açıq və ya az buludlu səmanın olmasıdır. Radiasiya dumanlarının
şaquli qalınlığı bir neçə metrdən bir neçə on metrə qədər, bəzən isə
100-200 m - dək çata bilir. Belə dumanların ən sıx yeri bilavasitə
yer səthində olur, hündürlüyə qalxdıqca isə onların sıxlığı azalır.
Radiasiya dumanları düzənlikdə, su hövzələrinin üzərində və
rütubətli yerlərdə daha çox yaranırlar. Buna görə də bu dumanlar
məhdud bir ərazini tutur və uçuş hündürlüyündən lələklər şəklində
müşahidə olunurlar. Belə dumanlar, əsasən, gecə saatlarında (02-03
radələrindən sonra) formalaşmaqla, davamiyyət dövrü çox zaman
5-8 saatadək olur. Radiasiya dumanları, əsasən, ilin soyuq və keçid
dövrləri üçün daha xarakterik hesab edilirlər. Belə dumanların
təkrarlanmasının maksimumu yer səthi ilə hava kütləsi arasında
böyük temperatur fərqləri olduqda və küləyin sürətinin 1-3 m/san
olduğu hallarda müşahidə edilir.
Advektiv dumanlar
soyuq səth üzərinə hərəkət edən isti və
rütubətli havada yaranır. Bu cür dumanlara cəbhə dumanları da
demək olar. İsti hava kütləsinin soyuq səth üzərinə hərəkəti zamanı
yerüstü sərhəd təbəqəsində inversiya qatı yaranır və havanın
soyuması aşağı qatda yuxarı qata nisbətən daha çox olur.
Advektiv dumanların şaquli qalınlığı yer səthindən başlayaraq
inversiya layının yuxarı qatına qədər davam edir. Advektiv
dumanların və inversiyanın qalınlığı bir neçə on metrdən 1,5-2,0
km-ə qədər çatır. Adətən, bu halda, dumanlar St buludları ilə
birləşirlər. Radiasiya dumanlarından fərqli olaraq, advektiv
dumanlar 3-7, bəzən isə 12-15 m/san küləklərdə də yarana bilir. Bu
dumanların davamiyyət dövrü radiasiya dumanlarından fərqli
olaraq, bir neçə saat, bəzən bir neçə sutkayadək ola bilir.
Advektiv
dumanların
yaranma
sxemi
şəkil
48-də
göstərilmişdir.
Advetkiv – radiasiya
dumanlarının yaranmasında isə hər iki
təsir özünü birgə biruzə verir. Yəni, burada həm isti havanın soyuq
səth üzərinə hərəkəti, həm də radiasiya soyuması baş verir. Belə
dumanların yaranması üçün əlverişli sinoptik şərait, yüksək rütubət,
gecələr aydın səma və küləyin sürətinin 3-4 m/san-dək olması əsas
sinoptik şəraitlərdən hesab edilir.
Şək. 48. Advektiv dumanların yaranma sxemi
Advektiv-radiasiya dumanları, adətən, səhər vaxtı yaranır və
böyük ərazini əhatə edirlər. Bu tip dumanların sıxlığı çox,
davamiyyəti isə uzunmüddətli olur.
Buxarlanma dumanları
adından göründüyü kimi, buxarlanma
nəticəsində formalaşırlar. Bu zaman su hövzəsinin səthi ilə hərəkət
edən hava kütlələri səthdən buxarlanma nəticəsində doymuş hala
düşürlər və əksər hallarda havanın temperaturu su səthinin
temperaturundan 8-10
0
C aşağı olur.
Buxarlanma dumanları, əsasən, payızda soyuq havanın quru
səth üzərindən çay və göllərin üzərinə hərəkəti zamanı da yarana
bilirlər.
Dumanların ən çox müşahidə olunan növlərindən biri də dağ
yamaclarında əmələ gələn
yamac dumanlarıdır.
