, əlavə yanacaq sərfinə səbəb olmaqla, hava
gəmilərinin ehtiyat hava limanlarına istiqamətlənməsinə gətirib
çıxarır. Bu və ya digər səbəbləri nəzərə almaqla, meteoroloqlar
duman kimi görünüşü pisləşdirən təhlükəli atmosfer hadisələrini
daha dərindən öyrənməli və mənimsədikləri təcrübi bilikləri
praktiki işdə tətbiq etməyi bacarmalıdırlar.
Şəkil 50-də hava gəmilərinin qalxma-enmə zolağına (QEZ)
nəzərən fərqli görünüş məsafələrinin sxematik təsvirləri əks
edilmişdir:
Şək. 50. Hava gəmilərinin qalxma-enmə zolağına nəzərən
müxtəlif görünüş məsafələri. (1– üfüqi; 2 – maili; 3 – şaquli)
Qalxma- enmə zolağında görünüş məsafəsi (RVR)
– QEZ-in
orta xətti üzərində yerləşən hava gəmisi pilotunun zolağın optik
markerlərini və ya işıqları görməyə imkan verən məsafəyə deyilir.
RVR müşahidə və meteoroloji paramertlərin ölçülərinin nəticəsi
deyil, o, müxtəlif elementlərin, o cümlədən, atmosfer amillərinin
hesablanması (atmosferin zəifləmə əmsalı, fiziki, bioloji və
ekspluatasiya faktorları, QEZ-in işıqlanması) nəticəsində alınan
kəmiyyətdir. Qalxma-enmə zolağında görünüş
məsafəsinin
təyininin əsas məqsədi məhdudlaşdırılmış görünüş zamanı (duman
və ya başqa səbəblərdən, yəni qar, yağış və ya toz burulğanlarından
asılı olmayaraq) QEZ–də pilotları, Hava Hərəkəti İdarəsi
orqanlarını və digər aviasiya sahələrini görünüş şəraiti haqqında
məlumatlandırmaqdır.
Praktikada hal-hazırda tətbiq edilən müşahidə metodları fiziki
parametrlərin (məsələn, zəifləmə əmsalı, görünən işıqların miqdarı)
cihazla və gözəyarı ölçmələrini özündə cəmləyir. RVR-ın təyin
edilməsi və müşahidəsi üçün aşağıdakı müşahidə metodları
mövcuddur:
a) cihazların köməyi ilə təyin etmə metodu: RVR-ı cihazların
köməyi ilə təyin edən zaman, adətən, atmosferin şüanı keçirmə
əmsalını ölçən, qeydə alan transmissiometr qəbuledicisindən
istifadə olunur. Sonra isə RVR-ın ölçülmüş şüakeçirmə əmsalı
işıqların konsentrasiyası və təyyarəçinin görmə qabiliyyətinin
ehtimal edilən həssaslığının nəzərə alınması ilə hesablanır. Bundan
başqa, keçirmə əmsalını, həmçinin işığın səpələnməsini ölçən
cihazların köməyi ilə də təyin etmək mümkündür;
b) RVR-ın təyin edilməsinin müşahidə metodu: Müşahidəçi
QEZ-in yaxınlığında müşahidə yerindən görə bildiyi işıqların və ya
gündüz markerlərinə qədər olan məsafəni təyin edir və bu kəmiyyət
QEZ üzərində görünüş kəmiyyətinə çevrilir. Bu ölçmələri
müşahidəçi və təyyarəçilər müxtəlif nöqtələrdən aparırlar. Bəzən,
QEZ işıqlarının hesablanması çətinlik törədərsə, onda müşahidələr
QEZ-in yaxınlığında yerləşdirilən başqa işıqların köməyi ilə həyata
keçirilir;
Dostları ilə paylaş: |