Onlar dağ yamacı
ilə qalxan havanın adiabatik soyuması nəticəsində yaranırlar və
yamacla yuxarı hərəkət edən dumanlar çox zaman dağ zirvələrini
bağlayırlar. Uçuş zamanı yuxarıdan baxdıqda belə dumanlar laylı
buludlara da oxşayır, ona görə də dağlıq zonada uçuşlar zamanı
təhlükəsizlik hündürlüyünü saxlamaq vacibdir və bu buludlu
zonaları keçib aşağı enmək çox təhlükəlidir. Yamaclarda əmələ
gələn dumanların yaranma sxemi isə şəkil 49- da göstərilmişdir:
Şək. 49. Yamaclarda dumanların yaranma sxemi
Bütün növ dumanların əmələ gəlməsi üç mərhələdən ibarətdir:
1) Dumanların əmələgəlmə mərhələsi
– bu dövr dumanın ilkin
əlamətlərinin yaranması vaxtından onun nisbətən böyük ərazi
üzərində yayılmasınadək olan bir dövrü əhatə edir. Advektiv
dumanların müşahidə məntəqəsi üzərindən keçdiyi dövrdə bu
mərhələ bir neçə dəqiqə, radiasiya dumanlarında isə bu mərhələ
əksinə bir neçə saat davam edə bilər. Lakin bu mərhələ tez də
formalaşa bilər. Radiasiya dumanları ilk dövrdə məhdudlaşmış
ərazidə və cərgə şəklində də ola bilər. Gecə vaxtı belə cərgələrin
əmələgəlməsi onlardan birinin ölçü cihazına düşməməsinə qədər
müşahidə oluna da bilər. Bu halda aerodromda bütövlükdə, bəzən,
yarı hissəsini tutan səthi, yerüstü dumanlar da əmələ gələ bilər.
2) Dumanların əsas mərhələsi
- bu mərhələ dumanın bütün
növlərinə aiddir. Bu mərhələdə aerodromun əksər hissələrində
dumanlar dayanıqlı qat əmələ gətirirlər, məkan və zaman
baxımından bircinsdirlər. Belə ki, başqa hallarda dumanın əsas
qatında görünüşün dəyişməsi 50 % - dək ola bilər.
3) Dumanların zəifləmə mərhələsi
- bu mərhələ dumanın
zəifləməsi və dağılması dövrüdür. Dumanda görünüşün dəyişməsi
əsaslı yer tuta bilər. Bu dövr radiasiya dumanlarında Günəşin
çıxması vaxtı ilə əlaqəli olub, qısa zaman ərzində (bəzən, 0,5
saatadək) baş verir. Adveksiya dumanlarında isə bu mərhələ bir
qədər fərqli olub, qarışan hava kütlələrinin temperatur kontrastının
azalması və ya heçə enməsi ilə əlaqədardır.
Əgər görünüş məsafəsi 1 km-dən 10 km-dək olarsa, görünüşü
pisləşdirən bu atmosfer hadisəsinə
çən
deyilir. Çənin yaranması
dumanın fiziki-sinoptik şəraiti ilə eynidir. Lakin dumanda
meteoroloji görünüş məsafəsi 1 km-dən aşağı olduğu halda, çəndə
görünüş məsafəsi 10 km müşahidə edilir və çənin fərqləndirilməsi
üçün nisbi rütubət amilini də nəzərdən qaçırmaq olmaz. Çən
zamanı havanın nisbi rütubəti çox zaman 60-80 % təşkil edir. Çən
hadisəsi də intensivliyinə görə dumanlar kimi zəif, mülayim və
güclü olmaqla, üç növə bölünürlər. Zəif çən zamanı meteoroloji
görünüş məsafəsi 4-10 km, mülayim çən zamanı 2-4 km, güclü çən
zamanı isə 1-2 km-dək zəifləyir.
Meteoroloji və qalxma – enmə zolağında görünüş
məsafələri
Uçuşların yerinə yetirilməsinə ən çox təsir göstərən meteoroloji
elementlərdən biri də meteoroloji görünüş məsafəsidir. Görünüş
məsafəsi oriyentirlərlə gündüz, işıq oriyentirlərinin isə gecə
göründüyü və tanındığı maksimal məsafəyə deyilir. Görünüş
şəraitinin atmosferdə bulud, yağıntı, duman əmələgətirən bərk və
maye qarışıqları ilə sıx əlaqəsi vardır. Uçuşların meteoroloji
təminatı zamanı aşağıdakı görünüş məsafələrini bilmək və təyin
etmək çox zəruridir:
Dostları ilə paylaş: |